Yaponiyanın Fuci telekanalında Azərbaycan haqqında veriliş yayımlanıb

Yeni ilin ilk günlərində Yaponiyanın populyar Fuci telekanalı Azərbaycan haqqında veriliş yayımlayıb.

AZƏRTAC xəbər verir ki, “Dünyaadlı verilişdə Azərbaycanın coğrafi mövqeyi, əhalisi, tarixi mədəniyyəti haqqında geniş məlumat verilib. Azərbaycanın Yaponiyadan təyyarə ilə 15 saatlıq məsafədə yerləşdiyini qeyd edən aparıcı ölkəmizin çox əlverişli coğrafi mövqeyə sahib olduğunu bildirib. Müstəqilliyini 1991-ci ildə bərpa edən Azərbaycanın qısa zaman kəsiyində əldə etdiyi uğurlar diqqətə çatdırılıb.Verilişdə Bakı şəhərindəkiAlov qüllələri”, Heydər Əliyev Mərkəzi, SOCAR-ın binası, Bakı Kristal Zalı digər möhtəşəm tikililərin müasir dizaynı barədə söhbət açılıb. Alov qüllələri”nin şəhərin rəmzi olduğu qeyd edilib.Telekanalın Azərbaycan Dövlət Neft Sənaye Universitetində Bakı Ali Neft Məktəbində olan çəkiliş qrupu ölkəmizdə yerləşən neft qaz yataqları barədə tamaşaçıları məlumatlandırıb. Eyni zamanda, tamaşaçılara Neft Daşları Bakı-Tbilisi-Ceyhan neft boru kəməri barədə məlumatlar təqdim edilib. Bundan başqa, Azərbaycan ərazisindəki faydalı qazıntılardan, Naftalan Sağlamlıq Mərkəzi palçıq vulkanlarından bəhs olunub.İçərişəhərdə Nizami küçəsində aparılan çəkilişlər zamanı şəhərin mərkəzində yerləşən bu iki yerin tikililəri ilə tarixi müasir Azərbaycanı əks etdirdiyi vurğulanıb. Yapon izləyicilər ölkəmizin müasirliyi ilə diqqəti cəlb edən turizm potensialı mövcud infrastrukturu barədə ətraflı məlumatlandırılıb.Tamaşaçılara ölkəmizin rəmzlərindən biri hesab edilən, dünyaca məşhur Azərbaycan xalçaları barədə geniş məlumat verilib.

Veriliş boyunca azərbaycanlıların çox istiqanlı, mehriban, qonaqpərvər əməksevər bir xalq olduğu qeyd edilib. Sonda yapon tamaşaçılara bu gözəl ölkəyə səyahət etmək tövsiyə olunub.

Vüqar Ağayev

Səs.- 2019.- 5 yanvar.- S.12.