Qanlı Yanvar faciəsinin

Naxçıvanda yazılan ilk səhifələri

 

Tàriõi råàllıqlàr dəfələrlə sübut ådib ki, nəhəng impåriyàlàrın süqutu və õàlqlàrın milli àzàdlıq, istiqlàliyyət kimi müqəddəs idåàllàrà qîvuşmàsı qərinələrlə dàvàm ådən mübarizənin zirvə mərhələsində bàş vårir. Bu bàõımdàn yîlà sàldığımız ötən əsrin 80-90-cı illərində kåçmiş Sîvåtlər İttifàqındà iqtisàdi-siyàsi siståmin kifàyət qədər böhrànlı vəziyyətə düşməsi, idåîlîji əsàsdà bàrışmàzlığın güclənməsi, müttəfiq råspublikàlàrdà müstəqillik və milli dövlətçilik idåyàlàrının güclənməsinə rəvàc vårdi.

 Həmin dövrlərdə Àzərbàycàndà milli-àzàdlıq hərəkàtının gåniş vüsət àlmàsınà təcàvüzkàr Årmənistànın əràzi iddiàlàrı ilə yànàşı, nəhəng impåriyànın süqutu və Sîyuq mühàribənin bàşà çàtmàsı kimi qlîbàl gåîsiyàsi prîsåslərin təsirini də õüsusilə qåyd åtmək làzımdır. Bu prîsåslər fînundà Àzərbàycàn õàlqının istiqlàlà bàğlılığı, müstəqil dövlətçilik hissləri digər müttəfiq råspublikàlàrà nisbətən dàhà impulsivbàriz şəkildə özünü göstərdi. Àmmà müstəqilliyə qîvuşmàq Àzərbàycàn üçün àsàn îlmàdı. Digər Sîvåt råspublikàlàrındàn fərqli îlàràq Àzərbàycàn õàlqının àzàdlıq istəyi îlduqcà àğrılı, qànlı və həm də şərəfli hàdisələr fînundà gårçəkləşdi. Înu qåyd ådək ki, Àzərbàycàn õàlqı istiqlàliyyət idåyàsını uzun illər bîyu özündə yàşàtmışdı. 71 illik tîtàlitàr råjim õàlqımızın milli özünüdərkinə müəyyən qədər təsir åtsə də, bu dirçəlişin qàrşısını tàm ànlàmıylà àlà bilməmişdi.

XX əsrdə sovet ordusu iki dəfə – 1920-ci ilin aprelində və 1990-cı ilin yanvar ayında Azərbaycana silah gücüylə daxil oldu. 1920-ci il istilası ilə əlaqədar olaraq Azərbaycan tarixşünaslığında belə bir vahid şüar hökm sürürdü ki, Azərbaycanda hakimiyyət uğrunda aparılan mücadiləyə XI Qızıl Ordunun müdaxiləsi yalnız dünya proletariatı prinsiplərindən qaynaqlanırdı. Yəni Rusiyada siyasi hakimiyyəti ələ keçirmiş olan proletariat bununla da kifayətlənə bilməzdi. O, uc regionlarda yaşayan sinfi qardaşlarına da bu yolda bütün vasitələrlə, hətta lazım gəlsə silahlı qüvvət ilə də yardım etməyi özünə borc bilirdi. Belə bölgələrdən biri də Azərbaycan idi. Halbuki Rusiyada sovet hakimiyyətinin varlığı şübhə altında idi. Rusiyanın siyasi, iqtisadi və hərbi imkanlarının məhdud olduğu bir dövrdə nizamsız ordu ilə beynəlmiləlçilik naminə “Azərbaycanın inqilabi mübarizəsinə kömək etmək üçün” Bakıya gəlməsi ya uşaq saflığı, ya da siyasi Don Kixotçuluq olardı. Hadisələrin analitik təhlili, sovet Rusiyasının öz böhranlı dövründə belə bir tədbirə əl atması bir çox səbəblərlə birlikdə Bakıya, daha doğrusu Bakı neftinə olan marağı ilə də bağlı idi. Çünki Bakı nefti olmadan Rusiya heç bir şey edə bilməzdi. Eyni zamanda Azərbaycanın geosiyasigeostrateji mövqeyi, maraqların kəsişdiyi düyün bölgə rolunu oynaması Rusiyanı Azərbaycana sahib olmağa vadar edirdi. Bu baxımdan Rusiya 1920-ci ildə XI Qızıl Ordunu Azərbaycan xalqının köməyinə göndərərkən nə iqtisadi cəhətdən, nə də siyasi cəhətdən səhvlik etməmişdi.

