Al qırmızı, ay-ulduzlu səmamız!

 

TEKNOFESThəm də Azərbaycan və Türkiyənin gücünün nümayişidir

 

Bugünlərdə qardaş Türkiyə şahinlərinin Bakı səmasında yeri-göyü titrədən nəriltisi-gurultusu bizi cəngə səsləyəncəngisədasıdır, çalındığında misri qılıncların çəkildiyimisrihayqırtısıdır, qanı coşduran, ürəklərə güc verən, “görüb-götürmüşdombra şarkısıdır. Bu gün biz bir daha Türkiyənin Təkirdağ əyalətinin Çorlu rayonundan səmaya qalxdıqdan sonra dünyanın heyrətli, bir az da paxıllıq, qısqanclıq və həsəd dolu baxışları altında bir ilkə imza atıb üç dövlətin iki min kilometr ərazisini qət edərək Azərbaycana qonaq gələn BayraktarAkıncı”nı yaratmış böyük millətin övladları olmağın qürurunu yaşayırıq. Bu gün Azərbaycan düşmənə gözdağı olan daha bir yeni törən ərəfəsindədir. Bakıda keçiriləcəkTEKNOFEST AzərbaycanAerokosmik və Texnologiya Festivalının başlanmasına artıq saatlar qalır...

Sabah mayın 26-da açılışı ediləcək və 4 gün sürəcək festival ilk dəfədir ki, Türkiyədən kənarda keçirilir və builki tədbirə Azərbaycanın ev sahibliyi etməsi iki ölkə arasında qardaşlığın, dostluğun, strateji tərəfdaşlığın ən yüksək səviyyəsindən xəbər verir.

Artıq bir neçə gündür ki, Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları - “Solo Türkvə “Türk Ulduzları” aviaqrupuna daxil olan təyyarələr Bakı səmasında məşq edir. Festivala hazırlıq işləri yekunlaşmaq üzrədirtədbirlərin keçiriləcəyiBaku Crystal Hallun ərazisində şirkətlərin stendləri quraşdırılıb, təhlükəsizliyin təmini məqsədilə əraziyə təcili tibbi yardım avtomobilləri və helikopterlər, həmçinin yanğından mühafizə avadanlıqları gətirilib. Tədbirin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Təşkilat Komitəsi və işçi qrupları yaradılıb, Tədbirlər Planı hazırlanaraq Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən icra olunması üçün aidiyyəti qurumlara göndərilib.

Qeyd edək ki, festivalda 4 gün ərzində ümumilikdə 200 mindən çox ziyarətçinin, o cümlədən 33 ölkədən 500-ə yaxın əcnəbinin iştirakı proqnozlaşdırılır. Tədbirdə iştirak üçün dünyanın 32 ölkəsindən 287 startap müraciət edib. Onlardan 15-i xarici ölkə (ABŞ, Argentina, Estoniya, İordaniya, Misir, Pakistan, Türkiyə və s.), 35-i yerli olmaqla 50 startap finala vəsiqə qazanıb. Festival çərçivəsində keçiriləcək ən mühüm tədbirlərdən biri də “SMART QARABAĞ” Hakatonu olacaq ki, bunun da məqsədi işğaldan azad edilmiş ərazilərimizdə “ağıllı” şəhər, kənd, ev təsərrüfatı, nəqliyyat və s. həllərin yaradılmasıdır. Bununla bağlı iştirak üçün 188 müraciət daxil olub və  Azərbaycandan 21, Türkiyədən 10 komanda olmaqla ümumilikdə 85 iştirakçı finala vəsiqə qazanıb. Festival çərçivəsində mayın 26-da Türk Dövlətləri Təşkilatına üzv ölkələrin İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) üzrə Nazirlər Toplantısı təşkil olunacaq. Toplantıya Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Macarıstan dəvət olunub, Təşkilatın Baş katibi tərəfindən iclasın yekunlarına dair Protokolun imzalanması nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, “TEKNOFESTAerokosmik və Texnologiya Festivalı 2018-ci ildən etibarən hər il keçirilir. “TEKNOFEST-Azərbaycan”ın təşkilatçıları Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və “Türkiye Teknoloji Takımı” – T3 Vəqfidir. Festivalın keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat və ətraf mühitin qorunması kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə yeniyetmə və gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Bəlli olduğu kimi, müasir dünyada informasiya texnologiyaları ən böyük gəlir sahələrindən birinə çevrilib. Bu baxımdan “TEKNOFEST Azərbaycan” intellektual sərmayə üçün çox mühüm addımdır. Burada müasir texnologiyaların nümayiş etdirilməsi, yerli startapların və mütəxəssislərin tədbirdə yaxından iştirakı çox sevindirici haldır. Festivalın əhəmiyyətli tərəflərindən biriodur ki, innovativ ideyalarla çıxış edən gənclərin yerlixarici investorlara yol tapmasına şərait yaranacaq.

Onu da qeyd edək ki, festival müddətində hər gün tədbirlərin keçiriləcəyi əraziyə saat 08.30-18.00 aralığında və əks istiqamətdə 09.00-21.00 arası avtobus xidməti təşkil edilib. Tədbiri canlı izləmək üçün tamaşaçılar ödənişsiz olaraq paytaxtın 28 May metrostansiyası yaxınlığından birbaşa Bayraq meydanı ərazisinə və geriyə “Baku BusMMC-nin avtobusları ilə hərəkət edə biləcəklər. Eyni zamanda, əraziyə sərnişinlərin daşınmasında “Bakı Taksi” MMC-yə məxsus olan ekoloji təmiz taksilərdən də istifadə ediləcək.

Beləliklə, əylənmək və qürurlanmaq üçün hər kəsin vaxt ayıraraq getməli olduğu “TEKNOFEST Azərbaycan” festivalı həm də iki qardaş dövlətin – Azərbaycan ilə Türkiyənin birliyinin növbəti nümayişidir. BirliyinTürk F-16-larının, “Akıncı”ların timsalında bu birlikdən doğan gücün. Dostların baxıb sevinəcəyi, düşmənin bağrının yarılacağı gücün! Bizim gücümüzün!  

 

Mahir Rəsuloğlu

 

İki sahil.- 2022.- 25 may.- S.5.