MƏN HEYDƏR ƏLİYEV

MƏKTƏBİNDƏ NECƏ DƏRS ALDIM

 

Jurnalist Aslan Aslanov 45 ildən çox Azərbaycanın müxtəlif mətbuat orqanlarında çalışıb. Ömrünün 30 ili Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə bağlı olub. Əvvəlcə agentlikdə müxbir, baş redaktor, 1997-2002-ci illərdə baş direktorun birinci müavini, 2002-2022-ci illərdə baş direktor, İdarə Heyətinin sədri işləyib.  Ulu öndər Heydər Əliyevin 1993-çü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya gələrək iyunun 11-də AMEA-nın Rəyasət Heyətinin binasında xarici ölkələrin səfirləri ilə ilk görüşündən başlayaraq, 2003-cü ilədək keçirdiyi görüşlərin, qəbulların, iclasların və digər tədbirlərin, eləcə də xarici ölkələrə səfərlərinin tam əksəriyyətində AZƏRTAC-ın əməkdaşı kimi iştirak edib. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Hazırda təqaüddə olan Aslan Aslanovun Ulu Öndərin 100 illiyi münasibətilə yazdıgı “Mən Heydər Əliyev məktəbində necə dərs aldım” sərlövhəli xatirələrini oxuculara təqdim edirik.

 

Brüsselə səfərindən sonra Vətənə qayıdan Prezident Heydər Əliyev 1994-cü il mayın 9-da 1941-1945-ci illər müharibəsində qələbənin 49-cu ildönümü münasibətilə Bakıda bir sıra görüşlər keçirdi. Şəhidlər xiyabanında müharibə veteranları ilə görüşən dövlətimizin başçısı dedi ki, bugünkü müharibəni görəndə gərək o müharibəni də yada salasan, biləsən ki, müharibə bütün xalqlara nə qədər bədbəxtlik, əzab-əziyyət gətirib: “O müharibənin vurduğu yaralar indi də sağalmayıb. Bəlkə də o yaralar sizin hər birinizdə qalır, izləri var. Ona görə də ötən müharibəni, onun iştirakçılarını, o qələbənin mahiyyətini unutmaq tarix qarşısında cinayətdir. Altı yüz mindən çox azərbaycanlının iştirak etdiyi, 300 mindən çox həmyerlimizin həlak olduğu bu müharibəni unutmaq mümkündürmü? İndi Azərbaycanda elə bir ailə tapmazsan ki, o müharibə ilə əlaqədar itkisi olmasın. Məgər bunu unutmaq olarmı? Kim unudursa böyük səhv edir. İllər, on illər, yüz illər keçəcək, amma bu müharibə unudulmayacaqdır. Çünki bu müharibə bütün dünyaya böyük dəhşətlər gətirib”.

Azərbaycan Prezidenti Heydər Əliyev elə həmin gün əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin abidəsini ziyarət etdi. Abidə önünə toplaşan Bakı şəhər ictimaiyyəti nümayəndələri qarşısında çıxış zamanı vurğuladı ki, Azərbaycan xalqı öz şərəfini, namusunu, müstəqilliyini, ərazisinin toxunulmazlığını, öz tarixini, keçmişini və gələcəyini müdafiə etmək üçün vuruşmalıdır:Biz hücum etmirik. Bir halda ki, torpaqlarımıza hücum edirlər, biz müdafiə olunmalıyıq, düşmənə layiqli cavab verməliyik. Mən bu gün sizin qarşınızda çıxış edərkən son illərdə Azərbaycan torpaqlarının müdafiəsi uğrunda vuruşanözünü şəhid verən övladlarımızın xatirəsi önündə baş əyirəm. Allah onlara rəhmət eləsin. Onların igidlikləri Azərbaycanın şanlı salnaməsində layiqli yer tuturbu, xalqımız üçün örnəkdir. Biz onları heç vaxt unutmamalıyıq və biz onları heç vaxt unutmayacağıq”.

