Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara
dənizi Avropa ilə
birləşdirən mühüm
marşrut
Orta Dəhliz
Prezident İlham Əliyev iyulun 19-da Xankəndidə
“Rəqəmsal keçidlər:
Süni intellekt dövründə informasiya
və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda
III Şuşa Qlobal
Media Forumunun iştirakçılarının
suallarını cavablandırarkən
bildirib ki, hazırda Çindən Azərbaycan ərazisi vasitəsilə yükdaşımaların
həcmi sürətlə
artır: “Eyni zamanda, Xəzər dənizinə çıxacaq
Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan
dəmir yolu yenidən tikilir. Yəni, görürsünüz
ki, artıq hansı böyük axınlar gedir və bu, bizim
istiqamətimizdə davam
edəcək. Ona görə də biz təkcə Bakı limanında yüklərin qəbuluna və onları işləməyə deyil,
həm də Bakı-Tbilisi-Qars dəmir
yolu ilə Gürcüstandan keçməklə
Türkiyəyə və
daha sonra Aralıq dənizi limanlarına Zəngəzur
vasitəsilə göndərməyə
hazır olmalıyıq
ki, bu, eyni
zamanda, əsas nəqliyyat marşrutu olacaq. Amma təəssüflər
olsun ki, son beş ildə
Ermənistan tərəfində
heç bir iş aparılmayıb, bu məsələ qəsdən gündəmdən
çıxarılıb. Amma
belə olan halda Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı
sıfra yaxınlaşır.
Bu prosesin qarşısını almaqda
davam etsələr düşünürəm ki,
özlərini nəinki
bu gün düşdükləri nəqliyyat
təcridində, həm
də müəyyən
dərəcədə siyasi
təcriddə tapacaqlar”.
Yeni dünya nizamının qurulduğu, mürəkkəb geosiyasi və strateji prosesləein baş verdiyi bir dövrdə dünyanın ikinci böyük iqtisadiyyatına sahib olan Çinin Orta Asiya ölkələri vasitəsilə Azərbaycan üzərindən Avropaya yük daşıması respublikamız üçün mühüm əhəmiyyətə malikdir. Dünyada baş verən mürəkkəb geosiyasi proseslər fonunda beynəlxalq nəqliyyat daşımalarında strateji önəmini gündən-günə artıran Azərbaycan hazırda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) daha da güclənməsinə böyük töhfələr verir. Yeri gəlmişkən, Orta Dəhliz və ya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.
Çağdaş dünyanın ayrı-ayrı güc mərkəzlərinin diqqətini çəkən Zəngəzur dəhlizi Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan və Ermənistanı Türkiyə ilə əlaqələndirəcək sosial-iqtisadi, geosiyasi və geostrateji xüsusiyyətlərə sahib olacaq. Dəhliz həm də Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə arasında dəmiryol şəbəkəsini genişləndirəcək ki, bu da regional ticarətə müsbət təsir göstərəcək. Zəngəzur dəhlizinin reallaşması ilə Asiya və Avropa arasındakı Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma gücü artacaq ki, bu da Pekindən Londonadək uzanan Şərq-Qərb ticarətinin yüksəlməsinə ciddi təkan verəcək.
Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos bildirib ki, Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dənizi Avropa ilə birləşdirən dəmir yolları və limanlar marşrutu olan Orta Dəhliz etibarsızlaşan ticarət yollarını etibarlı alternativə çevirir. Ermənistan və Azərbaycan arasında sülh istiqamətində atılan son addımlar bu məqsədi daha da real edib. Marta Kos əlavə edib ki, 2022-ci ildən bəri bu xətt üzrə ticarət dörd dəfə artıb, düzgün investisiyalar olduğu halda, 2030-cu ilə qədər bu göstərici üç dəfə də arta bilər: “Amma investisiyalar tərəfdaşlarımızla koordinasiya və özəl sektorla razılaşma olmadan gəlməyəcək. Buna görə də, mən Özbəkistanın paytaxtı Daşkəndə getdim və komissar Cozef Sikel, üzv dövlətlər, eləcə də Qara dəniz regionu və Mərkəzi Asiyadan olan tərəfdaşlarımızla həmin marşrutu necə daha sürətli, ucuz və daha etibarlı edə biləcəyimizi müzakirə etdik”.
Marta Kos, həmçinin ABŞ ilə “Tramp marşrutu” (TRIPP) layihəsində Aİ-nin iştirakının mümkünlüyü ilə bağlı danışıqlar apardığını bildirib. O, həmçinin Şərqlə Qərb arasında nəqliyyat əlaqəsinin daha yaxşı təşkil edilməsi üçün Azərbaycan, Türkiyə, Ermənistan və Avropadan ibarət dördtərəfli xüsusi qrupun yaradılması barədə müzakirələrin aparıldığını qeyd edib.
Orta Dəhlizə daxil olan avtomobil və dəmir yolları, hava və dəniz limanları, körpülər və digər infrastruktur layihələri region ölkələri arasında qarşılıqlı əlaqələri və insan birliyini gücləndirir. Bu dəhlizdən istifadə edən dövlət və özəl sektor nümayəndələri dünya bazarlarına daha geniş çıxış imkanı əldə edir, ticarət dövriyyəsini artırır və iqtisadi inkişafı sürətləndirirlər. Çin, Avropa İttifaqı və ABŞ kimi böyük iqtisadi güclər bu beynəlxalq nəqliyyat marşrutunu yaxından dəstəkləyir və onun inkişafını regionun sabitliyi və iqtisadi inteqrasiyası baxımından mühüm əhəmiyyə tkəsb etdiyini vurğulayırlar.
Orta Dəhliz
Avrasiya məkanında
regional əməkdaşlığın
güclənməsi üçün
mühüm strateji platformadır. 2024-cü ildə
Orta Dəhliz ilə yükdaşımaların
həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə onun 5,2 milyon tona qədər
artacağı gözlənilir
ki, bunun da 4,2 milyon tonu
marşrutda iştirak
edən ölkələrdən
keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yük
(96 min TEU ekvivalenti), 1,7 milyon tonu isə neft olacaq. Marşrutun
ötürücülük qabiliyyəti 2027-ci ilə qədər
ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın
tranzit potensialının genişləndirilməsi və
infrastruktura əlavə investisiyaların cəlb edilməsi
üçün davamlı zəmin yaradacaq. Orta Dəhliz
çərçivəsində həyata keçirilən iri
infrastruktur layihələri beynəlxalq maliyyə
qurumlarının da diqqətini cəlb edib. Dünya Bankı,
Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya
İnkişaf Bankı və digər maliyyə institutları
bu layihələrin reallaşmasına dəstək göstərir.
Bu, həm bölgəyə xarici investisiyaların daxil
olmasını sürətləndirir, həm də
iştirakçı ölkələrin nəqliyyat və
logistika imkanlarını beynəlxalq standartlara
uyğunlaşdırır. Eyni zamanda, Orta Dəhlizin rəqəmsallaşdırılması
istiqamətində atılan addımlar da mühüm əhəmiyyət
kəsb edir. “Bir pəncərə” sistemi, elektron sənəd
dövriyyəsinin genişləndirilməsi və
gömrük əməliyyatlarının
avtomatlaşdırılması tranzit proseslərini xeyli səmərəli
edir.
Zahid Rza
İki sahil.- 2025.- 4 dekabr, ¹221.- S.3.