Min
bir dərdin dərmanı
Qan
şəkərini tənzimləyən
və beyin hüceyrələrini qoruyan
ədviyyat
Qış aylarında
isti çaylardan tutmuş ədviyyatli yeməklərə qədər
zəncəfil uzun illərdir mətbəxin ayrılmaz hissəsidir. Amma kulinariyadakı dəyərindən kənar,
bu ədviyyatın ənənəvi təbabətdə
də zəngin bir tarixi var
və müasir elm bu bilikləri
təsdiqləməyə başlayır.
Araşdırmalar göstərir ki, zəncəfil ürəkbulanmanı
azaltmaqdan və soyuqdəyməni yüngülləşdirməkdən
tutmuş iltihabı azaltmağa və ürək sağlamlığını
dəstəkləməyə qədər geniş faydalar təşkil edə bilər.
Zəncəfil haqqında bilməli olduqlarınız:
Ürəkbulanmanın azaldılması
Bir çox
klinik tədqiqatlar zəncəfilin ürəkbulanmanı
və qusmaları, xüsusilə də plaseboya nisbətən daha effektiv azaltdığını
təsdiqləyib. Hətta
Böyük Britaniyanın
Milli Səhiyyə Xidməti (NHS) də ürəkbulanmanın yüngülləşdirilməsi
üçün zəncəfil
tərkibli qidaları
və çayları
tövsiyə edir.
Zəncəfil xüsusilə hamiləlik
dövründə yaranan
ürəkbulanma üçün
təsirli hesab olunur. Kiçik dozada qəbul edildikdə, standart müalicələrə yaxşı
cavab verməyən insanlar üçün təhlükəsiz və
effektiv variantdır.
Davam edən
xəstəliklər və
əməliyyatdan sonrakı
ürəkbulanmalar ilə
bağlı nəticələr
qarışıq olsa
da, zəncəfilin kimyaterapiyadan sonra yaranan ürəkbulanmanın
azaldılmasında da
ümidverici nəticələri
var. Tədqiqatçılar
zəncəfilin ürəkbulanmasına
qarşı təsirlərinin
serotonin reseptorlarını
blok edərək və həm bağırsaq, həm də beyin üzərində
təsir göstərərək
işə yaraya biləcəyinə inanırlar.
Zəncəfil, həmçinin
köp və şişkinliyin azalmasına
da kömək edə bilər.
İltihab əleyhinə
təsirləri
Zəncəfil güclü antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə
malik gingerol və şogaol kimi bioaktiv birləşmələrlə
zəngindir.
Son araşdırmalar
göstərir ki, zəncəfil əlavələri,
xüsusilə autoimmun
xəstəliklərdə iltihabın
tənzimlənməsinə kömək edə bilər. Bir tədqiqatda zəncəfilin
lupus, revmatoid artrit və antifosfolipid sindromu kimi xəstəliklərdə
çox aktivləşən
neytrofillərin fəaliyyətini
azaltdığı məlum
olub.
Neytrofillər patogenləri məhv etmək üçün torabənzər strukturlar
(NET) yaradırlar. NET-lərin
həddindən artıq
formalaşması autoimmun
xəstəlikləri ağırlaşdıra
bilər. Tədqiqatda
bir həftə ərzində gündəlik
zəncəfil qəbulu
NET-lərin yaranmasını
əhəmiyyətli dərəcədə
azaltdığı müşahidə
olunub.
Bu araşdırmada
zəncəfil əlavələri
istifadə olunsa da, təzə zəncəfil və ya zəncəfil çayının eyni təsirə malik olub-olmadığı hələlik
məlum deyil. Bununla yanaşı, nəticələr zəncəfilin
müəyyən autoimmun
xəstəliklər üçün
təbii bir dəstək ola biləcəyini göstərir.
Lakin hələ də bununla bağlı əlavə araşdırmalara ehtiyac var.
Zəncəfil həm də antimikrob xüsusiyyətlərə
malikdir. Bu da bakteriya, virus
və digər zərərli mikroblarla mübarizəyə kömək
edir. Antiiltihab təsiri ilə birlikdə, o, boğaz ağrısı kimi soyuqdəymə simptomlarında
geniş istifadə olunur.
Ağrıların azaldılması
Ağrı ilə
bağlı aparılan
araşdırmalarda nəticələr
ümidvericidir, lakin tam yekdil deyil.
Bəzi tədqiqatlar göstərir ki, zəncəfil ekstraktı
osteoartritli insanlarda xüsusilə də müalicənin əvvəlində
diz ağrısını
və sərtliyi azalda bilər. Amma nəticələr fərqli olur və hər kəs eyni təsiri
hiss etmir.
Əzələ ağrıları ilə bağlı bir tədqiqatda 11 gün ərzində gündə
iki qram zəncəfil qəbul edən insanlarda məşqdən sonra ağrıların azaldığı
müşahidə olunub.
