BABALARIMIZ OĞUZLAR

 

(TÜRKMƏNLƏR)

 

Ümumtürk tarixinin inkişaf istiqamətlərini anlamaq istəyiriksə, köçəriliyin spesifik əlamətlərini bilməyimiz şərtdir. Qədim dövrlərdən əsas etibarilə böyük ailələr (nəsil, qəbilə) şəklində yaşayan nomadlar geniş otlaqlar tapmaq üçün ən əlverişli məskənlər axtarır, sürüləri böyüyəndə, yaxud hansısa başqa səbəblər üzündənizomorfizm pozulub icmanın tələblərini ödəməyəndə” (H.Quliyev) avtomatik olaraq yerlərini dəyişir, ailələr törəyib artanda isə ana icmadan ayrılır, yeni obalar yaradırdılar. Qohumlar, doğmalar, eyni kökdən gələnlər yaxın (buyaxınlıq” da xeyli şərti anlayışdır) ərazilərdə yerləşir, dar gündə bir-birinə dayaq olurdular. İ.Qəfəsoğlunun yazdığına görə, bozqırda yaşayan əski türk boylarında ən kiçik ailə belə bir el sayıla bilərdi. Alimin fikrincə, bu, türklərin azad insanlar olması ilə bağlı idi. Maddi ruhi-mənəvi azadlıq hərəkət azadlığının təməli idi: “Köç zamanı sürülərini daşınan mallarını özləri ilə apara bilmələri ailə fərdlərin sərbəstliyini təşviq edir. Bu özəllik özünü sosial strukturun daha yüksək səviyyələrində belə göstərir... Don-Aşağı Dunay çayları arasında yaşayan cəmi 8 boydan ibarət peçeneqlərə , XII əsr qıpçaqlarına da, bu, eyni dərəcədə xasdır”. Başlıca qayğısı ailəsini, nəslini, yaxınlarını rifaha qovuşdurmaq olan, bunun üçün daim daha əlverişli otlaqlar axtaran köçəri insan özünü mənsub olduğu icma çərçivəsində tanıyıb dərk edir, ətrafındakılara, etnik soydaşları olsalar beləbaşqalarıkimi yanaşırdı. Çünki ən yaxşı məskənlər tutmaq istəyi bu azad ruhlu köçərilərin ümumi əlaməti idi onların hamısı belə məskənlərə sahib olmağa can atır, mübahisəli ərazilər uğrundabaşqalarıilə mübarizə aparmalı olurdu. “Böyük çöl çox sayda türk etnosları ilə məskunlaşmışdı bu etnoslar çox zaman öz aralarında müharibələr aparırdı. Həyat onları etnik cəhətdən qohum populyasiyalarla üz-üzə gətirirdi. bu da onların spontan-arxetipik icma praqmatizmindən irəli gəlirdi” (Həsən Quliyev). 

Ümumtürk tarixinin inkişaf istiqamətlərini anlamaq istəyiriksə, köçəriliyin spesifik əlamətlərini bilməyimiz şərtdir.

Türklərin döyüşkənliyi Allahın lütfü olmaqla yanaşı, köçəriliyin tələbi idi. İbn-Haldunun təbirincə desək, “şiddət cəngavərlik köçərilərin xislətindədir”. Bir ya bir neçə ailəni, uzaq başı, qohum nəsilləri birləşdirən köçəri obası- böyüklü-kiçikli, qadınlı-kişili- hər an özünü müdafiə etməyə, yaxud da yerini dəyişməyə- ağır təhlükəli köç prosesinə başlamağa hazırlıqlı olmalı idi. Bu mənada hərbi məharəti əfsanəyə çvrilmiş atlı-köçəri icması vazkeçilməz ortaq məqsədlər bir-biri uğrunda canlarını qurban verməyə hazır olan şəxslərdən ibarət səyyar bir ordu təəssüratı bağışlayır. Təsadüfi deyil ki, “ordu/”ordatəbiri boy bəyinin qərargahını bildirir. Mütəhərrik atlı-köçəri ordası öz-özünü idarə etdiyi üçünhərbi demokratiya yahərbi aristokratiyaadlandırılır. Amma bir obanın yüksək döyüş qabiliyyəti hələ onun istənilən basqına duruş gətirə biləcəyinə zəmanət verə bilməz. Yaxın, bir-birinə qohumluq əlaqəsi ilə bağlanan obaların ittifaq qurması da daha güclü düşmən qarşısında müqavimət gücünü artırmaq zərurətindən yaranır. İli indiki kimi 4 fəslə yox, qışa yaya bölən bu bölgüyə görə ümumi razılıq əsasında müəyyənləşdirilən yaylaq qışlaqları arasında get-gəl eləyən köçəri üçün sürülərinin ailəsinin təhlükəsizliyinə təminat verən, ailələr, obalar, tayfalar arasında nizama qarant duran dövlətin varlığı vacib şərt sayılırdı. Qeyri-müəyyənlik köçərilərə əl vermirdi onlar boylararası münasibətlərin tənzimləndiyi federativ ya konfederativ dövlət təsisatı qurmağın zəruriliyinə çox erkən inanmışdılar. Türk bozqır dövlətlərinin qədim zamanlardan yaranması məhz bu zərurətdən doğurdu. Dinc dövrdə yalnız öz başçılarına güvənən atlı-köçəri obaları hərbi təhlükə ilə üzləşdikdə, yaxud kütləvi köçlər zamanı müttəfiq oba bəylərinin birgə qərarları əsasında idarə olunurdu. Atlı-köçəri obasının, obalar birliyinin, sonradan isə tayfa ittifaqlarının (özünəməxsus konfederasiya tipi) idarəçilik mexanizmini əks etdirən bu təsisatlar klassik dövlətlərlə müqayisədə qədər bəsit görüsə qədim dövr erkən orta əsrlər üçün mütərəqqi səciyyə daşıyırdı.

