HEYDƏR ƏLİYEVİN GÜCÜ, YAXUD

ÖZÜNƏQAYIDIŞIN CAVİD İNTİBAHI

 

Heydər Əliyev siyasətinin məfkurəçilik, türk əxlaqına xidmət ruhu 1982-ci ildə daha bir müdhiş hadisə ilə nəhayətsiz miqyas aldı. Heydər Əliyev böyük Azərbaycan şairi Hüseyn Cavidin nəşinin Sibir çöllərindən Vətənə gətirilməsi haqqında Sərəncam verdi. Azərbaycanın Cavid ideyalarına doğru hərəkət dövrü belə başladı.

 

Həsrət, səni mərd yıxdı ki, sən insafa gəldin,

Qırx ildi gəlirdin, gəl a Cavid, səfa gəldin.

 

Fikrət Qoca bu misraları həmin dönəmdə və həmin mötəbər hadisə münasibətilə qələmə almışdır. Bu şeirdə Heydər Əliyevin obrazı mərdlik rəmzi kimi xarakterizə olunur. Həsrət, səni mərd yıxdı ki, sən insafa gəldin Amma nəyin həsrəti? Axı söhbət 1937-ci ilin repressiya dalğasının güdaza verdiyi faciə qəhrəmanından gedir. Dövrün tədqiqatçıları bu məqamı dönə-dönə vurğulayırlar: İstər klassik, istəsə də müasir Azərbaycan yazıçıların bir çoxunun yenidən böyük ədəbiyyata qaytarılması məhz Heydər Əliyevin iradəsi, qətiyyəti və nüfuzu sayəsində mümkün olmuşdur. 1937-ci il yazıçılarının böyük bir qismi 1956-cı ildə formal surətdə bəraət alsa da, onların ədəbiyyata dönüşü, ədəbiyyatda öz layiqli yerlərini tutması məhz Heydər Əliyevin sayəsində mümkün olmuşdur (Vilayət Quliyev).

Haqlı fikirdir, 1956-cı ildə bəraətlər verilmişdi. Amma bu bəraətlərdən sonra belə repressiya olunmuş yazıçılarımızın irsinə münasibətdə durulma tam şəkildə bərqərar olmamışdır. Onların yaradıcılığının təhlil və təqdimində 1937-ci ilin ofu hələ də qorunurdu. Məsələn, 1958-ci ildə Əhməd Cavadın kitabına ön söz yazan Məmməd Rahim şairi hələ də zəhmətkeş adamlardan, onların həyatından yazmadığına, daha çox pessimist əhvalın üstün olmasına görə qınayırdı. Yaxud Əhməd Cavadın həyat və yaradıcılığını tədqiq etmiş filologiya elmləri doktoru Əli Saləddin şairin 1992-ci ildə Seçilmiş əsərlərinin ikicildlik nəşrini hazırlayanda oxucuya təqdim edilən stenoqramları özünəməxsus şəkildə ixtisar etmişdir. Əziz Mirəhmədovun, Kamal Talıbzadənin və b-nın da tədqiqatlarındakı mübahisəli baxışları bura əlavə etsək, bəraətin yalnız kağız üzərində qaldığı təsəvvürü yaranırdı. Rəsmi sənədlər üzərində bəraətlər verilib, amma düşüncədə hələ də repressiya havası, qorxusu, ürpərtisi, həyəcanı davam edirdi.

1982-ci il, sovet dövrü hələ bitməmişdi, heç buna işarələr belə yox idi. Dildə repressiyaya məruz qalanlar haqda gerçəklər tuğyan edirdi, amma kağız üzərində yanlış elmi-ədəbi yalanlar meydan sulayırdı. Çünki xof hələ çəkilməmişdi, ideoloji yanlışlığa uğrama qorxusu gerçəklərdən hələ daha öndə idi. Heydər Əliyev bu addımı ilə gerçəyi qorxulardan önə çıxartdı, Cavidin nəşini vətənə qaytarmaqla elə ilk növbədə, qorxunun üzərindəki örtüyü götürüb atmağa müvəffəq oldu. Cavidə qayıdış məqaləsində Azər Turan yazır: Biz 37-ci ili xatırlamırıq. Biz onu xatırlaya bilsəydik Azadlıq barədə bir belə nikbin danışa bilməzdik. Biz 37-ci ildən sonra doğulmuşuq. Amma hamımız, şair demişkən, 37-də tutulmuşuq. Xatirələrimizin və genetik yaddaşımızın qolundakı qandalı isə 1982-ci ilin 26 oktyabrında açdılar. Biz 1982-ci ilin 26 oktyabrında azadlığa buraxıldıq.

