Heydər Əliyev zəkası

 

«Azərbaycan zirvəsində Heydər Əliyev ucalığı, Heydər Əliyev dühasında isə Azərbaycan müqəddəsliyi» sözləri Ulu Öndərin həyat şəcərəsinin ana xəttini təşkil edir

 

Tarixi şəxsiyyətləri zaman yetişdirdiyi kimi, dahilərin əməlləri ilə yazdıqları tarix zamanın səhifələrində əbədi qalır. Liderlərin «müəllifləri olduqları tarixə» müasirləri qiymət verir, sınaqdan çıxmış təcrübələri sonrakı nəsillərin həyatında davam edir. Fenomen istedadları ilə dəyişən ictimai-siyasi formasiyaların tələbinə uyğun prosesləri, cəmiyyətin yenicə formalaşan qanunauyğunluqlarının mahiyyətini uzaqgörənliklə dərk edən dahilər qarşıdakı onillərin proqnozlarını müəyyənləşdirir, qiymətləndirir, qeyri -adi istedadı, zəkası ilə xalqını irəliyə aparır, milyonların qəlbində əbədi yaşayırlar.

…Tarixə Bastiliyanın alınması günü kimi yazılan1969-cu il iyul ayının 14-də Bakıda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu keçirilirdi. Həmin plenumda Heydər Əlirza oğlu Əliyev yekdilliklə Azərbaycan KP MK-nın birinci katibi seçildi. Ulu Öndər sonralar həyatının yeni səhifələri adlandırdığı həmin tarixi «Mənim Bastiliyanın alınması günüm» adlandırırdı. «Bu vəzifənin icrasına başlamaqla mən öz məsuliyyətimi dərk edirəm., - səsvermənin nəticələri bəlli olduqdan sonra o çıxışında belə söylədi- qarşımda duran vəzifələrinin ağırlığını və çətinliyini dərk edirəm və əmin etmək istəyirəm ki, bütün qüvvə və bacarığımı bu böyük və yüksək etimadı doğrultmağa sərf edəcəyəm» söyləyən Ulu Öndər vədini respublikaya rəhbərliyi mərhələlərində yerinə yetirdi. ( Nikolay Zenkoviç: «Heydər Əliyev: Tale yolları.»)

Həmin gün respublikanın yeni rəhbəri Azərbaycan dövləti və xalqı üçün böyük məsuliyyət yükünü öz çiyinlərinə götürdü. Azərbaycanın dövlətçilik tarixinə və Ulu Öndərin həyatının mənasını təşkil edən siyasi fəaliyyətinə nəzər saldıqda tanınmış dövlət xadimlərinin söylədiklərinin zamanla uyğunlaşan həqiqətin dəyişilməzliyinə inanırsan: «Azərbaycan xalqının bəxti onda gətirdi ki, XX əsrin ikinci yarısında millətin lideri Heydər Əlirza oğlu Əliyev olduUlu Öndərin liderlik formulunun əvəzedilməzliyini əks etdirən kəlamlar, aforizmlər tanınmış ictimai-siyasi xadimlərin onun xidmətlərinə, siyasətinə verdikləri dəyərdir. Amerika tarixində Corc Vaşinqtona, Hindistanda Mahatma Qandiyə, Türkiyədə Mustafa Kamal Atatürkə, Fransada Şarl-de Qola xalqlarının yaddaşında əbədi yaşam qisməti nəsib edən Tanrı Azərbaycan xalqına xilaskarlıq missiyasını yerinə yetirən ulu öndər Heydər Əliyev şəxsiyyətini bəxş etmişdir. Ulu Öndər iki dəfə Azərbaycan xalqının lideri kimi ümumxalq məhəbbəti və etimadını qazanmışdır: 1969-cu ildən 1982-ci ilədək olan müddətdə SSRİ tərkibində olan Azərbaycanı aqrar ölkədən siyasi, iqtisadi qüdrəti ilə seçilən respublikaya çevirən Ulu Öndər 1993- 2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti kimi müstəqilliymizin əbədi qarantı, xalqımızın xilaksarı olmuşdur. Müdrikliyin əlamətlərini onların qabiliyyətlərinə görə fərqləndirənlərin dəyərlər sisteminə görə liderlik üçün təşəbbüs vərdişi, fərqli düşüncə əsasdır. Dünyagörüşünə, hadisələri təhliletmə bacarığına həsəd aparılan müdrik siyasətçi Heydər Əliyevin adının dahilər arasında ilk sıralarda çəkilməsi taleyinə yazılmış əbədi yaşam qismətidir.

