BSU-nun Bolqarıstanla əlaqələri genişlənir

                  16 mart 2019-cu il tarixdə Bakı Slavyan Universitetində Bolqarıstanın Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Nikolay Yankov, səfirin həyat yoldaşı Viliana Yankova , konsul Kiril Apostosov,  Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova   VII  Qlobal Bakı Forumu çərçivəsində Azərbaycana gəlmiş müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin rektoru, professor Anastas Gerdjikovla görüş olub. Qonaqları qəbul edən BSU-nun rektoru, professor Nurlana Əliyeva  görüşün gözəl bir günə-Azərbaycan xalqının ən sevimli bayramı olan Novruz bayramı ərəfəsinə təsadüf etdiyini bildirib.  Rektor Azərbaycanın Bolqarıstanla dostluq əməkdaşlığının qədim tarixi ənənələrinin olduğunu vurğulayıb. O, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu tarixi ənənələrin Azərbaycanın müstəqillik qazandığı dövrdə daha da inkişaf etdiyini, iqtisadi, siyasi, elmi mədəni s. sahələri tam əhatə etdiyini bildirib. N.Əliyeva  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin vitseprezident Mehriban xanım Əliyevanın ölkələrimiz arasında əməkdaşlığa yeni-yeni töhfələr verdiyini diqqətə çatdırıb. O, BSU-nun Bolqarıstanın bir sıra universitetləri ilə sıx əlaqələrə malik olduğunu, universitetdə Bolqar tədris-mədəniyyət mərkəzinin fəaliyyət göstərdiyini həmçinin Bolqarıstanın bir sıra məşhur ali təhsil müəssisələrində Azərbaycan dilinin ədəbiyyatının tədris edildiyini bildirib. Rektor yaxın zamanlarda BSU ilə Müqəddəs Kiril Metodiy adına Velikotırnovı Universiteti arasında da əməkdaşlıq barədə müqavilənin imzalanacağını bildirib.  Kliment Oxridski adına Sofiya Universitetinin rektoru, professor Anastas Gerdjikov səmimi qəbula görə universitet rektoruna minnətdarlığını bildirib Azərbaycanı, Azərbaycan xalqını yaxşı tanıdığını, onun adət-ənənələrinə kifayət qədər bələd olduğunu qeyd edib. A.Gerdjikov Azərbaycanın dünya multikulturalizminin əsas ocaqlarından biri olduğunu, VII Beynəlxalq Forumun da xalqlar, ölkələr arasında münasibətlərin yaxınlaşmasına xidmət etdiyini nəzərə çatdırıb.

Sonra qonaqlar BSU-da fəaliyyət göstərən Bolqar tədris-mədəniyyət mərkəzinə baş çəkiblər. Mərkəzin mütəxəssisi Leyla Ocaqverdiyeva mərkəzin fəaliyyəti, planları barədə qonaqlara ətraflı məlumat verib Beynəlxalq münasibətlər regionşünaslıq fakültəsinin 3-cü kurs, Tərcümə fakültəsinin 4-cü kurs tələbələri bolqar ədəbiyyatından poetik nümunələr səsləndiriblər. Qonaqlar mərkəzə bolqar dilində yeni nəşr olunmuş kitablar hədiyyə ediblər. Sofiya Universitetinin rektoru A.Gerdjikov mərkəzdəki xatirə kitabına universitet barədə təəssüratlarını yazıb.

    Görüşdə universitetin beynəlxalaq əlaqələr  üzrə prorektoru, professor S.Qafarova, tədris işləri üzrə prorektor, professor T.Cəfərov, elmi işlər üzrə prorektor, professor R.Novruzov, beynəlxalq əlaqələr şöbəsinin müdiri Nərmin Quliyeva iştirak ediblər.

İki sahil.- 2019.- 19 mart- S.12