Ölkəmizin xalqımızın

maraqlarını hər şeydən üstün tutacağam

 

Mehriban xanım Əliyevanın məqsədi, amalı Azərbaycanı beynəlxalq aləmdə zəngin mədəni irsə, mənəvi dəyərlərə malik ölkə kimi tanıtmaq, dəyərlərimizin təbliğində vətəndaş kimi vəzifə borcunu yerinə yetirməkdir

 

Azərbaycanın uğurlarında böyük xidmətləri olan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti həm ölkədə, həm hüdudlarından kənarda bütün dünyada təqdir olunur. Atdığı addımları, həyata keçirdiyi layihələrlə dövlətinə, xalqına sədaqət nümunəsini nümayiş etdirən Mehriban xanım Əliyevanın adı çəkilən xeyirhahlığı, mərhəməti, insanlara qayğısı istiqamətində gördüyü işlərin ölçüyəgəlməzliyi xüsusi qeyd edilir. Mehriban xanım Əliyeva haqqında bir dövlət xadimi, siyasətçi, ictimai xadim, mədəniyyət, elm xadimi kimi danışmağa o qədər , fəaliyyət, onların əsasında dayanan uğurlar var ki, onları bir yazıda əhatə etmək qeyri-mümkündür.

 

Xeyirxahlıq simvolu

 

Xeyirxahlıq simvolu kimi tanınan Mehriban xanım Əliyeva altı ildən artıqdır ki, Azərbaycanın Birinci vitse- prezidenti kimi ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir. Azərbaycan qadınına məxsus səmimiyyəti, təvazökarlığı, mərhəməti şəxsiyyətində formalaşdıran, siyasi xadim Mehriban xanımın əsas diqqət yetirdiyi sahələr insanlara qayğı, yardıma möhtac olanlara dəstək, gənc nəslin təhsili, uşaqların sağlamlığı naminə çalışmaqdır. Bu istiqamətdə həyata keçirilən layihələrə maddi-mənəvi yardımını əsirgəməyən Mehriban xanım ünvanına göndərilən vətəndaş müraciətlərinə humanizm, ədalət prinsipləri əsasında yanaşır, köməyini əsirgəmir. Bölgələrə səfərləri zamanı vətəndaşlarla görüşündə insanların istək arzularını öyrənən Mehriban xanım qadınların işlə təminatını da fəaliyyətinin əsas istiqamətləri kimi diqqətdə saxlayır. “Yeniləşən Azərbaycana- yeni məktəb”, “ Hər uşağın ailəyə ehtiyacı varlayihələri çərçivəsində təhsil ocaqlarının, internatların, uşaq bağçalarının inşası təmiri ilə yaxından maraqlanan Mehriban xanım Əliyeva xüsusilə azyaşlıların sağlamlığının qorunmasına gələcəyimizin etibarlı zəmanəti baxımından yanaşır, fiziki cəhətdən qüsurlu uşaqların, talassemiyalı xəstələrin müalicəsi ilə daim maraqlanır. Həyata keçirilən layihələrə maddi-mənəvi dəstəyini əsirgəməyən Mehriban xanım Əliyeva ünvanına gələn müraciətlərə qayğıkeş ana, vətəndaş kimi yanaşır.

Heydər Əliyev Fondunun prezidenti, İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində milli mədəniyyətimizin inkişafı naminə həyata keçirilən layihələr xüsusilə fərqlənir. Mədəniyyətimizin inkişafı, təbliği naminə maraqlı layihələr həyata keçirən Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan tədbirlər yüksək dəyərləndirilir. Məhz bu səylərin nəticəsi olaraq İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Həmçinin muğam aşıq sənətimiz, “Kamança simli musiqi alətinin hazırlanması ifaçılıq sənəti”, “Dədə Qorqud irsi”, Azərbaycan kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb. Bundan başqa, Azərbaycan 2019-cu ilin iyulunda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi etdi.