Ulu Öndərin liderlik bacarığını ifadə edən « Tarixi bəsirət, irəlini görmək nadir bir hissdir, Siyasi xadimlərin heç də hamısında –nə qədər çox istedadlı olsalar da ,- bu hiss olmur. Təbiət bu keyfiyyəti yalnız seçilmiş adamlara- yeni dövlətlərin baniləri olacaq insanlara, dünyanı dəyişən iqtisadi fəlsəfi təlimlərin yaradıcılarına, zəmanəsini çox-çox qabaqlayan görkəmli mütəfəkkirlərə verir. Heydər Əliyev , şübhəsiz bu böyük insanların sırasına daxildir» kimi sözlər dünya siyasətçiləri arasında sayılıb-seçilən, həmişə böyük hörmətlə yad olunan ulu öndər Heydər Əliyevin qətiyyətini, məsuliyyətli dövlət başçısı kimi müsbət keyfiyyətlərini əks etdirən epizodlardan yalnız biridir.

Dəyişilməz amalı, müqəddəs məqsədi, təkrarolunmaz ideyası naminə çalışan, müstəqilliyimizin qarantı kimi, xilaskarlıq missiyasını gerçəkləşdirən Ulu Öndərin həyatının mənası Azərbaycanı inkişaf etmiş qüdrətli dövlət kimi görmək, xalqına övlad kimi sədaqətlə qulluq etmək olub. Buna görə də «Azərbaycan zirvəsində Heydər Əliyev ucalığı, Heydər Əliyev dühasında isə Azərbaycan müqəddəsliyi» sözləri Ulu Öndərin həyat şəcərəsinin ana xəttini təşkil edir. Onun Azərbaycan üçün gördüyü işlər, xalqına göstərdiyi xidmətlər o qədər böyük, misilsizdir ki, vəfa borcu olan bu fədakarlığı qiymətləndirmək yalnız onun ucalığına yüksələn müdriklərə nəsib olub. Azərbaycançılıq məfkurəsinin, xalqın milli ruhunun, şüurunun, təfəkkürünün, tarixi yaddaşının formalaşması, cəmiyyətin təkmilləşməsi, demokratikləşməsi, bazar iqtisadiyyatının prinsiplərinə əsaslanan qüdrətli dövlətin qurulması üçün imkanlarından bacarıqla istifadə edən, taleyinin ən çətin anlarında sınaqlardan qətiyyəti, cəsarəti, zəkasının qüdrəti ilə çıxan bu böyük şəxsiyyət haqqında deyilən sözlər bir müdrikin ömür yoluna verilən dəyərdir : « Azərbaycan olduqca böyük təbii ehtiyatlara malik bir ölkədir. Bu qədim diyarın ən böyük sərvəti isə Heydər Əliyevdir.» Ürəyi daim Azərbaycanın müstəqilliyi naminə döyünən Ulu Öndər Naxçıvan MR Ali Məclisinin Sədri kimi istəyini Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını, digər dövlət atributlarını bərpa etməklə gerçəkləşdirərək, respublikamızın dünyaya açılan pəncərəsini zəkası ilə nurlandırdı. Təkrarçılığı sevməyən, daim yenilik həvəsi ilə gələcəyə baxan, bəşəri düşüncəli olduğunu alternativsiz fəaliyyəti ilə bildirdi.