Azərbaycan Prezidenti, Ali Baş Komandan Heydər Əliyev sonra iki dəfə Sovet İttifaqı qəhrəmanı, görkəmli sərkərdə Həzi Aslanov adına Bakı Ümumqoşun Komandirləri Məktəbinə gəldi, daha sonra general Cəmşid Naxçıvanski adına İxtisaslaşdırılmış Hərbi Məktəbində oldu. Bu məktəblərin hər ikisi məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hələ Sovet İmperiyası dövründə yaradılıb. Bu gün bir daha görürük ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqillik qazanacağını hələ o illərdən görürdü. Əmin idi ki, vaxt gələcək, sovet hökuməti dağıldıqdan sonra bu hərbi məktəblərdə təhsil alan, hərb elminin incəliklərinə dərindən yiyələnən gənclər mükəmməl biliyə sahib hərbi mütəxəssislər, yüksək çinli hərbçilər, döyüşçülər kimi Vətən torpaqlarının qorunması, sərhədlərimizin toxunulmazlığı, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda qəhrəmanlıqla mübarizə aparacaqlar. Belə də oldu.  Vətən müharibəsində torpaqlarımızın azadlığı naminə canlarını fəda edən zabitlərimizin əksəriyyəti məhz bu hərbi məktəblərin - istər ali, istərsə də ixtisaslaşdırılmış hərbi məktəblərin məzunları idi.

Prezident, Ali Baş Komandan Heydər Əliyev Həzi Aslanov adına Bakı Ümumqoşun Komandirləri Məktəbində, həm də ixtisaslaşdırılmış hərbi məktəbdə təhsilin gedişi, hərbi hazırlığın vəziyyəti, burada görülən işlər, qarşıya çıxan problemlərlə hərtərəfli maraqlandı, tədrisin gedişi ilə tanış olduorada təhsil alan kursantlara, müdavimlərə şərəfli işlərində uğurlar arzuladı. Cənab Prezident gənclərə müraciətlə dedi: “Siz Azərbaycan Ordusunun gələcək zabitləri və təşkilatçılarısınız. Ona görə də məktəbdə vaxtdan səmərəli istifadə etməli, yaxşı təhsil almalı, hazırlaşmalısınız. Həm elmdə, bilikdə, həm fiziki hazırlıqda özünüzü elə göstərməlisiniz ki, ali məktəbdə yaxşı oxuyasınız, yaxşı zabit olasınız, Azərbaycan Ordusunda xidmət etməyə layiq olasınız. Bu gün hərbi peşəni mükəmməl öyrənməyin xalqımız, respublikamız üçün əhəmiyyəti xüsusilə böyükdür. Ona görə də siz gənclərə hərbi biliklərin sirlərinə dərindən bələd olmağı, təhsildə, təlimdə uğurlar qazanmağı arzulayıram”.

Azərbaycan Prezidenti Heydər Əliyev mayın 15-də Bakıda ABŞ Dövlət katibinin xüsusi müşaviri, ABŞ-ın yeni müstəqil dövlətlər üzrə siyasətinin baş əlaqələndiricisi Ceyms Kollinzin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Nümayəndə heyətinin tərkibinə ABŞ dövlət departamentinin regional münaqişələr idarəsinin rəisi, ATƏM-in Minsk qrupunda ABŞ-ın nümayəndəsi Cozef Pressel, Birləşmiş Ştatların müdafiə, maliyyə, energetika nazirliklərinin nümayəndələri daxil idi. Səfər iki ölkə arasında qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi imkanlarını öyrənmək, əməkdaşlığın perspektivlərini müzakirə etmək məqsədi daşıyırdı. Prezident Heydər Əliyev ABŞ-dan respublikamıza belə geniş tərkibdə nümayəndə heyətinin gəlişini mühüm hadisə kimi dəyərləndirdi: “Biz həmişə belə bir xətt götürürük ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında əlaqələr hərtərəfli inkişaf etsin. Nümayəndə heyətinizlə görüşmək imkanını bu mənada mühüm hadisə sayırıq”.

