HEYDƏR ƏLİYEV AZƏRBAYCAN MİLLİ

İQTİSADİ İNKİŞAF MODELİNİN MÜƏLLİFİ KİMİ...

 

Tarixi təcrübə sübut edir ki, hər hansı dövlətin inkişafını, dünya birli­yində öz layiqli yerini tuta bilməsini şərtləndirən əsas amillərdən biri də xalqın özünə lider olaraq seçdiyi şəxsin fərdi keyfiyyətləridir. Çünki döv­lətin böyükya kiçikliyindən, malik olduğu iqtisadi potensialdan asılı ol­mayaraq, son nəticədə onun hərtərəfli tərəqqsini müəyyən edən əsas məqamlardan biri məhz Ümummilli Lider faktorudur. Bu mənada Azərbaycan xalqı da özünü xoşbəxt saya bilər ki, kifayət qədər mürəkkəb və ziddiyyətlərlə dolu dövr kimi xarakterizə edilən XX əsrdə 30 ilə yaxın bir müddətdə Heydər Əliyev kimi lider ölkəmizə rəhbərlik etmiş, məhz bu dahi insanın yorulmaz fəaliyyəti, gərgin zəhməti sayəsində Azərbaycan sürətli, dönməz inkişaf yoluna qədəm qoymuşdur.

 

Hələ ötən əsrin son onilliyində yenidən dövlət müstəqilliyini əldə edən Azərbaycana dağılmış Sovet imperiyasından qalan miras bərbad vəziyyətə düşmüş iqtisadiyyat, bu zəmində qabarmaqda olan sosial problemlər olmuşdur. Ənənəvi planlı təsərrüfat iqtisadiyyatından imtina edilərək yeni iqtisadi formasiyaya keçid fonunda isə lazımi bazanın yoxluğu, ilk illər hakimiyyətdə olantez-tez dəyişən qüvvələrin idarəçilik qabiliyyətlərinin aşağı səviyyədə olması, səriştəsizlikləri bu sahədə vəziyyəti daha da ağırlaşdırırdı. Ölkənin zəngin təbii ehtiyatlara, lazımi elmiinsan potensialına malik olmasına baxmayaraq, iqtisadi, sosial zəmində də vəziyyətin hər keçən gün daha da ağırlaşması Azərbaycanda o dövr üçün onsuz da tez-tez pozulan daxili sabitliyə, o cümlədən dövlət müstəqilliyinə yaranmış təhdidin miqyasını genişləndirməkdə idi.

Belə vəziyyətdə Azərbaycanı yaranmış daxilixarici təhlükələrdən hifz edə biləcək, onu həqiqi müstəqilliyinə qovuşduracaq, bazar iqtisadiyyatına sürətli keçidini təmin edəcək yeganə şəxsiyyət, ümid yeri hələ SSRİ dönəmində göstərdiyi fəaliyyətinə görə adı ölkəmizin tarixinə qızıl hərflərlə həkk olunan Ümummilli Lider Heydər Əliyev idi. Bu mənada ulu öndərin yenidən hakimiyyətə qayıdaraq Azərbaycanı düşdüyü bəlalardan xilas etməsi üçün xalqın istək və təkidli tələbi tamamilə təbii xarakter daşıyırdı. Beləliklə, 1993-cü ildə xalqın istəyi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev müstəqil Azərbaycanın, eləcə də azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasının banisi oldu. Azərbaycanın qısa zaman kəsiyində iqtisadi sferada böyük uğurlara imza atma­sı bu sahədə də uğurlu idarəçiliyin, Heydər Əliyev uzaqgörənliyinin, onun müəyyənləşdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi idi.

Xatırlatmaq yerinə düşərdi ki, 90-cı illərin əvvəlində Sovet İttifaqının süqutu, müəssisələr arasında mövcud əlaqələrin pozulması, o dövrdəki si­yasi rəhbərliyin səriştəsizliyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didər­gin düşməsi, Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alın­ması ölkənin sosial-iqtisadi həyatında xaosa gətirib çıxarmışdı.

İstehsal sahələrinin sıradan çıxması nəticəsində işsizlik səviyyəsi artmışdı. 1992-ci ildə inflyasiya səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artaraq 1012,3 faiz təşkil etmiş, 1994-cü ildə isə özünün ən yüksək həddinə, hiperinflyasiya mərhələsinə - 1763,5 faizə çatmışdı.

1994-cü ildə Milli Bankın uçot dərəcəsi 250 faizə çatmışdı. Əs­lində ölkə iqtisadiyyatı idarəolunmaz vəziyyətə düşmüşdü. Qeyd olunan proseslər əhalinin güzəranının ağırlaşmasına səbəb olmuşdu. 1991-1995-ci illərdə əhalinin pul gəlirləri real ifadədə 3,3, adambaşına pul gəlirləri or­ta hesabla 3,6 dəfə aşağı düşmüşdü. 1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin əməkhaqqı isə 5,7 dəfə azalmışdı.

