Heydər Əliyev - Zamana sığmayan Lider

 

2023 Heydər Əliyev ili

 

Ulu Öndər Heydər Əliyevin anadan olmasından 100 il ötdü. Hər ötən il, region ətrafında baş verən hadisələr Heydər Əliyev dühasının böyüklüyünü, möhtəşəmliyini bariz şəkildə üzə çıxarır. İllər bir-birini əvəz etdikcə Ümummilli Liderimizin şərəfli ömür yolunun xalqına, böyük türk dünyasına bəşəriyyətə qədər yaxın dəyərli olduğu daha aydın görünür. Burada xüsusi ilə qeyd etmək yerinə düşər ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin  ümumtürk mədəni irsini dərindən öyrənmək, həm türk məkanında, həm beynəlxalq miqyasda təbliğ etmək barədəki fikirləri bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yeni tarixi  şəraitdə uğurla davam inkişaf  etdirilməkdədir.

Zaman Ümummilli Lider Heydər Əliyevin siyasi baxışlarına daha dərin məna qazandırır, Onun Vətənimizin bu gününə gələcəyinə çox möhkəm tellərlə bağlı olduğunu daha aydın göstərir. Dövrümüzün ictimai-siyasi reallıqları, geopolitik məkanda baş verən gözlənilməz dəyişikliklər bütün bu təlatümlərin fövqündə dayanan müasir milli dövlətçiliyimiz Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun rasional əsaslar üzərində, mükəmməl bir məntiqdən - Heydər Əliyev zəkasından yoğrulduğunu bir daha sübut edir.

Ümummilli Liderimiz Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində müstəqil Azərbaycan dövləti qısa müddətdə dünya dövlətləri sırasında öz layiqli yerini tutdu. İnkişaf etmiş dövlətlərlə bərabərhüquqlu iqtisadi siyasi əlaqələr quruldu.

Ulu Öndər yaşadığı dövrdə nurlu, cəsarətli yaradıcı dövlət xadimi kimi yaddaşlarda iz qoyub. O, tarixdə Azərbaycan xalqının Ümummilli Lideri, dünya miqyaslı ictimai-siyasi xadim, böyük mütəfəkkir, müstəqil Azərbaycan dövlətinin qurucusu, dövlətin inkişaf strategiyasının əsasını qoyan, azərbaycançılıq ideologiyasını yaşadan, Azərbaycan xalqının iradəsini ifadə edən siyasi lider kimi qalacaqdır. Dahi rəhbər xalqımızın ən çətin anında - sovet imperiyasının dağıldığı, ölkənin parçalandığı, xalqın ruhdan düşdüyü bir dövrdə siyasi meydana xalqın xilaskarı kimi daxil oldu. Ulu Öndər torpaqların itirildiyi, qaçqın köçkünlərin artdığı bir zamanda Azərbaycan xalqına ruh verdi, onu müstəqil Azərbaycan uğrunda qələbəyə apardı. Bu dahi insan XX əsrin 60-cı illərindən ömrünün sonuna qədər məqsədyönlü ardıcıl fəaliyyət göstərdi, xalqımızın nəyə qadir olduğunu nümayiş etdirdi, insanlarda azadlıq, müstəqillik ruhunu yüksəltdi, təhlükə qarşısında qalan müstəqilliyimizi qorumaq möhkəmləndirmək üçün özünü qadir sərkərdəyə, xalqı isə cəsur əsgərə çevirməyi bacardı.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müstəqil dövlətçiliyimizin qurucusu memarı, 20-ci əsrin dünya tarixinə bəxş etdiyi nəhəng siyasi xadim ən böyük şəxsiyyətlərdən biridir. Müasir müstəqil Azərbaycan Respublikası Heydər Əliyev dühasının, dərin idarəçilik fəlsəfəsinin şah əsəridir. O, yalnız dövləti idarə edən siyasi xadim, ölkə başçısı olmamışdır, həm milyonlarla insanı böyük ideallar ətrafında birləşdirən bir dövlət qurucusudur, tarix memarıdır. Bütün həyatını, məqsəd arzularını xalqına həsr etmiş Ulu Öndərimizin fəaliyyətinin nəticələri göz qabağındadır: müasir, demokratik, hüquqi dünyəvi Azərbaycan dövləti, milli-mənəvi dəyərlərə qayıdış, vətəndaş cəmiyyətinin, elmin, mədəniyyətin, təhsilin inkişafı s. Heydər Əliyev sadəcə tarixi qanunauyğunluqlardan bəhrələnməklə qalmamış, tarixin ən ağır vaxtlarında məsuliyyəti öz üzərinə götürərək, parlaq zəkası ilə xalqımıza nicat yolunu göstərmiş, bununla da milli suverenliyimizin xilaskarı, həqiqi tarixi şəxsiyyət olduğunu bir daha təsdiq etmişdir.