Mehriban xanımın fəaliyyətinə verilən beynəlxalq qiymət onun xeyirxah-humanistlik, insanlıq missiyasının etirafı olmaqla, ölkəmizin iqtisadi, mədəni, elmi inkişafının təcəssümü kimi diqqəti cəlb edir. Təltif mükafatlar isə biri-birindən dəyərlidir: “Qızıl ürək Ümumdünya Dünya Səhiyyə Təşkilatınınİhsan Doğramacı adına Ailə Sağlamlığı Fondu”nun mükafatı, “Əsrlərin xeyriyyəçiləriBeynəlxalq Fondunun Yaqut Xaç ordeni, UNESCO-nunQızıl Motsartmedalı, FransanınŞərəf legioneriordeni, “XXI əsrin böyük qadınıfəxri titulunun nominantı, Krans Montana Forumunun qızıl medalı... Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilməsi Azərbaycan qadınlarını dünyada təmsil edən birinci xanımın siyasi ictimai fəaliyyətinin dünya birliyi tərəfindən yüksək dəyərləndirilməsinin nümunəsi, Azərbaycanın tolerantlıq təcrübəsinin təbliğidir.

Ümumbəşəri mədəniyyət abidələrinin bərpasında da iştirak edən Fondun dəstəyi ilə Strasburq Kafedral, Parisin məşhur Notrdam kilsələrində aparılan bəzi təmir-bərpa işləri bəşəri dəyərlərin yaşadılması üçün göstərilən xeyirxahlıqdır. Pakistanda qız məktəbinin inşasının, MDB ölkələrində həyata keçirilən layihələrin müəllifi Mehriban xanımdır. Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasındaRoma katakombalarının bərpasına dair ikitərəfli Saziş”in imzalanma mərasimində çıxış edən Mehriban xanım ƏliyevanınDünyəvi müsəlman ölkəsi olan Azərbaycan yalnız xristian aləminə aid müqəddəs yerlərin tarixi abidələrin bərpasında iştirak etmir, eyni zamanda ümumdünya əhəmiyyətli abidələri bərpa edirsözləri Azərbaycanın əsrlərdən bəri qoruduğu multikulturalizm tolerantlığının dünyada təbliğinə xidmət edir.

Qəlbində dözümlülük, başqa xalqlara hörmət ruhunun əsrlər boyu formalaşdığını çıxışlarında, müsahibələrində bildirən Mehriban xanım Əliyevanın vurğuladığı kimi, Azərbaycan xalqı dünyanın mədəni müxtəlifliyinə eyni hörmətlə yanaşır.

Mehriban xanım Əliyeva hər zaman müsahibələrində bu fikri böyük fəxr qürur hissi ilə bildirir ki, xalqımızın taleyüklü problemlərinin həllinə yardımçı olmaqdan qürur duyur. Bu, onun Vətən, xalq sevgisindən, Azərbaycanı daha qüdrətli, nüfuzlu, beynəlxalq münasibətlər sistemində əsl söz sahibinə malik olan ölkə kimi görmək istəyindən qaynaqlanır.

 

Ümummilli Liderin ideyalarına, Azərbaycan xalqının

zəngin mədəniyyətinə, milli-mənəvi sərvətlərinə dərin bağlılıq

 

Bu reallıq da xüsusi vurğulanmalıdır ki, Mehriban xanım Əliyevanın siyasi xadim kimi formalaşmasında müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin böyük rolu vardır. Ümummilli Liderin ideyalarına, Azərbaycan xalqının zəngin mədəniyyətinə, milli- mənəvi sərvətlərinə dərin bağlılıq Mehriban xanım Əliyevanın həyat amalına çevrilərək, zaman-zaman daha geniş miqyası əhatə edən layihələrin həyata keçirilməsinə yol açıb. Onun 2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondunun prezidenti kimi qurumun məqsəd məramına uyğun olaraq Heydər Əliyev irsinin təbliği istiqamətində atdığı addımlar göz önündədir. «Heydər Əliyevin həyatı böyük bir epoxanın aynası kimi ölkəmizin sevincli-kədərli günlərini anlarını, Azərbaycanın bu tarix yollarını özündə əks etdirir. Məhz Heydər Əliyevin həyatı fəaliyyəti sübut etdi ki, əlçatmaz xəyalların arzuların reallaşması insan fenomeninin gücünə mümkündür» söyləyən Mehriban xanım Əliyeva möhkəm təməl üzərində qurulan müasir müstəqil Azərbaycanın daha da möhkəmlənməsinə, beynəlxalq nüfuzunun artmasına davamlı töhfələr verir, həmçinin zəngin tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində biri-birindən mühüm layihələrin müəllifi kimi çıxış edir. Bütün xalqlarla dostluq əlaqələrini möhkəmləndirməklə beynəlxalq əməkdaşlığa böyük önəm verən ölkəmizin nüfuz imic qazanmasında Heydər Əliyev Fondunun, qurumun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır.

