Qazaxdan başlayıb Şuşada başa çatdı

 

Azad Şuşa növbəti dəfə Vaqif Poeziya Günlərinə ev sahibliyi etdi

 

Qırx dörd günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbədən sonra dövlətimizin Qarabağı dirçəltməyə, əvvəlki şan-şöhrətini geri qaytarmağa davam edir.  İşğaldan azad olunmasından iki ildən az vaxt keçməsinə baxmayaraq Qarabağın incisi- Şuşa müxtəlif tədbirlərə ev sahibliyi edir. Qədim Azərbaycan torpağında növbəti dəfə unudulmaz mədəniyyət tədbiri- Vaqif Poeziya Günləri keçirildi. Mədəniyyə paytaxtımızda yenidən şeir, qəzəl sədaları yayıldı, muğam səsi ucaldı.

Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını Ulu öndər Heydər Əliyev vermişdi. Hələ 1967-ci ildə ümummilli lider Heydər Əliyev Şuşada olarkən Vaqifin məzarını ziyarət etmək istəyıb, ancaq məzarı tapa bilməyiblər. Onun göstərişi ilə məzar tapılıb, Heydər Əliyev bərbad halda olan, dağılmış məzarı ziyarət edib. Nitqlərinin birində o, gördüyü bu məzarın Vaqifə layiq olmadığını söyləyib. Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə və türbə tikilib. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin inşasına memar A.V.Salamzadə və E.İ.Kanukovun layihəsi əsasında 1977-ci ildə başlanılıb. Kompleks Şuşa şəhərinin Cıdır düşünə yaxın ərazidə inşa edilib.

Molla Pənah Vaqifin məqbərəsinin və Şuşada Poeziya Evinin təntənəli açılış mərasimi 1982-ci il yanvarın 14-də keçirilib. Azərbaycanın ozamankı rəhbəri Heydər Əliyev mərasimdə iştirak edib. Soyuq, qarlı gündə keçirilən açılış mərasiminə Şuşaya istedadlı sənət adamları toplaşıb. Şuşada bu tarix milli mədəniyyət və sənət bayramına çevrilib. Ulu Öndər Heydər Əliyev hər il Vaqif Poeziya Günlərinin keçirilməsi barədə göstəriş verib. Həmin tarixdən etibarən hər il avqust ayında Vaqif Poeziya Günləri təşkil olunmağa başlaıyb. Şeir gecələri, konsertlərlə keçən tədbirin keçirilməsi ənənəyə çevrilib.  Şuşa mənfur düşmən tərəfindən işğal olunana qədər Vaqif Poeziya Günləri hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb Şuşada başa çatdı.

2020-ci ilin noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, rəşadətli Azərbaycan Ordusunun qələbə əzmi, yüksək şücaəti ilə dünya hərb tarixinə qızıl hərflərlə yazılmış  misilsiz döyüş taktikası nəticəsində Şuşa düşmən tapdağından azad edildi. Ölkə başçısının Şuşanın azad olunduğu gün “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözünün əməli nəticəsi olaraq Şuşanın bərpasına yanvarın 14-də başlanıldı və qısa müddət ərzində böyük işlər görüldü.  İlk növbədə, yol çəkildi. Zəfər yolu artıq inkişafın və azad olunmuş torpaqlara həyatın qaytarılmasının rəmzinə çevrilib. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksək gərginlikli xətlər Füzulidən çəkildi, yarımstansiya tikildi. Şuşaya suyun verilməsi bərpa olundu. İndi iki mənbədən Şuşaya su gəlir. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Natəvan bulağı bərpa edildi, indi həmin bulaqdan su gəlir. “Xarıbülbül” hoteli istifadəyə verildi, artıq may-iyun aylarında ilk qonaqlarını qəbul etdi.

 Bir sözlə, Şuşaya tam mənada zəngin həyatı qaytarmaq üçün bütün zəruri addımlar atılmaqdadır. Ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mərkəzi meydanda qoyuldu. Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu. Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpası ilə bağlı göstəriş verildi. “Qarabağhoteli əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açdı.

1992-ci ildə erməni qəsbkarlarının  Şuşa talayaraq məhv etdikləri  milli-mənəvi və tarixi-memarlıq abidələrimizdən biriMolla Pənah Vaqifin məqbərəsi  idi. Ölkə başçısının göstərişinə əsasən, abidə ötən il onun müəllifi, Əməkdar incəsənət xadimi Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən quruldu. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan büst öz əvvəlki yerinə qaytarılaraq Molla Pənah Vaqifin Şuşadakı evinin yaxınlığında quraşdırıldı. 2021-ci ilin avqustun 29-da isə Şuşada dahi Azərbaycan şairiictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı baş tutdu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak etdilər və görülən işlərlə tanış oldular. Həmin gün Şuşa şəhərində Molla Pənah Vaqifin büstünün də açılışı oldu.

Bu məqbərənin açılışı tarixi hadisə idi. Ölkə başçısı məqbərənin açılışı zamanı çıxışında bildirmişdi ki,  mən o günü çox yaxşı xatırlayıram: “Mən təxminən orada, kənarda durmuşdum, burada atam və görkəmli mədəniyyət xadimləri. Yadımdadır, Azərbaycan və erməni şairləri şeirlər deyirdilər. Hətta erməni şairləri Azərbaycan dilində şeirlər deyirdilər. Bu, bir dostluq bayramı, dostluq tədbiri idiheç kimin ağlına gələ bilməzdi ki, bir neçə ildən sonra burada separatizm baş qaldıracaq, Ermənistan Azərbaycana qarşı təcavüz edəcək, bizim tarixi şəhərimizi əlimizdən alacaqlar, tarixi abidələrimizi, məscidlərimizi, bu məqbərəni bu günə salacaqlar, Azərbaycan xalqının çoxəsrlik irsini Qarabağ diyarından silməyə çalışacaqlar...”

Qırx illik yaşı olan  Vaqif  Poeziya Günləri ikinci dəfə azad Şuşada Azərbaycan mədəniyyətini tərənnüm etdi.  Torpaqlarımızın işğaldan azad edilməsindən sonra bu cür möhtəşəm tədbirlərin keçirilməsi Böyük Qayıdışımızın ən böyük təntənəsidir.

 

Nilufər Mustafaqızı

 

İki sahil.- 2022.- 16 iyul.- S.22.