Heydər Əliyev yaradıcı insanlar

 

 

 

Müasir Azərbaycanın memarı ulu öndər Heydər Əliyev hələ Sovet dövründə bütün sahələrdə olduğu kimi, mədəniyyət və incəsənətin inkişafına da xüsusi diqqət göstərib, yaradıcı insanlara qayğı ilə yanaşıb. O dövrdə ümummilli lider Heydər Əliyevin yaradıcı insanlara, mədəniyyət sahəsinə göstərdiyi böyük dəstək qayğı daim xatırlanır, heç zaman unudulmur. Məhz həmin dövrdə atılan genişmiqyaslı addımlar mədəniyyət sahəsinin gələcək inkişafı üçün etibarlı zəmin yaratdı.

 

Azərbaycan Teatr Xadimləri İttifaqının Azərbaycan Jurnalistlər Birliyinin üzvü, ölkəmizdə xarici ölkələrdə dərc olunan çoxsaylı publisistik yazıların, elmi məqalələrin, kitabların, eləcə sənədli filmlərin müəllifi Etibar Babayev Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini İki sahilin oxucuları ilə bölüşür.

 

-Etibar müəllim, siz ümummilli lider Heydər Əliyevlə görüşən, danışan, onunla eyni dövrdə işləyən şanslı insanlardan birisiniz. Eyni zamanda, mərhum atanız Adil Babayevdən yəqin ki, Ulu Öndər haqqında çox tarixi faktları eşitmisiniz...

 

-Təbii ki ulu öndər Heydər Əliyevlə bağlı atam Adil Babayevdən çox eşitmişəm. Bu gün danışacağım mövzu mənə ikiqat doğma əzizdir.

 

1979-cu ildə ümummilli lider Heydər Əliyevlə şəxsən söhbət etmişəm. Ulu Öndərlə 20 dəqiqə söhbət edəndən sonra məni Mərkəzi Komitənin katibliyində mədəniyyət şöbəsinə məsul vəzifəyə təyin etdilər. Mən gənc vaxtlarımdan yaradıcı insanların, yaradıcı şəxslərin əhatəsində olmuşam. Azərbaycan Komsomolu Mərkəzi Komitəsində təlimatçı, daha sonra təbliğat mədəni kütləvi işlər şöbəsinin müdiri kimi yaradıcı gənclərlə daim əlaqədə idim. Saysız Ümumittifaq səviyyəli tədbirlərin keçirilməsində yaxından iştirak edirdim.

 

Bütün bunları üçün qeyd edirəm? Çünki ulu öndər Heydər Əliyevin fəaliyyətində yaradıcı insanlarla görüşləri, o tədbirlərin yaxından iştirakçılarından biri kimi söyləmək istədiklərim çoxdur. Amma əsas məqamlara diqqət çəkmək istəyirəm. Hamıya çox yaxşı bəllidir ki, Ulu Öndərin Azərbaycana rəhbərliyə başlaması 1969-cu ilə təsadüf edir. Onun gəlişinə qədər Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik edən insanlar vardı. Onların hər biri müəyyən dövr çalışıb getmişdilər. Həmin insanların əməlləri, gördükləri işlər çox da əhəmiyyətli olmadığından onların sadəcə adları qaldı. Ümummilli lider Heydər Əliyevin isə böyüklüyü onda idi ki, Onun rəhbərliyə gəlişi ilə sanki yeni nəfəs, yeni idarəçilik dəst-xətti gəldi, bir canlanma baş verdi. Bilirsiniz, bu, canlanmadan daha çox bir səfərbəredici qüvvə idi. Heydər Əliyev öz gəlişi ilə azərbaycançılıq ideyasını ortaya qoydu. Bununla Ulu Öndər bizə kimliyimizi tanıtdı.

 

-Ulu öndər Heydər Əliyevin sənətə sənətkara verdiyi qiymət onun böyüklüyünün göstəricisi idi...

 

- Şübhəsiz. Bilirsiniz ki, o zamanlar senzura vardı. Amma Heydər Əliyev şəxsiyyətinə arxalanan yaradıcı insanlar o çərçivələri poetik şəkildə keçərək xalqın demək istədiyi sözləri, fikirləri çatdırırdılar. İstər açıq, istərsə sətiraltı məna ilə insanları azərbaycançılıq ruhunda tərbiyə edirdilər.

 

O dövrdə tarixi şəxsiyyətlərimiz, o cümlədən Nəsimi, Koroğlu, Babək filmləri çəkildi, böyük əsərlər ərsəyə gəldi. Ümumiyyətlə, bədii ədəbiyyatın inkişafına imkan maraq yarandı.