Mehriban xanım Əliyevanın məqsədi, amalı qeyd etdiyimiz kimi, Azərbaycanı beynəlxalq aləmdə zəngin mədəni irsə, mənəvi dəyərlərə malik ölkə kimi tanıtmaq, dəyərlərimizin təbliğində vətəndaş kimi vəzifə borcunu yerinə yetirməkdir. Təbii ki, hər bir xalqın varlığı, milli kimliyi ilk növbədə milli-mənəvi dəyərlərində ehtiva olunur. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev bildirmişdir: “Biz öz tarixi köklərimizlə, milli köklərimizlə, mənəvi dəyərlərimizlə, milli-mənəvi ənənələrimizlə, böyük tariximizlə fəxr edə bilərik.” Təbii ki, Azərbaycanın çoxəsrlik tarixə, zəngin mədəniyyətə malik olması dünya birliyində fəal roluna mövqeyinə öz müsbət təsirini göstərir. Bu gün Azərbaycanın adının beynəlxalq aləmdə multikulturalizm ünvanlarından biri kimi çəkilməsi həyata keçirilən düşünülmüş məqsədyönlü siyasətin nəticəsidir. Heydər Əliyev Fondunun fəaliyyətində tariximizə, milli-mənəvi dəyərlərimizə, ədəbiyyatımıza, musiqimizə verilən dəyərdən qaynaqlanan addımların uğurlu nəticələrini Azərbaycanımızın bugünkü reallıqlarında görürük. 2006-cı ildən isə İSESCO-nun xoşməramlı səfiri kimi üzərinə düşən məsuliyyəti əməli fəaliyyəti ilə doğruldan Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması təbliği yönümündə həyata keçirdiyi layihələrin miqyası genişdir.

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu

günümüz gələcək naminə həyata keçirilən layihələr

 

Mehriban xanım Əliyevanın humanistliyi, xeyirxahlığı, gənc nəslin formalaşması istiqamətində həyata keçirdiyi layihələr, Onun təşəbbüsü ilə Bakıda keçirilən sivilizasiyalararası dialoq forumları konfranslar Azərbaycan haqqında məlumatların beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətlidir. Milli-mənəvi dəyərlərimizin, tariximizin, mədəniyyətimizin inkişafını, təbliğini fəaliyyətinin önündə saxlayan Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən tədbirlər, layihələr təkcə bugünümüz üçün deyil, gələcək naminə görülən işlər kimi dəyərləndirilir. Belə bir ümumiləşdirməni apara bilərik ki, Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərimizin hamisidir. Özünün qeyd etdiyi kimi, indi kütləvi, mədəniyyət stereotiplərin hakim olduğu bir şəraitdə milli ənənələrin qorunub saxlanılması, onlara qayğı ilə, düşünülmüş münasibət göstərilməsi son dərəcə vacibdir.

Onun muğam sənətinin qorunub saxlanılması təbliği istiqamətində gördüyü işlər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır, dünya miqyasında yüksək dəyərləndirilir. «Qarabağ xanəndələri» musiqi albomunun, «Muğam» jurnalının, "Muğam Ensiklopediyası"nın nəşri xalqımıza məxsus zəngin sənətin təbliğində böyük əhəmiyyətə malikdir. Bu istiqamətdə görülən işlərin davamı kimi "Muğam irsi", " Muğam dəstgahı" kimi layihələr Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsünün nəticələridir. Beynəlxalq Muğam Mərkəzinin istifadəyə verilməsi bu qəbildəndir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər il Qəbələdə Beynəlxaq Musiqi festivallarının keçirilməsində məqsəd dünya milli musiqimizin pərəstişkarlarını bir araya toplamaq, musiqinin dili ilə dövlətlər, xalqlar arasında körpü rolumuza yeni bir əlavələr etmək, rəng qatmaqdır. Onu da qeyd edək ki, 1996-cı ildə Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis rus) çap olunan «Azərbaycan-İrs» jurnalını təsis etmişdir.

