İqtisadi sabitliyin təmin edilməsi başlıca məqsəddir

 

 

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışındakı müraciətində bir daha bu reallığı diqqətə çatdırdı ki, Azərbaycan yenə də öz gücünü göstərir

 

Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışındakı müraciətindəAzərbaycan dövləti bu ciddi vəziyyətlə üzləşərək yenə öz gücünü göstərdifikrini böyük inam əminliklə diqqətə çatdıran dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, bizim əsas vəzifəmiz xalqımızı, dövlətimizi qorumaqdır. Buna nail olmaq üçün istənilən addımların atılması mümkündür biz bunu edirik.

 

Hər bir ölkənin inkişafında iqtisadi amil əsas rol oynayır. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə məqsədilə iştirakçısı təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində ölkəmizin iqtisadi maliyyə imkanlarının genişlənməsi üçün geniş yol açılır. Ən əsası 2003-cü ildən neft siyasətinin məntiqi davamı kimi qeyri-neft sektorunun inkişafına xüsusi diqqət qayğının göstərilməsidir. Sahibkarlığın inkişafını ölkəmizin hərtərəfli tərəqqisində vacib amil kimi önə çəkən cənab İlham Əliyev daim bu tələbi irəli sürür ki, ölkəmizdə investisiya mühiti yaxşılaşdırılmalı, yeni yerlərinin yaradılması daimi proses olmalıdır. Bu tələb öncə əhalinin demoqrafik vəziyyəti ilə əlaqələndirilir. Nəzərə alaq ki, Azərbaycan artıq 10 milyonluq ölkədir. Sosial-iqtisadi islahatların demoqrafik vəziyyətlə uzalaşdırılması günümüzün əsas tələbləri sırasındadır. İqtisadi tərəqqiyə nail olmadan güclü sosial siyasətin həyata keçirilməsindən, insanların yüksək rifahının təminatından danışmaq qeyri-mümkündür.

 

Cari ilin yanvar-fevral aylarının sosial-iqtisadi göstəricilərinə diqqət yetirək. Qeyri-neft sektorunda iqtisadi artım 6,7 faizdir. Bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Qeyri-neft sektorunda sənaye istehsalı isə 21,7 faiz artıb. İnflyasiya 2,8 faizdir. Əhalinin gəlirləri 9 faiz artıb. Ölkə iqtisadiyyatının inkişafında turizm sektorunun rolunu nəzərə alsaq, qeyd olunan dövrdə Azərbaycana gələn turistlərin sayı 18 faiz artıb. Mart ayında koronavirus infeksiyasının yayılma coğrafiyasının genişlənməsi çox ciddi böhrana gətirib çıxardı. Bu fakt reallıqdır ki, dünya bu xəstəliyin iqtisadi sosial fəsadlarını yaşayır, vəziyyətdən çıxmaq üçün yollar axtarır. Həm daxildə iqtisadi sosial vəziyyətin ağırlaşması, həm ölkələr arasında əlaqələrin müvəqqəti olaraq dayanması öz növbəsində böhranın dərinləşməsini stimullaşdırır. Beynəlxalq maliyyə qurumları da artıq açıq şəkildə bəyan edirlər ki, bu xəstəlik, onun törətdiyi törədə biləcəyi fəsadlar 2008-2009-cu illərin böhranından daha da ağır olacaq. Digər tərəfdən nəzərə alaq ki, pandemiya şəraitində dünyada neftin qiyməti düşdü. Belə olan təqdirdə böyük itkilərin qaçılmaz olduğu aydındır. Lakin Azərbaycanın əvvəlcədən qəbul etdiyi qərarlar əsasında gördüyü işlər, həyata keçirdiyi tədbirlər öz müsbət təsirini göstərir sınaqdan da şərəflə çıxacağımıza əminliyi artırır. Amma hər kəs başa düşməlidir ki, dünya yeni dövrə qədəm qoyub. Bu, qədər davam edəcək heç kim bilmir. Xəstəlik qədər davam edəcək heç kim bilmir. Hesab edirəm ki, bütün proqnozlar şərti xarakter daşıyır. Bu xəstəliyin fəsadları özünü hansı formada büruzə verəcək? Bunu da biz bilmiriksöyləyən cənab İlham Əliyevin qeyd etdiyi kimi, dövlət bütün işləri görür.

 

Ölkənin hərtərəfli inkişafında özəl sektorun rolunu önə çəkən cənab İlham Əliyev hər zaman olduğu kimi, bu gün sahibkarların yanında olduğunu onlara göstərdiyi maddi mənəvi dəstəyi ilə ifadə etdi. Bu məqsədlə ölkə Prezidentinin Sərəncamı ilə Nazirlər Kabinetinə bir milyard manat vəsait ayrıldı, dörd işçi qrupu yaradıldı. Bu işçi qruplarının vəzifəsi məşğulluq məsələlərini həll etmək, iqtisadi sabitliyi təmin etmək, makroiqtisadi vəziyyəti sabit saxlamaq və başqa maliyyə imkanlarını səfərbər etməkdir.

 

Ümumilikdə 4 sektoru 20 fəaliyyət sahəsini əhatə edən 10 proqram yaranmış iqtisadi sosial çətinliklərin aradan qaldırılmasına xidmət edir. Həmin sənədlərə əsasən, iqtisadi sabitliyin təmin edilməsinə, məşğulluqla bağlı problemlərin həllinə, makroiqtisadi maliyyə sabitliyinin qorunmasına ən azı 2,5 milyard manat ayrılacaq. Ölkədə 600 min işçi, o cümlədən fərdi sahibkar dövlət hesabına maliyyələşdiriləcək. Onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb, artıq bu ödəmələr başlayır. Biz mütləq həm xəstələrə sahib çıxacağıq çıxırıq, həm ki, adamlarınasöyləyən ölkə Prezidenti vurğulayır ki, sahibkarlara mənim çağırışım, birmənalı tələbim artıq hər kəsə bəllidir ki, bu dövrdə heç bir ixtisara getmək olmaz, ancaq biz sahibkarlara da imkan yaratmalıyıq ki, onlar da əziyyət çəkməsinlər.

 

Bu ümumiləşdirməni apara bilərik ki, 10 istiqaməti əhatə edən yardım proqramlarının uğurlu icrası nəticəsində daim beynəlxalq maliyyə qurumlarının, xüsusilə Dünya Bankının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşan Azərbaycan koronavirus pandemiyasının yaratdığı iqtisadi sosial çətinliklərdən uğurla çıxacaq, iqtisadi inkişaf modelində yeni təkmilləşmələr, yeniləşmələr həyata keçirməklə dayanıqlı inkişafını təmin edəcək. Neft bazarında qlobal iqtisadiyyatda baş verən hadisələrə qarşı ölkəmizin kifayət həcmdə maliyyə resursları vardır. Bu baxımdan, yaranmış vəziyyətdə biznes ictimaiyyətinin əhalinin təmkinli davaranış nümayiş etdirməsi üçün ciddi əsaslar vardır. Bu mühüm məqam dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında öz əksini tapır ki, valyuta bazarına nəzarət gücləndiriləcək, qeyri-qanuni hərəkətlər yaranmış vəziyyətdən sui-istifadə hallarının qarşısı qətiyyətlə alınacaq.

 

Yeganə Əliyeva

İki sahil.- 2020.- 9 aprel.- S.4.