Heydər Əliyevkitabı Təbrizdə nəşr olunub

 

 

Yazıçı-dramaturq Hüseynbala Mirələmovun rusiyalı həmkarı Viktor Andriyanovla birlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr etdikləri “Görkəmli adamların həyatı” seriyasından  “Heydər Əliyev” kitabı Təbrizin “Aydın” nəşriyyatında fars dilində işıq üzü görüb.

 

Bu barədəİki sahil”ə Tehranda Azərbaycan fars dillərində nəşr  olunan aylıq "Xudafərin" jurnalının təsisçisi baş redaktoru, doktor Hüseyn Şərqi Dərəcək (Soytürk) məlumat verib. Özünün şəxsi təşəbbüsü dəstəyi ilə nəşr olunan 700 səhifəlik kitabı fars dilinə  doktor Mirəli Rezayi  ilə birlikdə tərcümə edən doktor Hüseyn Şərqi Heydər Əliyevin görkəmli dövlət xadimi kimi dünyanın ən qüdrətli siyasətçiləri ilə bir sırada dayandığını yeni nəşrin Ümummilli Liderin siyasi irsinin öyrənilməsinə maraq göstərən farsdilli oxucular üçün  dəyərli mənbə olacağını bildirdi.

 

Doktor H.Şərqi  Azərbaycanın Tehrandakı səfirliyinə Təbrizdəki  konsulluğuna  təqdim etdiyiHeydər Əliyevkitabını  Ulu Öndərin əbədiyaşar xatirəsinə layiqli bir töhfə kimiTvitter”lə Azərbaycanın Prezidentinə göndərdiyini vurğuladı.

 

Qeyd edək ki, “Görkəmli adamların həyatıseriyasından olan  Heydər Əliyevkitabı 2005 -ci  ilin əvvəlində Moskvada  məşhurMolodaya Qvardiyanəşriyyatında rus dilində buraxılmış geniş oxucu kütləsi tərəfindən böyük maraqla qarşılanmışdı. 15 il ərzində  dünyanın 47 dilinə tərcümə olunan bu kitabda yüksək bədii nəsrlə tarixi faktlar vəhdət təşkil edir   böyük şəxsiyyətin ömür yolunun oxuculara məlum olmayan maraqlı məqamları öz əksini tapır. Kitabın həmmüəllifi  Hüseynbala Mirələmov "İşığın izi ilə", "Bir günəş var", "Həqiqət", "Millətin atası" kitablarını  da  dünya azərbaycanlılarının ürəyində özünə möhtəşəm bir abidə ucaldan Ulu Öndərin həyat siyasi fəaliyyətinə  həsr etmişdir. H. Mirələmov  yeganə Azərbaycan yazıçısıdır ki, onun Moskvada   vaxtilə Maksim Qorkinin təşəbbüsü ilə buraxılanGörkəmli adamların həyatıseriyasında üç  kitabı  nəşr olunmuşdur. “Tərcümeyi-hal davam edir: İlham Əliyev    görkəmli oftalmoloq alim Zərifə Əliyeva  haqqında kitabları da bu seriyaya daxildir. Müəllifin  Bakı- İstanbulBay Time Printmətbəəsi  çox  nəfis tərtibatla nəşr edilmiş  Missiya  kitabı  isə  Birinci vitse-prezident Mehriban Əliyevanın  UNESCO-nun ICESCO-nun xoşməramlı səfiri kimi Azərbaycanın, xalqımızın mədəniyyətinin incəsənətinin dünyada tanıdılmasında böyük xidmətlərindən, onun rəhbərliyi ilə ölkədə qlobal miqyaslı idman mədəniyyət tədbirlərinin uğurla keçirilməsindən, dinlərarası sivilizasiyalararası dialoqa verdiyi töhfələrdən bəhs olunur.

 

Nurəddin Muğanlı

 

İki sahil.- 2021.- 27 fevral.- S.28.