Türk dünyasının böyük öndəri

 

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu  ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasında müstəsna rol oynayan ümummilli lider Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafındakı, bütövlükdə türk dünyası qarşısındakı əvəzsiz xidmətləri tarixə qızıl hərflərlə yazılıb.

Ulu Öndər Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına həmişə xüsusi diqqət yetirib. Əsrlər boyu türk xalqlarının birliyinə nail olmaq üçün tarixi şəxsiyyətlərimiz dövrün siyasi şəraitinə uyğun mübarizə aparıblar. XX əsrin əvvəllərində bu tarixi missiyani Qazi Mustafa Kamal Atatürk, ötən əsrin sonlarından başlayaraq isə ulu öndər Heydər Əliyev uğurla həyata keçiriblər.

Ümummilli lider Heydər Əliyev ötən əsrin 90-cı illərində böyük bir uzaqgörənliklə Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənməsi və Qərbə doğru nəqlini təmin etməklə ölkələrimizin iqtisadi qüdrətini artırıb, beynəlxalq enerji təhlükəsizliyi məsələsində qardaş Türkiyənin gücünü durmadan artıran yeni bir güc mərkəzi yaradıb. Məhz buna görə də qardaş ölkədə Ulu Öndərin adının əbədiləşdirilməsi dahi şəxsiyyətin tarixi missiyası qarşısında mənəvi borcudur.

Ulu öndər Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları, qətiyyətli addımları ilə türk dünyasının birliyi üçün misilsiz xidmətlər göstərib. Ümummilli Lider türk dünyasının birliyi üçün uzaqgörən addımlar atıb. 2000-ci ildə türkdilli dövlətlərin Bakıda keçirilən VI Zirvə görüşündə qəbul olunmuş, bilavasitə Heydər Əliyevin düşüncələrini əks etdirən “Bakı bəyannaməsi” bunun bariz nümunələrindən biridir. Təsadüfi deyil ki, dahi rəhbərin təşəbbüsü ilə həyata keçirilən qlobal layihələr bu gün bütün türkdilli dövlətləri birləşdirir. Türk dünyasının birliyi naminə misilsiz xidmətlər göstərən, Azərbaycan-Türkiyə dostluğuna və qardaşlığına böyük töhfələr verən Ümummilli Liderimizin işıqlı xatirəsi qardaş ölkədə daim uca tutulur.

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 - ildönümü tamam olur. Prezident İlham Əliyev Ulu Öndərin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsini təmin etmək üçün Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İlielan edilməsi haqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Heydər Əliyev xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”.

Ulu öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır. Dahi şəxsiyyət Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin edib, millətimizin və dövlətimizin ideoloji xəttini, söykənəcəyi təməl prinsiplərini irs olaraq müəyyənləşdirib. Bütün bunlara görə Ümummilli Lider XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi dahi şəxsiyyət, dövlət idarəçiliyi sahəsində son dərəcə böyük və təcrübəli siyasət adamı, dövlət xadimi, dövlətçilik tariximizdə həmişəlik qalacaqehtiramla anılacaq Liderdir. Onun zəngin dövlətçilik təcrübəsi dünya siyasətçiləri tərəfindən təqdir edilir və yüksək qiymətləndirilir.

 

Zahid Rza

 

İki sahil.- 2022.- 10 dekabr.- S.6.

 

 

Bölmədən digər xəbərlər

Türkiyə səfirliyi ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı paylaşım edib

 12 dekabr 2022 10:38

İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

 12 dekabr 2022 09:47

Dünyanın ən böyük azərbaycanlısı

 12 dekabr 2022 08:03

Ceyhun Bayramov ulu öndər Heydər Əliyevin vəfatının 19-cu ili ilə əlaqədar sosial şəbəkədə paylaşım edib

 12 dekabr 2022 01:37

Cahit Bağcı: qardaş Azərbaycanın umummilli lideri Heydər Əliyevi hörmət və rəhmətlə anırıq

 12 dekabr 2022 01:12