MƏNALI
ÖMRÜN SALNAMƏSİ
VAHİD NOVRUZOV: BİBLOQRAFİYA
M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının Elmi redaktə və Nəşriyyat işləri şöbəsinin
iştirakı ilə
“Apostrof -A” nəşriyyatı bu günlərdə iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri,
Qərbi Azərbaycan İcması Nəzarət-Təftiş
Komisiyasının sədri,
Azərbaycan Ağsaqqallar
Şurasının sədr
müavini,Yeni Azərbaycan
Partiyası Veteranlar Şurasının üzvi,
Beynəlxalq Elmlər Akademiyası Azərbaycan Bölməsinin akademiki, Beynəlxalq Ekologoya Akademiyasının həqiqi
üzvi, Asiya Elmlər Akademiyasının
TK İdarə
Heyətinin üzvi, habelə Gürcüstan Mühasiblər, Auditorlar və Məslətçilər
Cəmiyyətinin fəxri
üzvi Vahid Novruzovun ictimai-siyasi, elmi fəaliyyətini əks etdirən sanballı, nəfis tərtibatlı “Vahid Novruzov- Bibloqrafiya” adlı kitabı kütləvi tirajla nəşr etmişdir.
Səbuhi Gülməmmədovun,
Afiqə Bayramovanının tərtibçiliyi
ilə ərsəyə
gələn bu kitaba Milli Məclisin
üzvi, akademik Ziyad Səmədzadə “Yüksək intellek, tükənməz enerji sahibi” adlı geniş ön söz yazmışdır. Nəşrin
redaktorları fililogiya
elmləri doktoru, professor Mahirə Nağıqızı və
filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevdir. Kitabla tanış oldudca adlı-sanlı alimin, ictimai-siyasi xadimin - Vahid Novruzovun elmi yaradıcılığı
və ictimai-siyasi baxışlarını izlədikcə ömrünün mənalı səhifələri göz
önündə canlanır.
Onun Azərbaycan xalqı və Azərbaycan elmi qarşısında
olan xidmətlərini
bir daha xatırlayırsan. Xalqımızın
əbədiyaşar, unudulmaz
oğlu, müstəqil,
müasir Azərbaycanın
qurucusu olan Heydər Əliyevin əbədiyaşar ömrünün,
tarixi ictimai-siyasi dövlətçilik fəaliyyətinin
bir qismini əhatə edən “İnkişaf və tərəqqinin Heydər Əliyev modeli” adlı kitab “ Bibloqrafiya” adlandırılmış bir
topluda bir daha qürurla yada salınır, Ulu Öndərin dövlətçilik
fəlsəfəsinin tədqiqi,
ayrı-ayrı dövrlərin
diferensiyası elmi-siyasi
baxımdan yüksək
qiymətləndirilir. Bu
baxımdan 1969-1997-ci illərdə
Azərbaycan Respublikasında
iqtisadiyyatın inkişafında,
bazar münasibətlərinin
formalaşmasında, islahatların yetərincə
həyata keçirilməsində,
habelə xarici iqtisadi əlaqələrin
daha geniş vüsət almasında Ulu Öndər Heydər Əliyevin dünya şöhrətli
böyük siyasətçi
və müdrik dövlət xadimi kimi misilsiz rolunu Vahid Novruzovun hələ 1998-ci
ildə öz təmkinli, istedadlı təhkiyəsi
ilə yazdığı və “Azərnəşr” tərəfindən
nəşr olunan kitabında Ulu Rəhbərin təşkilatçılıq
məharətini, peşəkar
idarəçilik səriştəsini
və zəngin iş təcrübəsini
geniş araşdırılmışdır.
Ümummilli Liderimizin həyata keçirdiyi düzgün və səmərəli sosial-iqtisadi
siyasət əsas
mahiyyəti Vahid Novruzov tərəfindən
əsərin stixiyasına
rəğmən konkret
faktlar, materiallar və rəsmi sənədlər əsasında
tədqiq olunmuşdur.
Professor Vahid Novruzov yorulmaz iqtisadçı alim olaraq həmin əsərində 1970-ci illərin
əvvəllərindən başlayaraq
Azərbaycanda sosial-iqtisadi
duruma, 1970-1982-ci illər
ərzində ölkəmizdə
yüksək templərlə
irəliləyən tərəqqi
və inkişaf dinamikasına bir daha nəzər salaraq, həmin dövrün iqtisadi artım və fəal dinamik inkişafını rəsmi
faktlarla təhlil edərək, Azərbaycanın
milli inkişafının
formalaşmasında mühüm
rol oynayan unudulmaz Heydər Əliyevi Azərbaycanın
milli mənafeyinin bariz müdafiəçisi
kimi təqdim etmişdir. “Azərbaycanın
milli mənafeyinin bariz müdafiəçisi”
ifadəsinin Ulu Öndərimizin cahanşumul
dövlətçilik siyasi
fəaliyyətinə necə
də dərin obyektivliklə və reallıqla böyük önəm verir desək, yanılmarıq. İqtisad
elmləri doktoru Vahid Novruzov həmin əsərin siyasi məna düzənində xalqımızın
böyük oğlu Heydər Əliyevin o zamanlarda siyasi və mənəvi təzyiqlərə tuş
gələndə,- yəni Moskvada
yüksək dövlət
vəzifələrində (həm də fikir verin,- vəzifəsində
yox, vəzifələrində!)