Atılan hər addım Azərbaycanın uğurlu siyasətinin təqdimatına, ən əsası xarici siyasətinin prioritetlərinə bir işıq salır. Bu uğurlar sırasında Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə 2012-ci ildə Bakıda keçirilən «Evrovision» mahnı yarışmasını, 2015-ci ildə ilk Avropa Oyunlarını, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını qeyd edə bilərik. Hər bir tədbir özlüyündə bir təqdimat, çağırışdır. Qərblə Şərqin qovşağında yerləşən Azərbaycan bu kimi tədbirlərə ev sahibliyi etməklə, eyni zamanda tolerantlıq, multikulturalizm təcrübəsini dünyaya təqdim edir. Ölkəmizdən dünyaya sülh, əmin-amanlıq, birlik, həmrəylik mesajları ünvanlanır. Dövlətimizin başçısı İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə Mehriban xanım Əliyeva ölkəmizdə təhsilin, səhiyyənin idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə eyni zamanda birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə «Heydər Əliyev» ordeni ilə təltif edilmişdir.

 

Uşaqlara qayğı, təhsilə, səhiyyəyə diqqət

 

Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən bəhs edərkən uşaqlara qayğını, təhsilə, səhiyyəyə diqqəti xüsusi qeyd etməliyik. Gələcəyin ixtisaslı mütəxəssislərinin hazırlanması mexanizminin əsası məktəb illərində qoyulduğu üçün təhsil müəssisələrinin ən müasir İKT avadanlıqları ilə təmin olunmasını başlıca vəzifə kimi irəli sürən Heydər Əliyev Fondunun «Yeniləşən Azərbaycana-yeni məktəb» layihəsini həyata keçirməsi bu istəkdən irəli gəlir. Layihə çərçivəsində 2 mindən artıq məktəbin tikintisinə, yenidən bərpasına, dünya standartlarına cavab verən şəkildə avadanlıqlarla təchiz olunmasına Mehriban xanım Əliyevanın göstərdiyi diqqət ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Heydər Əliyev Fondunun «Uşaq evləri internat məktəblərinin inkişafı» proqram layihələrinə uyğun olaraq həyata keçirilən yenidənqurma bərpa işləri təqdirəlayiqdir. «Hər bir uşağın ailəyə ehtiyacı var» layihəsinə uyğun olaraq uşaqların ailələrə verilməsi kimi önəmli kampaniyaların həlli istiqamətində mühüm addımlar həyata keçirilir. Atılan bu kimi addımların, gerçəkləşdirilən layihələrin əsasında bir amal dayanır: Vətən üçün sağlam düşüncəli, layiqli, bacarıqlı övladlar yetişdirilsin. Diabetli, hemofiliyalı, fiziki cəhətdən qüsurlu uşaqların sağlamlığı qayğısına qalan Mehriban xanım Əliyevanın bilavasitə diqqət qayğısı ilə həyata keçirilən «Talassemiyasız həyat naminə», «Diabetli uşaqlara ən yüksək qayğı», «Kor zəif görən uşaqların İKT- çıxışının təmin olunması» kimi layihələr bu qəbildəndir. Bu məqsədlə Bakıda Talassemiya Mərkəzinin, Qan Bankının yaradılması xeyirxahlıq, vətənpərvərlik hisslərinin məcmusundan qaynaqlanan addımlardır.