Unutmaq olmaz ki, dünyanın siyasi xəritəsinə adı ötən əsrin 90-cı illərində yazılan Azərbaycan Respublikasının müstəqil inkişaf yolu ağır sınaqlardan keçmişdir. Xarici təzyiq, hərbi təcavüz, daxili çəkişmələr məngənəsində sıxılan ölkəmiz torpaqlarının 20 faizini itirmiş, bir milyona yaxın soydaşımız doğma yurd-yuvasından didərgin düşmüşdü. Bu çətin anda xalqımız vəziyyətdən çıxış yolunu dövrümüzün görkəmli siyasi xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışında gördü, inamını, ümidini ona bağladı. Azərbaycanı böhranlı vəziyyətdən yalnız Heydər Əliyev dühası xilas edə bilərdi.

Heydər Əliyev müstəqil Azərbaycan rəhbərliyinə dəvət edilir

1993-cü il iyunun 15-nədək Azərbaycanda baş verən ictimai-siyasi proseslər respublikanı böhran vəziyyətinə, parçalanmaq səviyyəsinə müstəqilliyin itirilməsi həddinə gətirib çıxarmışdı. Azərbaycan Respublikasını dağılmaqdan, dövlətçiliyi məhv olmaqdan, ölkəni etnik prinsiplərə əsasən parçalanmadan, xalqı vətəndaş müharibəsi təhlükəsindən, mənəvi - psixoloji sarsıntıdan qurtarmaq üçün xalq öz xilaskarı Heydər Əliyevə müraciət etdi. Xalq yaranmış vəziyyətdən çıxış yolunu böyük təcrübəyə malik görkəmli dövlət xadimi Azərbaycanın böyük oğlu Heydər Əliyevdə görürdü. Naxçıvanda bütün Azərbaycanın müqəddəratı üçün taleyüklü fəaliyyət göstərən Heydər Əliyevin yanına dəstə-dəstə adamlar - nümayəndələr gedir, teleqramlar göndərilirdi.

Bir illik hakimiyyəti dövründə AXC-Müsavat cütlüyü ölkəni bərbad hala salmışdı. Özlərinin faciəli sonluğunu görən Əbülfəz Elçibəy xalqın tələbi ilə Heydər Əliyevi Bakıya dəvət etdi ki, ölkəni bu vəziyyətdən qurtarsın. İyunun 9-da Bakıda vəziyyətin olduqca gərginləşdiyini görən Heydər Əliyev Prezidentin təyyarəsi ilə Bakıya gəldi. Elə həmin dövrdə Heydər Əliyev deyirdi: “Mən buraya heç partiyanın lideri kimi gəlməmişəm. Mən buraya tamam könülsüz, tez-tələsik yox, adamların təzyiqindən çox, yaranmış vəziyyətə görə gəldim, çünki xalqın taleyi həll olunurdu”.

