Dünya şöhrətli İstisu qəsəbəsi...

 

Ərazisinə görə Azərbaycanın ən böyük dəniz səviyyəsindən ən yüksəkdə yerləşən Kəlbəcər rayonunda sovet dövründən qalma köhnə xətlər yenisi ilə əvəzlənir. Təəssüf maraq doğuran faktdır ki, rayonun elə kəndləri var ki, mövcud olduğu yüz illər boyu gecələr evlərdə yalnız çıraq yandırıblar. Adı Çıraq olan kənd məşhur İstisu qəsəbəsinə gedən yolun üstündə olsa da hətta Sovet hakimiyyəti illərində oraya elektrik xətti çəkilməmişdi.

Ondan başqa da bir neçə kiçik yaşayış məntəqəsində gecələr çıraq yandırılırdı. Bütün bunlarla bərabər, Kəlbəcər əsrarəngiz bir məkandır. O yerlərin gözəlliyini danışmaqla olduğu kimi canlandırmaq mümkün deyil. Yalnız orada olmayanlarda ilkin təsəvvür yaratmaq üçün deməliyik ki, Kəlbəcərin daim başı dumanlı uca dağları ətraf mühiti-havası, suyu, relyefi, meşələri, heyvanat aləmi o qədər zəngin gözəldir ki, burya ilk dəfə qədəm basanlar sanki özlərini nağıllar aləmində hiss edirlər. İstisu qəsəbəsində yerin təkindən 85 dərəcədə qaynaya-qaynaya çıxan müalicəvi isti su isə dünya şöhrəti qazanıb. Müqayisə üçün deyək ki, belə isti sudan biri Çex Respublikasının məşhur Karlovı Varı kurort şəhərində var. Ancaq Kəlbəcərin isti suyu tərkibindəki mineralların çoxluğu müalicəvi əhəmiyyəti ilə ondan qat-qat üstündür. Odur ki, İstisu qəsəbəsinə elektrik xəttinin çəkilməsi olduqca vacibdir, çünki ora abadlaşan kimi dünyanın hər yerindən turistlər axışıb gələcək öz keçmiş şöhrətini yenidən bərpa edəcək.

Təəssüf ki, gözəlliyi ilə hamını heyrətləndirən bu gözəl məkan Ermənistanın işğalçı qoşunları tərəfindən darmadağın edilərək xarabazara çevrilmişdir. Lakin rayon işğaldan azad olunandan sonra burada tikinti, abadlıq yenidənqurma işləri aparılır. İlk növbədə rayon mərkəzi işıqlandırılır. “Azərişıq”dan mətbuata verilən məlumata görə, bundan əlavə rayonun Alagöllər, Zod, İstisu kimi relyefi çətin olan yüksəkliklərdə yerləşən ərazilərdə artıq Azərbaycan işığı yanır. Kəlbəcərin ən böyük yaşayış məntəqələrindən biri olan Zar kəndi istiqamətində 35 kilovoltluq izolyasiyalı xətlərin çəkilişi üzrə işlərə başlanılıb. Xətlərin daşınması üçün dəmir-beton dayaqlar basdırılır, xətlər çəkilir. Zara elektrik xətinin çəkilməsi o deməkdir ki, yaxınlıqdakı Zəylik, Zivel, Vəng Molla  Bayramlı kəndləri işıqlandırılacaqdır. Paralel olaraq Mərcimək, Yellicə Ağqaya kəndləri istiqamətində yeni xətlərin çəkilişi aparılır.

Prezident İlham Əliyevin 2022-ci il 26 iyun tarixində təməlqoyma mərasimində iştirak etdiyi Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi sürətlə davam edir. Rəqəmsal İdarəetmə Mərkəzi ən müasir texnika avadanlıqlarla təchiz ediləcək. Bu da gələcəkdə Kəlbəcər rayonunun dayanıqlı keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasında mühim rol oynayacaq.

Əsas məqsəd işğaldan azad olunan rayonlarımıza qayıdan sakinləri dayanıqlı fasiləsiz elektrik enerjisi ilə təmin etməkdir. Kəlbəcərlilər doğma yurdlarına qayıdanda onları işıqlı kəndlər küçələr qarşılayacaq. Qonaqlı-qaralı Kəlbəcərin işıqlı günlərə qovuşmasına az qalıb.

 

Vəli İlyasov

 

İki sahil.- 2023.- 24 avqust.- S.7.