 

Azərbaycan Dövlət Akademik Dram Teatrında bir sıra tamaşalar oynanılırdı. O tamaşaların hər birinə ümummilli lider Heydər Əliyev şəxsən tamaşa edirdi. Hər tamaşadan sonra Ulu Öndər pərdə arxasına keçib yaradıcı heyətlə görüşürdü. O görüşlərdə bir səmimiyyət vardı. Hər aktyorun obrazını, quruluşçu rejissorların peşəkarlığını s. ayrı-ayrılıqda təhlil edirdi. Bu, görüşlərin hər biri bir dərslikdir. Ümumiyyətlə, Heydər Əliyevi dinləyəndə hər kəs bu şəxsiyyətdən qiymət almaq istəyirdi. Çünki onun sözü çox mötəbər idi. Belə görüşlərdə həm mədəniyyət işçilərinin qarşılaşdıqları problemlər öz həllini tapırdı. Bəzi məsələləri isə Heydər Əliyev şəxsən öz nəzarətinə götürürdü. Bütün yaradıcı insanların, böyük yazıçıların, ədəbi xadimlərimizin yubileyləri yüksək səviyyədə qeyd olunurdu. Əlbəttə, söylədiklərimin hər biri ulu öndər Heydər Əliyevin mədəniyyətimizə incəsənətimizə diqqətindən irəli gəlirdi. Ümummilli Liderin diqqəti diktəsi olandan sonra hərə öz dərsini alırdı. Hamı yaradıcı insanlara diqqətlə yanaşırdı. Digər bir məqamı da qeyd etmək istəyirəm. Bilirsiniz ki, bir çox əsərlər Heydər Əliyevin sayəsində ekran həyatı gördü. Məsələn, Bir cənub şəhərində filminin yayımına icazə vermirdilər. Heydər Əliyevin bu məsələləri birbaşa nəzarətə götürməsindən sonra tamaşaçılar o filmi izləyə bildilər.

 

Yaradıcı insanların məişət qayğıları da həmişə Heydər Əliyevin diqqət mərkəzində olub. Yazıçılar üçün ayrıca yaradıcılıq evləri, daha sonra aktyor evləri tikildi. Hər addımda, hər anda yaradıcı insanlara diqqətlə yanaşılırdı. Bu mövzuda istənilən qədər misallar çəkilə bilər.

 

Azərbaycan həmin dövrdə Ümumittifaq səviyyəsində bir mədəniyyət, mənəviyyat mərkəzinə çevrilmişdi. Azərbaycan müxtəlif respublikalardan nümayəndələr gəlirdilər bir çox nümayəndə heyətlərinə o respublikaların birinci şəxsləri rəhbərlik edirdilər. Bu, o demək idi ki, onların hər biri Heydər Əliyevin şəxsiyyətinə hörmət edirdi.

 

Bütün yaradıcı şəxsiyyətlərin heykəlləri Ulu Öndərin bilavasitə tapşırığı, göstərişi ilə ucaldıldı. Sizə bir məqamı çatdırım... Cəfər Cabbarlının heykəlinin ucaldılması ilə bağlı qərar olsa da işlər aparılmırdı. Heydər Əliyev bu məsələni şəxsi nəzarətinə götürdü. Çox yaxşı xatırlayıram ki, Mərkəzi Komitədə xüsusi iclas keçirildi. Heykəltəraş, memar, Mədəniyyət Nazirliyinin rəhbərliyi həmin iclasda iştirak edirdilər. Məlum oldu ki, heykəlin müəyyən olunan ərazidə qoyulması üçün nəzərdə tutulan daş yoxdur. Ulu Öndərin göstərişi ilə lazımi ölçüdə daş Ukraynadan tapıldı, alındı mn bir əziyyətlə yerində yonularaq nəhayət heykəl ucaldıldı. Açılışında da yenə Heydər Əliyev şəxsən iştirak etdi.

 

1992-ci ildə, ölkəmizin yeni müstəqillik qazandığı dövrdə böyük Azərbaycan aşiqi Barış Manço Bakıya gəlmişdi. Xatırladım ki, həmin vaxt Türkiyənin TRT kanalını Bakıda izləmək mümkün deyildi. Həmin il türk dünyasının sənətkarının iştirakı ilə burada 4 veriliş hazırlandı. 1992-ci ilin may ayında hər bazar günü türk televiziyasında o verilişlər yayımlandı. Qeyd edim ki, o 4 verilişin hər biri Azərbaycana həsr olunmuşdu. Bir gün Barış Manço ilə şəhəri gəzirdik mən ona bir-bir ucaldılan heykəlləri göstərirdim. Sabirin, Füzulinin, Nizaminin, Natəvanın heyəllərini türk xalqlarına təqdim edə-edə şeirlər səsləndirirdi. Barış Manço o qədər riqqətə gəlmişdi ki, dedi Bakı heykəllər şəhəridir. Dedi ki, mən 150 ölkədən veriliş hazırlamışam, dünyanı dolaşmışam hələ heç bir ölkədə sənət adamına, söz sahibinə bu qədər hörmət, sayqı görməmişəm.

 

Günel Eyyubova

 

İki sahil.- 2021.- 4 iyun.- S.-12.