ASAN Süni İntellekt platforması

 

Ülvi Mehdiyev: "ASAN xidmət"in fəaliyyətində süni intellektin tətbiqinin uğurlu nəticələrini görürük

 

Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılan ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) təqdimetmə mərasimi keçirilib.

Platformanın əsas məqsədi Azərbaycanda süni intellekt (Sİ) sahəsində  tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru fərdi istifadəçiləri vahid rəqəmsal platformada bir araya gətirməkdir. ASAN AI Hub açıq innovasiyanı təşviq edəcək dövlət qurumları, özəl sektor universitetlər arasında körpü rolunu oynayacaq. Texnoloji problemlər platformada açıq elan ediləcək tələbələr, akademiklər, sahibkarlar, eləcə ictimai təşkilatlar öz həlləri ilə müraciət edərək mükafat fondu uğrunda rəqabət aparmaq imkanı əldə edəcəklər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev platformanın ölkənin süni intellekt ekosistemi üçün əhəmiyyətini vurğulayıb. Bildirib ki, ASAN AI Hub Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışı zamanı verdiyi göstərişə uyğun olaraq yaradılıb.  Platforma dövlət xidmətləri sektorunu, biznes subyektlərini, elmi-tədqiqat mərkəzlərini, startap ekosistemini birləşdirir süni intellekt əsaslı həllərin hazırlanmasında körpü rolunu oynayır.

Ü.Mehdiyev qeyd edib ki, 2025-ci ilin məlumatına görə, süni intellekt bazarının dəyəri 800 milyard dolları keçib. Proqnozlara görə, 2030-cu ilə qədər bir neçə trilyon dollar dəyərində olacaq. 400 milyona yaxın insan süni intellekt həllərindən bu ya digər şəkildə istifadə edir yararlanır. Beynəlxalq şirkətlərin, biznes dünyasının 70 faizə yaxın hissəsi ən azı bir süni intellekt həllini özünün biznes prosesində istifadə edir.

Agentlik sədri diqqətə çatdırıb ki, Azərbaycan da yeni çağırışlara cavab verməkdə heç geri qalmır. Bu ilin martında Prezident İlham Əliyevin Sərəncamı iləAzərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyasıqəbul olunub. Strategiyada hər bir dövlət orqanı üçün süni intellektin inkişafı ilə bağlı çox ciddi tapşırıqlar müəyyən olunub. Bu, onu deməyə əsas verir ki, Azərbaycan dövləti bu sahədə aparıcı ölkələrdən biridir süni intellektin bütün sahələrdə tətbiqində iradə göstərir. “Ötən il "ASAN xidmət"də süni intellekt həllərinin tətbiqi ilə bağlı 2024-2026-cı illər strategiyası qəbul etdik. Bu gün üçün artıq "ASAN xidmət"in fəaliyyətinin müxtəlif istiqamətlərində tətbiq edirik onun uğurlu nəticələrini görürük", - deyə Ü.Mehdiyev bildirib.

Sədr diqqətə çatdırıb ki, bu ilin aprelində "ASAN xidmət" açıq "Publik data portalı"nı istifadəyə verdi: “Yeddi ay ərzində portalın 7 min istifadəçisi oldu. Bu, o deməkdir ki Azərbaycanda data ilə işləyən ciddi təbəqə var. Bizim üzərimizə düşən həmin təbəqənin ehtiyaclarını düzgün qiymətləndirməklə ümumi ekosistemə fayda verə bilməkdir.” Ü.Mehdiyev əlavə edib ki, Agentlik gələn il "Publik data portalı"ndan istifadə etməklə "ASAN xidmət"ə yeni məhsul xidmətlər təklif edənlər üçün əlavə müsabiqə elan edəcək: "Bu, hər kəs üçün çox faydalı portaldır. Düşünürəm ki, Azərbaycan dövlət orqanları arasında ilk dəfə idi ki, "ASAN xidmət" bu cür data portalı açıq elan etdi. Fəaliyyətimizin 7 istiqaməti üzrə orada milyonlarla data var ki, ondan elm adamları, tədqiqatçılar, startapçılar rahat istifadə edə, yeni məhsul xidmətlərlə bağlı ideya konsepsiyalar formalaşdıra bilərlər".

Sonra iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, rəqəmsal inkişaf nəqliyyat nazirinin müavini Samir Məmmədov ASAN AI Hub-ın rəqəmsal transformasiya, iqtisadi inkişaf elmi potensialın gücləndirilməsi baxımından önəmini qeyd ediblər.

14 milyonluq bir icmaya sahib olan, hər kəs üçün əlçatan öyrənmə, tətbiq böyümə imkanları təqdim edən qlobal süni intellekt platformasıGenAI Works”un baş direktoru həmtəsisçisi Steve Nouri isə  Günümüzdə generativ süni intellekt, 2025” mövzusunda çıxış edərək qlobal trendlər, texnoloji inkişaf süni intellektin tətbiq imkanları haqqında məlumat verib.

Tədbir çərçivəsində ASAN AI Hub ilə "Apolitical", "Breakthrough Social Enterprise" "GenAI Works" arasında Anlaşma memorandumları imzalanıb. Bu əməkdaşlıqlar mərkəzin beynəlxalq innovasiya ekosisteminə inteqrasiyasını gücləndirəcək.

Daha sonraSüni intellektdə Açıq İnnovasiya: Hər kəs üçün körpüadlı panel müzakirəsi keçirilib. Panelin spikerləri qismində ASAN AI Hub-ın rəhbəri Ləman İbrahimova, “GenAI Works”un baş direktoru həmtəsisçisi Steve Nouri, Edinburq Maliyyə İnnovasiyaları Mərkəzinin həmdirektoru Edinburq Universitetində maliyyə üzrə müəllimi Xaladdin Rzayev Tsinghua Universitetinin İnformasiya incəsənəti dizayn fakültəsinin dosenti Fu Zhiyong çıxış ediblər. “Apolitical” təşkilatının Partnyorluqlar üzrə direktoru Katherine Miller Weberin moderatorluğu ilə keçirilən paneldə açıq innovasiya modelləri, dövlətözəl sektor əməkdaşlığı, inklüzivlik məsuliyyət prinsipləri ilə bağlı müzakirələr aparılıb.

 

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2025.-  3 dekabr, ¹220.- S.5.