1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkəmizi parçalanmaq təhlükəsindən qorudu, xalqını vətəndaş müharibəsindən xilas etdi. 1990-cı illərin son dərəcə ağır, bir çox hallarda hətta ümidsiz hesab edilən reallıqları ilə müasir Azərbaycan dövlətinin dünyadakı hazırkı yerinin müqayisəsi ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti qarşısında xidmətlərinin miqyasını və xalqımızın təhtəlşüurunda özünə dərin iz buraxmış dahi obrazını daha aydın görməyə imkan yaradır. Dünyadaregionda cərəyan edən proseslərin təhlükəli məcraya yönəldiyi vaxtda Azərbaycan üçün ən çətin anda ən düzgün qərarlar qəbul etdi. SSRİ-nin süqutu nəticəsində dağılan geosiyasi konfiqurasiyada hələ formalaşmamış bir dövləti düşdüyü fəlakətli vəziyyətdən çıxarmağa müvəffəq olan Azərbaycanın milli maraqlarına və dövlətçilik mənafeyinə uyğun dəyərləndirən ,1993-cü ildə xalqın çağırışı və təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin təklif etdiyi milli dövlət quruculuğumüasir inkişaf strategiyası özündə bir sıra vacib komponentləri birləşdirirdi: Müstəqilliyin təmin edilməsi və müstəqil siyasətin həyata keçirilməsi, ictimai-siyasi sabitlik, iqtisadi inkişafgüclü iqtisadiyyat, islahatlarmüasir cəmiyyət quruculuğu, müasirgüclü ordu quruculuğu, süverenlik, ərazi bütövlüyünün bərpası, beynəlxalq münasibətlər sisteminə inteqrasiya, azərbaycançılıq ideologiyasına əsaslanan milli birlik və həmrəylik milli ənənələrə və tarixi köklərə bağlılıq. Qeyd olunan bütün istiqamətlər üzrə konseptual proqramlar əsasında Azərbaycanın gələcək inkişafını təmin edəcək proqramlar hazırlayan Ulu Öndər hələ sovetlər dövründə C.Naxçıvanski adına hərbi məktəbi yaratmaqla bu gün dünya birliyində ən qüdrətli ordulardan olan Azərbaycan Silahlı Qüvvələrini formalaşdırdı. Milli zabit kadrların yetişdirilməsinin, müdafiə qüdrətimizin təməlini qoydu. 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərdə «naxçıvanskilər» kimi tanınan təcrübəli hərbçilərimizin misilsiz rolu vardır. Bu Qələbədə həm də müdrik şəxsiyyət, ulu öndər Heydər Əliyev uzaqgörənliyinin payı vardır. Respublikamızın yeni iqtisadi-siyasi münasibətlər sistemində mövqeyini möhkəmləndirmək üçün heç bir dahinin, liderin ağlına gəlməyən, cəsarəti çatmayan «Əsrin müqaviləsi» kimi neft strategiyasını hazırlamaqla Azərbaycanın təbii sərvətlərinin dünya bazarlarına çıxarılması imkanlarını müəyyənləşirdi. 1994-cü ildə Ermənistanla müharibə şəraitində yaşayan, qeyri-sabit, riskli ölkə kimi tanınan respublikaya belə inam yaratmaq həqiqi mənada möcüzə idi. Ən iri maliyyə korporasiyalarının, neft şirkətlərinin Azərbaycana sərmayə yatırması, «Üç dəniz əfsanəsi»nin reallaşması ulu öndər Heydər Əliyevin liderliyinin dünyada təsdiqinin ifadəsi idi. Neft gəlirlərindən səmərəli , şəffaf istifadə üçün yaradılan Azərbaycan Dövlət Neft Fonduna toplanılan vəsaiti dağınıq halda olan ölkə iqtisadiyyatının inkişafına, sosial sahələrdə aparılan islahatlara yönəltməklə əhalinin güzəranının yaxşılaşdırılması Ulu Öndərin dövlətçilik təcrübəsinin daha bir uğuru oldu.

