Qayıdış Konsepsiyası addım-addım reallaşır

 

Prezident İlham Əliyev daim vurğulayır ki, Qərbi azərbaycanlıların dədə-baba torpaqlarına qayıtması onların hüququdur. Azərbaycan dövləti əlindən gələni edəcək ki, Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqları bərpa olunsun.  Prezident İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki nitqində bunu bir daha bəyan etdi: “Əminəm ki, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”.

Dövlət başçısı həmin görüşdə onla­rın qarşısında mühüm vəzifələr qoydu.  Bildirildi ki, İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması tam məhvinin qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi birgəyaşayışa nail olunmasından ibarətdir.

Qərbi Azərbaycan İcmasının Ümumdünya Qaçqınlar Günü ilə bağlı yaydığı bəyanatında bildirilir ki, Ermənistanda vaxtilə əhəmiyyətli saya malik olan azərbaycanlıların oradan qovulması dövlət orqanlarının zorakılıq tətbiq etmək, kütləvi qırğınlar törətmək, insanlığa qarşı digər cinayətlər insan hüquqlarının pozulması kimi sistemli səyləri ilə xarakterizə olunan uzun ağrılı proses olub. Bu zorakı proses tarix boyu təkrarlanmaqla, xüsusən 1905-1906, 1918-1921, 1948-1953 1987-1991-ci illərdə amansız olmuşdur. Nəticədə bu gün Ermənistanda bir nəfər olsun azərbaycanlı qalmayıb.

Həmçinin bildirilir ki, Ermənistan qəbiristanlıqlarımızı, mədəni dini abidələrimizi sistemli şəkildə dağıtmışdır. Etnik təmizləmə qeyri-maddi mədəni irsimizə ciddi mənfi təsir göstərmişdir. Bizim adət-ənənələrimiz, həyat tərzimiz ictimai əlaqələrimiz pozulub. Qarşılıqlı maraq doğuran məsələlər üzrə Ermənistan hökuməti ilə hər zaman birbaşa dialoqa hazır olmağımızı qeyd etməklə bərabər, qayıdış prosesi qayıtdıqdan sonra kollektiv fərdi hüquqlarımızın təmin olunmasına müvafiq beynəlxalq mexanizm çərçivəsində təmin edilməli olduğunu vurğulamaq istərdik.

Qərbi Azərbaycana Qayıdış Konsepsiyası addım-addım həyata keçirilməkdədir. Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bildirib ki, 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasına gəlişi buradakı möhtəşəm çıxışı zamanı verdiyi tapşırıq əsasında hazırlanmış Qərbi Azərbaycana Qayıdış Konsepsiyası addım-addım həyata keçirilməkdədir: “Bu siyasi-ideoloji xəttin alternativi yoxdur. Bu, ilk növbədə tarixi ədalətin bərpası, ata-baba yurdlarından qovulmuş qaçqın soydaşlarımızın öz doğma ocaqlarına qayıdıb yaşamaq kimi təməl hüquqlarının təmin edilməsi məsələsidir.”

Bəli, biz öz tarixi yurdlarımıza qayıdacağıq. Bu, bizim tarixi-mənəvi insani haqqımızdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarixi torpağımızı-Qarabağı işğaldan azad etdi. Qırx dörd günlük Vətən müharibəsində şanlı Qələbə qazanaraq ərazi bütövlüyünü təmin edən Azərbaycan bu gün öz gücü ilə əbədi azadlığına qovuşmuş Qarabağ Şərqi Zəngəzura Böyük Qayıdış proqramını uğurla icra edir. Hazırda uzunmüddətli deportasiya siyasətinin qurbanı olmuş Qərbi Azərbaycandan olan soydaşlarımızın da doğma yurdlarına dönməsi istiqamətində ciddi aparılır. Ölkə başçısı daim vurğulayır ki, Qərbi azərbaycanlıların dədə-baba torpaqlarına qayıtması onların hüququdur. Azərbaycan dövləti əlindən gələni edəcək ki, Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqları bərpa olunsun. 

 

Zahid Rza

 

İki sahil.- 2023.- 25 iyun.- S.6.