BABALARIMIZ OĞUZLAR

 

(TÜRKMƏNLƏR)

 

İLK TANIŞLIQ ÜÇÜN BİR NEÇƏ MÜLAHİZƏ

 

Dünyanı cənginə alan qloballaşma gün keçdikcə bəşəriyyəti yeni-yeni çağırışlar qarşısında qoyur. Dünənə qədər qarşıda bioloji müxtəlifliyin qorunması, ekoloji balansın saxlanılması vəzifəsi dayanırdı. Bu gün artıq insanlığın ən dəyərli sərvətlərindən olan etnik müxtəlifliyin, etno-mədəni identikliyin mühafizəsi ciddi aktuallıq qazanmaqdadır. İnsan həyatının, məişətin, gündəlik vərdişlərin, davranış modellərinin unifikasiyası (eyniləşməsi) etnik özəllikləri, düşüncə baxış unikallığını sınağa çəkir, populyasiyalar arasında özünəməxsus fərqlər silinir, milli-sosial psixologiya, idrak özünüdərk mexanizmləri aşınır, sürətlə yuyulub əriyir. Harda yaşamasından milli mənsubiyyətindən asılı olmayaraq bəşər övladı özünü müasir sivilizasiya urbanizasiyanın yetirməsi daşıyıcısı kimi hiss etməyə başlayır. “Postmodern insan”, “dünya vətəndaşıstandartlarına cavab vermək, məişətdə, ailədə, ictimai həyatda dəbyaradıcı şablon klişelərə uyğunlaşmaq orta statistik kütlənin kredosuna, amalına çevrilir.

Doğrudur, milli təfəkkür sərhədlərinin pozulması halları ilə nisbətdə milli kimliklərin təcavüzə uğraması halları hələ tas-tamam kütləviləşməyib, amma etnik iqlimin dəyişmə tendensiyası göz qabağındadır. Etnoqrafik xüsusiyyətlərin yalnız ekzotika təzahürü kimi maraq doğurduğu belə bir təhlükəli şəraitdə xalqların öz mədəni-mənəvi irsinə, dəyərlər sisteminə, ilk növbədə isə tarixinə sıx bağlanması, sahib çıxması müstəsna önəm daşıyır. Tarix, milli kimliyin ən etibarlı sığınacağıdır; eyni zamanda həm onun formalaşma mühitinin ümdə şərti, həm müasir qoruyucu sipəri kimi çıxış edir. Sirr deyil ki, özünü, valideynlərini, yeddi arxa dönənini tanıyan toplumların xarici təsirlərə müqavimət qüvvəsi daha böyük olur. Bu mənada etnik əcdadlarımızı, babalarımızı, atalarımızı, qardaşlarımızı dolayısı ilə özümüzü tanımaqda şəksiz istinadgahımız olan tarix sadəcə keçmişə aid əfsanə, rəvayət hadisələr məcmusu olmayıb, bugünkü ziddiyyətli dünyada real güc mənbəyimizdir. Türk Dövlətləri Birliyinin təsis olunması, qardaş xalqlarımız arasında siyasi-mədəni əlaqələrin dərinləşdirilməsi bu cəhətdən əlamətdar hadisədir. Ümumtürk tarixinin araşdırılması ön plana keçib, prioritet qazanıb, bu yöndə ciddi samballı işlər başlanıb. Ən böyük naqislik isə tarixin geniş kütlələrə çatdırılması sahəsindədir. Keçmişimizə marağın azalması da etnik nihilizm özgələşmə meylləri ilə birbaşa bağlıdır. Biz tarixin milli-praqmatik əhəmiyyətini onun əsl varisi olan xalqa aşılaya bilməmişik bu, əslində, tək türk xalqlarına aid deyil, universal-bəşəri nöqsandır. Tarix, elmi biliklər cərgəsinə daxil ediləndən sonra fizika, kimya, riyaziyyat kimi tədricən xalq həyatından qoparılıb azsaylı mütəxəssislərin ixtiyarına buraxılıb. Onlar da bilərəkdən-bilməyərəkdən istədiklərini ediblər.