Bütün beynəlxalq təşkilatlarda təmsil olunmaqla , Lissabon Sammiti və digər Zirvə Görüşlərində də məntiqli çıxışları, hədəfə hesablanmış təhlilləri ilə siyasətçiləri heyran etdi, Dağlıq Qarabağ həqiqətlərinin dünya ictmaiyyətinə çatdırılması naminə ölkələri gəzdi, görüşlər keçirdi, erməni təcavüzkarlarının məkrli niyyətlərini dərin biliyi, dövlətçilik təcrübəsi, zəngin dünya görüşü ilə beynəlxalq ictimaiyyətə çatdırdı. Tarixdə çox «Qarabağnamə»lər yazılıb. Dünya siyasətinin aktual probleminə çevrilən məsələlərlə bağlı ulu öndər Heydər Əliyevin çıxışlarının toplusunu «Qarabağnamə» adlandırsaq daha məntiqə uyğun olar. Siyasi proseslər təsdiqləyir ki, bu müdrik şəxsiyyətin ali dövlət idarəçiliyi təcrübəsi, potensial imkanları kontekstində formalaşan Azərbaycan Ulu Öndərin simasında dünyaya liderin prinsipiallıq fəlsəfəsini təqdim etdi. Çünki onun gələcəyə, yeniliyə hesablanmış müdrikliyi cəmiyyətə, dünyaya bitkin fəlsəfi dünyagörüşü aşılayır, problemlərin həllində yeni mərhələlərə yol açırdı. Nahaq yerə deyilmir ki, Ulu Öndərin hazırladığı inkişaf konsepsiyası milli maraqların istehkamıdır. İctimai rəğbət sferasında həmişə öndə yer alaraq, müsəlman aləmində olduğu kimi, Qərbdə, Avropada həmkarları, siyasətçilər arasında fərqlənib. Hakimiyyətə qayıtdığı ilk gündən Azərbaycanın gələcək yolunu demokratik islahatların tətbiqi ilə müəyyənləşdirən Ulu Öndər bu niyyətini də gerçəkləşdirdi. Ölkədə söz, mətbuat, vicdan azadlığı, plüralizm üçün sərbəst mühit yaradıldı. Respublikamız sözdə deyil, əməldə xalqların birgə yaşadığı tolerant ölkə olduğunu bütün millətlərə, dinlərə hörməti, ehtiramı ilə bildirdi. Təsadüfi deyil ki, bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən ulu öndər Heydər Əliyevin siyasi kursu ölkənin təhlükəsizliyini, iqtisadi maraqlarını, hüquqi sistemin demokratikliyini, ədaləti təmin edir. Ölkədə vətəndaş müharibəsi həddinə çatmış silahlı qarşıdurma cəhdlərinə məhz güclü siyasi xadim, praqmatik lider, müdrik dövlət adamı kimi Heydər Əliyevin titanik səyləri nəticəsində qısa müddətdə son qoyuldu, siyasi mübarizə küçə və meydanlardan parlamentə, seçki platformasına transformasiya olundu, ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi. Dünya təcrübəsində təsdiq olunmuş həqiqətdir ki, müxtəlif situasiyalarda ictimai rəyə, beynəlxalq siyasətə uyğun idarəetmə bacarığı tək-tək liderlərə məxsus olub. Onların arasında ən təcrübəli fenomen, natiqlik qabiliyyətinə malik Heydər Əliyevin adı ilk sıralarda çəkilir. Ulu Öndərin alternativsiz dövlət siyasəti təkcə iqtisadi məsələlərin həllində deyil, cəmiyyətin ideoloji hazırlığı baxımından da nümunə idi. Dahi şəxsiyyət təhsilin, səhiyyənin, mədəniyyətin inkişafına göstərdiyi diqqət və qayğı ölkəmizdə bacarıqlı mütəxəssislərin, təcrübəli kadrların hazırlanmasını təmin etdi. Yaratdığı sağlam mühitdə soydaşlarımızda milli təfəkkürü, ideologiyanı formalaşdıran, ən böyük azərbaycanlı olduğunu torpağına bağlılığ ilə sübut edən, sevilən ulu öndər Heydər Əliyev Tanrının da seçdiyi bir insan olduğunu da təsdiqlədi. Nadir istedadı, qətiyyəti ilə dünyaya bəyan etdi ki, minillər boyu formalaşmış mənəvi dəyərləri heç bir cəza, təzyiq, təhdid ilə xalqın şüurundan çıxarmaq olmaz. Təməlini qoyduğu Azərbaycanın xarici siyasəti çoxşaxəli, mükəmməl, ictimai-siyasi, sosial-iqtisadi, elmi, bir sözlə həyatın bütün sahələrini əhatə edir. Başqa sözlə deyilsə onun dünya siyasətindəki mövqeyi elə Azərbaycanın mövqeyidir. Bəşəri təfəkkürə malik Ulu Öndərin səyi nəticəsində Azərbaycanın Avropa Şurasına qəbulu, NATO ilə əməkdaşlığı, İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan neft kəməri reallığa çevrildi. Sonrakı enerji və nəqliyyat layihələri üçün təməl yarandı. Onun müəyyənləşdirdiyi xarici siyasət nəticəsində Azərbaycan dünyada sülhsevər, bloklara qoşulmayan, qonşu dövlətlərlə qarşılıqlı etimad şəraitində yaşayan, regional sülhün təminatına və təhlükəsizliyə töhfə verən nadir ölkə olduğunu sübut edir, siyasi, iqtisadi, diplomatiyamız dəstəklənir, səsimiz beynəlxalq aləmdə eşidilir.

