Şəhid jurnalistlər Məhərrəm İbrahimov Sirac Abışovun adları AzTV-nin həyətindəki abidə kompleksinə yazılıb

 

Azərbaycan Televiziyasının həyətində bütöv mərmər lövhədəki qara mərmər zolaq üzərində Fəxrəddin Şahbazov, Alı Mustafayev, Arif Hüseynzadə, Çingiz Mustafayev, Fuad Mirzəyev Pərviz Balayevin adları yazılmışdı. Birinci Qarabağ müharibəsi dövründə öz peşə fəaliyyətini yerinə yetirərkən şəhid olan jurnalist həmkarlarımızın sırasına 28 il sonra daha iki ad əlavə olundu: AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov Azərbaycan Televiziyasının operatoru Sirac Abışov...

 

AZƏRTAC xəbər verir ki, iyunun 9-da bununla bağlı Azərbaycan Televiziyasının həyətində mərasim keçirilib. Şəhid həmkarlarımızın ailə üzvlərinin yaxın qohumlarının, yoldaşlarının, dostlarının, eləcə ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə Azərbaycan Televiziya Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov çıxış edib.

 

Bu məkan bizim hər birimiz üçün müqəddəsdir. Hər dəfə bu abidə kompleksinin qarşısından keçərkən şəhid həmkarlarımızı xatırlayır, onlarla çiyin-çiyinə çalışdığımıza görə qürur hissi keçiririk. Onların hər biri bizim qəlbimizdə yaşayır. Bu fədakar həmkarlarımızın ruhu qarşısında, valideynləri qarşısında baş əyirik. Biz onları heç vaxt unutmayacağıq, - deyə Rövşən Məmmədov bildirib.

 

Azərbaycan Televiziyası ilə AZƏRTAC-ın qardaş, həmrəy olduqlarını, daim bir yerdə çalışdıqlarını vurğulayan sədr qeyd edib ki, Kəlbəcər rayonunun Susuzluq kəndində minaya düşən həmkarlarımız Azərbaycan jurnalistlərinin birliyini, möhtəşəmliyini, Vətən uğrunda mübarizliyini bir daha nümayiş etdirdilər. Bu faciə bizim birliyimizi daha da möhkəmləndirdi, bizi daha da yaxınlaşdırdı. Buna görə Sirac Abışovla Məhərrəm İbrahimova minnətdarıq.

 

Şəhid operatorun atası Abış Abışov oğlunun xatirəsinə göstərilən ehtiram üçün təşəkkürünü bildirib, bu ağır günlərdə xalqımızın nümayiş etdirdiyi birlikdən qürur duyduğunu dilə gətirib.

 

Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov göstərilən diqqət ehtirama görə təşəkkür edərək deyib: Vaxtilə mən AZƏRTAC-da işləmişəm. Məhərrəmlə mənim həyatımda AZTV ilə AZƏRTAC qoşa qanaddır. İyirmi il əvvəl buradan keçəndə qardaşımın adının bu xatirə lövhəsinə yazılacağını ağlıma gətirməzdim. İnsan ömrü 70-80, bəlkə bir az artıq ola bilər. Şəhid ömrü isə əbədidir. Biz bu dünyada olmayanda onların adı yaşayacaq, xatırlanacaq, göstərdikləri nümunə sonrakı nəsillərə örnək olacaq. Qardaşım əbədiyaşarlıq qazandığına görə iftixar hissi keçirirəm.

 

Şəhid anası Azadə Abışova deyib: Mən bu gün oğlumun itkisinə görə qədər üzgün olsam da, şəhid anası kimi bir o qədər qürurluyam.

 

Anım mərasimində Məhərrəmin bacıları Sevda İradə həm kədər, həm qürur hissləri keçirdiklərini deyiblər: Onlar elə bir ali məqama yüksəliblər ki, bu, heç hamıya nəsib olmur. Təki Vətən sağ olsun! Arzu edirik ki, iki qardaşımızın faciəli taleyi bundan sonra heç kəsə nəsib olmasın. Bacılar, qardaşlar belə ağır hisslər keçirməsin, belə sınaqla üzləşməsinlər. Bu gün hər iki qardaşımız üçün göz yaşı tökməklə, sızlamaqla yanaşı qürur duyuruq ki, bizim Azərbaycan kimi şanlı Vətənimiz, güclü dövlətimiz, İlham Əliyev kimi Prezidentimiz, Ali Baş Komandanımız var.

 

Şəhid jurnalistlərin digər ailə üzvləri, qohumları, həmkarları da Məhərrəm İbrahimovun Sirac Abısovun adlarının əbədiləşdirildiyinə əziz xatirələrinə göstərilən yüksək ehtirama görə minnətdarlıqlarını bildiriblər.

 

Tədbirin sonunda mərhum jurnalistlərin ruhuna dualar oxunub.

 

İki sahil.- 2021.- 10 iyun.- S.10.