«Zamana sığmayan lider:

Heydər Əliyevin idarəçilik varislik fəlsəfəsi»

UNEC- bu adda monoqrafiyanın təqdimatı keçirilib

 

Mayın 4-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Milli Məclisin Təbii ehtiyatlar,   energetika ekologiya komitəsinin sədri, dosent Sadiq Qurbanovun «Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik varislik fəlsəfəsi» monoqrafiyasının təqdimatı keçirilib. 

Təqdimat  mərasimində çıxış edən Sadiq Qurbanov bildirib ki, gəncliyimi şüurlu həyatımı ümummilli lider  Heydər Əliyevin ideyalarının gerçəkləşməsinə həsr etmiş bir şəxs kimi Azərbaycan xalqının işıqlı gələcəyini  yalnız yalnız bu ideyaların yaşamasında görürəm: «Yenicə işıq üzü görən «Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik varislik fəlsəfəsi» adlı elmi monoqrafiya Heydər Əliyev siyasi  irsinin öyrənilməsi təbliği sahəsinə verilmiş kiçik bir töhfədir.  Ulu Öndər bugünkü güclü, qüdrətli Azərbaycanı yaratmış, ölkəmizin müstəqilliyini yaşatmış, inkişaf etdirmiş bütün dünyaya tanıtdırmışdır. Ümummilli lider Heydər Əliyevin adı şərəfli həyat yolu Vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə dövlətə xidmətin misilsiz nümunəsi kimi əsrlər boyu yaşayacaq, möhkəmlənəcək Azərbaycanın gələcək nəsilləri üçün örnək olacaqdır

Təqdimatda çıxış edən akademik Arif Həşimov bildirib ki, kitab  IV fəsldən ibarətdir. I II fəsillərdə  Heydər Əliyevin keçdiyi ömür yolu, siyasi portret cizgiləri, siyasi fəaliyyətinin sovet müstəqillik dövrləri, dövlət idarəçiliyi, iqtisadi, mədəni quruculuq milli ideologiyanın formalaşması sahəsində fəaliyyəti, daxili xarici siyasəti tədqiq edilmişdir.  Sözügedən monoqrafiyada ilk dəfə olaraq Heydər Əliyev siyasətinin fəlsəfi mahiyyəti, azərbaycançılıq məfkurəsinin formalaşdırılması dünya azərbaycanlılarının məfkurəsinə çevrilməsi, hüquqi dövlət vətəndaş cəmiyyəti quruculuğu, daxili xarici siyasətin vəhdəti milli maraqlara xidmət etməsi, sülh əmin-amanlığın ölkədə dünyada bərqərar olması kimi problemlər, fəlsəfi prinsiplər elmi-nəzəri müddəalarla  ümumiləşdirilmiş   sistemləşdirilmişdir.   Kitabın III fəsli  «Mən Ona özüm qədər inanıram...» başlığı ilə Azərbaycanın son iki yuzillik tarixində işğal edilmiş ərazilərimizin düşməndən azad edilməsi ilə çağdaş tariximizdə misilsiz xidmətlər göstərərək Müzəffər Ali Baş Komandan ünvanı qazanmış Prezident Ilham Əliyevin  fəaliyyətinə həsr edilmişdir. Kitabın IV fəsli «Heydər Əliyev irsinin layiqli davamçısı - Mehriban Əliyeva fenomeni» başlığı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan xalqı qarşısında xidmətlərindən bəhs edir.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov mərasimdə çıxış edərək bildirib ki, bu gün təqdimatı keçirilən monoqrafiya Heydər Əliyev irsinin öyrənilməsinə mühüm töhfə kimi qiymətləndirilməlidir: «Azərbaycan dövlətinin banisi,  ulu öndər Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlərin 2003-cü ildən indiyədək Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində müstəqil Azərbaycan Respublikası ən uca zirvələri fəth etmiş, regionun bütün siyasi, iqtisadi hərbi məsələlərinin həllində əsas söz sahibinə çevrilmişdir.  Prezident İlham Əliyev Heydər Əliyev siyasətinin layiqli davamçısı olaraq ölkəmizi yeni  zirvələrə yüksəltmişdir. Ən əsası  Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Ulu Öndərin ən böyük arzusu olan Qarabağın işğaldan azad edilməsi missiyasını döyüş meydanında  böyük Zəfər qazanmaqla reallaşdırmışdır. Məhz Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə yetişən gənclərimiz torpaqlarımızı işğaldan azad edərək həm tarixi ədaləti, həm Azərbaycan dövlətinin ərazi bütövlüyünü bərpa etdilər