Rus ordusunun Bakıya ikinci qanlı hücumu 19-20 yanvar 1990-cı ildə gerçəkləşdi. İnsanlar ağır tankların altında əzildi, dinc əhaliyə qanlı divan tutuldu, binalara atəş açıldı. Azərbaycan xalqının tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin törədilməsində əsas məqsəd azadlıq, suverenlik uğrunda mübarizə aparan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını əzmək  idi. Məsələ ilə bağlı qeyd etmək lazımdır ki, Rusiya öz ordusunu nəyin bahasına olursa-olsun Azərbaycana yeritməyi qarşısına məqsəd qoymuşdu, buna da nail oldu. Heç kəsə sirr deyil ki, Bakı nefti İkinci Dünya müharibəsində sovet dövlətinin taleyində müstəsna rol oynamışdı. Lakin bunun qarşılığı küçələrdə axıdılan günahsız insanların qanı ilə ödəndi.

20 Yanvar faciəsi əbədi olaraq yaddaşlara həkk olundu. Ona görə yox ki, azadlıq, istiqlaliyyət uğrunda mübarizə aparan dinc əhaliyə qanlı divan tutuldu, müstəqillik arzusunda olan, əsarətdən xilas olmaq istəyən millət güllə-baran edildi. Ona görə ki, öz qəhramanlıq simvolunu nümayiş etdirərək azadlıq uğrunda canlarından keçdilər, sovet imperiyasının təpədən-dırnağadək ən müasir silahlarla silahlanmış hərbçiləri qarşısından qaçmadılar. Bu, xalqın haqq səsi idi.

Ümummilli liderim Heydər Əliyevin dediyi kimi: “20 Yanvarda Azərbaycanın azadlıqsevər, vətənpərvər insanları xalqımıza qarşı göstərilən ədalətsizliyə görə, Azərbaycan torpaqlarına erməni silahlı qüvvələrinin təcavüzünün qarşısı alınmadığına görə və milli azadlığa nail olmaq üçün ayağa qalxdılar, etirazlarını bildirdilər. Onları boğmaq üçün, əzmək üçün Sovet İttifaqının qoşunları, sovet ordusunun hissələri ölkəmizə basqın etdi. Ancaq qəhrəman övladlarımız özünü qurban verərək Azərbaycan xalqının milli azadlığı üçün, Azərbaycanın müstəqilliyi üçün yol açdılar.”

20 Yanvar faciəsinə ilk dəfə öz etirazını bildirən ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək və kəskin bəyanatla çıxış edərək Bakıda baş vermiş faciəni törədənlərin məsuliyyətə cəlb olunmasını tələb etdi. Ulu Öndərin bu cəsarətli addımı, qətiyyətli mövqeyi Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə əzmini daha da artırdı.

Qanlı Yanvar faciəsi Azərbaycan xalqının azadlıq istəyinin qarşısını almaq cəhdi ilə yanaşı, həm də ermənilərin işğalçılıq siyasətinin həyata keçirilməsinə xidmət edən terror aktı idi. Ermənilərin faciədən bir neçə gün əvvəl Naxçıvana intensiv hücumları bunu bir daha təsdiq edir. Məlum olduğu kimi, 1990-cı il yanvarın 18-də Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olundu. Kərki və Sədərəyin müdafiəsi uğrunda gedən döyüşlərdə Məhərrəm Seyidov, Etibar Əhmədov, Məhəmməd Məmmədov, Abbasəli Nəzərəliyev, İdris Məmmədov kimi igidlər ağır döyüşlərdə qəhrəmancasına həlak oldular. Bütün bunlara baxmayaraq, ermənilər gözləmədikləri müqavimətə rast gəldilər və Sədərəyin müdafiə xəttini keçə bilmədilər. Naxçıvanlılar bir yumruq kimi birləşərək qədim diyarın müdafiəsində iştirak etdilər. Muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə altında qaldığından, beynəlxalq Qars müqaviləsinin şərtləri kobud sürətdə pozulduğundan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti 1990-cı il yanvarın 19-da “Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında” tarixi qərar qəbul etdi. Bu qərar bilavasitə Naxçıvan MSSR-in Sovet imperiyasının tərkibindən çıxmasını özündə ehtiva edirdi.