İbn-Haldunun təbirincə desək, “şiddət cəngavərlik köçərilərin xislətindədir”.

Uzun əsrlər boyu dünya hərb sənəti təməli atlı-köçəri türklər tərəfindən yəhərin kəşf edilməsi ilə qoyulan süvari döyüş birləşmələrinin taktiki-strateyi əməliyyat üsullarına əsaslanıb. Böyük-böyük imperiyaların ordu başçıları, sərdar sərkərdələri atlı-süvari türklərdən seçilib. Səlcuqilər dövlətini oğuz türklərinin qınıq boyundan Səlcuq bəyin nəvələri məhz köçəri türkmən atlı-süvarilərinin igidliyi rəşadəti hesabına yaratmışdı. Türk əsilli Qaraxanilərə fars kökənli Samanilərə əskər verməklə əvvəlcə öz boyuna geniş otlaqlar alan Səlcuq bəy sonradan müsəlmanlığı qəbul edərək, Samanilər ordusunda nüfuzlu komandanlardan olmuşdu. Samanilər türk döyüşçülərinin bacarıqlarını yüksək qiymətləndirir, vaxtaşırı Anadoludakı türkmən bəyliklərindən muzdlu döyüşçülər alırdılar. Əsir düşmüş türk qulamlarını hərbi idarəçilik xidmətinə hazırlamaq məqsədi ilə xüsusi məktəb açmışdılar. NizamülmülkSiyasətnamə”sində bu məktəblərdən çıxan yüksək mövqe qazanan türkləri nəzərdə tutaraq yazırdı: “Bu yolla orduda dövlət idarəçiliyində türklərin önəmi artırdı”. Samani ordusunda yüksək rütbəyə çatan türklərdən biri Mahmud Qəznəvi idi ki, sonradan öz dövlətini yaratmışdı.

Göründüyü kimi, nomad türk qəbilələrinin (sonradan dövlətlərinin) suverenliyi avtonomluğu bir neçə özəlliyə əsaslanıb: azadlıq ruhuna, təsərrüfat tipinin müstəqil idarəçilik özəl mülkiyyət üçün əlverişli olmasına, hərbi təcavüz qarşısında elliklə silahlanmaya yaxud ittifaqlar qurmağa. Atlı-köçəri türkləri xarakterizə edən bu ümdə xüsusiyyətlər təkamülün sonrakı mərtəbələrində dəyişməmiş, bir bəydən narazılıq yarandığı halda onların mobil qruplar şəklində başqa birinə biət etmələrinə imkan yaratmışdır. Bunu daim nəzərə almalı olan köçəri dövlət başçıları da nomadların daxili müstəqlliklərini tanımış suveren hüquqlarına hörmətlə yanaşmışlar.   

Araşdırmalar bizi bu qənaətə gətirir ki, köçəri həyat tərzini dünyadan təcrid olunmaq kimi qələmə doğru deyil. Avrasiya coğrafiyasında köçərilər oturaq  cəmiyyətlər arasında qarşılıqlı faydalı münasibətlərin, praktiki məzmun daşıyan “modus vivendi”nin (latıncamüvəqqəti razılaşmamənasındadır) mövcudluğu tarixşünaslıqda artıq çoxdan qəbul edilib. Qazax alimi M.Sarsembayevin yazdığına görə, müasir elm köçəri cəmiyyəti sistemini müxtəlif funksiyalı iki alt-sistemdən – “maldar-köçərioturaq-əkinçikomponentlərindən təşkil olunmuş vahid bütöv kimi nəzərdən keçirir. Köçərilər əkinçi sənətkarların, onlar isə nomadların məhsulları (ət, yağ, dəri, süd, xalça digər toxuculuq məmulatları, yəhər-yüyən s.) olmadan yaşaya bilməzdilər. Bu mənada bir-birlərindən asılı idilər bir-birinin həyat tərzini bəyənməsələr nomad-şəhərli (yaxud oturaq kəndli) ortaqlığı hər iki tərəfə fayda verirdi. “Bölgənin hər hansı bazarında şəhər sakinləri ilə köçərilər arasında aşkarca görünə bilən rahat ünsiyyət elə bir qarşılıqlı razılaşmanı əks etdirir ki, bu, Mərkəzi Asiya (bizcə, bütün Avrasiya-N.M.) şəhərlərinin ərəblərin gəlişinədək (yəni, İslamın yayıldığı dövrə qədər-N.M.) daha sonrakı zamanlarda çiçəklənməsinə imkan yaradırdı” (F.Star). Zaman keçdikcə təhlükəsiz qalalar (şəhərlər) gəlirləri artan nomad konfederasiyalarını həm sərvətlərini qorumaq baxımından cəlb etməyə başlayır.

