“Ginnesin Rekordlar Kitabı”nda

maraqlı yeniliklər

 

Hansı heyvan daha sürətli qaçır? Dünyanın ən soyuq yeri haradır? Bəs ən hündürə tullanan insan kimdir? Bu və başqa suallara cavab tapmaq üçün insanlar daim canlıları və təbiət hadisələrini müşahidə edirlər.

Bu maraqlı müşahidələrin hamısının bir yerə toplandığı kitab isə “Ginnesin Rekordlar Kitabı” adlanır. Dünyanın müxtəlif yerlərindən olan insanlar bu nəşrin səhifələrində adlarını əbədiləşdirmək üçün qeyri-adi qabiliyyətlərini və ya fərqliliklərini bəyan etməyə çalışırlar. Bu kitabın  yeniliklərini  təqdim edirik.

 

Nəhəng manqo

 

Kolumbiyalı fermerlər Herman Orlando Novoa Barrera və Reina Maria Marroquin 2020-ci ildə dünyanın ən ağır manqosunu yetişdirərək rekorda imza atıblar.  Nədənsə onların bu nailiyyəti  yalnız bu il “ Ginnesin Rekordlar Kitabı” na daxil olub.

 

Ən böyük parikə sahib olan aktrisa

 

Dryu Barrimore dünyanın ən böyük parikində rəqs edərək dünya  rekorduna imza atdı. Qeyd edək ki, həmin parikin  ölçüsü 2.23 metrdir.

Aktrisa, həmçinin Cimmi  Fallonun “The Tonight Show” proqramında  daha iki dünya rekordunu imzaladı.  Aktrisadan 30 saniyə ərzində 10 könüllüyə qırmızı pomada sürtməsi istənilib. Sonra o, bir neçə  kağız bannerini yırtaraq daha bir rekorda imza atmış  oldu.

 

Boylarına görə seçilən pişiklər

 

Fenrir Antares Pauers  boy fərqinə görə, digər pişiklər arasında seçilərək “ Ginnesin Rekordlar Kitabı” na daxil olub. Onun boyu   təxminən  47,83 santimetrdir.

Dünyanın digər  ən uzun pişiyi İngiltərədə yaşayır.  Ludo adlı bu  pişik  118 sm-ə çatan uzunluğu ilə  diqqət çəkir.

 

1970-ci ildən bəri bığını qırxmayan insan

 

Hindistanlı Ram Singh Çauhan dünyanın ən uzun bığına sahibdir. Onun bığının uzunluğu 4 metr 30 santimetrdir. Ram Singh Çauhan 1970-ci ildən bəri bığını qırxmır.

 

Dünyanın ən yaşlı insanı

 

Bu il venesuelalı 113 yaşlı Xuan Vinsente Mora dünyanın ən yaşlı insanı kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Mora uzun ömür sürməsinin sirrinin "Allah sevgisi, ailə sevgisi və işə tezdən qalxmaq" olduğunu söyləyib. O, hər günə bir fincan qəhvə ilə başladığını və yemək vaxtlarını ailəsi ilə keçirdiyini də vurğulayıb.

Moranın 11 övladı, 41 nəvəsi, 18 nəticəsi və 12 kötükcəsi var. Mora bildirib ki, dostları və ailəsi onun həyatda ən dəyərli yoldaşlarıdır.

Mora 1937-ci ildə Ediofina del Rosario Garcia ilə evlənib. 60 il birlikdə yaşadıqdan sonra 1997-ci ildə həyat yoldaşını itirdiyini və son 20 ilin onsuz keçdiyini deyib. İlk fotoşəkilini 51 yaşında ağ-qara çəkdirdiyini deyən Mora internet və televiziya kimi bir çox mühüm ixtiraların əvvəlini və sonrasını gördüyünü də vurğulayıb.

 

Dünyanın ən uzun dırnaqlarının sahibəsi

 

Dünyanın ən uzun dırnaqlarına sahib  olan Dinah Armstronq adlı ABŞ sakini 22 ildir ki, onları kəsmir.

Xanım Dinah Armstronq buna görə gündəlik həyatda çətinlik çəksə də, amma manikürə yazılmaq fikrində deyil.

Qadının sözlərinə görə, o,  sonuncu dəfə dırnaqlarını 1997-ci ildə kəsdirib. Sən demə,  qadının manikür ilə bağlı çox acı əhvalatı varmış.

Belə ki, onun 16 yaşlı qızı, manikür ustası olan Latişa astma xəstəliyindən yuxuda dünyasını dəyişdikdən sonra qadın bir daha manikürə getməyəcəyinə söz verib. Hal-hazırda amerikalı qadının dırnaqlarının uzunluğu  təxminən  1,306 santimetrdir.  Armstronq qeyd edib ki, hər bir dırnağı cilalamaq və ona qulluq etmək 10 saat çəkir. Buna baxmayaraq,” Ginnesin Rekordlar Kitabı” na  daxil olan  Dinah dırnaqları ilə fəxr edir və onları heç vaxt kəsməyəcəyini əminliklə bəyan edir.

 

Ən uzun dilin sahibi

 

Hazırda ən uzun dilin sahibi  Dante Barnesdir. Onun dilinin uzunluğu 12,19 santimetrdir. Qeyd edək ki, Dante Barnrsdən öncə ən uzun dil ingiltərəli Stiven Teylor “ Ginnesin Rekordlar Kitabı” na daxil olmuşdu.  Onun dilinin uzunluğu 9,8 santimetr idi.  Bu, 2006-cı ildə qeydə alınsa da, “Rekordlar kitabı”na yalnız 2009-cu ildə düşmüşdü.

Dünyada qadınlar arasında ən uzun dil isə Hamburqun 12 yaşlı sakini Annika İrmlerə məxsusdur. Bu qızın dilinin uzunluğu 7 santimetrdir. 

 

Ən böyük qadın əlləri

 

Ən böyük qadın əlləri Rumeise Gelgiyə məxsusdur. Onların uzunluğu 24,93 santimetrdir. Rumeisa Gelgi, həmçinin  dünyanın ən ucaboylu qadın  tituluna malikdir.

 

Ən ucaboylu evli cütlük

 

Dünyanın ən ucaboylu evli cütlüyü Sun Mingming və arvadı Xu Yan Çindir.  Kişinin  boyu 236,17 santimetr, həyat yoldaşının  boyu isə 187,3-dır.

 

Balaca inək

 

Bu il “Ginnesin Rekordlar Kitabı” düşən  inək Rani cəmi 50,8 santimetr uzunluğundadır.

 

İnanılmaz kipriklərə sahib olan qadın

 

Yu Jianxia 12.40 santimetr uzunluğunda kipriklər uzadaraq “ Ginnesin Rekordlar Kitabı” na daxil olub.

 

Saqqızdan şişirilən nəhəng şar

 

 Çad Fell tərəfindən  saqqızdan şişirdilmiş şarın ölçüsü  50,8 sm-dir. O, bu şarı şişirdərkən əllərindən istifadə etməyib.

 

Dünyanın ən uzun dilli  iti

 

Mochi "Mo" Rikert adlı santbernar iti  “Dünyanın ən uzun dilli iti ”kimi yeni rekorda imza atıb.  Baytar onun dilini ölçərək, çox təəccüblənib. Belə ki, itin dilinin uzunluğu 18,58 santimetrdir.

 

S. Tağıyeva

 

İki sahil.- 2022.- 18 oktyabr.- S.8.