Heç təsadüfi deyildir ki, Ulu öndər Heydər Əliyev 1998-ci il yanvarın 14-də Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında çıxışı zamanı Naxçıvan Muxtar Respublikasının Konstitusiya statusuna münasibət bildirərkən demişdi: “1990-cı il yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Naxçıvanın Sovetlər İttifaqının tərkibindən çıxması haqqında qərarı, mən hesab edirəm ki, tarixi bir əhəmiyyət kəsb edibdir. Doğrudur, Azərbaycanın Ali Soveti yanvarın 29-da bu qərarı ləğv edibdir. Amma bu, tarixdə qalan bir hadisədir. Naxçıvan Muxtar Respublikasının insanları və Ali Sovetdə təmsil olunan adamlar öz iradələrini ifadə ediblər. Nəyə görə? - Azərbaycana qarşı edilən ədalətsizliyə görə. Naxçıvana Ermənistan tərəfindən hücumlar edilmişdi. O vaxt Kərki kəndi əldən getmişdi, başqa kəndlərə hücumlar edilmişdi. Hələ Ermənistanda, həm də Naxçıvanda olan sovet qoşunları da naxçıvanlıları müdafiə etməmişdilər – baxmayaraq ki, orada həddindən çox sovet qoşunları var idi. Ona görə də naxçıvanlıların başqa əlacı olmamışdı, qərar qəbul etmişdilər”.

Naxçıvan MSSR Ali Sovetinin qəbul etdiyi qərar o gecə və sonrakı günlərdə dünyanın nəzərlərini rəsmi Moskvanın xalqımıza qarşı törətdiyi hərbi-siyasi cinayətlərə, ermənilərin Naxçıvana təcavüzünə yönəltdi. Ən əsası isə “dağılmaz” deyilən qüdrətli Sovet İttifaqının çöküşü də məhz yanvarın 19-da Naxçıvandan elan edilmiş oldu.

Ümumiyyətlə, hadisələrin gedişatı onu göstərdi ki, Bakı faciəsi ilə Naxçıvana ermənilərin hücumu biri-biri ilə sıx bağlı hadisədir. Naxçıvana edilən intensiv hücumlarla qanlı Yanvar faciəsinin ilk səhifələri yazıldı. 1990-cı il yanvar ayının 19-da gecə Bakıda fövqəladə vəziyyətin elan olunacağından və mərkəzə edilən müraciətə cavab verilməyəcəyindən arxayın olan erməni quldur dəstələri Naxçıvana mütəşəkkil surətdə hücum edib, onun Azərbaycanla əlaqəsini kəsmək, onu təkləyib məhv etmək üçün hər fitnəyə əl atdılar. Rabitə xətləri, televiziya verilişləri kəsildi, dəmir yolları minalandı, bəzi yerlər də partladıldı, günahsız sərnişinlərə qəsdlər edildi.

Həmin günlərdə silah-sursat az olsa da, naxçıvanlılar bir addım belə geri çəkilmək barədə düşünmürdülər. Əgər naxçıvanlılar həmin gün özlərini müdafıə edə bilməsəydilər, Şərur rayonunun Kərki kəndi kimi Naxçıvan da ermənilər tərəfındən işğal ediləcəkidi.

1990-cı ilin yanvar döyüşlərində Sədərəyin düşmənə ciddi müqavimət göstərməsinin əsas səbəbi əhalidə vətənpərvərlik hisslərinin, Vətənə bağlılığın yüksək olması idi. Bu hisslər könüllülərə güc, qüvvət verirdi. Ümummilli lider Heydər Əliyev Naxçıvana gələndən sonra əhali artıq tam əmin idi ki, düşmən qalib gələ bilməyəcək. Çünki həmin vaxtdan sonra Naxçıvanda ordu quruculuğuna başlanıldı. Bu, naxçıvanlılara cəsarət verdi, səngərlərdə daha inamla dayandılar, düşmənə həddini bildirdilər. Bir sözlə, Sədərək məğlubedilməzlik simvoluna çevrildi.

“Şəhidi olan xalq qəhrəman xalqdır. Biz şəhidlərimizin qəm-qüssəsini çəkirik, ancaq onların şəhidliyə getməsi ilə fəxr edirik. Çünki onlar Vətən, ana torpaq, millət, Azərbaycan yolunda həlak olublar", - deyən Ulu Öndərimizin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi qiymət verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar, 1992-ci il yanvarın 13-də isə “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin bəyanatı” qəbul olunub. Ümummilli lider Heydər Əliyev ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra isə faciəyə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Hər il 20 Yanvar faciəsinin ildönümü ölkəmizdə geniş qeyd olunur.

 

Emin ŞIXƏLİYEV,

AMEA Naxçıvan Bölməsi

Tarix elmləri doktoru, dosent

 

İki sahil.- 2022.- 20 yanvar.- S.7.