İrəvanın “Şəhər içində şəhər”i:

Təpəbaşı məhəlləsi

 

XIX əsrin əvvəllərindən başlayaraq İran və Türkiyədən onminlərlə erməninin tarixi Azərbaycan torpaqlarına köçürülməsi ilə bölgədə əhalinin etnik tərkibi dəyişdirildi. Vandal ermənilərin bölgəyə gəlməsi ilə tarixi torpaqlarımız iğtişaş və münaqişə mərkəzinə çevrildi. Həmin dövrdən başlayaraq insanlığın üz qarası olan ermənilər öz havadarlarının köməyi ilə xalqımıza qarşı məqsədyönlü şəkildə etnik təmizləmə və soyqırımı siyasəti həyata keçiriblər. Ermənilərin kütləvi surətdə əzəli Azərbaycan torpaqlarına köçürülməsindən sonra bu ərazilərimizdə xalqımıza məxsus maddi-mədəniyyət abidələri və tarixi irsimiz ardıcıl surətdə məqsədyönlü şəkildə məhv edilib.

1918-ci il mayın 28-də keçmiş İrəvan xanlığının ərazisində və tarixi Azərbaycan ərazilərində Ermənistan adlı dövlətin yaradılmasından sonra orada yaşayan soydaşlarımız zaman-zaman öz tarixi torpaqlarından deportasiya olunublar. Azərbaycanlılara məxsus tikililər, habelə İrəvan şəhərindəki türk-müsəlman abidələri, tarixi-memarlıq inciləri erməni vandalizminin qurbanına çevrilib.

1988-1989-cu illərdə Ermənistandan 250 minə yaxın azərbaycanlı deportasiya edildi. Bununla da tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin əsası qoyuldu. Məhz bundan sonra Ermənistan qanunverici orqanının qərarları ilə azərbaycanlılara məxsus yaşayış məntəqələrinin, eyni zamanda, çayların, göllərin, təpələrin adları dəyişdirilib, tarixi, maddi-mədəni irs tamamilə silindi və erməniləşdirildi. Vaxtilə azərbaycanlıların yaşadıqları bölgələrdə 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət evi ermənilərin əlinə keçib. Azərbaycanlılara məxsus 223 qəbiristanlıq, 49 məscid, 68 tarixi, 7memarlıq abidəsi tədricən erməni vandalları tərəfindən dağıdıldı.

Zaman-zaman xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirən təcavüzkar Ermənistan ötən əsrin 90-cı illərində milli-mədəni və tarixi irsimizin dağıdılması, bu torpaqlardan Azərbaycan izinin silinməsi üçün ən çirkin vasitələrə əl atıb. Qədim Azərbaycan şəhəri olan İrəvanın Təpəbaşı məhəlləsi də məhz bu çirkin niyyətlərin qurbanı olub. Bütün bunlar “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi” üzrə aparılmış araşdırmanın və onun nəticələrini əks etdirən kitabda öz əksini tapıb. Araşdırmanın müəllifi, tədqiqatçı, tarixçi Səbuhi Hüseynov materialların hazırlanmasında Azərbaycan Respublikasının Milli Arxivində, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində, Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının Nadir Əlyazmalar Kolleksiyasında, Türkiyə Respublikasındakı Osmanlı Arxivində, Rusiya Federasiyasının Dövlət Arxivində saxlanılan sənədlərdən istifadə olunduğunuüçüncü dövlətlərin arxivlərində saxlanılan Ermənistan arxivindən götürülmüş mikrofilmlərin tədqiqata cəlb edildiyini bildirib. Araşdırma çərçivəsində İrəvan şəhərinin, o cümlədən Təpəbaşı hissəsinin tarixi, şəhərdə Azərbaycan irsinin yüz il əvvəl başlanmış və hələ də davam edən sistemli dağıdılması prosesi, Təpəbaşı məhəlləsinin son qalıqlarının da sökülərək, məhəllənin tamamilə məhv edilməsi təhlükəsi barədə mühüm məlumatlar toplanıb.