Dünyanı cənginə alan qloballaşma gün keçdikcə bəşəriyyəti yeni-yeni çağırışlar qarşısında qoyur. Dünənə qədər qarşımızda bioloji müxtəlifliyin qorunması, ekoloji balansın saxlanılması vəzifəsi dayanırdı. Bu gün artıq insanlığın ən dəyərli sərvətlərindən olan etnik müxtəlifliyin, etno-mədəni identikliyin mühafizəsi ciddi aktuallıq qazanmaqdadır

Həddən artıq siyasiləşdirilməsi akademik tarixə inamı sarsıdıb. İlk növbədə bu inam bərpa olunmalıdır. Tarix: 1) ideolojiqatqı”lardan təmizlənməli, 2) bugünkü real siyasətdən (realpolitic) ayrılmalı, onun aləti olmaqdan qurtulmalıdır. Tarix müasir gerçəklik başqa-başqa realiyalardır misal üçün, alman türkoloqu Gerhard Dörfer İranın 997-ci ildən 1925-ci ilə qədər, yəni təxminən min il ərzində türk hakimiyyəti altında olduğunu söyləyibsə, bu, tarixi faktın konstatasiyasından başqa bir şey deyil kiminsə həmin fikri müasir geosiyasi proseslər müstəvisində sui-istifadə etməsinə görə Dörfer (tarixçi) məsuliyyət daşımır.

Özünü, valideynlərini, yeddi arxa dönənini tanıyan toplumların xarici təsirlərə müqavimət qüvvəsi daha böyük olur.

Tarix- yaddaşdır, sınaqdır, təcrübədir, dərsdir, gələcəyə gedən yolda ən etibarlı bələdçidir. Xalqları işğal altına almağın, əsarətdə saxlamağın, milli mənliyindən məhrum etməyin, özünə doğmalarına yadlaşdırmağın ən məkrli yolu onların tarixini, keçmiş haqqında təsəvvürlərini saxtalaşdırmaqdan, genetik yaddaşı zədələməkdən, onları qan qardaşlarından ayırmaqdan, yalançı qardaşlar qondarmaqdan keçir. Çarizmin, sonra isə sovet rejiminin müstəmləkə siyasəti məhz bu prinsiplərə əsaslanmış, türk-müsəlman xalqlarının mədəni-mənəvi birliyi inkar olunmuş, əvəzində onların əlahiddəliyi ideyası təbliğ edilmişdir. Türk-İslam  birliyinə rəxnə salmaq üçün kiçik, əhəmiyyətsiz fərqlərin şişirdilib mahiyyət göstəricisi kimi qələmə verilməsi, digər analoji təmayüllər  zaman keçdikcə qüvvətlənmiş yazılmamış qanun halını almış, tarixi düşüncə tərzimiz təbii məhvərindən qoparılmış, beləliklə, bizi bir-birimizdən soyutmağa, aramızı pozmağa, qardaşlıq rəmzi olan keçmişimizi uydurma problemlər girdabına salmağa çalışmışlar. Odur ki, bu gün yabançı təzyiqlər qarşısında keçmiş sovet xalqları daha zəif, daha köməksiz durumdadır. Vaxt itirmədən tariximizin həqiqi daxili inkişaf qanunauyğunluqlarını üzə çıxarmalı, nicat yolumuzu kənar təsirlərdə yox, keçmişimizin həqiqətlərində axtarmalı, qardaşlıq ruhumuzdan güc almalıyıq. Bunun üçün isə, təkrar edirik, tarix tarixşünaslığın əsarətindən, dissertasiya avtoreferatlar qəbristanlığından çıxarılıb onu yaradan yaşadan xalqa qaytarılmalıdır. Yüz ildir ki, tarixi inhisara götürmüş tarixşünaslıq elmi onu ideoloji manipulyasiya alətinə çevirib, ondan öz sahibinə qarşı silah kimi istifadə edib. Tarixi həqiqətlərin xalqlardan gizlədilməsi 70 il ərzindəvahid sovet xalqınəzəriyyəsinə işləyib, bu gün isə etnik müxtəlifliyin silinməsi ideyasına qulluq eləyir. Halbuki tarix- tarixşünaslığın yalnız predmetidir, heç bir vəchləata malıdeyil.

Bu gün biz sizinlə babalarımız oğuz-türkmənlərin şərəfli eyni zamanda keşməkeşli ömür yolu haqqında maraqlı uzun bir söhbətə başlayırıq.

Oğuzlar kimlərdir? İlk məskənləri hara, babaları kimlər olub? Tarix səhnəsinə harda, haçan çıxıblar? Haralara köç etmiş, hansı torpaqlarda kök atıb məskən salmışlar?

Hansı dövlətlərin təməlini qoymuş, yaratdıqları dövlətlərə çox vaxt niyə qənim kəsilmişlər? “Nifaq alması olub?

Oğuzçuluq ideologiyası”nın kökündə nələr durub? Niyə bütün oğuz ellərində hakim ideologiyaya çevrilə bilməyib?

Oğuz tayfa dövlətləri eyni soydan gəldiklərini bilə-bilə nəyin davasını döyüb, nəyin ədavətini aparıblar?

