Dövlətçilik tarixinin unudulmaz səhifələri

 

Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirə bilmədiyi arzuların reallaşması müstəqilliyimizin qarantı, ulu öndər Heydər Əliyevin ən böyük xidməti, Prezident İlham Əliyevin tarixi şəxsiyyətlərə hörmətidir

 

«Biz ilk Azərbaycan Demokratik Respublikasının yaranması gününü əziz tutaraq onu Azərbaycanın dövlət müstəqilliyi günü- Respublika günü elan etmişikbu bizim milli bayramımızdır. Bayram günü biz Azərbaycanda ilk demokratik respublikanın qurulmasında, yaranmasında göstərdiyi xidmətlərə görə Məmmədəmin Rəsulzadəyə, Əlimərdanbəy Topçubaşova, Fətəli xan Xoyskiyə, onların silahdaşlarına bir daha öz minnətdarlığımızı, təşəkkürümüzü bildiririk . Onların gördüyü işlər Azərbaycan xalqının bu günü üçün çox böyük əhəmiyyət kəsb edir. Onların fəaliyyəti bizim üçün həmişə əziz olacaqdır. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır.»

Müstəqilliyin saxlanılması onun qazanılmasından çətin olduğunu bildirən ulu öndər Heydər Əliyevin bu sözləri sələflərimizə, keçmişimizə, tarixi şəxsiyyətlərin siyasi fəaliyyətinə, fədakarlığına, Vətən yanğısına verilən dəyər, gələcək nəslə tariximizə, keçmişimizə sahib çıxmaq tövsiyəsidir. Mürəkkəb siyasi hadisələr, ziddiyyətli çəkişmələr dövründə yaranan, cəmi 23 ay yaşayan, Azərbaycanın neftinə sahib çıxmaq istəyən xarici qüvvələrin təsiri ilə süquta uğrayan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə qarşılarına qoyduqları məqsədlərə nisbətən nail olsalar da, dövlət müstəqilliyimizin qorunmasını tam mənada yerinə yetirə bilmədilər. Lakin səlahiyyətlərini bolşeviklərə təhvil verməyə məcbur olduqları üçün fəaliyyətlərinə xitam verən AXC-nin qısa müddətdə gördüyü işlər Azərbaycanın dövlətçilik tarixinin unudulmaz səhifələrindəndir.

Müsəlman Şərqində ilk demokratik respublika olan Cümhuriyyətin ictimai-siyasi, ədəbi-mədəni və milli- mənəvi həyatımızın bütün sahələrində izi qalmışdır. O dövrün mürəkkəb siyasi şəraitində əlçatmaz görünən, hüquqi dövlət qurmaq naminə göstərdikləri fədakarlıqların bu gün davam etdirilməsi xalqımızın keçmişinə sadiqlik nümunəsidir. Azərbaycanın müstəqilliyinin əbədiliyi naminə daha mühüm sahələrin inkişafına diqqət yetirən AXC rəsmilərinin bir hökumət kimi ən çox diqqət yetirdikləri sahələr ordu quruculuğu, Xəzərin təbii sərvətlərindən xalqın mənafeyi, dövlətçiliyin möhkəmlənməsi naminə istifadə, sahilyanı ölkələrlə əməkdaşlıq yaratmaqla bölgədə sabitliyin təminatına nail olmaq idi. İstiqlal Bəyannaməsində göstərilən sərhədlərin müəyyənləşdirilməsi, daxili əks- inqilabxarici irticaya qarşı mübarizə, milli ordunun yaradılması, diplomatik münasibətlərin formalaşması istiqamətində önəmli islahatlar aparan AXC-nin fədailəri imkan daxilində müəyyən nailiyyətlər qazandılar. Cümhuriyyətin hərbi naziri, Azərbaycanın ilk ordu generalı Səməd bəy Mehmandarovun rəhbərliyi, zəngin hərbi təcrübəsi olan zabitlərin səyi ilə çox çətinliklə də olsa az müddətdə 25 minə yaxın müxtəlif silah-sursata malik piyada, süvari, topçu hissələrindən ibarət ordu yaradıldı. Lakin imreriya, bölşevik, kommunist üsul-idarəsinin Azərbaycanı ilhaq etməsi ilə yenicə formalaşan AXC-nin fəaliyyətinə xitam verildi.

