“Konstitusiya
və Suverenlik İli” kontekstində
iqtisadi suverenlik
və qiymət sabitliyi
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev tərəfindən
imzalanan 28 dekabr
2024-cü il tarixli Sərəncam ilə Azərbaycan Respublikasında
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ölkənin dövlətçilik tarixində
əhəmiyyətli mərhələlərdən
biri kimi qiymətləndirilməlidir. Konstitusiya
- hər bir dövlətin hüquqi və siyasi əsaslarını müəyyən
edən, vətəndaşların
hüquq və azadlıqlarını, eləcə
də dövlətin funksiyalarını və quruluşunu tənzimləyən
əsas normativ sənəddir. Azərbaycan
Respublikasının dövlətçilik
tarixində Konstitusiya
milli hüquq sisteminin təməl sütunu, Ümummilli Lider Heydər Əliyev isə bu sütunun möhkəmlənməsinin memarı
kimi mühüm yer tutur.
Müstəqilliyini bərpa etmiş Azərbaycan 1990-cı illərin
əvvəllərində həm
siyasi, həm iqtisadi, həm də hüquqi xaosla üz-üzə qaldı. Ölkədə
mövcud olan hüquqi sənədlər
yeni dövlət quruluşunun tələblərinə
cavab vermirdi. Bu dövrdə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə
qayıdan Heydər Əliyev dövlət idarəçiliyində hüquqi
bazanın möhkəmləndirilməsini
prioritet məsələ
kimi qarşıya qoydu. Onun siyasi
iradəsi və prinsipial mövqeyi nəticəsində 1995-ci ilin
12 noyabrında müstəqil
Azərbaycanın ilk milli Konstitusiyası qəbul edildi. Heydər Əliyev Konstitusiyanı sadəcə
hüquqi sənəd
kimi deyil, milli dövlətçiliyin
ideoloji bəyannaməsi
kimi qiymətləndirirdi.
Onun təşəbbüsü
ilə hazırlanan əsas qanun demokratik, hüquqi və dünyəvi dövlətin qurulmasına
xidmət edən prinsipləri özündə
birləşdirdi. Konstitusiyada
dövlət hakimiyyətinin
bölünməsi, qanunun
aliliyi, vətəndaş
hüquq və azadlıqlarının təminatı
kimi fundamental prinsiplər təsbit olundu. Bu, ölkədə
hüquqi sabitliyin təmin olunmasında və idarəetmənin səmərəliliyinin artırılmasında
həlledici rol oynadı. Bu baxımdan, 2025-ci ildə Azərbaycan Konstitusiyasının
qəbulunun 30-cu ildönümünün
qeyd olunması həm dövlətçiliyin
təntənəsi, həm
də milli dəyərlərə sədaqətin
ifadəsidir. Eyni zamanda, “suverenlik” anlayışı yalnız
siyasi və hüquqi müstəqilliklə
məhdudlaşmır. Suverenlik
- dövlətin daxili
və xarici siyasətində müstəqil
qərarvermə imkanına
malik olması, milli resursların sərbəst idarə olunması, iqtisadi və mədəni inkişafın milli prioritetlərə uyğun
şəkildə həyata
keçirilməsidir. Bu
mənada 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunması
Azərbaycanın həm
keçmişinə hörmətini,
həm də gələcəyinə inamını
nümayiş etdirən
strateji addım olmaqla yanaşı Azərbaycan dövlətinin
cəmiyyətə hüquqi
maarifləndirmə, vətəndaşların
konstitusiya hüquqlarının
daha dolğun həyata keçirilməsi
sahəsində yeni impuls verməsini hədəfləyir. Bu ildə keçirilən tədbirlər, layihələr
və islahatlar həm də ölkənin suverenlik anlayışını yalnız
hüquqi müstəvidə
deyil, həmçinin
siyasi, iqtisadi və sosial baxımdan da daha dərindən dərk etmək üçün əlverişli
imkan yaradır. Eyni zamanda, regional
və qlobal miqyasda baş verən geosiyasi dəyişikliklər fonunda
“Konstitusiya və Suverenlik İli” ölkənin milli təhlükəsizlik strategiyasına,
iqtisadi müstəqilliyinə
və beynəlxalq münasibətlər sistemində
tutduğu yerə də bir çağırış
və mövqedir. Bu, Azərbaycanın daxili sabitlik və suveren qərarvermə bacarığını
daha da gücləndirmə
niyyətini nümayiş
etdirir.
