Əl-Dusturqəzeti Azərbaycan-İordaniya əlaqələri barədə məqalə dərc edib

 

İordaniyanın nüfuzluəl-Dusturqəzetində tanınmış jurnalist Mərvan Sudahın Azərbaycan-İordaniya münasibətləri barədə məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah arasındakı şəxsi dostluq münasibətlərinin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyi vurğulanır. AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti Aslan Aslanovunİlham Əliyev. Əli xalqın nəbzində olan islahatçı Prezidentsərlövhəli məqaləsinə istinad edən iordaniyalı jurnalist Kral II Abdullahın dövlətimizin başçısı barədə dediyi fikri diqqətə çatdırır:Beynəlxalq arenada Siz çox vacib rol oynayırsınız. Sizə regionda dünyada oynadığınız rolunuza görə təşəkkürümü bildirirəm. Mən Sizin liderliyinizə, ölkəmizə münasibətdə xeyirxahlığınıza dəstəyinizə hər zaman arxalanıram”.

Kral II Abdullahın ötən il dekabrın 10-da Azərbaycana rəsmi səfərinin yekunlarına toxunan jurnalist keçirilən görüşlərin imzalanan müqavilələrin ikitərəfli əlaqələrin daha da inkişafına mühüm töhfə verəcəyini bildirir. Mərvan Sudah məqaləsində, həmçinin Bakı ilə Amman arasında birbaşa uçuşların təşkili ilə bağlı əldə edilmiş razılığın əhəmiyyətini vurğulayır.

 

İki sahil.- 2020.- 11 yanvar.- S.11.