Zəncəfil menstrual ağrıların
azalmasına da kömək edə bilər. Hətta bəzi araşdırmalar onun ibuprofen kimi qeyri-steroid iltihab əleyhinə dərmanlarla müqayisə
oluna biləcək dərəcədə təsirli
olduğunu göstərir.
Tədqiqatçılar hesab edirlər ki, zəncəfil sinir sistemində ağrı siqnallarını
zəiflədən yolları
aktivləşdirir və
iltihabverici maddələrin-
prostaglandin və leykotrienlərin qarşısını
alır.
Ürək sağlamlığı
və diabetə dəstək
Yüksək qan təzyiqi, yüksək qan şəkəri və yüksək LDL xolesterin ürək xəstəlikləri
üçün əsas
risk faktorlarıdır.
Zəncəfil bu göstəricilərin hamısını
yaxşılaşdıra bilər.
2022-ci ildə aparılmış 26 klinik
tədqiqatın ümumi
analizi göstərdi ki, zəncəfil əlavəsi trigliserid, ümumi xolesterin və LDL səviyyəsini
əhəmiyyətli dərəcədə
azaldır, HDL (“yaxşı”
xolesterin) səviyyəsini
isə artırır.
O, həmçinin qan
təzyiqini aşağı
sala bilər.
Tip 2 diabetli
insanlar üçün
zəncəfil əlavə
faydalar təklif edə bilər. On tədqiqatın icmalına
görə, 4–12 həftə
ərzində gündə
bir–üç qram zəncəfilin qəbulu həm xolesterin səviyyəsini,
həm də qan şəkərinin tənzimlənməsini yaxşılaşdırıb.
Bu təsirlər
zəncəfilin insulin
həssaslığını artırması, hüceyrələrdə
qlükozanın mənimsənilməsini
gücləndirməsi və
oksidləşdirici stressi
azaltması ilə əlaqələndirilir.
Zəncəfilin cinsi sağlamlıq üçün də faydalı ola biləcəyi ilə bağlı ilkin araşdırmalar mövcuddur.
Lakin insanlarda bununla bağlı göstəricilər hələ
məhduddur. Heyvan tədqiqatları zəncəfilin
testosteronu artırdığını,
qan dövranını
yaxşılaşdırdığını
və cinsi davranışı gücləndirdiyini
göstərir. Ənənəvi
təbabətdə isə
o, uzun illərdir afrodiziak kimi istifadə olunur. Klinik sübutlar az olsa da,
zəncəfilin iltihabəleyhinə
olması, qan dövranını yaxşılaşdıran
və hormonal təsirləri xüsusilə
diabet və oksidativ stress kimi sağlamlıq problemi olan şəxslər
üçün mühüm
rol oynaya bilər.
Beyin sağlamlığı
və xərçəng
tədqiqatları
Yeni araşdırmalar
göstərir ki, zəncəfil neyroprotektiv
və xərçəng
əleyhinə təsirlər
də göstərə
bilər. Laboratoriya şəraitində aparılan
tədqiqatlar göstərir
ki, zəncəfilin birləşmələri beyin
hüceyrələrini Alzheimer
kimi xəstəliklərdə
önəmli faktor olan oksidləşdirici zədələrdən qorumağa
kömək edir. Digər in vitro
araşdırmalar göstərir
ki, zəncəfil bəzi xərçəng
hüceyrələrinin böyüməsini
ləngidə bilər.
Lakin bunların insanlar üçün nə dərəcədə
effektli olduğunu təsdiqləmək üçün
daha çox araşdırmağa ehtiyac
var.
Zəncəfil adətən qida və ya çay
formasında qəbul edildikdə təhlükəsizdir,
lakin hər bir əlavə kimi onu da
ölçülü istifadə
etmək lazımdır.
Gündə dörd qramdan çox zəncəfil bəzi insanlarda ürək yanması, şişkinlik, ishal və ya ağızda
qıcıqlanma yarada
bilər. Bu yan təsirlər adətən yüngül
və müvəqqətidir.
Beləliklə, zəncəfil sadəcə
ətirli bir mətbəx ədviyyatı
deyil, artan elmi sübutlarla dəstəklənən təbii
bir müalicə vasitəsidir. Əksər
insanlar üçün
zəncəfili yeməklərdə
və çayda istifadə etmək onun faydalarından yararlanmağın təhlükəsiz
və effektiv yoludur. Əgər qida əlavəsi olaraq qəbul etməyi düşünürsünüzsə,
xüsusilə də xəstəlik müalicə
edirsinizsə və ya dərman qəbul edirsinizsə, həkim və ya əzaçı ilə məsləhətləşmək
ən doğru addım olacaq.
Şahnigar Əhmədova
İki sahil .- 2025.- 2 dekabr ( ¹219). - S.8.