Böyük Qayıdışımızın daha bir təntənəsi - Vaqif poeziya günləri

 

 

 

1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilənədək Şuşa şəhərində hər il düzənlənən daha bir tədbirin yenidən keçirilməsinin sevincini yaşayırıq. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada Vaqif Poeziya günləri bu şəhər işğaldan azad edildikdən sonra ilk dəfədir ki, keçirilir. Prezident İlham Əliyev bununla bağlı demişdir ki, bir zamanlar Şuşada böyük coşqu ilə keçirilən Vaqif poeziya günləri bərpa edilməlidir ediləcək. Düz, 39 ildən sonra, 2021-ci ilin 14 yanvarında tarixi məqbərənin qarşısında çıxış edən Prezident İlham Əliyev həmin günləri belə xatırlamışdı: ...Bu tarixi gün mənim yadımdadır. Çünki o vaxt atamla bərabər, bax, bu yerdə mən durmuşdum. Bu, tarixi videokadrlar da var. Çox şaxtalı, qarlı bir hava idi. Möhkəm qar yağırdı. Amma buna baxmayaraq, bu tədbirə yığışmış insanlar, Azərbaycan ziyalıları heç o soyuğu hiss etmirdilər. Çünki Qarabağ xanının vəziri olan Molla Pənah Vaqifin möhtəşəm məqbərəsi açılırdı. Bu təşəbbüsü ulu öndər Heydər Əliyev irəli sürmüşdü, onun rəhbərliyi ilə inşaat işləri aparılmışdı gözəl, əzəmətli məqbərə ucaldılmışdı.

 

Ölkə başçısı onu da xüsusi vurğuladı ki, xanın vəziri olan insanın şərəfinə o vaxt - sovet dövründə məqbərə ucaltmaq qeyri-adi bir hadisə idi. İndi buna hər kəs təbii hadisə kimi baxa bilər, amma o vaxt - sosializm dövründə xanın vəzirinin şərəfinə məqbərə ucaltmaq doğrudan da fövqəladə bir hadisə idi: Məhz Heydər Əliyevin təkidi cəsarəti nəticəsində o vaxt Azərbaycan buna nail ola bildi bu yer təsadüfən seçilmədi. Molla Pənah Vaqifin qəbri buradadır. Bu məqbərənin yaradılması açılışı bir tərəfdən Azərbaycan Respublikasının öz tarixinə, Azərbaycan xalqının öz dahi şəxsiyyətlərinə olan hörmətin əlaməti idi.

 

Prezident çıxışı zamanı bildirdi ki, Ulu Öndər sovet dövründə milli ruhun yüksək səviyyədə olması üçün çox böyük işlər görürdü. Bu məqbərənin açılışı tarixi hadisə idi: Mən o günü çox yaxşı xatırlayıram. Mən təxminən orada, kənarda durmuşdum, burada atam görkəmli mədəniyyət xadimləri. Yadımdadır, Azərbaycan erməni şairləri şeirlər deyirdilər. Hətta erməni şairləri Azərbaycan dilində şeirlər deyirdilər. Bu, bir dostluq bayramı, dostluq tədbiri idi heç kimin ağlına gələ bilməzdi ki, bir neçə ildən sonra burada separatizm baş qaldıracaq, Ermənistan Azərbaycana qarşı təcavüz edəcək, bizim tarixi şəhərimizi əlimizdən alacaqlar, tarixi abidələrimizi, məscidlərimizi, bu məqbərəni bu günə salacaqlar, Azərbaycan xalqının çoxəsrlik irsini Qarabağ diyarından silməyə çalışacaqlar...

 

Xatırladaq ki, Vaqif poeziya günlərinin keçirilməsinə başlanması bu tədbirin ənənəvi xarakter alması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdir. Onun göstərişi ilə məzar tapılmış Heydər Əliyev yaxşı vəziyyətdə olmayan dağılmış məzarı ziyarət etmişdir. Ulu Öndər nitqlərinin birində gördüyü "`bu məzarın Vaqifə layiq olmadığını" səsləndirmişdir. Sonralar Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı üzərində 1980-81-ci illərdə abidə türbə tikildi. Kompleks Şuşa şəhərinin Cıdır düşünə yaxın ərazidə inşa edilmişdi. 1982-ci ilin yanvar ayında Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin təntənəli açılışı oldu. Kompleksdə Molla Pənah Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid olan 80-ə yaxın eksponat da sərgilənirdi. Soyuq, qarlı gündə keçirilən açılış mərasiminə Şuşaya istedadlı sənət adamları toplaşmışdı. Şuşada bu tarix milli mədəniyyət sənət bayramına çevrildi. Beləliklə, ulu öndər Heydər Əliyev hər il Vaqif poeziya günlərinin keçirilməsi barədə göstəriş verdi. Həmin tarixdən etibarən hər il avqust ayında Vaqif poeziya günləri düzənlənməyə başlanıldı. Tədbirin proqramına şeir gecələri ilə yanaşı, konsertlər daxil edilmişdi. Vaqif poeziya günlərinin keçirilməsi ənənəyə çevrilmişdi. Hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb Şuşada başa çatırdı. Vaqif poeziya günləri Şuşanın erməni quldurları tərəfindən işğalına qədər davam etmişdir. 1992-ci ildə erməni qəsbkarları Şuşadakı milli-mənəvi, dini tarixi-memarlıq abidələrimizi talayaraq məhv etmiş, həmçinin Molla Pənah Vaqifin məqbərəsini dağıtmışdılar. Mənfur düşmənin torpaqlarımızı işğal etməsi nəticəsində uzun illər idi ki, Vaqif poeziya günləri keçirilmirdi.

 

Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra, 39 il əvvəl məqbərənin açıldığı gündə - yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı məqbərəni ziyarət edən ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa yenidənqurma işlərinə start verildi. Avqustun 29-da isə Şuşada dahi Azərbaycan şairi ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa yenidənqurma işlərindən sonra açılışı baş tutdu. Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak etdilər görülən işlərlə tanış oldular. Həmin gün Şuşa şəhərində Molla Pənah Vaqifin büstünün açılışı oldu. Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, Molla Pənah Vaqifin 1957-ci ildə tuncdan hazırlanan büstü 1958-ci ildə Cıdır düzünə yaxın ərazidə qəbirüstü abidə kimi yerləşdirilib, daha sonra 1976-cı ildə şairin Şuşadakı evinin yaxınlığına köçürülüb. 1982-ci ildə Vaqifin məqbərəsinin açılışından əvvəl büst onun ətrafı təmir edilib, abidənin postamenti dəyişdirilib. Büst 1992-ci ildə Şuşa şəhərinin işğalı zamanı erməni vandalizminə məruz qalaraq dağıdılıb. Ölkə başçısının göstərişinə əsasən, abidə bu il onun müəllifi, Əməkdar incəsənət xadimi Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən qurulub. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan büst öz əvvəlki yerinə qaytarılaraq Molla Pənah Vaqifin Şuşadakı evinin yaxınlığında quraşdırılıb.

 

Göründüyü kimi, torpaqlarımız erməni işğalından azad olunduqdan sonra Qarabağ öz mədəni inkişafının yeni dövrünə qədəm qoyub. Xalqımıza məxsus tarixi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən daha möhtəşəm qeyd olunması qayıdışımızın daha bir təntənəsinə çevrilib.

 

Sevinc Azadi

 

İki sahil.- 2021.- 31 avqust.- S.17.