Heydər Əliyevi digər siyasətçilərdən fərqləndirən cəhət ondan ibarət idi ki, O, hadisələrə qiymət vermək üçün səbr təmkinlə vəziyyətlə tanış olur, ictimaiyyətin fikrini öyrənir, qüvvələr nisbətini təhlil edir, ən əsası hadisənin törənmə səbəblərini araşdırır qarşı tərəfdən olan şəxslər, təşkilatçılar ilə bilavasitə görüşüb onların iddialarını, tələblərini öyrənir obyektiv nəticə çıxardıqdan sonra əməli addım atırdı.

Heydər Əliyev 1993-cü il iyunun 13-də bir qrup jurnalistin müşayiəti ilə Gəncəyə, birbaşa Surət Hüseynovun yanına getdi. Heydər Əliyev heç bir siyasi savadı olmayan, kimlərinsə sifarişini yerinə yetirən Surət Hüseynovla danışıq apardı, ertəsi gün şəhərə çıxdı. İlkin təəsüratı belə idi: “Mən döyüşlərin izlərini, dağıdılmış tikililəri, yanıb külə dönmüş mənzilləri gördüm, cinayətin izlərini gördüm”. Məhz bundan sonra Heydər Əliyev Bakıya qayıdıb vətəndaş müharibəsi təhlükəsini sovuşdurmaq məqsədi ilə Milli Məclisin təklifini qəbul etdi iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi.

1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasında tam demokratik əsaslarla keçirilən növbədənkənar prezident seçkilərində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Seçkilər altenativ əsaslarla keçirilmişdi. Heydər Əlirza oğlu Əliyevin lehinə 3.919.923 nəfər, yəni seçicilərin 98,8 faizi səs vermişdi. Böyük səs toplamaqla Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçilmişdi. Oktyabrın 10-da Respublika Sarayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin andiçmə mərasimi baş tutdu. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev mərasimdə böyük nitq söylədi, Vətənə, dövlətə, xalqa sədaqət andı içdi. Bu, həm Prezidentin böyük xalq etimadına cavab andı idi. Prezident Heydər Əliyev deyirdi: “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm”.

 

Yeni ordu dövlət qurulur

 

Prezidenti düşündürən ən ümdə, ən ağır məsələlərdən biri erməni təcavüzü nəticəsində işğal edilmiş torpaqların geri qaytarılması, Qarabağ probleminin həll edilməsi idi. Bu məsələlərin həllində Prezident sülhpərvər mövqe tutaraq, bu vəzifəni birinci növbədə sülh yolu ilə, danışıqlar yolu ilə həll etməyə üstünlük verəcəyini qeyd edirdi. Eyni zamanda əgər sülh yolunda addımlar nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli ordu yaradılması da əsas vəzifə kimi qarşıya qoyulurdu. Görkəmli dövlət xadimi Heydər Əliyev andiçmə mərasimindəki nitqində Azərbaycanda dövlət quruculuğu sahəsində qarşıda duran vəzifələrdən danışaraq qeyd edirdi ki, yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Öz tarixindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasmdan, ümumbəşəri dəyərlərdən istifadə etməklə demokratik dövlət quruculuğu yolu ilə getməkdir. “Respublikanın müstəqilliyini möhkəmləndirmək üçün əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasmda müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin olmasıdırdeyən Ulu Öndər özünün dünya siyasətindəki görkəmli nüfuzuna, tanınmış diplomat siyasi xadimi kimi bacarığına əsaslanırdı. Bu, elə ilk gündən özünü göstərməyə başlamışdı. Prezident seçilməsi ilə əlaqədar olaraq Heydər Əliyevə dünyanın bir çox dövlət başçılarının göndərdikləri təbrik məktubları bunu sübut edir.