çalışdığı dövrdə belə vaxt, imkan tapıb
Azərbaycan iqtisadiyyatına
göstərdiyi diqqət
və qayğısını
yada salan müəllifin qənaətini alqışlayırıq.
Həmin o qayğı
və yanaşma müəllifin
öz təsvir və konvergensiyasında
necə də riqqətvericidir!
Dahi Rəhbərin-
Heydər Əliyevin uzaqgörənliyi,
Vətənə və
xalqa böyük və tükənməz məhəbbəti
müəllifin təhlilində
bir daha özünü büruzə
verir. Təkcə geniş oxucu kütləsi üçün
deyil, həmin kitab sosial-iqtisadi, ictimai-siyasi baxımdan maliyyə, vergi, bank işçiləri, tələbələr üçün
tutumlu dərslik vəsaiti kimi istifadə olunacağına
önəm verir. Geniş diapazonlu, ətraflı mövzu dairəsi ilə cilalanmış bu əsərdə Vahid Novruzov Beynəlxalq Elmlər Akademiyasının
Azərbaycan bölməsinin
akademiki kimi Heydər Əliyevin dövlət quruculuğu strategiyasını, həm
də iqtisadi inkişaf konsepsiyasını
yüksək intuitvlik pillələr boyu araşdırır, Ulu Öndərimizin həyata
keçirdiyi böyük
iqtisadi islahatların Azərbaycanın tərəqqisində,
xarici iqtisadi əlaqələrin rolunu elmi, siyasi assosiasiya yaratmaqla mənalandırır. Neftlə bağlı problemləri,
prespektivləri məhz
ölkənin, əhalimizin
yüksələn rifahı
ilə bağlayır.
Beləliklə, Respublika
Auditorlar Palatasının
sədri kimi öz təhlil və araşdırmalarında
“İnkişaf və tərəqqinin Heydər Əliyev modeli” kimi yeni, tutumlu
ifadəni ölkəmizin
iqtisadi strategiyasının
çox mühüm istiqamətlərindən ən
öncülü kimi təqdim edir. Azərbaycan tarixinin sahibkarlıq dövrünü
sosial-iqtisadi inkişafımızın
yeni yüksəliş
proqramı çərçivəsində
qiymətləndirir və
bu işlək proqramı başqa bir lazımlı təfəkkül, işgüzar
vasitə kimi təqdim edir. “Vahid Novruzov- Biblioqrafiya” kitabının əsasını
təşkil edən mövzuların başqa bir fəsli isə bugünkü müstəqil Azərbaycanın
Qalib və Müzəffər Prezidenti,
Ali Baş Komandan İlham Əliyevin çiçəklənməkdə
olan ölkəmizin ictimai-siyasi həyatında,
dövlətçilik fəaliyyətində
irəlliyən
böyük uğurlarınından
söz açır.Ölkəmizdə daim irəliləyən
iqtisadi inkişaf
modelini yaratmış
və onu köklü surətdə möhkəmləndirib dünya
düzəninə çıxarmış
Prezidentimiz tərəfindən
həyata keçirilən
böyük müvəffəqiyyətlərin,
- yəni qətiyyətli,
tarixi, xarici və daxili siyasətin həyata əbədi vəsiqə almış dövlət proqramlarının və makroiqtisadi layihələrin
Azərbaycanın bugününün,
gələcəyinin daha
da nəhəng yüksəlişinə rəvac
verməsini göstərmişdir..
Azərbaycan ərazilərinin bütövləşdirilməsi,
işğal olunmuş
torpaqlarımızın son
addımına kimi alınıb sürətlə
abadlaşdırılması, nəhəng quruculuq işlərinin gündən-günə,
saatdan-saata sürətlənməsi,
“yaşıl iqtisadiyyat”ın qurulması
istiqamətində böyük
irəliləyişlərin daim böyüyüb yeniləşməsi Müzəffər
Prezidentimiz İlham Əliyevin çevik, səmərəli, eyni zamanda, yaxın və uzaq gələcəyə
hədəflənmiş iqtisadi
strategiyasının dayanıqlı
bərqərar olmasınının
şərhi ustalıqla
qələmə alınmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə
bir-birinin ardınca bəxş etdiyi möhtəşəm qələbələr
Vətənimizin dünya
miqyasında milli, müstəqil dövlət
siyasətinin real abidəsi kimi gündən-günə ucalıqlara
yüksəlməkdədir. Cənab İlham Əliyevin çoxşaxəli,
çoxistiqamətli daxili
və xarici siyasətinin uzunömürlü
strategiyası və birinci növbədə öz milliliyi, müasirliyi, cəsarəti,
qətiyyəti, xoşməramlılığı
professor Vahid Novruzovun haqqında bəhs etdiyimiz əsərində geniş
elmi və siyasi cəhətdən təhlil olunmuşdur. Bununla bərabər, həm də həmin mövzu bu
kitabda obyektiv alim qələmi ilə bir-bir təhlil edilmiş, yerli-yerində bütün
cizgiləri ilə oxuculara çatdırılmışdır.