Azərbaycan Prezidenti daha sonra dedi: “Nümayəndə heyətinin tərkibindən məlum olur ki, ölkələrimiz arasında gələcək münasibətlərin bir çox cəhətlərini müzakirə etməyə imkanımız olacaq və mən bunları müzakirə etməyə hazıram. Konkret məsələlərə keçməzdən əvvəl bir daha Amerika Birləşmiş Ştatlarına, onun rəhbərliyinin, ABŞ Prezidentinin fəaliyyətinə hörmət bəslədiyimi, gələcək əlaqələrin münasibətlərimizin inkişafına kömək edəcəyinə əmin olduğumu bildirmək istəyirəm”.

Azərbaycan Respublikasının suverenliyini və müstəqilliyini dəstəkləmək istiqamətində Birləşmiş Ştatların göstərdiyi səyləri yüksək qiymətləndirən dövlətimizin başçısı qeyd etdi ki, yeni müstəqillik qazanmış respublikaları, o cümlədən Azərbaycanı müstəqillik və suverenlikdən məhrum etmək cəhdləri olduğunu nəzərə alsaq, ABŞ-ın bu respublikaları dəstəkləməsi mühüm amil olmuşdurbu gün də belə amil olaraq qalır, gələcəkdə də qalacaqdır.

Ermənistanla Azərbaycan arasındakı hərbi münaqişəni, əslində müharibəni Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü baxımından çox ciddi problem kimi qiymətləndirən Heydər Əliyev dedi: “Bizim qəti mövqeyimiz belədir ki, bu münaqişə sülh yolu ilə aradan qaldırılmalı, Ermənistanla Azərbaycan arasındakı münasibətlər, həmçinin Qarabağ haqqında məsələ yalnız danışıqlar vasitəsilə həll olunmalıdır. Bununla əlaqədar ATƏM-lə, onun Minsk qrupu ilə fəal əməkdaşlıq edirik. ATƏM-in, onun Minsk qrupunun fəaliyyətinə, həmçinin bu qurumların üzvü kimi Birləşmiş Ştatların səylərinə çox böyük ümid bəsləyirik”.

Prezident Heydər Əliyev, həmçinin qeyd etdi ki, müstəqillik üçün iqtisadiyyatın inkişafının, başqa ölkələrlə, o cümlədən Amerika Birləşmiş Ştatları ilə iqtisadi əməkdaşlığı böyük əhəmiyyətə malikdir. Azərbaycanın böyük iqtisadi potensialı Birləşmiş Ştatlar üçün də cəlbedici ola bilər. Bu baxımdan Azərbaycanın neft yataqlarından istifadə edilməsinin böyük əhəmiyyəti var. Biz bu fikirdəyik ki, həmin yataqlardan birgə istifadə barədə Azərbaycan Dövlət Neft Şirkəti ilə Qərbin neft şirkətləri, o cümlədən ABŞ-ın “AMOKO”, “Penzoyl” şirkətləri ilə aparılan danışıqlar uğurlu olacaqdır. Heydər Əliyev daha sonra dedi: “Bildiyiniz kimi, danışıqların növbəti mərhələsi hazırda İstanbulda davam edirümidvaram ki, bunlar müvəffəqiyyətlə başa çatacaqneft müqaviləsini qəti şəkildə imzalamaq mümkün olacaqdır”. Prezident ümid etdiyini bildirdi ki, neft sahəsində əməkdaşlıq ölkələrimiz arasında başqa sahələrdə də əlaqələri genişləndirməyə imkan verəcək. İqtisadi əməkdaşlığın inkişafı üçün ölkələrimiz arasında əlaqələrin daha sıx olması vacibdir.

Görüşdə iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi ilə əlaqədar digər mühüm məsələlər barədə də geniş fikir mübadiləsi aparıldı.

 

/Ardı var/

 

İki sahil.- 2023.- 20 may.- S.6.