70 il SSRİ tərkibində olduğu müddətdə də AXC-nin niyyətlərinin həyata keçirilməsinə imkan verilməməsi, digər müttəfiq respublikalar kimi, Azərbaycanın da eyni mərkəzin planlaşdırdığı sistemə uyğun idarə olunması xalqımızın müstəqillik arzusunun qarşısında qırmızı, oraq-çəkicli çəpər oldu. Sözdə müstəqil olsalar da Sovetlər adlı bir məkanda birləşən 15 respublika kimi, Azərbaycan da yuxarıdan verilən göstərişlər əsasında «inkişaf etdi

Xalqımız AXC fədailərinin arzusunda olduqları əsl müstəqilliyini 1993-cu ildə əldə etdi. Azərbaycan xalqı ötən əsrin sonlarında dirçələn mili-azadlıq mübarizəsinə də Cümhuriyyətin simvolları ilə başladı. Müstəqillik uğrunda milli-azadlıq hərəkatında iştirak edən Azərbaycan xalqı AXC-dən miras qalan istəklərin reallaşması naminə birləşdi. Sovetlərin beynəlmiləlçilik buxovundan xilas olaraq varlığını qorudu. Dövlətçiliyimizin atributu olan, AXC-nin qəbul etdiyi himn, üçrəngli bayraqgerbimizin bərpasını vətəndaşlıq borcu adlandıran, böyük qətiyyət göstərərək Azərbaycan naminə canından belə keçməyə hər an hazır olduğunu bildirən ulu öndər Heydər Əliyev sonrakı islahatlarında da varislik missiyasına sadiq qaldı. Müstəqilliyin ilk illərində mövcud olan qarşıdurmalara, daxili çəkişmələrə, xarici müdaxilələrə baxmayaraq xalqa müdrik bələdçi olan, Azərbaycana əbədi suverenlik qazandıran ulu öndər Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi ilə Azərbaycan demokratiyaiqisadi inkişaf yolu ilə dünya birliyinə inteqrasiya etdi. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən qlobal enerji və nəqliyyat layihələrinin reallaşması ilə respublikamız dünyanın enerji xəritəsini dəyişdi, nəqliyyat mərkəzinə çevrildi. Müstəqilliyin ilk illərində iqtisadiyyatın inkişafı üçün investisiyalara ehtiyacı olan respublikamız indi başqa ölkələrə sərmayə yatıran dövlətdir.

«1993-cü il müasir tariximizdə dönüş nöqtəsi idi. Məhz 1993-cü ildən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu, Azərbaycanda sabitlik təmin edildi və ölkə inamla irəliyə getməyə başladı. Ulu öndər Heydər Əliyevin xalq, dövlət qarşısında misilsiz xidmətləri vardır. Onu da bildirməliyəm ki, 1993-cü ilə qədər müstəqilliyimiz formal xarakter daşıyırdı, ölkəmiz müstəqil siyasət apara bilmirdi. Heydər Əliyevin xalq qarşısında xidmətlərindən birio idi ki, Azərbaycan əsl müstəqillik yoluna qədəm qoydu. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparılmağa başlanmışdır. Nizami ordu yaradılmışdır, ölkəmizə böyük həcmdə xarici sərmayə gəlməyə başlamışdır, dövlətçiliyin əsasları qoyulmuşdur, azərbaycançılıq ideologiyası rəsmi ideologiya kimi qəbul edilmişdir» söyləyən Prezident İlham Əliyev AXC-nin fədakar qurucularının xidmətlərini yüksək dəyərləndirir. Hazırda adı dünyanın ən güclü, qüdrətli orduları arasında çəkilən Azərbaycan Silahlı Qüvvələrinin təchizatı, ölkəmizin müdafiə qüdrətinin möhkəmləndirilməsi istiqamətində görülən işlər, ordu quruculuğu istiqamətində həyata kçirilən islahatlar digər dövlətlərə nümunə göstərilir.

Ötən əsrin əvvəllərində bolşevik- daşnak hücumlarına məruz qalan Azərbaycan xalqı bir əsrdən sonra, İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gündə təcavüzkar Ermənistana, işğalçını dəstəkləyən havadarlarına ağır zərbələr vuraraq, düşmənin yaratdığı keçilməz istehkamları öz gücünə dağıdaraq hərbi qüdrətimizi dünyaya bəyan etdi. Təkcə Şuşanın işğaldan azad edilməsi, düşmən üzərindəki Qələbə torpaqlarımız uğrunda qurban gedən şəhidlərimiz kimi, AXC fədailərinin də ruhunu dincəltdi. Düşmənin canlı və hərbi texnikasını məhv edən Azərbaycanın Milli Ordusu, zəngin döyüş təcrübəsinə, ən mükəmməl hərbi texnikanı idarə edə biləcək səviyyədə hazırlıqlı, ən çətin hərbi əməliyyatları uğurla başa vuran böyük gücə malik hərbçilərimiz AXC-ni yaradanların arzularını gerçəkləşdirdi. Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatların XXI əsrin müharibə tarixi kimi öyrənilməsi, ölkəmizin müdafiə qüdrətinin möhkəmlənməsi xalqımızın xoşbəxtliyi naminə fədakarlıq göstərən «cümhuriyyətçilər»in yarımçıq işlərinin başa çatdırılması idi. Hazırda dünyanın ən güclü orduları arasında adı çəkilən Azərbaycan Silahlı Qüvvələri ən müasir hərbi avadanlıqlarla, müasir silahlarla təmin olunur. Nizami ordumuzun əsgər və zabitləri NATO qoşunları ilə birgə təlimlərdə, münaqişə zonalarında sabitliyin yaranmasında iştirak edirlər.