Təbii ki, İrəvan şəhərinin digər yaşayış massivləri kimi, Təpəbaşı məhəlləsində də azərbaycanlılar həmişə üstünlük təşkil edib. Müəlliflərin bildirdiyinə görə, hazırda İrəvan şəhərinin Təpəbaşı hissəsindən təkcə Təpəbaşı məhəlləsinin ərazisi müəyyənləşdirilərək, mövcud abidələrin bazası yaradılıb. Məlum olub ki, burada 300-dən çox yaşayış evi mövcuddur. Mütəxəssislərin fikrincə, köhnə şəhər mühiti, paytaxtın dəyişdirilməmiş siması məhz Təpəbaşıda qalıb. Eyni zamanda, hazırda bir çox tikinti şirkətləri Təpəbaşı ərazisində inşaat aparmaqdadır. Mütəxəssislərin dediyinə görə, Təpəbaşı məhəlləsinin özünəməxsus obrazının keçmişdə burada yaşayan yerli azərbaycanlı sakinlər tərəfindən yaradılıb. Təpəbaşının sabiq sakini, “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Telman Qasımov bildirib ki, Təpəbaşının özünəməxsus koloriti olub: “Çünki Təpəbaşı Şərq üslubunda tikilmiş məhəllə olub. Çoxları bu məhəlləni “Şəhər içində şəhər” adlandırır, bəziləri İrəvan şəhərinin mərkəzi hesab edirlər. Çünki Təpəbaşı şəhərin digər məhəllələrindən fərqli olub. Buranın öz məscidi, məhəllədə xanların, bəylərin evləri olub. Bütün bu infrastruktur, eləcə də abidələr ermənilər tərəfindən məhv edilib”.

1728-ci ildə Osmanlı dövlət məmurları tərəfindən tərtib olunmuş “İrəvan əyalətinin müfəssəl dəftəri”nə görə, bu dövrdə İrəvan şəhəri 4 məhəllədən – Köhnə şəhər, Dəmirbulaq, Dərəkənd və Təpəbaşı məhəllələrindən ibarət olub. 1831-ci ildə İrəvan şəhərində yaşayan şeyxülislamın, qazının, axundların və mollaların adları kameral siyahılarda qeyd edilib.

Təpəbaşı məhəlləsində 1831-ci ildə 5 hamam olub. 1) Hacı Bəyim hamamı; 2) Hacı Əli hamamı 3) Qafar və Hacı Fətəli hamamı 4) Kərim bəy hamamı; 5) Şeyxülislam hamamı. 1831-ci il kameral təsvirinə görə İrəvan əyalətinin şeyxülislamı şəhərin Təpəbaşı hissəsində yaşayırdı: “Şeyxülislam Axund Molla Məhəmməd Axund Molla Məmmədhüseyn oğlu 60 yaş”. Kameral təsvirdə 1831-ci ildə Təpəbaşı məhəlləsində Hüseynəli xan məscidi və Hacı İmamverdi məscidi göstərilib. Bu məscidlərdən başqa, bir neçə də uçmuş məscidlər var ki, onlar burada qeyd olunmayıb.

Tarixçi-alimlər qeyd edirlər ki, vaxtilə azərbaycanlılardan ibarət olan bu məhəllənin etnik tərkibi tarixin üç mərhələsində (1918-1920-ci, 1948-1953-ci, 1988-ci il illər) süni şəkildə dəyişdirilib və bu gün ermənilərdən ibarət monoetnik məhəlləyə çevrilib. Burada yaşayan insanlar özlərini yerli irəvanlı adlandırsalar da, onların çox kiçik bir qismi daha öncədən bu ərazidə yaşadığına dair sübutlar gətirə bilir. Lakin burada yaşayanların böyük hissəsi 1920-ci illərdə hələ İrəvan adlandırılan şəhərə qonşu dövlətlərdən köçürülən ermənilərdən ibarətdir. Həm Ermənistan, həm də Azərbaycan arxivlərində bunu sübut edən minlərlə sənəd saxlanılmaqdadır.

Hazırda qonşu dövlətlərdəki olan arxiv sənədlərinin araşdırılması, əzəli torpaqlarımız olan İrəvanda və Zəngəzurda və digər ərazilərdə Azərbaycana aid tarix-mədəniyyət abidələri haqqında tədqiqatın həyata keçirilməsi, bunun nəticəsində nəşrlərin çap edilməsi və beynəlxalq səviyyədə təbliği istiqmətində vacib addıPmlar atılır. Bu günlərdə bütövlükdə İrəvanda, o cümlədən şəhərin Təpəbaşı məhəlləsində xalqımızın milli-mədəni, tarixi irsinə qarşı Ermənistanın həyata keçirdiyi mədəni soyqırımı ilə bağlı Azərbaycanın bir qrup elm xadimi və ictimaiyyət nümayəndələri tərəfindən UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlanıb.

 

Zahid Rza

 

İki sahil.- 2023.- 22 fevral.- S.6.