Sahibə Qafarova Cümhuriyyət Günü münasibətilə türkiyəli həmkarını təbrik edib

 

Oktyabrın 29-da Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla telefonla danışıb.

 

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova türkiyəli həmkarına 29 Oktyabr - Cümhuriyyət Günü münasibətilə təbriklərini çatdırıb, qardaş türk xalqına tərəqqi firavanlıq arzulayıb.

 

Milli Məclisin Sədri qardaş Türkiyə Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirib, iki qardaş xalqın həmişə bir-birinin yanında olacağına əminliyini ifadə edib.

 

Sahibə Qafarova Ermənistanın son dövrlər döyüş meydanında məruz qaldığı uğursuzluqlarla barışmayaraq mülki əhalini hədəfə aldığını, bunun müharibə cinayəti olduğunu deyib.

 

Azərbaycan xalqının öz dövlətinin Prezidentinin yanında olduğunu bildirən Sahibə Qafarova deyib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bərqərar olmuş güclü idarəçilik sistemi, iqtidarla xalq arasındakı sarsılmaz birlik Dağlıq Qarabağ məsələsinin tam həllini təmin edəcək”.

 

Təbriklər xoş sözlər üçün təşəkkürünü bildirən Mustafa Şentop Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını torpaqlarımızın düşmən tapdağından tezliklə tamamilə azad olunacağı günü səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

 

İki sahil.- 2020.- 30 oktyabr.- S.5.