Azərbaycan Cüdo Federasiyası: Vətən müharibəsində 18 cüdoçu şəhid olub

 

Vətən müharibəsində Azərbaycan cüdo ictimaiyyətinin nümayəndələri - cüdoçular, məşqçilər cüdo hakimləri iştirak ediblər.

 

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 44 günlük Vətən müharibəsində iştirak edən yüzdən çox cüdoçudan 18-i şəhidlik zirvəsinə yüksəlib. Sumqayıt cüdo məktəbinin yetirməsi, adı dillər əzbəri olmuş 19 yaşlı şəhid Cəbrayıl Dövlətzadə düşmənin bir generalını polkovnikini təkbaşına məhv etməklə şəhid general-mayor Polad Həşimovun onun silahdaşlarının qisasını alıb. Ölümündən sonra "Azərbaycan Bayrağıordeninə layiq görülən qəhrəman əsgər Müzəffər Ali Baş Komandanın göstərişi ilə ikinci Fəxri xiyabanda - general Polad Həşimovun məzarının yanında dəfn olunub.

 

Azərbaycan cüdo məktəbinin yetirməsi olan daha bir şəhid idmançı tankçı Vüsal Dəmirovdur. O, İsmayıllı rayonunda SSRİ idman ustası, Fəxri bədən tərbiyəsi idman işçisi Bəhman Əkbərovla Əməkdar məşqçi Əkbər Şəfqətovun rəhbərliyi altında məşq edib. Vaxtilə bir çox region yarışlarının, klub cəmiyyətlərarası cüdo birinciliklərinin mükafatçısı, Bakı şəhər açıq birinciliyinin, Azərbaycan birinciliyi çempionatının iştirakçısı olub. Bundan əlavə, o, texniki işçi kimi federasiyanın keçirdiyi yarışların təşkil komitəsinin üzvü kimi çalışıb. V.Dəmirov Füzuli uğrunda gedən döyüşlərdə igidliklə vuruşaraq şəhid olub. Ölümündən sonra "Qarabağordeninə layiq görülüb.

 

Masallı Rayon Uşaq-Gənclər İdman Məktəbinin cüdoçusu kimi region respublika miqyaslı yarışlarda dəfələrlə medallar qazanmış İntiqam Əsgərli isə Şuşa uğrunda döyüşlərdə həlak olub. Dörd il əvvəl iştirak etdiyi 2016-cı il Aprel döyüşlərində qardaşı Nurlan Əsgərli qəhrəmancasına şəhid olduğu üçün komandanlıq İntiqama Şuşa uğrunda döyüşlərə qatılmamağı tapşırsa da, o, etiraz edib sona qədər qəhrəmancasına vuruşub. O, doğulduğu Kalinovka kəndində böyük izdihamla dəfn edilib. Ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb.

 

Vətən müharibəsində Cəbrayıl Dövlətzadə, Vüsal Dəmirov, İntiqam Əsgərli ilə yanaşı, daha 15 cüdoçu - Rəşad Babayev, Zaur Mədətov, Röyan Hüseynov, Rüfət Əliyev, Araz Seyfullayev, Vüsal Hadıyev, Süphan Həsənov, İntiqam Əsgərli, Elvin Məmmədov, İsmayıl İrapov, Elvin Qədirov, Fəqan Məmmədov, Ehtiram Əhmədov, Rəsul Süleymanov, Novruz Həsənov, Ruhid İslamlı qəhrəmancasına şəhid olublar.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 İki sahil.- 2020.- 22 dekabr.-S.15.