2003-cü ildə keçirilən prezident seçkilərində ona göstərilən etimadı ulu öndər Heydər Əliyev siyasətinə inam adlandıran, andiçmə mərasimində Ümummilli Liderin ideyalarının daim yaşayacağını bildirən cənab İlham Əliyevin «Bu gün biz onun yolu ilə gedirik. Onun yürütdüyü siyasət bu gün yaşayır, zənginləşir. Əlbəttə, həyat yerində durmur. Qarşımızda yeni çağırışlar, yeni vəzifələr dururbiz bu vəzifələri icra edirik. Çünki bu gün Azərbaycanın uğurlu inkişafı aparılan islahatlarla sıx bağlıdır» sözləri artıq reallıqdır. Tarixi hadisələr, Azərbaycanın dinamik inkişafı da təsdiqləyir ki, Ulu Öndər Heydər Əliyevin ideyaları onun varisi, siyasi məktəbinin yetirməsi Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Ulu Öndərin müdrik siyasəti sayəsində Azərbaycan regionun ən etibarlı və güclü dövlətlərindən biri kimi özünü dünyaya təqdim etməyə müvəffəq oldu. Birqütblü dünyaya sürətli keçidin ciddi böhran, bir çox hallarda fəlakətlər yaratdığı çətin və qeyri-müəyyən tarixi mərhələdə Azərbaycan özünün Şərq və Qərb arasında sivilizasiyalararası körpü rolunu uğurla davam etdirir. Ölkəmiz bazar iqtisadiyyatı quruculuğu istiqamətində önəmli uğurlar qazanır. Neft strategiyasının həyata keçirilməsi nəticəsində ölkənin gələcək inkişafının beynəlxalq zəmanəti və maddi resursları təmin edilir. Ümummilli Liderin nəticəyə hesablanmış siyasəti sayəsində Azərbaycanın milli inkişaf strategiyasının ən mühüm parametrlərindən biri - güclü milli iqtisadiyyatın qurulması istiqamətində ciddi addımlar atılır. Milli inkişaf strategiyasını həyata keçirməklə kifayətlənməyən, siyasi-ideoloji varisliyi qoruyub saxlayan Prezident İlham Əliyev Ulu Öndərin milli dövlət quruculuğu strategiyasını çağdaş dövrün yeni reallıqlarından qaynaqlanan, qloballaşan dünyanın mürəkkəb iqtisadisiyasi şərtlərini nəzərə alan, çoxqütblü nizama keçidin özü ilə gətirdiyi mənfi təzahürləri neytrallaşdırmağa əsas verən ideyalarla zənginləşdirir, dövrün tələblərinə uyğun düşünülmüşprinsipial siyasət yürüdür. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi strategiya nəticəsində Azərbaycanın yüksək nailiyyətlərə imza atması, ölkəmizin iqtisadi qüdrət, hərbi güc, beynəlxalq əlaqələrin genişlənməsi vəhdətində inkişaf etməsi, torpaqlarımızın işğaldan azad olunması ilə Ermənistan üzərində Qələbə çalması Ulu Öndərin idealarının gerçəkləşməsidir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasına yönəlmiş hədəfinə 44 günlük Vətən müharibəsində nail olması, qazanılmış Zəfər mahiyyət etibarilə ümummilli lider Heydər Əliyevin müəyyən etdiyiPrezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsi oldu. Vətən müharibəsi əyani şəkildə göstərdi ki, müstəqillik illərində əldə edilmiş milli birliyimiz, mənəvi-ideoloji vəhdətimiz bizim ən qiymətli sərvətimizdir. Bu gün Şuşada qürurla dalğalanan üçrəngli bayrağımız, müstəqilliyimiz, suverenliyimiz, dünya xalqları arasında layiqli yerimiz, 30 illik işğaldan sonra qürur doğuran Zəfərimiz Ulu Öndərin müstəqilliyimizin əbədiliyi naminə göstərdiyi fədakarlığın məntiqi nəticəsidir.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2022.- 10 may.- S.10.