Dövlət qaçqın  məcburi köçkünlərə böyük qayğı göstərir

 

Milli Məclisin deputatı Elman Məmmədov www.yap.org.az saytına müsahibə verib:

Elman müəllim, ATƏT-in Minsk qrupunun həmsədrləri bu günlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat veriblər. Bu bəyanata münasibətiniz necədir?

- Azərbaycan dövlətinin və cəmiyyətinin mövqeyi belədir ki, həmsədrlərin fəaliyyəti, regiona səfərləri nəticə verməlidir. ATƏT-in Minsk qrupu həmsədrlərinin sülh prosesini irəli aparmaq təşəbbüsləri müsbət qiymətləndirilə bilər. Amma bu təşəbbüslər ədalətəsöykənməli və beynəlxalq hüquq normalarına əsaslanmalıdır.

Bilirsiniz ki, işğalçı Ermənistan Dağlıq Qarabağ məsələsinin həllində maraqlı deyil. Bu dövlət işğalçı siyasətini davam etdirmək istəyir. Buna baxmayaraq, Minsk qrupu işğalçını öz adı ilə çağırsa, məcburi köçkün olan insanların öz doğma yurdlarına qaytarılması tələbiniirəli sürsə, Ermənistanın geri çəkilməsi şübhəsizdir. Çünki bu dövlət bütün cəhətlərdən iflasa uğrayıb. Azərbaycan tərəfi isə danışıqlar naminə bu prosesdə iştirak etmək niyyətində deyil və bu mövqe həmsədrlərə də məlumdur. Ona görə də dövlətimizinhəmsədrlərdən nəticəyə hesablanan fəaliyyət tələb etməsi tamamilə düzgün mövqedir.

Həmsədrlərin son bəyanatına gəlincə, burada bir sıra məqamlar var. Bəyanatda vurğulanan bəzi məqamlar əvvəlki bəyanatların təkrarıdır. Yeni məqam isə ondan ibarətdir ki, bəyanatda danışıqların formatının dəyişməz olduğu qeyd edilir. Hansı ki, Ermənistanın başnaziri Nikol Paşiyan deyirdi ki, danışıqlar prosesində Dağlıq Qarabağ erməniləri tərəf kimi iştirak etməlidirlər.

Minsk qrupunun həmsədrlərinin bu bəyanatı Ermənistana verilən bir mesajdır. Həmsədrlərin mövqeyi Paşinyanın fikirlərinin qeyri-ciddi olduğunu göstərdi. Prezident İlham Əliyev Minsk qrupunun həmsədrlərini qəbul edərkən ölkəmizin mövqeyini onların diqqətinəçatdırmışdı. Münaqişənin həlli üzrə danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Danışıqların formatı dəyişilməz olaraq qalır. Ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin danışıqlara cəlb edilməsi və formatın dəyişdirilməsi cəhdləriqəbuledilməzdir.

Amma bir məsələ də var ki, sülh danışıqları nəticə verməli, Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır. Torpaqları işğaldan azad etmək Azərbaycan xalqının haqqıdır. Çünki bu torpaqların sahibləri öz yurdlarına qayıtmalıdırlar. Amma bu gün onlar qaçqın vəməcburi köçkün vəziyyətində yaşayırlar.

- Azərbaycanda qaçqın və məcburi köçkünlərə yüksək dövlət qayğısı göstərilir. Bu barədə nə deyə bilərsiniz?

- Məlumdur ki, Azərbaycan ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər qazanıb. Ölkəmizin maliyyə imkanlarının güclənməsi istər regionların sosial-iqtisadi inkişafı, istərsə də insanların sosial rifah halının daha da yaxşılaşdırılmasıistiqamətində layihələrin reallaşdırılmasına da imkan verib. Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşları, onların maraqları dayanır.

Dövlətimizin başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq respublikamızda qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər. Bu sırada da qaçqın və məcburi köçkünlər, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələriön sırada dayanırlar. Çünki qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli daim dövlətin, şəxsən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Son 15 ildə ölkəmizdə Prezident İlham Əliyevin siyasiiradəsinə uyğun olaraq qaçqın və məcburi köçkünlərin problemlərinin həlli məqsədilə müxtəlif proqramlar reallaşdırılıb.

Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır, bu məsələni daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətininəsas istiqamətlərindən biri kimi müəyyən edib. Son illərdə qaçqınlar və məcburi köçkünlər üçün bütün zəruri infrastrukturla təchiz olunmuş qəsəbələr salınıb, çoxmərtəbəli binalar inşa olunub. Qaçqınların və məcburi köçkünlərin sağlamlıqlarının təmini, sosialdurumlarının yaxşılaşdırılması, məşğulluqlarının artırılması və digər məsələlərlə bağlı da bir sıra mühüm işlər görülüb. Bu işlərə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də töhfə verir. Ümumiyyətlə, Azərbaycan dövlətinin qaçqınların və məcburiköçkünlərin sosial məsələlərinin həlli istiqamətində gördüyü tədbirlər dünyada çox nadir təcrübədir. Bu təcrübə bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və ondan istifadə olunur.

- Azərbaycan Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin artırılması haqqında Sərəncamı da cəmiyyətimizdə yüksək qiymətləndirilir...

- Azərbaycan Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin artırılması ilə bağlı Sərəncamına əsasən məcburi köçkünlərə ödənilən vəsaitin həcmi 50 faiz artırılıb. Bilirsiniz ki, 2017-ci ilin yanvar ayının 1-dən etibarənməcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə vahid aylıq müavinət ödənilir. Bu vəsait onların kommunal xidmətlərinin xərcinin ödənilməsi məqsədilə dövlət tərəfindən əvəzsiz olaraq verilir.

2017-ci ilin əvvəlində bu rəqəm 36 manat, 2018-ci ildə 40 manat, son dəyişikliklərdən sonra isə bu rəqəm 50 faiz artırılaraq 60 manata çatdırılıb. Bununla da, məcburi köçkün ailələrinin hər bir üzvünə kommunal xərclərin ödənilməsi üçün dövlət tərəfindən 60 manatvəsait ödəniləcək. Bu, o deməkdir ki, əgər ailədə 4 nəfər ailə üzvü varsa, onlar 240 manat dövlət büdcəsindən aylıq olaraq vəsait əldə etmək imkanı qazanacaqlar. Əvvəllər bu rəqəm 160 manat idisə, aprel ayında bu rəqəm 240 manat olacaq.

Birdəfəlik aylıq müavinətin artırılması məcburi köçkünlərin sosial təminatı baxımından çox vacibdir. Bu, məcburi köçkün ailələrinə dəstək kimi qiymətləndirilməlidir. Artımlar ailə üzvlərinin sayı çox olan məcburi köçkünlərə dövlət büdcəsindən daha çox vəsait əldəetmək imkanı verəcək. Bu kontekstdə son addım Azərbaycanda həyata keçirilən sosial islahatların bir elementi kimi qiymətləndirilməlidir. Müavinətlərin artırılması həssas qrup olan məcburi köçkünlərin sosial təminatının daha da yaxşılaşmasına dəstəkdir. Məcburiköçkünlər dövlət başçısının bu qərarını yüksək dəyərləndirirlər. Bu insanlar inanırlar ki, cənab Prezidentin qətiyyətli siyasəti nəticəsində doğma torpaqlarına qayıdacaqlar.

İki sahil.- 2019.- 16 mart.- S.15