Mehriban xanım Əliyeva üçün özünün ifadə etdiyi kimi, məsuliyyətin yerinə yetirilən vəzifənin böyüklüyü, kiçikliyi yoxdur. Yalnız xalqa, dövlətə xidmət istəyi, insanları sevindirəcək, imkansızlara yardım, humanistlik xeyirxahlıq duyğuları vardır. Mehriban xanım Əliyevanın «Bakı» jurnalına müsahibəsində «Fikrinizcə, həyatda hər şey qanunauyğundur heç bir şey təsadüfi olmur, yoxsa Siz xoşbəxt hadisəyə inanırsız» sualına cavabını bir daha xatırlatmaq istərdik: «Bu suala birmənalı cavab verə bilmərəm. Düşünürəm ki, həyatda hər şey əvvəlcədən müəyyən edilib çox vaxt təsadüf kimi qəbul olunan hadisələr əslində heç elə deyil. dialektik materializmin qanunauyğunluğunun təsadüflüyünün nisbətinin xülasəsi, nisbilik nəzəriyyəsinin öyrənilməsi həyatda nəyin qanunauyğun, nəyin təsadüf olduğuna aydınlıq gətirə bilməz. Fikrimcə, hər bir insan öz taleyinin yaradıcısı ola bilər olmalıdır. Seçim həmişə var. Mən təsadüfi bir hadisəyə, əvvəlcədən müəyyən olunmuş dünyaya inanmıram. Mən Allaha insanın imkanlarına inanıram

 

Humanizm, insanpərvərlik mərhəmətlilik

 

Humanizm, insanpərvərlik mərhəmətlik kimi bəşəri prinsiplər Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasında dayanır. Məlum olduğu kimi, Mehriban xanım Əliyeva dəfələrlə Amnistiya aktlarının təşəbbüsçüsü kimi çıxış edib Milli Məclis bu təşəbbüslərlə bağlı yekdiliklə müvafiq qərarlar qəbul edib. Mehriban xanım Əliyeva bu təşəbbüsünü belə əsaslandırır ki, Heydər Əliyev Fondu hər bir addımında, hər bir fəaliyyətində insanpərvərlik humanizm ideyalarını rəhbər tutur, qayğı yardıma ehtiyacı olan insanlara kömək etməyə çalışır. Bu gün azadlıqdan məhrum olmuş minlərlə həmvətənimizin ən böyük ümidi azadlığa çıxmaq, ailələrinə qovuşmaq normal həyat tərzi qurmaqdır. Onları bağışlamaq, onlara yeni şans vermək həyatlarında başqa yolu, cinayətə yer olmayan, qanunlara hörmətlə yanaşma prinsiplərinə əsaslanan yeni ömür yolunu vermək deməkdir. Qəbul olunmuş hər bir Amnistiya Aktını humanizm prinsiplərinin, ideyalarının qələbəsi kimi dəyərləndirən Mehriban xanım Əliyeva bildirir: «Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin məsuliyyətli qərar qəbul etməyi tələb edir. Bir dəfə səhv etmiş insanların bağışlanmaq hüququ var. Bu gün biz yenidən cəmiyyətdə öz yerlərini tutmaları, layiqli həyat yaşamaları üçün onlara şans verməliyik

Mehriban xanım Əliyevanın Milli Məclisin deputatı kimi fəaliyyət göstərdiyi dövrlərdə gördüyü işlərin zənginliyi xüsusi diqqət çəkmişdir. Bunun üçün Azərbaycanın birinci xanımının seçildiyi Xəzər rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində gördüyü işlərə diqqət yetirmək kifayətdir. O, mütəmadi olaraq seçiciləri ilə görüşlər keçirərək onların qayğıları ilə yaxından tanış olub. Sözü ilə işi bir olan, verdiyi vədlərə layiqincə əməl edən, mühüm problemlərin həllinə nail olan Mehriban xanım Əliyevanın gördüyü işlər Xəzər rayonunun sakinlərində böyük ruh yüksəkliyi yaratmışdır.