Yalnız Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı.

İslahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə Ulu Öndərin ən çox diqqət yetirdiyi məsələ bu islahatların mükəmməl qanunvericilik bazasının yaradılması, onun beynəlxalq tələblərə uyğunlaşdırılması olmuşdur. Təsadüfi deyil ki, Heydər Əliyevin rəhbərliyi dövründə iq­tisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilmiş, 100-dən çox Fərman və Sərəncam imzalanmış, 30-a yaxın Dövlət Proqramı təsdiq edilmişdir.

Bu qanunların, normativ-hüquqi sənədlərin başlıca məqsədi müstəqil Azərbaycan dövlətinin iqtisadi əsaslarının möhkəmləndirilməsindən, bazar iqtisadiyyatının formalaşdırılmasından, dövlət idarəetməsinin təkmilləşdirilməsindən, vətəndaşların sosial və iqtisadi hüquqlarının daha dolğun tə­min edilməsindən ibarət olmuşdur.

Azərbaycan Respublikasının mövcud sənaye potensialının yaradıcısı 1970-1980-ci illərdə Heydər Əliyev olmuşdur. 1993-cü ildə hakimiyyətə gəldikdən sonra Ümummilli Lider Azərbaycan iqtisadiyyatının lokomotivi olan neft-qaz sənayesinin dirçəldilməsi ilə bağlı tədbirlər həyata keçirmə­yə başladı. Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində 1994-cü ildən başla­yaraq həyata keçirilən yeni neft strategiyası Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasında və ölkəyə xarici investisiyaların cəlb olunma­sında həlledici rol oynamışdır.       

1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti ilə "Əsrin müqaviləsi"nin imzalanması və icrasına başlanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə böyük miqyasda saziş imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını da yaratdı.

Heydər Əliyevin neft strategiyasının ən böyük uğuru Azərbaycanın enerjidaşıyıcılarını dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsidir. Vaxtilə bəziləri bu kəmərin reallaşacağına inan­masa da, onu əfsanə adlandırsa da, Ulu Öndər layihənin reallaşacağına əmin idi. Bu gün bütün dünya biliretiraf edir ki, Heydər Əliyev dühası, uzaqgörənliyi, mübarizliyi olmasaydı, Bakı-Tibilisi-Ceyhan da olmazdı. Bununla yanaşı, Azərbaycan qazının Qərb bazarına ixracının təmin olunması üçün Ulu Öndərin şəxsi təşəbbüsü ilə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşasına başlanıldı.

Ulu Öndərin rəhbərliyi ilə metallurgiya, yüngülqida sənayesi sahəsində də əhəmiyyətli islahatlar aparıldı. Mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Fəaliyyətinin əsasını Heydər Əliyevin "Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur" fəlsəfəsi təşkil edən Dövlət Neft Fondunun başlıca məramı neftqaz hasilatından əldə olunan vəsaitlərin səmərəli idarə edilməsidir. Hazırda beynəlxalq təşkilatlar tərəfindən Fondun fəaliyyəti və bu sahədə şəffaflığın təmin edilməsi yüksək qiymətləndirilir.

Heydər Əliyevin müəyyən etdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri infrastrukturun inkişaf etdirilməsi olmuşdur. Bu baxımdan həyata keçirilən nəqliyyat siyasətinin mərkəzində ölkə ərazisində bey­nəlxalq və tranzit dəhliz və yolların, ölkənin regionlararası, şəhər və rayondaxili yol-nəqliyyat infrastrukturunun bərabərpaylı inkişafı, eləcə də milli nəqliyyat-yol sisteminin dünya kommunikasiya məkanına sürətli in­teqrasiyası dururdu. Azərbaycanın beynəlxalq nəqliyyat sisteminin gücləndirilməsi üçün TRASEKA, Şimal-Cənub, İNOGEYT Proqram layihələri həyata keçirilmişdir.

Məhz Heydər Əliyevin apardığı çevik nəqliyyat siyasəti nəticəsində TRASEKA dəhlizi üzrə Azərbaycanın ərazisindən keçən tranzit yüklərin həcmi kəskin surətdə artmışdır.

Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurul­ması, aqrar islahatların həyata keçirilməsi, xüsusilə sovxoz və kolxozların ləğv olunması, onlara məxsus torpağın, mal-qaranın və əmlakın paylan­ması, məhsulun qiymətlərinin sərbəstləşdirilməsi və s. bu kimi tədbirlər aqrar bölmənin sosial və sahə strukturuna ciddi təsir göstərmiş, kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş vermiş, yeni sahələr yaranmış, məzmunca fərqli münasibətlər formalaşmışdır.

