Biz ömür borcluyuq  elə - Vətənə!..

 

 

 

Müzəffər ordumuzun şanlı qələbəsini duyb düşündükcə insanın qəlbi riqqətə gəlir. Heyrətimiz böyüyür, sevincimizin həddi  hüdudu olmur. Vətənin başının üzərini qara buludlar alanda neçə - neçə polad sinəli igid oğullarımızın qəhrəmanlığının şahidi olduq.

 

Bəli, biz ömür borcluyuq elə - Vətənə, igidlər gərəkdir belə Vətənə! Vətənin əsgər oğullarından neçə - neçə məqalələr, şeirlər yazmışam, yenə yazıram. Sinəsini düşmən gülləsinə sipər edən oğullardan yazmaq  qələm adamına şərəf gətirir.

 

Torpaqlarımız düşmən tapdağından azad olunanda neçə - neçə anaları ağlaya  ağlaya sevinən gördük. Əsgər  analarının üzünün nuru  qüruru gözlərim önündən getmir. Şəhid olmaq, qazi olmaq  tale qisməti, alın yazısıdır. Şəhid analarının, qazi analarının dözümü sözə sığmaz, təsvirə gəlməz. Əsgər analarının ağılı, bayatılı səsi  sədası bir  birinə qovuşub ürəklərə hopub.

 

Ana torpağın uğrunda vuruşan oğullarımız dədə - baba əmanəti, el  oba qeyrətidir. Müqəddəs torpaq uğrunda vuruşan, Qarabağın düşmən işğalından azad edilməsi  uğrunda igidliklə savaşa atılan qorxmaz oğullarımızdan biri də qazi Rövşən Uğurludur. O, 1994  cü ildə Sumqayıt şəhərində anadan olub. Əslən Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndindəndir.  Rövşənin özü hələ dünyaya gəlməmişdən çox  çox illər əvvəl, rəhmətlik  babası Uğurlu Hüseynovu tanımışam. O, uzun illər Faxralı kənd sovetinin sədri və kənddəki üzümçülük sovxozunun direktoru işləyib. Uğurlu dayı çalışdığı sahədə  səmərəli fəaliyyəti, xeyirxah əməlləri və gördüyü yaxşı işlərlə yaddaşlarda qalıb. El  obasının qayğıları ilə yaşayan insan olub. Onun adı elimizdə ehtiramla yad edilir. Uğurlu dayının nəvəsi Rövşənin də Vətən sevgisi  candan, qandan və gendən gəlir. Ona görə qəlbində Vətən sevgisi yüksəkdir.

 

Rövşən Uğurlu ibtidai təhsilini Sumqayıt şəhərindəki 28 saylı məktəbdə, orta təhsilini isə Bakı şəhərinin Suraxanı rayonundakı 278 saylı tam orta məktəbdə alıb.

 

Daha sonra Qafqaz Universitetində ( indiki Bakı Mühəndislik Universiteti) kompüter mühəndisliyi ixtisasına yiyələnib. 2017 2018  ci illərdə Azərbaycan Ordusu sıralarında   müddətli həqiqi hərbi xidmətdə olarkən əsgəri borcunu vicdanla yerinə yetirib. İkinci Qarabağ müharibəsi başlayanda hərbi səfərbərliyə cəlb olunub.

 

Qazi Rövşən Uğurlu döyüş səngərlərində vuruşarkən, 27 oktyabr, 2020  ci il tarixində müxtəlif dərəcəli  bədən xəsarətləri alıb.

 

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Füzulinin işğaldan azad olunmasına görə medalı ilə təltif edilmişdir.