Suverenlik anlayışı
ənənəvi olaraq
daha çox dövlətin siyasi müstəqilliyi və beynəlxalq hüquq subyekti kimi sərbəst
fəaliyyət göstərmək
hüququ ilə assosiasiya olunur. Lakin müasir dövrün kompleks çağırışları kontekstində suverenliyin yalnız siyasi deyil, iqtisadi və sosial aspektlərinin də bir o qədər vacib olduğunu ortaya qoyur. Bu
aspektlərdən biri
zəif olduqda, digər sahələrdəki
suverenlik də real təsir gücünü itirə bilər. İqtisadi suverenlik - dövlətin öz iqtisadi siyasətini milli maraqlara uyğun və xarici asılılıqdan azad şəkildə formalaşdırmaq
və həyata keçirmək bacarığıdır.
Əgər bir ölkənin iqtisadiyyatı
xarici təsirlər qarşısında həssasdırsa,
onun siyasi qərarvermə azadlığı
da məhdudlaşa bilər. Beləliklə, iqtisadi müstəqillik, siyasi suverenliyin təminatçılarından biri
kimi çıxış
edir. Sosial suverenlik isə dövlətin öz vətəndaşlarının rifahını təmin etmək, onların sosial hüquqlarını
qorumaq və bərabər imkanlar yaratmaq imkanını ifadə edir.
2025-ci ilin “Konstitusiya
və Suverenlik İli” elan olunması ölkədə
hüquqi, siyasi və iqtisadi sahələrdə bir sıra vacib məsələlərin yenidən
aktuallaşmasına səbəb
olmuşdur. Bu ilin mahiyyəti yalnız dövlətin hüquqi əsaslarının
möhkəmləndirilməsi ilə məhdudlaşmır,
həm də ölkənin iqtisadi suverenliyinin qorunması və gücləndirilməsi
məsələlərinə diqqət yönəldir. Qiymət sabitliyi və inflyasiya məsələləri kontekstində
“Konstitusiya və Suverenlik İli”nin
aktuallığını və
əhəmiyyətini nəzərə
alsaq, qiymətlərin
stabilliyi milli iqtisadiyyatın dayanıqlılığı,
vətəndaşların alıcılıq
qabiliyyəti və sosial rifahının təmin olunması üçün fundamental
şərtdir. İnflyasiya
isə iqtisadi sabitliyi pozan və sosial ədalətin təminatına
mənfi təsir göstərən əsas
amillərdən biridir.
Buna görə də, dövlət səviyyəsində inflyasiya
ilə səmərəli
mübarizə aparılması
və qiymətlərin
sabitliyinin təmin olunması, suveren dövlət quruculuğunun
vacib tərkib hissəsi sayılır.
İqtisadi müstəqillik
yalnız resursların
idarə olunması ilə məhdudlaşmır,
eyni zamanda qiymətlərin stabilliyi və inflyasiyanın nəzarətdə saxlanması
ilə birbaşa bağlıdır. İnflyasiya
və iqtisadi müstəqillik arasında
çox mürəkkəb
və qarşılıqlı
təsirli əlaqə
mövcuddur. Azərbaycanın
iqtisadi inkişaf strategiyaları, xüsusilə
“Konstitusiya və Suverenlik İli” çərçivəsində bu qarşılıqlı
əlaqəni nəzərə
alaraq, inflyasiya ilə mübarizə və qiymət sabitliyinin təmin olunmasını iqtisadi suverenliyin əsas elementləri kimi qəbul edir.
