Şuşanın təmtəraqlı günləri

bir-birini əvəz edir

 

Mədəniyyət paytaxtımızda keçirilən bütün tədbirlər yaddaqalan məqamlarla zəngin tarixi hadisələrdir

 

2023-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı elan edilən Şuşada keçirilən beynəlxalq tədbirlər, görüşlər Azərbaycanın bu cənnətməkan diyarına marağı daha da artırıb. Prezident İlham Əliyevin Sərəncamına, əsasən 2022-ci ilin «Şuşa ili» elan edilməsi, bərpa-quruculuq işlərinin sürətlənməsi ilə Azərbaycanın incisi adlandırılan incəsənət beşiyinin şöhrəti daha müasir görkəmdə özünə qaytarılır. İki qardaş ölkə arasında «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi»nin imzalanması, milli birlik rəmzi olan «Xarıbülbül» festivalının, Vaqif Poeziya Günlərinin keçirilməsi ilə başlanan, Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı ilə davam etdirilən Şuşanın təmtəraqlı günləri maraqlı, tarixi hadisə kimi yaddaşlarda qalıb. Qısa müddətdə Şuşanın Baş planı­nın hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyininÜzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir”. Bu gün Şuşada Natəvan bu­lağı çağlayır. Heydər Əliyev Fondu tərəfindən məscidlər əsaslı təmir edi­lir. «Xarıbülbül»” və «Qarabağ»” otelləri şəhərə xüsusi görkəm verir. Yeni yaşayış kompleksinin inşasına başlanılıb.

Şuşaya hər səfərində önəmli yeniliklərlə rastlaşan, bu şəhərin qədimliyi ilə müasirliyinin vəhdətini tamamlayacaq tövsiyələrini verən Prezident İlham Əliyevin imzaladığı «İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında» Fərmana uyğun olaraq Qarabağın hər yerində, o cümlədən Şuşada bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Xəyalları gerçəkləşdirən Zəfər yolu ilə başlanan, «Şuşa İli» ilə davam etdirilən quruculuq işlərinin bütün sahələri əhatə etməsi əlamətdar hadisələr kimi yaddaşlarda iz salır. Bu il270 yaşı tamam olan Şuşanın bərpasını sürətləndirmək məqsədilə dövlət başçımızın imzaladığı Sərəncamla 2022-ci ilin «Şuşa İli» elan edilməsi bu şəhərin bərpasına göstərilən xüsusi diqqətdir. Sərəncamda qeyd edilir ki, ”bu şəhərdə infrastrukturun qurul­ması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına diqqət yetirilməli, türk dünyasının mədəniyyət paytaxtı Şuşa yeni görkəmi ilə fərqlənməlidir.

Möhkəm iqtisadi təmələ əsaslanan «Azərbaycan 2030: sosial-iqti­sadi inkişafa dair Milli Prioritetlər”»də Şuşa da daxil olmaqla bütün Qarabağda aparılan bərpa-quruculuq işlərinin kompleks həlli ilə nəzərdə tutulan layihələrin tətbiqinin nəticəsi gözəlləşən Şuşanın simasında daha aydın görünür. Bu mədəniyyət paytaxtında keçirilən tədbirlərin iştirakçılarının Şuşa ilə bağlı söylədikləri xoş sözlər bərpa-quruculuq işlərinə verilən dəyərdir.

65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı ilə bu ilin aprel ayında Dünya Azərbaycanlılarının V Zəfər qurultayının Şuşada keçirilməsinin rəmzi və siyasi mənası var idi. Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü oldu. Qurultaydakı nitqi ilə xarici ölkələrdə yaşayan azərbaycanlı adamlarını işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində fəal iştirak etməyə çağıran Prezident İlham Əliyevin sözləri milli birlik və həmrəyliyimizi daha da gücləndirdi.