Dövlətimizin başçısı İlham Əliyev Mehriban xanım Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdim edərkən bu kimi mühüm məqamları xüsusi vurğulayaraq bildirmişdir: «Bax, bu, çoxşaxəli fəaliyyət eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət sevgi ilə yanaşırDövlətimizin başçısı İlham Əliyevin bu etimadını yüksək dəyərləndirən Mehriban xanım Əliyeva «Ölkəmizin xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam» vədini verməklə, istər bu günədək Heydər Əliyev Fondunun prezidenti, istərsə Azərbaycanın Birinci vitse-prezidenti kimi bütün fəaliyyətini məhz bu prinsiplər üzərində qurub. Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyət göstərdiyi bu illər ərzində onun gördüyü işlərin miqyasına diqqət yetirsək bu fəaliyyətin ölçüyəgəlməz olduğunu görərik. Mehriban xanım Əliyevanın sosial təşəbbüsləri ölkə ictimaiyyəti tərəfindən daim yüksək dəyərləndirilir. Mütəmadi olaraq dövlətimizin başçısı cənab İlham Əliyevlə birgə xalqın arasında olmaq, onların qayğıları ilə maraqlanmaq, insanlarla səmimi ünsiyyət qurmaq Azərbaycanın birinci xanımına milyonların sevgisini qazandırır.

Qeyd etdiklərimiz Mehriban xanım Əliyevanın xidmətlərinin çox az bir hissəsidir. Hazırkı dövrün ölkəmizin həyatında tarixi Zəfərimizin yaratdığı reallıqların həyata keçirildiyi mərhələ olduğunu nəzərə alsaq Mehriban xanım Əliyevanın xidmətlərinin qədər böyük olduğunu əminliklə qeyd edə bilərik. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Mehriban xanım tarixi Zəfərimizdən dərhal sonra 16 noyabr 2020-ci ildə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ilə birgə Füzuli Cəbrayıl rayonlarına səfər etdi. O zamandan başlanan səfərlərin say tərkibi genişliyi ilə diqqətdədir. Bu torpaqlarda tarixi dini abidələrimizin bərpası Heydər Əliyev Fondunun hesabına həyata keçirilir. “Xarıbülbülmusiqi festivalının, Vaqif Poeziya Günlərinin yüksək səviyyədə təşkilində Heydər Əliyev Fondunun xidmətləri böyükdür.

Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini qazilərimizi daim diqqətdə saxlayır, onların qayğısına qalır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond bu kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən Aprel döyüşləri zamanı, eyni zamanda, 44 günlük Vətən müharibəsində ağır yaralanan qazilərimiz müalicə reabilitasiya üçün Türkiyəyə göndərilib, həmçinin müharibədə sağlamlıqlarını itirmiş bir qrup əsgər zabit yüksək texnologiyalı protezlərlə təmin edilib.

Mehriban xanım Əliyevanın fəaliyyətində həmrəylik, birlik çağırışları əsas yer tutur. Pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda Mehriban xanım Əliyevanın xalqa müraciətlərinə diqqət yetirək. Mehriban xanım belə bir əminliyi ifadə etdi: “Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləriruh yüksəkliyi mərdlik, mərhəmət şəfqət, inam məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik.” Heydər Əliyev Fondu hər zaman olduğu kimi, pandemiya dövründə xüsusi qayğıya ehtiyacı olan insanlara, əhalinin həssas təbəqəsinə xüsusi qayğı ilə yanaşıb.

Təbii ki, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini bir yazıda əhatə etmək qeyri-mümkündür. Mehriban xanımın müsahibələrinin birində söylədiyi bu fikirlərlə yazını ümumiləşdirmək istərdik: “ Həyatda hər bir kəsin yerini taleyini tarix müəyyən edir. Odur ki, böyük, kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə olmalısan - bax, budur bizim həyatımız. Ona görə özgələrin rollarını obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən , dünyada yerin yeganə bənzərsizdir.”

 

İki sahilAnalitik Qrupu

 

REDAKSİYADAN:

 

İki sahil”in kollektivi adından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə ürəkdən təbrik edir, Ona möhkəm cansağlığı, dövlətimizin daha da inkişafı, xalqımızın rifahının daha da yüksəldilməsi naminə fəaliyyətində yeni-yeni uğurlar diləyirik.

 

İki sahil.- 2023.- 26 avqust.- S.3.