 

Əsrin müqaviləsi ya real müstəqilliyin əsası

 

Azərbaycan müstəqilliyini elan etdiyi ilk illərdə Xəzər dənizinin Azərbaycan sektorunda 4 milyard ton neft 6 trilyon kubmetr təbii qaz ehtiyatları mövcud olduğu ehtimal edilirdi. Lakin bu ehtiyatların üzə çıxarılması, sosial-iqtisadi gücə çevrilməsi üçün nəhəng ölçüdə maliyyə, insan, elm-texniki resurs səfərbər edilməli, hətta hesablanması belə asan olmayan böyük həcmi həyata keçirilməli idi. Ümummilli Liderimiz yaxşı bilirdi ki, gündən-günə qloballaşan müasir dünya düzənində başlıca rol oynayan amillərdən biri enerji resurslarına nəzarət, onların dünya bazarına, istehlakçılara vaxtında təhlükəsiz çatdırılmasıdır Azərbaycan buna qadirdir. Zəngin neft-qaz ehtiyatları, neft sənayesinin tarixi ənənələri, enerji resurslarının öyrənilməsində malik olduğu təcrübə intellektual potensial, neftçilərimizin əzmkarlığı dövlətimizə bu imkanı verir. Müstəqilliyimizin ilk illərində, hələ tam təsisatlanmamış gənc dövlətçiliyimizizn ağır sınaqlara məruz qaldığı dövrdə isə ölkənin mövcud potensialı bunun üçün son dərəcə məhdud idi, resurs çatışmazlığı Xəzərin dərinsulu hissələrində yerləşən təbii sərvətlərin hasil olunub dünya bazarına çıxarılmasına ciddi maneə törədirdi. Yaranmış situasiyada dəfələrlə olduğu kimi, yenə yeganə düzgün çıxış yolunu seçən Ümummilli Liderimiz bu maneənin aradan qaldırılması üçün dünyanın aparıcı şirkətləri ilə milli maraqlara, Azərbaycanın xalqının rifahına xidmət edən əməkdaşlıq strategiyasını işləyib hazırladı. Strategiyanın əsasını sadə eyni zamanda dahiyanə prinsiplər təşkil edirdi: xarici investisiyaların köməyi ilə ölkənin neft-qaz sənayesini gücləndirmək enerji resurslarının dünya bazarında reallaşdırılması nəticəsində əldə olunan gəlirləri iqtisadiyyatın digər sahələrinin inkişafına, xalqın yaşayış səviyyəsinin yüksəldilməsinə yönəltmək prinsipləri. Bu addım da asanlıqla atılmadı. Azərbaycanın yüksəlişi ilə barışa bilməyən xarici daxili qüvvələr ciddi siyasi müqavimət göstərirdilər. Ulu Öndər tarixin dönüş anlarında hər dəfə olduğu kimi, dönməz iradə mətin siyasi qətiyyət nümayiş etdirərək, müdrik qərarları ilə prosesi geridönməz məcraya yönəltdi. Onun siyasi kursunu incəliklərinə qədər mənimsəmiş, diplomatiya beynəlxalq biznes sahəsində dərin bilik təcrübə qazanmış cənab İlham Əliyevin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti kimi danışıqlara qoşulması, əsil Qərb işgüzar təfəkkürü ilə təqdim etdiyi arqumentlər enerji şirkətlərinin tərəddüdünü qırdı, onları Azərbaycanla əməkdaşlığın düzgün seçim olduğuna inandırdı. 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşənAzəri”, “Çıraqyataqlarının Günəşliyatağının dərinsulu hissəsinin birgə kəşfiyyatı, işlənməsi hasilatın pay bölgüsü üzrə tarixi saziş imzalandı. Ulu Öndər imzalanma mərasimindəki çıxışında bu parlaq qələbənin əhəmiyyətini vurğulayaraq demişdir: “Biz müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla dünyaya bir daha nümayiş etdiririk ki, müstəqil Azərbaycan Respublikası demokratik hüquqi dövlətdir. Azərbaycanda demokratik prinsiplərin bərqərar olması inkişaf etməsi üçün geniş meydan açılmışdır”.

