Daha 42 şəhid ailəsi Qarabağ müharibəsi əlilinə fərdi evlər verildi

 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 13 rayonda (o cümlədən Saatlı, Salyan, İsmayıllı, Xaçmaz, Bərdə, Beyləqan, Ağcabədi, Zaqatala, Yevlax, Şəmkir, Göygöl, Ağsu, Şamaxı) 42 fərdi yaşayış evi şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edildi.

 

Saatlı rayonunda evlərin təqdim edilməsi tədbirində Əmək Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, rayonun İcra Hakimiyyəti başçısının müavini Gündüz Səmədli iştirak ediblər.

 

Şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri torpaqlarımızın erməni faşizminin işğalından azad edilməsinə, həmin torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanmasına görə fərəh içində olduqlarını qeyd ediblər. Onlar bu möhtəşəm qələbəni xalqımıza bəxş edən Prezident İlham Əliyevlə, şanlı Silahlı Qüvvələrimizlə fəxr etdiklərini bildiriblər. Şanlı tarix yazan Azərbaycan Ordusunun rəşadəti ilə, dəmir yumruğa çevilən sarsılmaz birliyimizlə sonsuz iftixar hissi keçirdiklərini vurğulayıblar.

 

A.Kərimov şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə xüsusi diqqət qayğı göstərilməsinin Prezident İlham Əliyevin uğurlu sosial siyasətində mühüm yer tutduğunu bildirib. Qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən, ölkədə bütün sosial proqramlar ildən-ilə genişlənir. Eyni zamanda, bu kateqoriyadan olan vətəndaşların mənzil fərdi evlə təmin edilməsi istiqamətində işlər getdikcə geniş miqyas alır. Bu il rekord səviyyədə  olmaqla azı 1500 mənzil fərdi evin şəhid ailələri müharibə əlillərinə verilməsi nəzərdə tutulub, onlardan artıq 1100-dən çoxu verilib. Ümumilikdə ötən dövrdə 9000-ə yaxın şəhid ailəsi müharibə əlili mənzil fərdi evlə təmin edilib.

 

Nazir müavini şəhid ailələri müharibə əlillərinin sosial təminatının yaxşılaşdırılması üçün digər istiqamətlərdə atılan mühüm addımları da diqqətə çatdırıb.

 

Şəhid ailələri Qarabağ müharibəsi əlilləri onlara göstərilən yüksək qayğıdan razılıqla bəhs edib, bu gün yeni fərdi evlərlə təmin edildiklərinə görə dövlət başçımıza dərin minnətdarlıqlarını ifadə ediblər.

 

 İki sahil.- 2020.- 16 dekabr.- S.22