YAP Xətai rayon təşkilatı inşa yazı

müsabiqəsinə şahmat turnirinə start verib

 

44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfərimizdən üç il keçir.

Bu münasibətilə müxtəlif səpkili tədbirlər təşkil olunur. Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı da Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər keçirir. Zəfər Günü münasibətilə  Xətai rayon məktəbliləri  arasında təşkil olunan "Zəfər zirvəsinə yüksələn qəhrəmanlar" mövzusunda inşa yazı müsabiqəsi şahmat turniri bu tərkibdəndir.

İnşa yazı müsabiqəsinin şahmat turnirinin qalibləri 6 noyabr 2023-cü il tarixində  YAP Xətai rayon təşkilatında diplom hədiyyələrlə mükafatlandırılacaqlar.

 

İki sahil.- 2023.- 31 oktyabr, ¹199.- S.1.