Əsərin diqqəti
cəlb edən bir sıra maraqlı
məqamlarından biri
də Prezident İlham Əliyev tərəindən “yaşıl
İqtisadiyyat”a verilən mühüm bir önəm, - COP29-un çox yetkinliklə keçirilməsinin mötəbər
xarici iştirakçılar
tərəfindən obyektivliklə
və yüksək qiymətləndirilməsin məsələsinə
müəllifin özünəməxsus
ustalıqla yanaşma
tərzidir.
Professor Vahid Novruzovun qənaətinə
görə, Azərbaycanda
həyata keçirilən
əsaslı və uğurlu islahatlar ölkəmizin daha da müasirləşməsinə,
hərtərəfli zənginləşməsinə
yönəldilən “Yol
Xəsitəsi”ndə nəzərdə
tutulan hər bir işin uğurlarının
səmərəli və
şəffaf mühitdə qazanılmasında
möhkəm və etibarlı dayaq yaratmaqla, Azərbaycanın
Müzəffər Prezidenti
cənab İlham Əliyev öz çoxşaxəli və
çoxistiqamətli idarəetməsində
yeni dövrün, çağdaş zamanın
çağırışlarının nəzərə alınmasının
vacibliyini bütün
dərinliyi və dəqiqliyi ilə nəzərə almasıdır.
Məhz bu göstəricilər təkcə
bizim indiki dövrümüzdə yox,
hələ uzun illər gələcək
nəsillər üçün
də öz tohfəsini verəcəkdir.
Vahid Novruzov yetkin iqtisadçı alim, tanınmış professor kimi bütün göstəriciləri qələbələrimizin
rəhni kimi xarakterizə edərək,
iqtisadiyyatımızın inkişafı
və onun yenilməz gücünü,
ölkəmizdə auditin
yenilənib bir daha uğurla bərqərar olmasını
Prezident İlham Əliyevin adı və yorulmaz siyasi fəaliyyəti ilə bağlayır. Vahid Novruzov rəhbərlik etdiyi Auditorlar Palatasının qarşısında qoyulmuş
tapşırıqların məsuliyyətini
dərindən başa
düşərək, Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin irəli sürdüyü proqram xarakterli vəzifələrə
uyğun olaraq daha məsuliyyətlə çalışmaqla audit
şəbəkəsinin qüvvə
və səylərini
ölkəmizdə uğurla
həyata keçirilən
əzəmətli quruculuq
işlərinə sərf
etməkdə görür.
Bu baxımdan Vahid Novruzov iqtisadiyyatımızı təhlil
edən müxtəlif
mövzulu məzmunlu əsərlərində Azərbaycanı
ictimai-siyasi cəhətdən
sabit, iqtisadi yöndən güclü,
sürətlə artan
və irimiqyaslı layihələr icra edən bir ölkə
kimi xarakterizə edərək, Prezident İlham Əliyevin çıxışlarından gətirdiyi ixtibası bir daha nəzərə
çatdırır: “Bu
gün Azərbaycanda audit xidməti iqtisadiyyatın və regionların inkişafi sahəsində genişmiqyaslı
proqramların həyata
keçirilməsi, ölkənin
qeyri-neft sektoruna investisiya axınının
güclənməsi, sahibkarlığın
inkişafı, əhalinin
məşğulluğunun yüksəlməsi,
yoxsulluğun azaldılması
və xalqın rifah halının yaxşılaşdırılması ilə bağlı iqtisadi siyasətin aparılmasında mühüm
rol oynayır”. Bütün bunları iş proqramı kimi qəbul edən prosessor Vahid Novruzov haqqında bəhs etdiyimiz bu kitabda
həmin müdrik sözlərə rəğmən
bir daha qeyd edir ki, iqtisadi siyasətdə yersiz və qanunsuz yoxlama, kənar müdaxilə halları ilə audit arasında hüquqi sədd çəkildiyi, əsassız yoxlamalara qadağa qoyulduğu bir vaxtda auditin
əhəmiyyəti və
inkişafının zəruriliyi
Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Elm
və təhsil sahəsində müstəsna
xidmətlərinə görə
Beynəlxalq Elmlər
Akademiyasının “Qızıl
döş nişanı”
ilə təltif edilmiş Vahid Novruzovun kitabları gənc tədqiqatçı
alimlər, auditorlar və tələbələr
üçün dərslik
vəsaiti kimi faydalı olacağına ümid edirik.
Tahir Məmmədov
İki sahil.- 2025.- 5 dekabr, ¹222.- S.6.