Ədəbiyyat qəzetinin Repressiya dalğası: gerçək və gizlinləri ilə adlı müzakirə saatında tədqiqatçı Cəlal Qasımovun bu fikirləri ilə razılaşmamaq olmur. Bəraət dövründə - 56-cı ildən sonra udanlar və uduzanlar oldu. Fikrimcə, Cavid uduzanlar siyahısındadı, R.Axundov, V.Xuluflu isə udanlar. Əvvala, sual edirəm ki, Cavid 37-də güclü idi, yoxsa 56-da? 37-də Cavid türkçü kimi, turançı kimi böyük idi. 56-da isə ona bir sovet mundiri geyindirib kiçiltdilər. Cavid və oktyabr inqilabı adlı yazılar yazıldı. Əlbəttə, o dövrdə Cavid bəraət almasaydı 4 cildliyi çıxmayacaqdı, haqqında danışılmayacaqdı, dərsliklərə düşməyəcəkdi, haqqında monoqrafiyalar yazılmayacaqdı. Lakin bütün bu proses onun dilinə, üslubuna toxunulmaqla həyata keçdi. Məncə, bu reabilitasiya Cavidin sovet hökümətindən intiqamı deyildi. Sistemin özünün özündən intiqamı idi. Məncə, Cavidin bəraəti onun Sibirdən dönüşü ilə başladı. Cavidin dönüşü əslində Cavidə dönüşün başlanğıcı oldu. Nə idi Cavidə dönüş? Cavidə dönüş türkçülüyə dönüş, turan əxlaqına dönüş, Cavidə dönüş sufi təfəkkürünə dönüş, milli-mənəvi əxlaqi dəyərlərə dönüş idi.

1982-ci ildə Cavidin qayıdışı ilə milli mədəniyyətin yeni epoxası başladı. Bu həm də Heydər Əliyev siyasətinin 1969-cu ildən bəri xalqın mənəvi dirçəlişinə, ictimai özünüdərk və milli təfəkkür oyanışına doğru addım-addım gəldiyi yolun qanunauyğun sonucu kimi meydana çıxır. Heydər Əliyevin meydana qoyduğu bu miqyassız iş poeziyada izini qoymadan ötmür. Bəxtiyar Vahabzadə nəfəsinin poetik qatında özünə yer alır:

 

Yanar sinəsiylə buz qıranların,

Haqq səsi, dağ səsi tutub dünyanı.

Səni torpağına qaytaranların

Ömrü uzun olsun, torpağın sanı.

 

Mirvarid Dilbazinin odlu misraları mənzərəni duyub tanımağa imkan verir:

 

Sağ ol xalqımızın igidi, mərdi!

Bu bir şücaətdi, bu bir hünərdi.

Getdi sinəmizdən Cavidin dərdi,

Unutmaz bu haqqı millətin sənin.

 

Əhsən, kamalına, əqlinə əhsən!

Bir xalqın oğlusan, demirəm təksən.

Sən, xalqa endikcə yüksələcəksən,

Adi xidmət deyil xidmətin sənin.

 

Cavidin nəşinin niyə məhz Naxçıvanda basdırılması da ayrı özəlliyi ilə diqqət çəkir. Nəriman Həsənzadənin xatirələrində buna əmin oluruq: Bir də Təbriz nisgili var idi Heydər Əliyevin. Hüseyn Cavidin nəşini uzaq Sibirdən vətənə gətirmişdi. Cavidi niyə Naxçıvanda basdırmaq istədi, burda yox? Söhbət gedirdi bu barədə həmin ərəfələr. Mən yanında durmuşdum, kimlərləsə söhbət edəndə dedi elə Naxçıvan yaxşıdı ki, Təbrizdən gələndə onu ziyarət eləyib gələcəklər. Bura qədər dərin düşünürdü Heydər Əliyev.