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov mərasimdə çıxış edərək  bildirib ki, yaxın tariximizdən bəlli olduğu kimi, müstəqilliyimizin əldəolunmasının ilk mərhələsi Azərbaycanda tüğyan edən hərc-mərclik, hakimiyyət uğrunda daxili çəkişmələr, silahlı qarşıdurmalar, idarəetmədə səriştəsizlik, inamsızlıq mühiti, bunu fürsət bilən Ermənistan tərəfindən ərazilərimizin işğalı ilə nəticələnən faciəvi hadisələrlə müşayiət olunurdu. Artıq heç kim dana bilməz ki, bütün bunların qarşısını xalqın təkidli tələbi  ilə 1993-cü ildə Azərbaycanda ikinci dəfə hakimyyətə gəlmiş dünya miqyaslı, təcrübəli siyasi xadim, dahi Heydər Əliyev ala bilmişdi.Onun ilk olaraq həllinə çalışdığı məsələ məhz Dağlıq Qarabağ problemi idi. Tarix sübut etdi ki, dünya siyasətinə yaxından bələd olan Heydər Əliyev hələ münaqişənin ilk illərində «Zaman gələcək, mən pencəyimi çiynimə ataraq Şuşaya, Kəlbəcərə qalxacağam», «Gələcək Novruz bayramlarımızı Qarabağda qeyd edəcəyik» söyləyərkən Qarabağ məsələsində yekun nəticəni hesablamağı bacarmışdır. Bu gün Ali Baş Komandan cənab İlham Əliyev azad edilmiş torpaqlarda Azərbaycanın üçrəngli Zəfər bayrağını qaldırmaqla Ulu Öndərin bu arzularını çin etdi. Cənab İlham Əliyev yeni əsrin praqmatik lideri kimi ölkəyə rəhbərlik etdiyi 19 il müddətində sübuta yetirdi ki, xalq öz taleyini Ona etibar etməkdə qətiyyən yanılmayıb.

Təqdimat mərasimində çıxış edənakademik İsa Həbibbəyli bildirib ki, adı çəkilən monoqrafiya Ulu Öndərin siyasi irsini elmi-nəzəri cəhətdən araşdırıb tədqiq edən elmi nəşrlərdəndir: «Bu tədqiqat əsərində böyük epoxanın ən azı üç mühüm məsələsi həll olunmağa çalışılıb. Azərbaycanın inkişaf strategiyasını uzaqgörən siyasəti ilə müəyyənləşdirən Heydər Əliyev dühası, zəkası, neçə-neçə onillər üçün hesablanmış perspektivlər ölməz siyasətçinin fədakarlığının nəticəsidir. Azərbaycan xalqının otuz il ərzində həsrətində olduğu işğal altındakı torpaqlarımızın Müzəffər Ali Baş Komandanın rəhbərliyi rəşadətli Ordumuzun şücaəti ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində erməni işğalçılarından azad edilməsi məhz Heydər Əliyev ideyalarının təntənəsidir. Bu gün ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının azadlığının, müstəqilliyinin təntənəsinə yönələn müqəddəs strateji ideyaları uğurla həyata keçirilir

Milli Məclisin deputatı Fatma Yıldırım monoqrafiya ilə bağlı təəssüratlarını  bölüşərək bildirib ki, Heydər Əliyevin şəxsiyyəti əsrlərlə öyrəniləcək böyük bir siyasi həyat məktəbidir: «Heydər Əliyev irsi zəngin xəzinədir bu irsin öyrənilməsi bugünkü gələcək nəsillər üçün olduqca vacibdir. Hesab edirəm ki, hörmətli həmkarım Sadiq Qurbanovun müəllifi olduğu bu gün təqdimatı keçirilən «Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik varislik fəlsəfəsi» adlı elmi monoqrafiyası da böyük öndərimiz Heydər Əliyevin zəngin irsinin öyrənilməsi baxımından dəyərli töhfədir. Biz bilirik ki, Sadiq müəllim gənc yaşlarından, 1990-cı illərin əvvəlində ölkədə baş verən mürəkkəb proseslər fonunda Heydər Əliyevin tərəfdarlarından biri kimi çıxış edib, Ulu Öndərimiz tərəfindən yaradılan Yeni Azərbaycan Partiyasının ilk üzvlərindən olub. Biz Sadiq müəllimi prinsipial, möhkəm əqidəli Heydər Əliyev ideyalarına sadiq insan kimi tanıyırıq. Onun müəllifi olduğu kitabda da Heydər Əliyevə böyük ehtiram, Onun ideyalarının ölməzliyi tərənnüm olunur. Monoqrafiyada ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin ayrı-ayrı çalarlarının siyasət fəlsəfəsinin, praktik-əməli fəaliyyətinin əsas prinsip müddəalarının əsasında Əliyevşünaslığın siyasi-fəlsəfi təməlinin yaradılması məsələləri geniş şəkildə təhlil edilib».

 

Şəmsiyyə Əliqızı,

Günel Eyyubova

 

İki sahil.- 2022.- 5 may.- S.5.