ŞUŞA İLİ”NİN İŞIĞINDA…

 

Səhnəmizin və kinomuzun korifeylərindən biri

 

Mədəniyyətimizin tacı olan Şuşada adlı-sanlı nəsillər yaşayıb və müxtəlif zamanlarda onların nümayəndələri təkcə doğma şəhərlərinin deyil, bütün Azərbaycanın şöhrətini dünyaya yayıblar. Bu nəsillərdən biri Bədəlbəylilərdir. Şuşalı Bədəl bəy Bəşir bəy oğlu Qori Müəllimlər Seminariyasında təhsil alan və bacarıqlı pedaqoq kimi xalqını maarif işığı ilə nurlandıran bir ziyalı idi. O, bütün ömrü boyu Şuşada müəllimlik edib. Bədəl bəyin anası Əzizə xanım Üzeyir Hacıbəylinin anası Şirinbəyim xanımla bacı idi. O, Qacarlar nəslindən olan Rəhimə xanımla ailə qurmuşdu. Dövrünün  gözüaçıq şəxsiyyətlərindən sayılan Bədəl bəyin oğulları, nəvə və nəticələri cəmiyyətin müxtəlif sahələrində, o cümlədən, teatrmusiqi sahəsində görkəmli yer tutublar.

Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli 1911-ci il fevralın 23-də Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra atası kimi müəllim olmaq istəyi onu Bakı Pedaqoji Texnikumuna gətirib. Hələ yeniyetmə yaşlarından musiqiyə həvəs göstərən Şəmsi böyük qardaşı, tanınmış teatrşünasictimai xadim Əfrasiyabın məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəylinin sinfində təhsil alıb. Tar çalmağı bacarıb. O dövrün məşhur teatrşünası və yazıçı-dramaturqu Cəfər Cabbarlı ilə Əfrasiyab Bədəlbəylinin dostluğu, onların teatr yaradıcılığı, səhnə və musiqi ilə bağlı söhbətləri kiçik qardaşı Şəmsinin də diqqətini özünə çəkib.

1932-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əmək fəaliyyətinə başlayan Şəmsi Bədəlbəyli bu teatrda on il rejissor vəzifəsində çalışıb. Sənətkarın 1939-cu ildə quruluş verdiyi “Ölülər” komediyası da ona böyük şöhrət gətirib. Sənətkar burada öz həmkarları ilə birlikdə “Vətən uğrunda” qəzetində ədəbi işçi kimi çalışıb, həm mədəniyyət mövzusunda məqalələr yazıb, həm də həvəskar aktyorlarla birlikdə böyük bəstəkar Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan”, Zülfüqar Hacıbəylinin “Əlli yaşında cavan”, “Evli ikən subaymusiqili komediyalarını tamaşaya qoyub.

1943-cü ildə Bakıda ilk Musiqili Komediya Teatrı yaradılır və Şəmsi Bədəlbəyli həmin teatra rejissor təyin edilib. O, bir rejissor kimi dramaturqun ideyasını, bəstəkarın musiqisini, aktyorun ifasını səhnədə təcəssüm etdirə bilirdi. O,  fasilələrlə bu teatrın həm bədii rəhbəri, həm də direktoru vəzifəsində müxtəlif illərdə  çalışıb. Bir müddət də filarmoniyanın bədii rəhbəri və direktoru olan Şəmsi Bədəlbəyli 1976-cı ildən ömrünün sonuna kimi Azərbaycan Teatr Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsində də səmərəli fəaliyyət göstərib. Rejissor OperaBalet Teatrında “Koroğlu”, “Əsli və Kərəm”, “Sevilya bərbəri” kimi operalara da quruluş verib.

Azərbaycan mədəniyyətinə sanballı xidmətlər göstərən Şəmsi Bədəlbəyli kino sənətinin də inkişafına mühüm töhfələr verib. Hətta özü bir sıra bədii və sənədli filmlərdə aktyor kimiiştirak edib. Bu gün də həmin filmlərə (“O qızı tapın”, “Axırıncı aşırım”, “Xatirələr sahili” və s.) baxanda Şəmsi Bədəlbəylinin həyat verdiyi rollar diqqət çəkir. Bu rollarda o, özünün aktyorluq məharətini peşəkarcasına nümayiş etdirib,  yaddaqalan rolları ilə tamaşaçıların sevimlisinə çevrilib.

Şəmsi Bədəlbəyli bir sıra müqtədir sənətkarlarımızla tərəf-müqabili kimi dəyərli obrazlar yaradıb. O, Adil İsgəndərov, Həsənağa Turabov, Həsən Məmmədov, Bəşir Səfəroğlu, Nəsibə Zeynalovabaşqa korifeylərlə maraqlı kino və tamaşaların ərsəyə gəlməsində birgə çalışıb. Böyük sənətkarın oğlu Fərhad Bədəlbəyli Azərbaycanı dünyanın bir çox ölkələrində tanıdıb. O, gənc yaşlarında parlaq istedadı ilə fərqlənib.

Şəmsi Bədəlbəylinin ailəsində dünyaya göz açan Fərhad Bədəlbəyli 1965-1969-cu illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M. R. Brennerin sinfində), 1969-1971-ci illərdə isə P. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B. Davidoviçin sinfində) oxuyub. Hələ gənc yaşlarından böyük uğurlara imza atan pianoçu qısa vaxtda dünya şöhrəti qazanıb. O, Bolqarıstan, Yunanıstan, Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, Çexoslovakiya, İsveçrə, Yaponiyabaşqa ölkələrdə mədəniyyətimizi layiqincə təmsil edib. Onun bütün çıxışları anşlaqla qarşılanıb. Hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına rəhbərlik edən professor Fərhad Bədəlbəylinin gənc ifaçıların yetişməsində misilsiz xidmətləri var. Görkəmli sənətkarın dəyərli fəaliyyəti ümummilli liderimiz Heydər Əliyev, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bir sıra yüksək mükafatlara və fəxri adlara layiq görülüb. Onların arasında Azərbaycanın Xalq artisti fəxri adı, “Şöhrət” və “İstiqlal” ordenləri də var.

Mənsub olduğu millətin mədəniyyətinin, teatrmusiqi sənətinin inkişafı naminə yorulmadan çalışan Şəmsi Bədəlbəyli Azərbaycan mədəniyyət tarixində silinməz iz qoyub. Filmlərdə yaratdığı gözəl ciddi obrazlar indi də gözlərimiz qarşısında canlanır. Onun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Bir neçə dövlət mükafatına layiq görülüb, əvvəl respublikanın Əməkdar incəsənət xadimi, 1964-cü ildə isə ona Azərbaycan SSR-in Xalq artisti fəxri adı verilib. Sevimli sənətkarımız 1987-ci il mayın 23-də Bakıda vəfat edibböyük ehtiramla Fəxri xiyabanda dəfn olunub. Ustad sənətkarımızın əziz xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır.

 

 

Vəli İlyasov

 

İki sahil.- 2022.- 12 avqust.- S.4.