Nomad türk qəbilələrinin (sonradan dövlətlərinin) suverenliyi avtonomluğu bir neçə özəlliyə əsaslanıb: azadlıq ruhuna, təsərrüfat tipinin müstəqil idarəçilik özəl mülkiyyət üçün əlverişli olmasına, hərbi təcavüz qarşısında elliklə silahlanmaya yaxud ittifaqlar qurmağa.

Amma əks təmayülü nəzərdən qaçırmamalıyıq. Tarix həmçinin köçərilərlə oturaq şəhərli kəndlilər, daha doğrusu, bu iki mədəniyyət dairəsi arasında barışmaz bir rəqabətin olduğuna şəhadət verir. Səlcuq Aqşin Somelin fikrincə, İslam dininin qəbul edilməsindən sonra yaranan dövlətlər şəhər əsaslıdır, “hakim elita özünü kosmopolit (daha doğrusu, ümmətçi-N.M.) ənənəçi İslam sivilizasiyasının daşıyıcısı hesab edir bir mədəni sosial təbəqə olaraq oymaq, elat əsaslı köçərilərdən ayırır”. İslam dininin təsirindən söz düşmüşkən, onun  ümumtürk tarixində müəyyənləşdirici amillərdən olduğunu daim fikrimizdə tutmalı nəzərə almalıyıq. “Əlimizdəki zəngin tarixi qaynaqlar materiallar əsasında Avropa, Rusiya, Qafqaz, Misir, Hindistan, İran Çin coğrafiyasında daha çox dini təsirlər altında əriyərək assimilyasiyaya məruz qalmış türk xalqlarının, boylarının dövlətlərinin geniş bir siyahısını tərtib etmək mümkündür” (Əkbər Nəcəf). Köçəri türkmənlərə gəlincə, onlar İslamı Səlcuq bəy dövründə qəbul etmişdilər. Amma orası da nəzərə alınmalıdır ki, onların dini inancları ortodoksal İslamdan daha çox heterodoksal xarakterlimistik eklektik, hələ qəlibləşməmiş xalq İslamı”ndan qidalanır (Xəlil İnalcıq) özündə qədim göytanrıcı baxışların izlərini daşıyırdı. Cahangirlik iddialarını gerçəkləşdirmək üçün Xilafətə bağlı klassik müsəlman dövlətçiliyi modelinə asanlıqla keçən türk xanədanlarının köçəriləri itaətə gətirmək uğrunda mübarizəsi çox vaxt şəriət ehkamlarıcilası altındaört-basdır edilir, siyasi məqsədlər dini hökmlərlə əsaslandırılırdı. Öz həyat tərzinə, mədəni irsinə (adət, vərdiş, davranış modelləri, yasa, törə, qadağalar sistemi, mərasimlər s.), ənənələrinə sədaqətini canı qanı bahasına da olsa, qoruyub saxlamaq istəyən qarşı tərəf isə milli varlığını təsdiqləməkdən ötrü bütün mümkün vasitələrdən istifadə edir, silaha əl atmaqdan belə çəkinmirdi. Osmanlı dövləti Anadoludakı köçəri türkmənlərin qarşıdurması buna bariz nümunədir. Yaranışından özünüDövləti-Aliyyə”, “Məmaliki-Məhruseyi Şahanə ya sadəcə, “Dövləti-Osmaniyyəadlandıran bu möhtəşəm imperiyanın ideoloji əsasınıilahi-kəlimullahı bütün dünyaya yaymaq”, bir cahan dövlətinə çevrilmək məqsədi güdənqəzavatqayəsi təşkil edir. Bu dünyagörüşü Osmanlı xanədanının dövlət kimliyi anlayışındaetnik bir ünsürün var olmadığını qabarıq şəkildə büruzə verir”. Qəza anlayışı Osmanlıların Bizans Avropa dövlətlərinə münasibətdə yürütdükləri hərbi siyasətin ideoloji əsasını təşkil edir.

 

N.MUSTAFA

 

(ardı var)

 

İki sahil.- 2023.- 3 noyabr, ¹202.-S.6.