Heydər Əliyevin memarı olduğuuğurla həyata keçirdiyi torpaq islahatı Azərbaycan kəndlisinin çoxəsrlik arzusunu reallaşdırdı, onları torpağın həqiqi sahibinə çevirdi. Yalnız MDB məkanında deyil, bütövlükdə Şərq aləmində analoqu olmayan bu cəsarətli addım kənd təsərrüfatını 90-cı illərin əvvəllərindəki böhranlı vəziyyətdən çıxardı və ona yeni həyat verdi. Özəlləşdirilmiş torpaqlarda səmərəli təsərrüfatçılığın, sahibkarlığın inkişafının təmini məqsədilə Ümummilli Liderimizin təşəbbüsü ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borcları silinmiş, onlara müddətli vergi tətillərinin verilməsinə başlanmışdır.

Ulu Öndər gələcək iqtisadi inkişafın məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı: "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur". Heydər Əliyev tərəfindən müəyyən edilmişonun rəhbərliyi ilə uğurla həyata keçirilmiş sahibkarlığın inkişafı strategiyası sahibkarlığın inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir.

Sahibkarlığın inkişafı sahəsində qəbul olunmuş Dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu olmuş, kiçikorta sahibkarlığın inkişafı üzrə dövlət tədbirlərini Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevirmişdir. Bu Dövlət proqramları çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, sahibkarlara dövlət maliyyə dəstəyi sistemi formalaşdırılmışdır.

Sahibkarlar üçün vergi yükünün azaldılması istiqamətində dövlət səviyyəsində müəyyən addımlar atılmışdır. Belə ki, mənfəət və əlavə dəyər vergisi dərəcələri, məcburi sığorta haqqı aşağı salınmış, kiçik sahibkarlıq subyektlərinin bir qisminə vahid vergi tətbiq edilməyə başlanılmışdır.

Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başladığı elə ilk gündən vətəndaşların həyat səviyyəsinin yüksəldilməsini, yoxsulluğun azaldılmasını öz siyasətinin başlıca məqsədi kimi müəyyən­ləşdirmişdir. Bununla bağlı həyata keçirilən tədbirlər nəticəsində artıq 1996-cı ildə sosial göstəricilərin dinamikasında müsbət meyillər özünü göstərməyə başladı, sosialyönümlü tədbirlərin həyata keçirilməsi imkanları, xüsusilə də müasir dövrün tələblərinə cavab verən çevik və işlək mexanizmlərin, əmək hüquqlarının qorunmasını təmin edən tam ədalətli hüquqi, iqtisadisosial təminat sisteminin yaradılması imkanları xeyli genişləndi.

Dahi siyasət korifeyi Heydər Əliyev müasir müstəqil Azərbaycanın xarici iqtisadi siyasətinin memarıdır. Bu siyasətin başlıca məqsədi Azərbaycanın dünya iqtisadi sistemində layiqli yer tutmasına nail olmaqdan, beynəlxalq təşkilatlarla və xarici ölkələrlə qarşılıqlı maraq prinsipi əsasında səmərəli əməkdaşlıq münasibətləri qurmaqdan ibarət olmuşdur.

Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurum­ları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, İslam İnki­şaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı və s. kimi beynəlxalq maliyyə institutları ilə səmərəli əməkdaşlıq əlaqələri qurulmuş, bu münasibətlərin hüquqi bazası təmin edilmişdir.

Beləliklə, Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində müstəqilliyin ilk illərində baş vermiş tənəzzülün qarşısı uğurla alındı  və 1995-ci ildən Azərbaycanda inkişafın yeni mərhələsi - bərpa və dinamik inkişaf dövrü başlandı. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalı­nın həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məş­ğul olanların orta aylıq real əməkhaqqı 5,1 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi.

Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin misilsiz ida­rəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zəngin­ləşdirilmiş sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar müna­sibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifıkasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin edilməsidir. Davamlı və dinamik inki­şaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifıkasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlığı artırılmış, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır.

Sosial sahələrin inkişafında Heydər Əliyev Fondu tərəfindən təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə həyata keçirilən proqram və layihələr müstəsna əhəmiyyət kəsb edir. Cəmiyyətdə xeyirxahlıq və humanistlik simvoluna çevrilmiş Heydər Əliyev Fondu bu sahədə mühüm fəaliyyətini böyük uğurla davam etdirmişdir.

Bunlar bir daha təsdiq edir ki, həyata keçirilən iqtisadi siyasətin mahiyyətində duran əsas məqam Azərbaycanın daha qüdrətli ölkəyə çevrilməsi nəticəsində xalqın sosial rifahının ilbəil yaxşılaşdırılmasını təmin etməkdir və Heydər Əliyev ideologiyasının əsasını təşkil edən bu məram Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas məqsədidir. Bu siyasətin uğurlu davamı ölkəmizin ardıcıl və dayanıqlı iqtisadi inkişafını təmin edəcək, beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, ən başlıcası isə Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin daha da yüksəlməsinə imkan verəcəkdir.

 

Təranə Kərimova,

Azərbaycan Dövlət İqtisad

Universitetinin Qiyabi və Əlavə Təhsil

Mərkəzinin direktor müavini, dosent

 

İki sahil.- 2023.- 12 aprel.- S.8.