Teatrşünas: Azərbaycan teatrı yeni inkişaf mərhələsinə qədəm qoyub

Azərbaycan teatrının yaranmasından 146 il ötür. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. AxundzadəninSərgüzəşti-vəziri-xani Lənkərankomediyasının nümayişi ilə əsası qoyulan Azərbaycan milli teatrı şərəfli bir yol keçib. 146 illik tarixi keçmişi olan teatrımızın bu günü ilə bağlı Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin teatrşünaslıq kafedrasının müəllimi, “YuğDövlət Teatrının ədəbi hissə müdiri, teatrşünas Elçin Cəfərova bir neçə sualla müraciət etdik.

- Elçin müəllim, 146 yaşlı milli teatrımızın bugünkü durumunu necə dəyərləndirərdiniz?

-Bu gün teatr sənətimizin ideal vəziyyətdə olduğunu deyə bilmərəm. R.Strua demişkən, teatr elə bir sənət növüdür ki, həmişə böhrandadır həmişə böhrandan çıxmağa çalışır. Amma teatrımızın hər bir uğuru, hətta kiçik müvəffəqiyyəti bizi sevindirir, məşğul olduğumuz sənət sahəsinin gələcəyinə daha ümidlə baxmağa imkan verir. Hərdən sənətin problemlərindən danışanda teatr prosesimizəHamburq hesabıilə yanaşıb, pisi-pis, əyrini-əyri kimi qiymətləndirəndə bəzi teatr adamları bizdən inciyir, teatrşünasları amansız olmaqda, teatrı sevməməkdə ittiham edirlər. Ancaq bəlkə teatrşünaslar qədər teatra təmənnasız xidmət edən ikinci bir sənət sahibi yoxdur. Heç bir maddi təminat olmadan, təşəkkür eşitmədən, fəxri ad, təqaüd, mükafat gözləmədən.

Bu gün teatr sənətinin bütün sahələrində - teatrşünaslıqda da, rejissurada da, aktyor sənətində maraqlı gənclər var. Bu mənada, məni bir teatrşünas kimi teatrımızın bugünündən çox sabahı maraqlandırır. Teatr sənətinin sabahı isə məhz gənclərin əlindədir, onların istedadından, biliyindən ən əsası, peşə əxlaqından asılıdır. Əgər mövcud həyat şərtləri, işsizlik, pulsuzluq, dedi-qodular, intriqalar, dəstəbazlıq narsisizm onları vaxtından əvvəl sındırmasa, ucuz şöhrətin və saxta təriflərin parıltısına aldanıb yollarından sapınmasalar, bəlkə 10 ildən sonra Azərbaycan teatrının durumu haqqında danışanda optimist mövqe göstərə bilərik.  

- 2009-cu il mayın 18-də dövlət başçısıAzərbaycan teatrı 2009-2019-cu illərdəDövlət Proqramını təsdiq etmişdi. Bu proqramdan teatrlarımız kifayət qədər yararlana bildilərmi?

-2009-cu ildə ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiqlənənAzərbaycan teatrı 2009-2019-cu illərdəDövlət Proqramı, eləcə Teatr teatr fəaliyyəti haqqındaAzərbaycan Respublikasının Qanunu digər hüquqi-normativ sənədlər ölkəmizdə teatr sənətinin hüquqi bazasını formalaşdırdı. Dövlətin teatr sənətinə münasibətinin göstəricisi olan bu sənədlərin qəbul olunması milli teatr sənətində prinsipcə yeni mərhələnin başlanmasını stimullaşdırmalı idi. Milli teatr sənətinə dövlət səviyyəsində diqqət göstərilməsi, onun müəyyən maddi-texniki, inzibati problemlərinin aradan qaldırılmasına zəmin yaratdı. Bir sıra festivallar, konfranslar keçirildi, kitablar nəşr olundu, teatr binaları təmir edildi, teatrlarımız ölkənin hüdudlarından kənarda festivallarda qastrol səfərlərində oldular, gənc teatr mütəxəssisləri beynəlxalq respublika miqyaslı forumlarda, seminarlarda, ustad dərslərində, treninqlərdə, ixtisasartırma kurslarında iştirak etdilər. Şəxsən mən özüm Dövlət Proqramının yaratdığı şəraitdən faydalanaraq, Azərbaycan Teatr Xadimləri İttifaqının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Moldovada Belarusda Gənclərin Beynəlxalq Teatr Forumunda iştirak etdim. Bu tədbirlərdə iştirakım şəxsən məndən ötrü beynəlxalq əlaqələrin qurulması, sonralar çox sayda müştərək layihələrin həyata keçirilməsi üçün faydalı oldu. Bu günə qədər Kişenyovda Belarusda tanış olduğumuz, dostlaşdığımız müxtəlif ölkələrdən olan gənc teatr mütəxəssisləri ilə ünsiyyət saxlayırıq, bir-birimizdən öyrənirik, birgə layihələr həyata keçiririk. Mən gözəl başa düşürəm ki, bütün bu sadaladığım müsbət hallar Dövlət Proqramının sayəsində mümkün olub.

- Bu gün cəmiyyətdə teatra olan maraq artıb, yoxsa...

