Vüqar Rəhimzadə: Qondarma qurumun tarixin zibilliyinə atılması

200 illik erməni layihəsinin darmadağın edilməsidir

 

Tarixi Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası tərəfindən köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti 200 ildən çox davam edir. Ermənilər ərazilərimizdə məskunlaşdıqları dövrdən, xüsusilə 1918-ci ildə tarixi Azərbaycan torpaqları hesabına 9 min kv.km-lik ərazidə Ermənistan adlı dövlət yaradıldıqdan sonra Azərbaycan toponimlərini dəyişməyə, münbit ərazilərimizi ələ keçirməyə əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrimizdə azərbaycanlıları sıxışdırmağa başladılar. Rusiya inqilablarının yaratdığı xaos şəraitindən sui-istifadə edən erməni qəsbkarları 1905-1907-ci 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirdilər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Göyçayda, Qarabağda, Muğanda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edilmişdir. 1948-1953-cü illərdə hazırda Ermənistan adlanan Qərbi Azərbaycandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1987-ci ildən başlayaraq daha 500 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir.

1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarınındənizdən dənizə böyük Ermənistansərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Bütün bunlar tarixdir. Tarix faktlara əsaslandığı kimi, saxtakarlığı da sevmir. Ermənilər zaman-zaman havadarlarının dəstəyinə arxalanaraq özlərinə saxta tarix yazsalar da aparılan təbliğatın uzunömürlü ola bilməyəcəyinə, fakt qarşısında aciz qalacaqlarına əmin idilər. Bu gün işğaldan azad edilmiş ərazilərimiz onların törətdikləri vəhşiliklərin, faciələrin təqdimatı olmaqla yanaşı, əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında yardımçı rolunu oynayır.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Qeyd edib ki, ermənilərin 1988-ci ildə baş qaldıran əsassız torpaq iddiası nəticəsində torpaqlarımızın 20 faizi 30 ilə yaxın müddətdə işğal altında qaldı, bir milyondan çox soydaşımız qaçqın məcburi köçkün vəziyyətində yaşadı. Həmin o 30 ildə Azərbaycan dünyadan beynəlxalq hüququn norma prinsiplərinə məhəl qoymadığı, BMT qətnamələrini icra etmədiyi üçün Ermənistana qarşı sanksiyalar tətbiq etməyi gözləsə bu prinsiplər maraqların arxasında əriyib məhv edildi. Ermənistan 30 ildə cəbhə xəttində hərbi təxribatlar törətməklə münaqişənin sülh danışıqları əsasında nizama salınmasında maraqlı olmadığını açıq-aydın şəkildə nümayiş etdirdi. Baş nazir Nikol PaşinyanınQarabağ Ermənistandır nöqtəbəyanatı işğalçı dövlətin torpaqlarımızdan sülh danışıqlar yolu ilə çıxmayacağını bir daha təsdiqlədi. Erməni silahlı birləşmələrinin 2020-ci il 27 sentyabr tarixində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutması Azərbaycan dövlətinin xalqının səbir kasasını doldurdu. Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatı 44 gün davam edərək tarixi Zəfərimizlə başa çatdı. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə BMT qətnamələrini təkbaşına icra edərək ərazi bütövlüyümüzü tarixi ədaləti bərpa etdi.

YAP Xətai rayon təşkilatının sədri postmünaqişə dövrünün reallıqları fonunda Azərbaycanın imza atdığı bu möhtəşəm uğurlara da diqqəti yönəldib. Bildirib ki, bu ilin aprelin 23-də Laçın-Xankəndi yolunda Azərbaycanın sərhəd-keçid məntəqəsinin yaradılması suveren hüquqlarımızın qorunması, təhlükəsizliyimizin təmin olunması istiqamətində atılan tarixi addımlardan biridir. Bu addım dövlətimizin təhlükəsizlik məsələsində kimsəyə güzəştə getmədiyini, öz suveren hüquqlarının tam şəkildə bərpası üçün sona qədər yenilməz iradə nümayiş etdirməyə qadir olduğunu göstərdi. Azərbaycan Ordusunun sentyabrın 19-da Qarabağın ermənilər yaşayan hissəsində separatçılara qarşı başladığı lokal antiterror tədbirləri özündə mühüm məqamları ehtiva edir. Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə əvvəlcədən quraşdırılan minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxdı iki mülki şəxs həlak oldu. Elə həmin gün Daxili İşlər Nazirliyinin əməkdaşlarını daşıyan nəqliyyat vasitəsinin Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində polis əməkdaşları həlak oldu. Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. 23 saat 43 dəqiqə ərzində davam edən bu tədbirlərin nəticəsi olaraq Azərbaycanın tarixi ərazisi olan Qarabağ üzərində suverenliyi tam təmin edildi. Bütün bunlar dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhkəm təmələ əsaslanaraq atdığı uğurlu addımların, düşünülmüş məqsədyönlü siyasətinin nəticəsidir.

Vüqar Rəhimzadə bu mühüm hadisəni diqqətə çatdırıb ki, sentyabrın 28-də Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurumun özünü buraxması tarixi nailiyyət, 200 illik erməni layihəsinin darmadağın edilməsidir. Bütün bunlar Azərbaycanın real faktlara, tarixi həqiqətlərə əsaslanan siyasətinin nəticəsidir. Otuz il Ermənistan ona dəstək verən dövlətlər qondarma qurumun tərəf kimi danışıqlar prosesinə qatılmasına çalışsalar da Azərbaycan bütün bu cəhdləri güclü siyasi iradəsi, ədalətə beynəlxalq hüquqa söykənən təbliğatı ilə puç etdi. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bunun BMT qətnamələrində öz əksini tapdığı bəyan edildi. Belə bir bəyanat səsləndirildi ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil ola da bilməz. Son uğurlarımız bu siyasətin məntiqi nəticəsidir. Qondarma qurum tarixin zibilliyinə atıldı.

 

Vüqar Rəhimzadə

 

İki sahil.- 2023.- 29 sentyabr.- S.4.