Cümhuriyyət hökuməti fəaliyyətə başlayanda Azərbaycanın bir dövlət kimi Xəzər dənizində səlahiyyətləri yox idi. Çətinliklə də olsa qısa müddətdə Xəzər dənizi üzərində səlahiyyətlərini formalaşdıran AXC 6-7 gəmidən ibarət donanma yaratdı. Hazırda Azərbaycan Xəzər dənizində ən böyük donanması olan ölkədir. «İndi bizə lazım olan bütün gəmilər Azərbaycanda istehsal edilə bilər. Tarixdə ilk dəfə həm tanker, həm də ki, gəmi-bərə tikilib» söyləyən Prezident İlham Əliyevin səyi ilə Azərbaycan Avrasiyanın əhəmiyyətli nəqliyyat-logistika mərkəzinə çevrilib. İrimiqyaslı infrastruktur layihələri, o cümlədən donanmaların birləşdirilməsi ilə «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi»” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması, ən yeni texnoloji standartlar səviyyəsində gəmiqayırma zavodunun istifadəyə verilməsi, Bakı–Tbilisi–Qars dəmir yolunun işə salınması və Xəzərdə ən böyük Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi son illər Azərbaycanda məqsədyönlü strateji planların uğurlu nəticələrindəndir.

«Biz Xəzər dənizini dostluq, sülh, təhlükəsizlik və əməkdaşlıq dənizi hesab edirik. Azərbaycan Xəzəryanı dövlətlərlə qarşılıqlı hörmətə və etimada əsaslanan ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirir. Biz Xəzər dənizini dostluq, sülh, təhlükəsizlik və əməkdaşlıq dənizi hesab edirik. Azərbaycan Xəzəryanı dövlətlərlə qarşılıqlı hörmətə və etimada əsaslanan ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirir» söyləyən Prezident İlham Əliyev bu sahədə də sələflərinin istəklərini reallaşdırdı. Azərbaycan Xəzər dənizində ən çox gəmisi olan ən böyük donanmaya malik ölkə, yeganə bərə operatorudur. Qurumun bərələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi olmaqla, Xəzərin Şərq və Qərb sahillərindəki dəmir yollarını dəniz üzərində birləşdirir, Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına, ölkənin əlverişli coğrafi mövqeyitranzit potensialının reallaşdırılmasına xidmət edir.

Bərabərlilik prinsipləri əsasında birgə yaşayış qaydalarının tətbiqinə çalışan AXC-nin bu istəyinə ən layiqli cavab ölkəmizdə mövcud olan tolerantlıq, mültikulturalizm ənənələrinin bütün dünyada təbliğidir. Şərqdə ilk dəfə olaraq qadınlara səsvermə hüququ qazandıran AXC-nin bu sahədəki islahatının davamı müasir ölkəmizdə gender bərabərliyinin tətbiqidir. AXC-dən miras qalan istəklərin daha genişmüasir tələblərə uyğun tətbiqinin nəticəsidir ki, Azərbaycan dünyanın aparıcı dövlətləri ilə eyni sırada yer alır. Beynəlxalq siyasətdə mövqeyini möhkəmləndirir.

«Azərbaycan bu gün dünyada çox etibarlı tərəfdaş kimi tanınır. Çünki bizim iştirak etdiyimiz bütün layihələr əməkdaşlığa hesablanıb. Biz hesab edirik və həyat göstərir, düz hesab edirik ki, ölkələr arasındakı əməkdaşlıq bəzi problemləri aradan götürə bilər. Enerji siyasətimiz xoşniyyətlidir. Bundan heç vaxt hansısa başqa məqsəd üçün istifadə etməmişik. Bütün digər regional təşəbbüslər də əməkdaşlığa hesablanır, o cümlədən nəqliyyat sahəsində» söyləyən Prezident İlham Əliyev bildirir ki, biz gələcəkdə bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəli gedəcəyik. Müstəqilliyimiz dönməzdir, əbədidir

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2022.- 26 may.- S.6.