Cavidlə bağlı missiya bununla yekunlaşmır. Həmin vaxt Heydər Əliyevin göstərişi ilə Naxçıvanda Hüseyn Cavidə məqbərə tikilməsi qərara alınır. Lakin 1982-ci ildə respublikadan gedəndən sonra bu yöndə heç bir iş görülmür. Liderin 1993-cü ildə ölkəyə rəhbər kimi qayıdışından sonra işlərə yenidən təkan verilir. Naxçıvanda Hüseyn Cavidin əzəmətli məqbərəsi hazırlanır. Məqbərədə Cavidlər ailəsi - Cavidin, Müşgünaz və Ərtoğrulun məzarları yan-yana uyuyur.

Açılış 1996-cı ildə, oktyabrın 29-da baş tutur. Bütün ölkə elitasının, ədəbi ictimaiyyətin diqqəti bu hadisəyə köklənir. Açılışdan az sonra Xalq şairi Məmməd Araz Prezidentə həyəcan və ehtiramla dolu məktub ünvanlayır: Sizi təbrik edirəm, möhtərəm prezident Heydər Əliyev, siz, dahi Cavidin cənazəsini, obrazlı desək, dünyanın axırından çiyninizdə Bakıya gətirməklə kifayətlənmədiniz; onu yenidən çiyninizə götürüb doğulduğu yurda gətirdiniz. Onu Müşgünaz xanımla və Ərtoğrulla birlikdə bir nur odasına tapşırdınız. Siz bu əməlinizdən nə qədər məmnunsunuz. Naxçıvanda keçən təntənəli günlərdə buna şahid olduq. Siz bu yüksək əməllərin birinci müəllifisiniz!

Xəlil Rza Ulutürk Gündəliyində Heydər Əliyevin bu addımını qəhrəmanlıq kimi səciyyələndirir: Mən dahi Hüseyn Cavidimizin cənazə qalıqlarının ən uzaq məsafədən, Sibir qəbiristanından qatarla və təyyarə ilə Bakıya gətirilməsini, respublika ictimaiyyətinin diqqətində dayanmasını və təntənəli biçimdə şairin öz vətənində, Naxçıvanda torpağa tapşırılmasını, Molla Pənah Vaqifin məqbərəsi və heykəlinin Şuşada, ən yırtıcı düşmənin dar gözləri qarşısında ucaldılmasını və bu mərasimin böyük milli bayram kimi qeyd olunmasını, əzəmətli Respublika sarayının yaradılmasını, bu cür yüzlərcə təşəbbüs və tədbirləri də Heydər qəhrəmanlığı anlayışına daxil edirəm.

Zəlimxan Yaqub məqbərənin təntənəli açılış mərasimində bu türbən mübarək olsun, bu qeyrətə eşq olsun, - deyə Heydər Əliyevin Cavidlə bağlı gördüyü işləri poeziyanın dili ilə əbədiləşdirdi:

 

Ulu qüdrət olan yerdə yeri yoxdur dərd-azarın,

İşığına yığışmışıq bir türbədə üç məzarın.

Sən Allahın dostusanmış, son səfərin, son güzarın,

Vətən adlı Məkkə oldu, hac oldu, Cavid əfəndi.

Ləyaqətin bu millətə tac oldu, Cavid əfəndi.