Dövlətin iqtisadi siyasətinin əsas hədəflərindən
biri olan milli maraqların qorunması ölkənin iqtisadi müstəqilliyini
və ümumi dayanıqlı inkişafını
təmin etməklə
yanaşı vətəndaşların
rifahını artırmaq
və sosial ədaləti təmin etmək məqsədi daşıyır. Milli maraqların qorunması iqtisadi siyasətin bütün səviyyələrində
makroiqtisadi sabitlikdən
tutmuş sektorların
inkişafına, ticarət
siyasətindən sosial
proqramlara qədər
müxtəlif sahələrdə
öz əksini tapır. Milli maraqların qorunması dövlətin iqtisadi suverenliyinin əsasında
dayanır. Bu suverenlik dövlətə
öz iqtisadi siyasətini xarici təsirlərdən və
asılılıqlardan azad
şəkildə formalaşdırmaq
imkanı verir. Belə siyasət milli resursların səmərəli idarə
olunmasını, strateji
sahələrdə özünütəminetməni
və rəqabətqabiliyyətli
iqtisadiyyatın qurulmasını
təmin edir. Müasir qloballaşma şəraitində milli maraqların qorunması daha mürəkkəb və çətin prosesə çevrilir. Xarici iqtisadi təsirlər, beynəlxalq
maliyyə bazarlarının
dəyişkənliyi və
geosiyasi risklər dövlətin milli iqtisadi siyasətində çevik və strateji yanaşma tələb edir. Buna görə də “Konstitusiya və Suverenlik İli” çərçivəsində
Azərbaycanın iqtisadi
siyasəti milli maraqların prioritetliyi və suveren qərarvermənin təminatı
üzərində qurulur.
2020-ci ildə möhtərəm Prezidentimiz,
Müzəffər Ali
Baş Komandan cənab İlham Əliyevin başçılığı
ilə ərazi bütövlüyünün bərpası
ilə yalnız siyasi deyil, həm
də iqtisadi suverenliyimiz bərpa olundu. Qarabağda quruculuq işlərinin aparılması, nəqliyyat
və logistika imkanlarının genişlənməsi
Azərbaycanın iqtisadi
xəritəsində yeni
bir mərhələnin
əsasını qoydu.
Bu mərhələ “post-münaqişə iqtisadiyyatı”
deyil, “bütöv və suveren iqtisadiyyat” mərhələsidir.
Bu gün biz hüquqi dövlət və iqtisadi inkişaf arasında birbaşa əlaqə qururuq. Əgər hüquqi əsas, yəni Konstitusiya olmasa, iqtisadi fəaliyyət xaos şəklində olar. Əgər suverenlik olmasa, iqtisadi qərarların milli maraqlara uyğun verilməsi mümkün olmaz. Ona görə də, iqtisadi inkişaf üçün
hüquqi və siyasi müstəqillik eyni dərəcədə
vacibdir. İqtisadi suverenlik və qiymət sabitliyi, Azərbaycanın dayanıqlı,
azad və öz resurslarına əsaslanan inkişaf modelinin əsas sütunları kimi çıxış edir.
Bu istiqamətdə atılan addımlar həm milli təhlükəsizliyin gücləndirilməsinə,
həm də sosial rifahın davamlı olaraq yüksəlməsinə xidmət
edir.
Azərbaycanın 2025-ci ili “Konstitusiya və Suverenlik İli” kimi qeyd etməsi yalnız tarixə deyil, eyni zamanda,
gələcəyə baxışın
bir təzahürüdür.
Bu il çərçivəsində
iqtisadi suverenlik və qiymət sabitliyi məsələlərinin
ön plana çəkilməsi, ölkənin
davamlı inkişaf modelinin və milli təhlükəsizlik
strategiyasının mərkəzində
yer alır. Güclü konstitusiya bazası üzərində
qurulan iqtisadi model, Azərbaycanı qlobal rəqabət mühitində daha möhkəm və dayanıqlı bir mövqeyə çıxarmaqdadır.
Toğrul Hüseynov,
Azərbaycan Respublikası Dövlət
Statistika Komitəsinin
Qiymət statistikası şöbəsinin
aparıcı məsləhətçisi
İki
sahil.- 2025.- 5 dekabr, ¹222.- S.5.