Oğuzmənşəli xalqların diferesiallaşması vaxt hansı şərtlər altında başlayıb, hansı istiqamətdə gedib? Bu ayrılmaların səbəb nəticələri olub?..

Bu başqa suallara cavab axtarmağa, babalarımızı tanımağa tanıtmağa çalışacağıq. Amma əvvəlcətanışlıqüçün mühüm saydığımız bir neçə məsələni aydınlaşdırmağa lüzum görürük.

Türkiyədə, Azərbaycanda, keçmiş Sovetlər İttifaqında, eləcə digər ölkələrdə oğuz-türkmənlərin yetərincə araşdırılmadığını iddia etmək haqsızlıq olardı. Öyrənilməyinə öyrənilib, özü kifayət qədər ətraflı öyrənilib. Amma əksər hallarda yaratdıqları, yaşatdıqları yeri gələndə dağıtdıqları dövlətlərin siyasi tarixinə illüstrasiya kimi öyrənilib. Yəni, hadisələrin mərkəzinə dövlətlərin siyasi tarixi yerləşdirilib, oğuzların özləri isə bu tarixin əsas iştirakçıları, hətta yaradıcıları olmalarına rəğmən, arxa plana keçirilib, onlara ikinci-üçüncü dərəcəli rollar ayrılıb. Hadisələr oğuzların fonunda yox, oğuzlar hadisələrin fonunda araşdırılıb. Türk irqinin bir böyük qolu kimi onların tarixi özəllikləri məxsusi tədqiqat predmetinə nadir hallarda çevrilib. Biz baxış bucağını bir qədər dəyişmək, dövlətlərin siyasi tarixinə oğuz-türkmənlərin istək arzuları, əzəli inancları, məqsəd məramları, dünyagörüşləri işığında baxmaq niyyətindəyik. Rəssamlıqda, fotoqrafiyada olduğu kimi, tarixin təfsirində obyektin hansı nöqtədən görülməsi, yaxud çəkilməsi vacib məsələdir. Biz tariximizdə baş vermiş siyasi proseslərə oğuzların həyati maraqları rakursundan fokuslanmaq istəyirik. Düşünürük ki, bu yol tariximizin daha aydın təsvir şərh edilməsi üçün məqsədyönlü olacaq.

Biz tarixşünaslığın mövcud nailiyyətlərindən qətiyyən imtina etmir, tarixiyenidən yazmağayox, necə deyərlər, “yenidən oxumağacəhd edirik. Biləsiniz ki, deyəcəyimiz varsa, mövcud qaynaqlarla birlikdə tarixçi tədqiqatlarından, tarixçı yozumlardan mayalanır. Bəli, biz hamıya məlum olan xronikalara əsaslanırıq. Amma hadisələrin təsviri konkret şəraitdə oğuzların davranış səbəblərinin açıqlanmasına qədər imkan verirsə, yalnız o dərəcədə! Başqa sözlə, oğuz dövlətlərinin siyasi tarixi bu yazının araşdırma obyekti deyil. Məramımız oğuz-türkmənlərin dövlətçilik fəlsəfəsini, ideal dövlət haqqında təsəvvürlər kompleksini bunun tarixi hadisələrə proyeksiya vektorlarını açıb-göstərmək, oğuzçuluq ideologiyasının təməl prinsiplərinə aydınlıq gətirməkdir.

Bu gün biz sizinlə babalarımız oğuz-türkmənlərin şərəfli eyni zamanda keşməkeşli ömür yolu haqqında maraqlı uzun bir söhbətə başlayırıq. Oğuzlar kimlərdir? İlk məskənləri hara, babaları kimlər olub? Tarix səhnəsinə harda, haçan çıxıblar? Haralara köç etmiş, hansı torpaqlarda kök atıb məskən salmışlar?

 Tarix təkrarlardan ibarətdir”,- deyirlər. Bu ifadə daha çox məcazi mənada, insan cəmiyyətlərinin öz tarixi dərslərindən ibrət götürmədiyini bildirmək üçün işlədilir. Oğuz-türkmənlər tarix uzunu həyati tələbatlarını ödəyə biləcək bir dövlət qurmaq arzusu ilə yaşamış, yayıldıqları nəhəng coğrafiya boyunca bu diləklə neçə-neçə dövlətin təməlini qoymuş, neçə-neçə xanədanı hakimiyyətə gətirmiş, hər dəfə təxminən eyni səbəblər ucundan məyusluğa düçar olmuş, amma yenə qayələrindən əl götürməmiş, hər dəfə yeni fütuhatlar ardınca qoşmuşlar...

 

N.MUSTAFA

 

Davamı növbəti sayda

 

İki sahil.- 2023.- 1 noyabr, ¹200.- S.6.