 

Rövşən cəbhə gündəliyindən söhbət açanda dedi:

 

Sübh tezdən  düşmən bizi mina atan atəşinə tutdu. Yaxınlığımızda çox sayda  döyüş texnikası var idi. Gecələdiyimiz yüksəklikdə sipər vəziyyətinə keçdik. Mövqelərimiz düşmən tərəfindən vuruldu. Qaya parçaları üstümüzə yağırdı. Həmin anda dəbilqəmə ağır daş parçasının dəydiyini hiss etdim. Gözlərimə qaranlıq çökdü. Gözlərimi açanda ayağa qalxdım və ətrafa boylandım. Daha sonra əşyalarımı toplayıb qarşı tərəfdəki yüksəkliyə doğru hərəkət etməyə başladım. Dönmə sahəsində müvazinətimi saxlaya bilməyib sıldırımdan yıxıldım. Huşumu itirdikdən bir qədər sonra ağrıların təsirindən oyandım. Yuxudan oyansam da  şokun təsirində idim. Fikrimi cəmləşdirməkdə çətinlik çəkdiyimə görə, ağrıların yerini özüm üçün  ayırd edə bilmirdim.

 

Açıq mövqedə olduğuma görə, yaxınlıqdakı əsgər yoldaşlarım mənə səslənirdilər. Daha sonra yan ətraflarıma baxdım. Sağ ayağım funksiyasını tamamilə itirmişdi. Ayağımdan tutmuş, düz onurğa beynimə qədər şiddətli ağrılar var idi. Onurğa beynimdə də zədələnmələr olmuşdu. Tez  tez nəfəsim kəsilirdi.

 

Mən özüm manqada tibb xidməti atıcısı olduğuma görə ayaqqabımın bağları ilə ayağımı sıxıb ağrıları azaltmağa çalışırdım. Yaxınlıqdakı əsgər yoldaşım məni sipərə çəkib digər əsgər yoldaşlarımızdan kömək istədi. Döyüş yoldaşlarımın köməyi ilə mövqeyi dəyişdim. Yenidən bir  iki saat mina atəşlərinin altında qaldıq. Daha sonra komandirlərimin və döyüş yoldaşlarımın köməyi ilə həmin mövqeni də tərk etməli olduq. Atəş səsləri isə kəsilmək bilmirdi. Meşəlik ərazidə qradatəşinə məruz qaldıq. Həmin dəqiqələrdə komandirlərimə və əsgər yoldaşlarıma dedim:

 

Mənsiz yolunuza davam edin... Lakin onlar mənim təkidlərimə baxmadılar və təxliyə maşınına qədər mənə öz köməkliklərini göstərdilər.

 

... Hospitalda həkimlər onurğamda yırtıq, eyni zamanda kəllə - beyin travması və ayaq bağlarımda zədələnmələrin olduğunu bildirdilər. Xəsarətdən səkkiz həftə sonra ordudan tərxis olundum. Hazırda müalicəmi davam etdirirəm.

 

Yaralarının, ağrılarının çoxluğuna baxmayaraq, Rövşən ordumuzun əldə etdiyi qələbə sevinci, qələbə əhval  ruhiyyəsi ilə yaşayır. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyir və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşən əsgərlərimizin sırasında olmaqdan qürur duyur. Deyir ki, Vətənin keşiyində dayanmaq müqəddəs borcumuzdur. Xalqımız bizə güvənir, öz oğullarına arxalanır.

 

... Nə yaxşı ki,Vətənin keşiyində dayanan dağ vüqarlı oğullarımız var. Vətənini sevən, ona bütün varlığı ilə bağlı olan əsgərlərimizin döyüş qüdrəti qəlbimizi iftixar hissi ilə doldurur. Belə igid oğullarımızın sayəsində müzəffər ordumuz düşmənə qalib gəldi, torpaqlarımız düşməndən azad edildi.

 

Unudulmaz Xalq şairi Mirvarid Dilbazi dünyaya igid oğullar gətirən analarımıza xitabən gözəl deyib:

 

Səngərdir, sipərdir  dincliyi saxlar,

Kişisiz Vətəni düşmən ayaqlar, -

Kişi anası olana olanda!

 

Həzi Həsənli,

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Şair  publisist.

 

 

İki sahil.- 2021.- 23 fevral.-S.15