Ara tətillər uşaqların akademik

psixoloji adaptasiyasına necə təsir edir?

 

Kamran Əsədov: Dəyişməli olan əsas məsələ ara tətillərin ləğvi deyil, bu tətillərin məzmununun şagirdin maraq ehtiyaclarına uyğun təşkil edilməsidir

 

Tədris müəssisələrində tətbiq olunan payız, qış yaz tətilləri son illər yenidən ictimai müzakirələrin gündəmindədir. Valideynlər arasındaBu tətillər uşaqların adaptasiyasına mənfi təsir edirmi”, “Tədris keyfiyyəti aşağı düşürmü”, “Ara tətillər ləğv olunmalıdırmıkimi suallar daha çox səslənir.

Məsələ ilə bağlı aparılan müşahidələr göstərir ki, ara tətilləri ikitərəfli təsirə malikdir. Bir tərəfdən, müəllimlər psixoloqlar bildirirlər ki, qısa fasilələr uşaqların psixoloji yüklənməsinin qarşısını alır, onların dərs motivasiyasını artırır uzun tədris marafonunu daha balanslı edir. Uşaqlar qısamüddətli dincəlirlər, sosial fəaliyyətlərinə zaman ayırırlar məktəbə daha yüksək motivasiya ilə qayıdırlar.

Digər tərəfdən, valideynlərin bir qismi hesab edir ki, tez-tez verilən tətillər xüsusilə aşağı sinif şagirdlərində adaptasiya prosesini çətinləşdirir. Bəzi uşaqlar dərs ritmindən tez ayrılır, tətil sonrası yenidən məktəb rejiminə uyğunlaşmaqda çətinlik yaşayırlar. Müəllimlər bildirirlər ki, ara tətillərdən sonra ilk dərs günlərində diqqət dağınıqlığı, motivasiyanın azalması ritmə qayıdışda çətinliklər müşahidə olunur.

Təbii ki, ara tətillərin tam ləğvi düzgün yanaşma olmazdı. Bununla yanaşı, tətillərin təşkilinin optimallaşdırılması, fəaliyyət proqramlarının zənginləşdirilməsi valideynlər üçün maarifləndirmə mexanizmlərinin gücləndirilməsi tədrisin keyfiyyətinə daha müsbət təsir göstərə bilər.

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı "İki sahil"ə açıqlamasında bildirdi ki, məktəblərdə ara tətillərin tətbiqi şagirdlərin həm psixoloji dözümlülüyünə, həm akademik göstəricilərinə birbaşa təsir edən pedaqoji mexanizmdir bu mexanizmin ləğvi tədris prosesinin ritmini dəyişdirərək uzunmüddətli nəticələrə səbəb ola bilər: "Müasir təhsil tədqiqatlarında, xüsusilə OECD, UNESCO “Learning Sciences” üzrə aparılan araşdırmalarda davamlı akademik yüklənmənin şagirdlərdə fokus itkisinə, emosional tükənməyə, motivasiya enişinə gətirib çıxardığı təsdiqlənir. Ara tətillər isə tədrisin ritmini tənzimləyənpsixoloji nəfəsdərməfunksiyasını yerinə yetirir şagirdlərin yenidən adaptasiya olmaq qabiliyyətini gücləndirir.

Statistik müşahidələr göstərir ki, ara tətillərin tətbiq olunduğu ölkələrdə şagird performansında qısa dövr ərzində sabitlik yaranır. Məsələn, Estoniyada Niderlandda ildə 4 dəfə, Finlandiyada isə 5 dəfə qısa ara tətillər tətbiq edilir bu ölkələr PISA nəticələrində davamlı olaraq yüksək göstəricilərə malikdirlər. Bu modelin məğzi ondan ibarətdir ki, insan beyninin diqqət yaddaş mexanizmi 6-7 həftədən bir yüklənmənin azaldılmasına ehtiyac duyur. Psixoloji tədqiqatlardakognitiv yorğunluqadlandırılan bu halın qarşısı qısa fasilələrlə daha effektiv alınır.

