Qarabağ ordenli kəşfiyyatçı mayor

 

 

Bəzən cəmiyyətdə baş verən ən kiçik hadisəyə belə böyük diqqətlə yanaşması adamın kimliyini dəqiq xarakterizə edir. Çətin situasiyalarda və ekstremal vəziyyətlərdə isə insanın ŞƏXSİYYƏT kimi əsl siması üzə çıxır. Tarix boyu Vətənin taleyüklü məqamlarında onu ağır sınaqlardan çıxarmaq missiyası yurdun qorxmaz, fədakar, mərd və cəsur oğullarının üzərinə düşüb. 44 günlük Vətən müharibəsində Azərbaycan əsgər və zabitlərinin misilsiz qəhrəmanlığının və xalqımıza, dövlətimizə sədaqətinin şahidi olduq. Müdafiə Nazirliyində şöbə müdiri vəzifəsində çalışmasına baxmayaraq könüllü olaraq Vətən müharibəsinə gedən mayor Taleh Kərimov da belə qəhrəmanlardan biridir.

 

Əmisi Sabirin dediyinə görə, Taleyin soyadını daşıdığı ulu babası Kərim, babası İbrahim Əhmədov sadə həyat tərzi sürüblər, atası Adil ixtisasca texnik-texnoloq olub

 

Taleh gənc yaşlarından vətənsevərliyini əməlləri ilə, gördüyü işlərlə sübut edib Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üçün qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsinin öhtəsindən layiqincə gələrək igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Taleh Kərimov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib. Mayor T.Kərimov sağlığında və ölümündən sonra bir sıra medallarla da təltif olunub.

 

Vətən müharibəsində şəhid olandan 5 ay sonra 36 yaşı tamam olan kəşfiyyatçı mayorumuzun hərbi xidmətdə qazandığı nailiyyətləri sadalamaqla bitməz.

 

Sumqayıt şəhərinin Şəhidlər xiyabanında uyuyan şəhidin ruhu sanki Xalq şairi Rəsul Rzanın bu ölməz misralarını məzarının ziyarətinə gələnlərə pıçıldayır:

 

Mən Vətənin qoynundayam,

 

Vətən mənim qoynumdadır

 

QISA TANITIM: Mayor Kərimov Taleh Adil oğlunun tərcümeyi - halında 1985-ci il martın 6-da Sumqayıt şəhərinin Corat qəsəbəsində anadan olduğu qeyd olunub. 1992-1995-ci illərdə Corat qəsəbəsində 7 saylı tam orta mətəbdə, 1995-2003-cü illərdə isə Məhəmməd Füzuli adına Tibb, Humanitar və Texnii Təmayüllü "İstedad" Liseyində təhsil alıb. Ali təhsilini isə 2003-2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Mətəbində (AAHM) "Kəşfiyyatçı" ixtisası üzrə alıb.

 

2007-ci ilin iyun ayından 2008-ci ilin iyun ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərəzində "Zabit" ixtisası üzrə təlimlərdə olub. 2008-ci ilin iyun ayından 2010-cu ilin mart ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində motoatıcı taborun qərargah rəisinin kəşfiyyat üzrə müavini və kəşfiyyat taqım komandiri, 2014-cü ilin yanvar ayından 2016-cı ilin yanvar ayına qədər isə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsinin Kəşfiyyat bölməsinin və kəşfiyyat rəisinin məlumatların toplanması üzrə rəisi vəzifələrində çalışıb.

 

2016-cı ilin yanvar ayından 2016-cı ilin iyun ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində kəşfiyyat rəisi və Kəşfiyyat bölməsinin rəisi, 2016-cı ilin noyabr ayından 2018-ci ilin mart ayına qədər isə Azərbaycan Silahlı Qüvvələrinin 4-cü Ordu Korpusunda Kəşfiyyat şöbəsinin rəisinin məlumatların toplanması və təhlili üzrə müavini, 2018-ci ilin mart ayından 2019-cu ilin noyabr ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsinin kəşfiyyat rəisi və Kəşfiyyat bölməsinin rəisi, 2019-cu ilin noyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin Kəşfiyyat Baş İdarəsinin Qoşun Kəşfiyyatı İdarəsinin Planlaşdırma və əlaqələndirmə şöbəsində xidmət edib.

 

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə nazirlikdəki işindən istefa verərək öz ərizəsi ilə könüllü qatılıb. Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə xüsusi rəşadət göstərib.

 

Oktyabrın 30-da Qubadlı uğrunda döyüşlər zamanı şəhid olub.

 

Noyabrın 13-də Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.

 

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Taleh Kərimov ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib .

 

Məni xəbər alıb soruşan olsa...

 

Vətən sevgisi ilə Vətənin qoynunda əbədiyyət, ucalıq, şərəf, qəhrəmanlıq ünvanına qovuşan mayor Taleh Kərimovun müxtəlif illərdə hərbi mundirdə çəkilmiş şəkilləri sanki dil açıb, onun şərəfli ömür yolundan danışır. 35 illik qısa ömrünə nələri sığdırmadı Hərbi Akademiyanı müvəffəqiyyətlə başa vuran Taleh mütaliəni çox sevirdi. Bir sıra beynəlxalq kurslarda və təlimlərdə iştirak edərək bilik və təcrübəsini artırıb. Peşəkar hərbi mütəxəssis kimi tanınırdı. Yuxarıda qeyd etdiyimiz kimi, Talehin bilik və bacarığı, Vətən eşqi onun real işlərində və əməllərində özünü büruzə verirdi.