Mahiyyət etibarilə Azərbaycan dövlətinin qurtuluş davamlı inkişaf doktrinası rolunu oynayan bu enerji strategiyasının ilk uğuru dünyanın nəhəng neft şirkətləri ilə tariximizəƏsrin müqaviləsikimi daxil olan sazişin imzalanması oldu. ƏslindəƏsrin müqaviləsiAzərbaycanın real müstəqilliyinin əsasını yaratdı. Bu müqavilənin imzalanması ilə Azərbaycanda iqtisadi maraqları olan ölkələr həm yenicə müstəqilliyini əldə etmiş dövlətimizin təhlükəsizlik qarantına çevrildilər.

 Həmin vaxtdan etibarən ölkəmizin daxili xarici siyasətdə qazanılmış uğurlarının təməlində, möhtərəm Prezidentimiz İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, məhzƏsrin müqaviləsidurmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin böyük uzaqgörənliklə işləyib hazırlanmış enerji strategiyası uzunmüddətli, effektiv, sistematik davamlı inkişaf konsepsiyası olduğunu ilbəil özünün yeni təntənələri ilə təsdiqləyir.

 

Bu gün Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir

 

Bu gün Azərbaycan cəmiyyəti, bütün dünya azərbaycanlıları Heydər Əliyevin zəngin praqmatik dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn tam təkmil bir konsepsiya kimi qəbul edir. Bu siyasəti yeni dövrün tələblərinə uyğun təkmilləşdirən Prezident İlham Əliyev lider əzmi ilə xalq qarşısında verdiyi vədləri əməli işi ilə doğruldaraq daim insanların sevgisini etimadını qazanıb. Ulu Öndər Heydər Əliyevin ideyaları məhz onun siyasi varisi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən tam dəqiqliyi ilə yerinə yetirilib. 2020-ci ildə Şuşanın azad edilməsi ilə bağlı xalqa müraciətində Prezident İlham Əliyev deyirdi: “Mən bu gün Ulu Ödər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!” Bu, Ümummilli Lider Heydər Əliyevin milli maraqlara xalqın iradəsinə əsaslanan siyasi kursunun məntiqi nəticəsidir. Bu siyasi kurs hələ uzun illər davam etdiriləcəkdir.

Son olaraq bir məqamı vurğulamaq istərdim. Prezident İlham Əliyev 31 iyul 2023-cü il tarixdəAzərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilməsi haqqındaSərəncam imzaladı. Sərəncama əsasən, 26 avqustLaçın Şəhəri Günü təsis olundu. Laçınlılar Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Laçın Şəhər Gününü təntənə ilə qeyd etdilər. Bildirmək istərdik ki, Vətən müharibəsi bitəndən sonra qısa bir zamanda işğaldan azad edilmiş ərazilərimiz sürətlə dirçəlməyə başlayıb. Qarabağda, Şərqi Zəngəzurda quruculuq işləri vüsət alıb. Ata vəsiyyətini həyata keçirən, azərbaycanlıların başını ucaldan Prezident İlham Əliyevin ölkəmizin həqiqətlərini, tarixini, mədəniyyətini dünyada təbliğ edən respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tarixi missiyası hələ davam edir. Onlar müasir tariximizin yeni səhifəsini açır, işğaldan azad edilmiş əraziləri yenidən canlandırırlar. Laçında müəssisələrin təməli qoyulur, açılışlar edilir, ora həyat qayıdır. İşğal edilmiş bütün ərazilər kimi, Laçın da Azərbaycan Prezidentinin birinci xanımın heyrətamiz zəhməti, Vətənə böyük məhəbbəti sayəsində yenidən qurulur. Fikrimcə, Laçın Şəhəri Günü hər birimizin günüdür. Laçın Şəhəri Gününə ən böyük töhfəmiz onun mahiyyətini dərk etməyimizdir. Laçın Şəhəri Günü Azərbaycan xalqının qürurunun təntənəsidir.

 

İlqar İlyasov,

YAP Laçın rayon təşkilatının sədri

 

İki sahil.- 2023.- 9 sentyabr.- S.4.