Ümumi təhsil haqqındaAzərbaycan Respublikasının Qanununda tədris müddətinin tənzimlənməsi şagirdin sağlamlığı inkişafı ilə əlaqələndirilir. Qanunda tədris mühitinin şagirdin psixoloji fiziki rifahına uyğun təşkil edilməsinin dövlətin öhdəliyi olduğu qeyd edilir. Ara tətillər məhz bu öhdəliyin icrasının bir mexanizmidir. Elm Təhsil Nazirliyinin son illərdə tətbiq etdiyi bu model beynəlxalq trendlərlə uyğundur şagird mərkəzli yanaşmanı gücləndirir."

Ekspertin sözlərinə görə, ara tətillərin ləğvi tədris prosesində bir sıra neqativ tendensiya yaradacaq: "Psixoloji baxımdan şagirdlərdə yüklənmə artacaq, xüsusən ibtidai siniflərdə emosional tükənmə, diqqət dağınıqlığı, davranış pozuntuları çoxalacaq. Akademik baxımdan uzunmüddətli fasiləsiz bloklar konsentrasiya qabiliyyətini zəiflədəcək, nəticədə dərs nəticələrində xırda, lakin yığılıb artan geriləmələr müşahidə olunacaq. OECD-nin 2022-ci il hesabatına görə, tətillərin ləğv edildiyi ölkələrdə (məsələn, bəzi Asiya regionlarında) 9-10 həftəlik fasiləsiz tədris dövrlərinin sonunda orta səviyyəli şagirdlərdə performansın 12-18% azalması qeydə alınıb.

Ara tətillərin ləğvi nəzəri olaraq dərs günlərinin sayını artırsa da, bu artımın tədris keyfiyyətinə proporsional təsiri olmur. Tədrisin effektivliyi dərs vaxtının çoxluğu ilə deyil, həmin vaxtın məhsuldarlığı ilə ölçülür. Bunu həm "Hattie"-nin “Visible Learning” tədqiqatı, həm OECD-nin analitik modelləri təsdiqləyir. Yorğun şagirdin 6-cı dərsdə qavrama səviyyəsi 1-ci dərs ilə müqayisədə 30-40% aşağı olur. Belə halda tədris saatının çoxalması nəticəyə çevrilmir. Bu yanaşmanın müqayisəli analizi göstərir ki, ara tətillər tədrisin keyfiyyətinə mənfi təsir etmir, əksinə, tədrisi daha sabit davamlı edir. Ən yüksək nəticə göstərən təhsil sistemləri, Estoniya, Finlandiya, Kanada ara tətilləri təhsil strategiyasının mühüm hissəsi kimi qoruyur. Bu model dərsin ritmini tənzimləyir, müəllimlərin akademik planlaşdırma imkanlarını genişləndirir, məktəblərdə psixoloji yükü balanslaşdırır."

Kamran Əsədov qeyd etdi ki, Azərbaycan üçün ara tətillərin tətbiqi Elm Təhsil Nazirliyinin müsbət addımı kimi qiymətləndirilir: "Nazirlik ölkənin iqlim xüsusiyyətlərini, siniflərin sıxlığını, şagird yükünü beynəlxalq təcrübəni nəzərə alaraq daha optimal tədris ritmi formalaşdırıb. Bu qərarın əsaslandırılması həm psixoloji, həm pedaqoji, həm statistik faktlara söykənir. Dəyişməli olan əsas məsələ ara tətillərin ləğvi deyil, bu tətillərin məzmununun şagirdin maraq ehtiyaclarına uyğun təşkil edilməsidir. Hesab edirəm ki, ara tətillərin ləğvi tədris keyfiyyətini yüksəltməyə deyil, psixoloji yüklənmənin artmasına gətirib çıxaracaq, halbuki mövcud model həm beynəlxalq standartlara uyğundur, həm şagirdlərin rifahını qorumaq baxımından ən optimal variantdır."

 

Şahnigar Əhmədova

 

İki sahil.- 2025.-  5 dekabr, ¹222.- S.8.