 

Aprel döyüşlərində rəhbərlik etdiyi kəşfiyyat bölməsi düşmənə qarşı barışmaz mövqeyini ortaya qoyub, Lələtəpə yüksəkliyinin azad edilməsində iştirak edib. "Qüsursuz xidmətə görə" III və II dərəcəli medallarına layiq görülüb. Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008), "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013), "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları, Fəxri fərmanlarla təltif olunub və bir çox qiymətli hədiyyələrlə mükafatlandırılıb.

 

Dəmir yumruğun zərbəsi ilə torpaqlarımızdan qovulan erməni köpəkləri geri çəkilsələr də, işğaldan azad olunmuş ərazilərimizi ağır artilleriya silahlarından atəşə tuturdular. Mayor Taleh Kərimov başçılıq etdiyi dəstə ilə cəbhənin müxtəlif istiqamətlərində yüksəklikləri ələ keçirərək düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv edib. Düşmənin kabusuna çevrilən cəsur mayor Qubadlıda yüksəkliklərin birini azad etdikdən sonra əsgərləri ilə birlikdə adını Dəmir yumruq əməliyyatının Zəfər salnaməsinə yazaraq şəhid olub.

 

Mayor Taleh Kərimovun və onun qəhrəman əsgərlərinin qanı Azərbaycan bayrağının qırmızı rənginə qarışıb, indi işğaldan azad etdikləri kəndlərimizdə, şəhərlərimizdə dalğalanır...

 

Talehin müəllimi, ehtiyatda olan zabit Sahib Quliyev deyir ki, o, savaşa mən zabitəm, bu mənim işimdir fikri ilə deyil, Vətənə, torpağa bağlı fədai kimi qoşulmuşdi. İkinci Qarabağ savaşında Taleh nazirlikdə şöbə müdiri olsa da, yazılı şəkildə yuxarı komanda heyətinə müraciət edərək bu yolu seçdi. Gedəndə də sanki ürəyinə nəsə dammışdı, bütün dost-tanışları ilə görüşdü, hətta evimizə gəlib mənə də müharibəyə getdiyini bildirdi

 

Şəhadət şərbətini əsgərləri ilə birgə içdi

 

Azərbaycan Ordusunun hərbi qulluqçularının göstərdiyi qəhrəmanlıq, şəxsi rəşadət, igidlik, qanı və canı bahasına qələbəni təmin etmələri hər birimizə qürurverici anlar yaşatdı, qəlbimizi fərəhlə doldurdu. Ata - anası vəfat edən qəhrəmanımızın bacısı Mehriban Mirzəyeva deyir ki, biz qardaşımızı həmişə həyatda gülərüz görmüşdük: Taleh məndən kiçik olduğu üçün əlimdə böyümüşdü İş yoldaşları onun haqqında xoş sözlər danışdılar. O, şəhadət şərbətini yanındakı əsgərləri ilə birgə içdi.

 

Tanrı dərgahında seçilmiş elə insanlar var ki, onlar ölmürlər, cismən bu dünyanı tərk edib, ruhən əbədiyyətə qovuşurlar. Taleyinə şəhidlik qismət olan Taleh Kərimov da hər kəsə nəsib olmayan mərtəbəyə - Vətənə olan sonsuz sevgisi ilə ən uca zirvəyə ucalanlardandır

 

Şöhrət zirvəsinə hər adam ucala bilər, amma şəhidlik zirvəsinə yox Bu fikir şəhid mayorumuzun bacısı Pərvanə xanıma məxsusdur. Qardaş itkisi ürəyini ağrıtsa da, Vətən torpaqlarının işğaldan azad olunması və qardaşının, eləcə də bütün şəhidlərimizin qisasının yerdə qalmaması onun üçün böyük təsəllidir. Şəhidlər hər iki dünyada əbədiyyən yaşayırlar. Ona görə mən qardaşımla qürur duyuram

 

Bacıları tez-tez kəşfiyyatçı mayorun Sumqayıtın Şəhidlər xiyabanında gül-çiçəyə qərq olmuş məzarını ziyarət edirlər. Şəxsiyyətinin bütövlüyü haqqında dil açan xatirələr Talehin yarımçıq qalmış ömrünün davamına çevrilib.

 

Cənnət ətri verən gül-çiçəyin arasında Taleh Kərimovun şəhid ruhunun pıçıltısı Yunis Əmrənin qərinələr öncə söylədiyi ayrılıq salamları kimi, həm də söz ehsanı olaraq səslənir:

 

Biz dünyadan gedər olduq,

 

Qalanlara səlam olsun,

 

Arxamızca xeyir-dua,

 

Qılanlara səlam olsun...

 

Taleh Kərimov kimi şəhidlərimizin arxasınca xeyir - dua qılan insanlar qəlblərində onların əziz xatirələrini həmişə yaşadacaqlar.

Allah bütün şəhidlərimizin ruhunu rəhmət nuruna qərq etsin!

 

Nurəddin Ədiloğlu

 

İki sahil.- 2021.- 4 avqust.- S.22.