- Bunların hamısı çox yaxşıdır, sevindirici hallardır, ancaq cəmiyyətin teatra marağının artması üçün kifayət deyil. Teatra marağın artması üçün dəqiq strategiyaya söykənən silsilə tədbirlər həyata keçirilməlidir: teatrın repertuar məsələləri, kadr defisiti, maddi-texniki problemləri həll olunmalıdır, teatrların dəqiq fəaliyyət planı işlənib hazırlanmalı, prodüserlik strukturu formalaşdırılmalı, peşəkar marketinq PR sistemi qurulmalı, KİV- teatr sənətinin təbliğinə geniş yer ayrılmalı, ölkədə konkret olaraq, teatr sənəti ilə məşğul olan elektron kağız mətbuatı formalaşdırılmalı, hətta bir yox, bir neçə teatr jurnalı, qəzeti, saytı yaradılmalı, teatr sosiologiyası inkişaf etdirilməlidir. Yalnız bundan sonra teatr sənətinin inkişafından, tamaşaçının bu sənətə marağının artmasından danışmaq mümkündür.

- Tamaşaçılar hansı mövzular əsasında səhnələşdirilən tamaşalara daha çox üstünlük verirlər?

- Əslində, burada mövzu birinci dərəcəli məsələ deyil. Əsas olan nədən danışmaq yox, necə danışmaqdır. Teatrlarımız çalışmalıdır ki, çağdaş dövrün insanlarına, onların hisslərinə, düşüncələrinə təsir edən mövzulara müraciət etsinlər ən əsası, teatr sənətinin müasir üsul vasitələrindən istifadə olunsun. Bir sözlə, teatr muzey eksponatına çevrilməməli, tamaşaçısı ilə eyni dildə danışmağı öyrənməlidir.   

- Bu günlərdə Prezident İlham Əliyev   birinci xanım Mehriban Əliyevanın mədəniyyət incəsənət xadimlərinin bir qrupu ilə görüşündə bir sıra məsələlərdən söz açıldı, yeni təkliflər səsləndirildi. Həmin görüşlə bağlı sizin fikirlərinizi bilmək maraqlı olardı.

-Şübhəsiz ki, ölkə başçısının mədəniyyət incəsənət xadimləri ilə görüşü olduqca əhəmiyyətli hadisədir. Niyə əhəmiyyətlidir? Əvvəla, ona görə ki, bu görüş mədəniyyət incəsənət xadimləri ilə Prezident birinci vitse-prezident arasında bilavasitə, maneəsiz ünsiyyət imkanı yaratdı. Səmimi şəraitdə keçən görüşdə sənətkarlar onları narahat edən problemləri çatdırmağa nail oldular. Bu görüş teatr xadimlərində böyük ruh yüksəkliyi yaratdı, kuluarlarda danışılanların əksini sübut etdi göstərdi ki, dövlət  teatra sahib çıxır, dövlət teatrın inkişafında israrlıdır bunun üçün gərəkli addımlar atmaqdan, böyük vəsait ayırmaqdan çəkinmir. Ən əsası isə, bu görüşün nəticələrini uzun müddət gözləməli olmadıq. Mövcud problemlər haqqında məlumatlanan dövlət başçısı onların operativ şəkildə həll olunması üçün təcili tədbirlər gördü. Görüşdən keçən bir neçə gün ərzində bu günə qədər heç vaxt həyata keçirilməyən miqyasda islahatlar gerçəkləşdi. Teatrların inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncama əsasən, dövlət teatrlarına 1.8 milyon manat vəsait ayrıldı. Azərbaycan Dövlət Rus Dram Teatrına, Azərbaycan Dövlət Musiqili Teatrınaakademikstatusu verildi. Dövlət büdcəsindən maliyyə yardımı alan teatr konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşları orta hesabla 50 faiz artırıldı.

Mətbuat konfransında mədəniyyət naziri Əbülfəs Qarayevin qeyd etdiyi kimi, Azərbaycan Dövlət Kukla Teatrının binasında müvəqqəti məskunlaşan “YUĞ” Dövlət Teatrının bina məsələsinin həll olunması istiqamətində müsbət addımlar atılacaq. İnanıram ki, bu islahatlar davam etdiriləcək yaxın günlərdə teatr sənətinin inkişafına yönəlmiş tədbirlər öz bəhrəsini verəcək.

- Belə demək olarmı ki, Azərbaycan teatrının uğurları hələ qarşıdadır?

-Birmənalı şəkildə demək olmaz ki, bu gündən sonra Azərbaycan teatrı mütləq uğur qazanacaq. Bunu zaman göstərər. Ancaq o faktdır ki, Azərbaycan teatrı yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələ necə tamamlanacaq, teatrımız tərəqqi tapacaq, ya tənəzzül prosesi davam edəcək, bu bilavasitə bağlıdır teatr xadimlərinin iradəsinə, istedadına, bilgisinə teatr sevgisinə. Dövlət teatrın inkişafına qayğı göstərə, maliyyə ayıra bilər. Ancaq sağlam teatr idarəetmə sistemi formalaşmasa teatr xadimlərimiz qarşıda dayanan vəzifələrin əhəmiyyətini anlamasalar, biz Azərbaycan teatrının uğurları haqqında danışacağımız günü hələ çox gözləməli olacağıq.

Qvami Məhəbbətoğlu

İki sahil.- 2019.-  14 mart.- S.14