Xəzər regionunda neft-qaz sahəsinin və enerji sektorunun ən mötəbər tədbiri olan, ” 27-ci Beynəlxalq Xəzər NeftQaz” Sərgisinin, 10-cu Yubiley Xəzər Beynəlxalq EnergetikaAlternativ Enerji” Sərgisinin və Xəzər NeftQaz Konfransının xələfi olan Bakı Enerji Forumunu özündə birləşdirən Bakı Enerji Həftəsi dayanıqlı və təhlükəsiz enerji güclərinin yaradılması sahəsində yeni əməkdaşlıq üçün qlobal enerji bazarının əsas oyunçularını, beynəlxalq şirkətləri bir araya gətirdi. Qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edən, sərgi və forumların təşkilində zəngin təcrübəyə malik Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən bu tədbir də aktual, dolğun məruzələrlə, müzakirə və fikir mübadilələri ilə qarşılıqlı anlaşma mühitində davam etdi, ölkələrin iqtisadi əməkdaşlığı üçün prioritetləri müəyyənləşdirdi, münasibətlərə töhfələr verdi. Bakı Enerji Həftəsinin «Xalis sıfra aparan yol: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı» mövzusuna həsr olunan xüsusi sessiyasını xatırlayaq. Azərbaycanın iştirakı və təşəbbüsü ilə dünyanın enerji xəritəsində edilən dəyişikliklər barədə sessiyanın təşkil edildiyi Şuşadan verilən açıqlamalar siyasi, iqtisadi, diplomatik uğurlarımızın təcəssümü idi.

Xüsusi sessiyada enerji sahəsində də Azərbaycan və Türkiyənin mükəmməl əməkdaşlığının ölkələrimiz və bölgəmiz üçün strateji xarakter daşıdığının xüsusilə qeyd edilməsi, Qarabağ və Şərqi Zəngəzurun «yaşıl enerji» zonasına çevrilməsi istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin regional əhəmiyyətli təşəbbüs adlandırılması, bərpa olunan enerji potensialına və əməkdaşlıq imkanlarına malik ölkəmizin ən səmərəli enerji mənbəyi olmasının daha bir təsdiqidir. «Yaşıl enerji» zonası elan edilən bu ərazilərin geniş iqtisadi, nəqliyyat, turizm və bərpa olunan enerji potensialı ilə bundan sonra uzun illər ərzində Azərbaycanın və regionun dayanıqlı inkişafına, bölgədə sülhə, əmin-amanlığa, əməkdaşlığa dəyərli töhfələr verəcəyini bildirən iştirakçılar bu qədim şəhərin gözəlliyinə valeh olduqlarını da gizlətmədilər. Şuşada keçirilən xüsusi sessiyada bərpaolunan enerji mənbələrinin birgə inkişafı haqqında SOCAR və Birləşmiş Ərəb Əmirliklərinin «Masdar» şirkəti arasında imzalanan Anlaşma Memorandumu, eyni zamanda SOCARbp arasında əməkdaşlıq müqaviləsi bu strategiyanın əsas komponentlərindən biri kimi qiymətləndirilə bilər. Günəş Elektrik Stansiyası layihəsinin reallaşdırılması istiqamətində birgə fəaliyyəti əks etdirən əməkdaşlığa dair Energetika Nazirliyibp arasında Cəbrayılda 240 MVt gücündə günəş-elektrik stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı növbəti addımların atılması məqsədilə 2021-ci ilin iyun ayında bağlanmış İcra Müqaviləsinə Əlavə imzalanması ölkəmizin dünyanın enerji xəritəsində önəmini artırır.

Energetika Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin «Masdar» şirkəti arasında «Azərbaycan Respublikasında quruda sənaye miqyaslı 1 QVt gücündə günəş və 1 QVt gücündə külək enerjisi layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqaviləsi» və «Dənizdə 2 QVt gücündə inteqrasiya edilmiş külək və yaşıl hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqaviləsi»nin imzalanması da bərpa olunan enerji ilə təminat baxımından böyük əhəmiyyət daşıyır. «Şuşa İli»ndə mədəniyyət paytaxtımızda belə mühüm tədbirlərin

təşkili ölkəmizin dünya birliyində mövqeyini möhkəmləndirir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün platforma olan Şuşa təkrarolunmaz gözəlliyini qoruyur. Prezident İlham Əliyevin təbirincə deyilsə doğmalarının atababa yurduna qayıtması ilə Şuşa dirçəlir, yenidən qurulur.

«Bu gün Qarabağ dirçəlir. Bu gün Füzulidə və Şuşada bir neçə tədbirdə iştirak etmişəm. Bütün bölgələrdə quruculuq-bərpa işləri sürətlə gedir, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır. Əslində, şəhərlər, kəndlər yenidən qurulur. Çünki işğal dövründə düşmən bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir, bütün tarixi abidələrimizi dağıtmışdır, Qarabağın, bölgənin, Qafqazın incisi olan Şuşa kimi şəhəri bərbad hala qoymuşdur. Biz - bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik» söyləyən Prezident İlham Əliyevin Şuşanın yenidən qurulmasına göstərdiyi diqqət eyni zamanda ata vəsiyyətinə, ulu öndər Heydər Əliyevin əbədiyaşar ideyalarına sadiqlik nümunəsidir.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2022.- 2 iyul.- S.22.