Əsrin müqaviləsi”- 25 - "ATV Qalereya"da növbəti möhtəşəm bir sərgi -

  "ATV Qalereya” sərgisinin yeni mövsümdə ilk sərgi ekspozisiyası ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi"nin 25 illiyinə həsr olunub.

 

ATV.az xəbər verir ki, sərgidə  tanınmış fotoqraf, uzun illər ümummilli lider Heydər Əliyevin şəxsi fotoqrafı olan Rafiq Bağırovun fərdi yaradıcılığından əsərlər nümayiş etdirilib. Bu sayı 40-dan çox olan fotoşəkillər "Əsrin müqaviləsi”nə aiddir. Fotolarda  “Əsrin müqaviləsi”nin imzalanma mərasimindən başlayaraq, bu müqaviləyə aid bütün tarixi məqamlar əbədiləşdirilib.

 

Sərgini giriş sözü ilə açan "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının Bədii şurasının rəhbəri Etibar Babayev əvvəlcə  “ATV Qalereya” haqqında qonaqlara məlumat verərək, burada tək sərgilərin nümayiş olunmadığını, eyni zamanda  keçirilən ustad dərslər haqqında da məlumat verdi.

 

Çıxış edən millət vəkilləri, bir sıra ictimai xadimlər “Əsrin müqaviləsi”nin 25 illiyində belə bir sərginin təşkil olunmasına görə  “Azad Azərbaycan Televiziyası”nın rəhbərliyinə öz minnətdarlığını bildirdilər

 

Əliqızı Şəmsiyyə.

 

 İki sahil.- 2019.- 20 sentyabr.- S.19