 

Bu şeir nümunələri və fikirlər əlbəttə ki, görülən işin heyranlığı qarşısında dillənən poetik rübabın səsi idi. Amma bir də Turan Cavid vardı. Cavidlər ailəsinin son yadigarı... Turan xanımın xatirəsində Heydər Əliyevin obrazı Cavid sevgisi, sevinci, heyranlığı, qədirbilənliyi və ən əsası, Cavid duyumu ilə daha işıqlı, daha gerçək mahiyyəti ilə sərgilənir. Həmin sevgini görmək üçün Turan Cavidlə olan söhbətə istinad etməyin məqamıdır. çılışd üsusi təyyrə ilə getdik. Təyyrədə hmıyl görüşdü, öz kbinəsinə getdi və məni dəvət etdi. Şəkil çəkdirdik. Cavidin əsərlərinin syı ilə mrqlndı. Cavid hqqınd ç mrqlı fikirlər söylədi. , Cavidi bilirdi. 1983-cü, 1984-cü illərdə də mən bunun şhidi lmuşdum. 1983-cü ildə Mskvdn yyd istirhət üçün Bkıy gəlmişdi. 1983-ün 24 sentybrınd zdrmd İblisə bmğ gəldi. gün ktyrlr d ç gözəl ynyırdılr. Tmşdn snr müzkirədə əsəri elə dəqiq təhlil elədi ki... Zrftındn d qlmdı. Dedi ki, indi məndən sruşslr ki, İblisi görmüsən, cvb verərdim ki, bəli, Hmleti göstərib İblis belə lr, dedi. İkinci dəfə 1984-cü ildə sentybrın 15-də Rus Drm Tetrınd Şey Sənn bdı, rəhmətlik Zərifə nıml birgə. I hissədən snr məni qnq tğın çğırdı və içəri girən kimi, tmşd bir neçə brzı itisr ediblər, - söylədi. Düz deyirdi. Snr isə musiqidən dnışdı. Fikrətin musiqisini ç təriflədi və kr ərəbin mhnısını if elədi, sözləri və meldiynı dəqiq if edirdi. Təəccüb ediləcək bir hl idi. Drmturgiynı yşı bilirdi, duyurdu. , Cavidi Şekspirlə deyil, Höte ilə müqyisə etməyin tərəfdrıydı. Fustl İblisi müqyisə edirdi.

Əliyev, umimiyyətlə, Cavidə qrşı ç həsssdı. Hətt 1997-ci ildə məqbərəni ktybrın 14-də Ərtğrlun rəhmətə getdiyi gündə ziyrət etmişdi.

 

Bu bir təsdüf deyildi?

İnnmırm ki, təsdüf lsun.

Qyıdq məqbərəyə...

 

Məqbərənin lentini kəsdi, gələn qnqlr, vəzifə shibləri ətrfımızdydı, pillələri qlnd Heydər Əliyevə: İkimizdən bşq heç kəs içəri girməsin. Bu, ikimizin hqqıdı, dedim. Hyq sldı və biz içəri girdik.

Məqbərənin çılışındn snr ziyfət verdi. Ziyfətdə Şhmr Əkbərzdə Ys içində ty şerrini udu. Kəcvən mübrək, tyun mübrək, məzrdn məzr gəlin köçürsən misrlrı Əliyevə ç təsir etdi. Ynşı turmuşduq. Bir dh n təşəkkür edəndə: Bşq cür l d bilməzdi, dedi.

Muzeyin çılışınd d belə ldu. Bur ylnız nu dəvət etdim. Yegnə muzeydi ki, çılışın Heydər Əliyev tək gəlmişdi. Cavidin d günündə, 120 illiyinin tmm lduğu gün. Bu ç səmimi bir görüş ldu... Yəqin ki, hər bir kəsi llh yer üzünə bir işdən ötrü gətirir. Görünür, Cavidin məzrını Vətənə köçürmək üçün bu dm I ktib lmlıydı. Məqbərənin də, muzeyin də çılmsın q kimi sevinirdi, fərəhlənirdi.

Belə... Oktyabr yalnız böyük Cavidin doğum tarixi ilə bağlı deyil, həm də onunla eyni bütövlükdə assosiasiya verən Heydər Əliyev xidmətinin yad olunduğu zaman vahididir. Türk ruhunu, turan sevdasını uca tutub ən kəskin zaman aşamalarından zədəsiz çıxaran bu iki dahi şəxsiyyətin ömür bioqrafiyası milli varlığımızın idrak məqamıdır.

 

Elnarə Akimova,

YAP İdarə Heyətinin üzvü,

filologiya elmləri doktoru

 

İki sahil.- 2022.- 22 oktyabr.- S.5.