Böyük rəqəmsal dəhlizin əhəmiyyətli parçası

 

Trans-Xəzər Kabel Xətti

 

Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin mühüm komponenti olan Trans-Xəzər fiber-optik kabel xətti müxtəlif ölkələrin ərazilərindən keçməklə Asiya-Azərbaycan-Avropa regionları arasında yeni bağlantı yaradacaq

 

Hər ötən il rəqəmsallaşmanın sürətlənməsi, texnologiyaların inkişafı internet üzərindən milyonlara insanın ünsiyyət qurmasına, dövlət özəl sektorun öz xidmətlərini onlayn platformalardan təqdim etməsinə, daha iri həcmli məlumatların ötürülməsinə, ticarətin elektronlaşmasına səbəb olur. İnternet infrastrukturu əsasən yerüstü, sualtı peyk infrastrukturuna əsaslanmaqla mürəkkəb bir quruluşa sahibdir. Yerüstü infrastruktura Amerika Avropada, eləcə digər qitələrdə yerləşən İnternet Mübadilə Mərkəzləri (Frankfurt, Stohkolm, Amsterdam, London, İstanbul, Nyu York, s. şəhərlərdə yerləşən mərkəzlər), informasiyanın toplandığı Data Mərkəzlər, İnternet Servis Provayderlərinin binaları, baza stansiyalar, eləcə onları birləşdirən yerüstü magistral fiber-optik kabel xətləri daxildir. Sualtı infrastruktura qitələri birləşdirən okean dənizaltı magistral fiber-optik kabel xətləri daxildir. Peyk infrastrukturuna isə yerətrafı orbitdə yerləşən telekommunikasiya peykləri daxildir ki, onlar internet bağlantısı üçün siqnalı yerüstü mərkəzdən alaraq digər yerüstü mərkəzə ötürür internet bağlantısının yaranmasını təmin edirlər. Hazırda dünya üzrə internet rabitəsinin 99 faizi məhz yerüstü sualtı kabellər vasitəsilə verilir. İnternetin peyk üzərindən verilməsi xidmətindən isə az istifadə olunur. Çünki peykdən məlumat ötürülməsi gecikmə ilə müşayiət olunur irihəcmli məlumatların verilməsində çətinlik yaranır. Peyk üzərindən bağlantı internet rabitəsinin qurulmasının coğrafi cəhətdən çətin olduğu mümkün olmadığı ərazilər üçün əvəzedilməz xidmətdir.

XX əsrin sonlarında isə internet bağlantısının mümkün edilməsi üçün artıq okeanların dibi ilə magistral fiber-optik kabel xətlərinin çəkilişinə başlanılıb. Hazırda dünyada ən müxtəlif dövlətlər şirkətlər tərəfindən çəkilən sualtı kabel xətlərinin sayı artır, internetə olan tələbat iri internet operatorları kontent provayderlərini qitələr arasında uzunluğu minlərlə kilometr olan infrastruktur şəbəkəsi yaratmağa sövq edir. Məsələn, “Google” şirkətinin sahibi olduğuCuriekabel xəttinin uzunluğu 10.476 km dir. Kabel xətti ABŞ-ın Los Anceles şəhərindən Panamanın Bilbao şəhəri Çilinin Valparaiso şəhərləri arasında çəkilib. Məlumat ötürmə gücü 72 terabit/s.dır. “Facebook”, “Microsoft” Telxiusşirkətlərinin birgə sahib olduqları 2018-ci ildə istismara verilmiş 6605 km uzunluğunda olan “MAREA” kabeli isə ABŞ-ın Virciniya sahilindən İspaniyanın Bilbao şəhərinə qədər uzanır. Məlumat ötürmə gücü 160 terabit/s təşkil edir. “Amazon”, “Facebook”, “NTT Communications”, “PLDT”, “PCCW Global” SoftBankşirkətlərinin birgə sahibi olduqları “JUPITER” magistral kabelinin uzunluğu 14.557 km, məlumat ötürmə gücü isə 60 terabit/s təşkil edir. Həmçinin, ölkələri birləşdirən qısa kabel xətləri var. Məsələn, 2012-ci ildə istismara verilmiş, 131 km uzunluğunda olan “Celtix-Connect-1” dənizaltı kabel xətti Böyük Britaniya ilə İrlandiyanı birləşdirir.

Onu da qeyd edək ki, hazırda Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xətlərinin çəkilməsi gündəmdədir. Trans-Xəzər fiber-optik kabel xətti adlanan layihə 2018-ci ildə Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayanAzerTelecomşirkəti tərəfindən irəli sürülüb. Transxəzər fiber-optik kabel xətti Asiya-Azərbaycan-Avropa arasında rəqəmsal bağlantını təmin edəcək. Bu ilin mart ayında Qazaxıstanın Baş naziri Oljas Bektenovun Azərbaycana səfəri çərçivəsində imzalanan mühüm sazişlərdən biri iki ölkə arasında rəqəmsal dəhlizin yaradılmasını nəzərdə tutan Trans-Xəzər fiber-optik kabel xəttinin tikintisinə dair müqavilədir. Müqaviləyə əsasən, Sumqayıt Aktau şəhərləri arasında Xəzər dənizinin dibi ilə 380 km uzunluğunda sualtı mobil kommunikasiya xətti inşa olunacaq. Bu rabitə platforması çoxterabitli məlumatların ötürülməsini 400 terabit/s-ə qədər yüksəksürətli internet bağlantısının qurulmasını təmin edəcək. Rəqəmsal kabelin kommunikasiya təminatçıları iki ölkənin aparıcı telekommunikasiya şirkətləri olanAzerTelecomKazakhtelecom”dur. Birgə operatorlar tikinti işlərini 2026-cı ilin sonuna qədər yekunlaşdırmağı planlaşdırır.

 

Rəqəmsal İpək Yolu

 

Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin mühüm komponenti olan Transxəzər fiber-optik kabel xətti təkcə iki ölkənin kommunikasiya layihəsi deyil, eyni zamanda, müxtəlif ölkələrin, o cümlədən Gürcüstan, Türkiyə, Türkmənistan ərazilərindən keçməklə Asiya-Azərbaycan-Avropa regionları arasında yeni bağlantı hesab edilir. Bu layihə Xəzər-Asiya regionlarında ən optimal qısa marşrut olmaqla ölkələr arasında kommunikasiya-rəqəmsal bağlantını təmin etməklə yanaşı, bölgədə çalışan biznes icmasının fəaliyyətində yeni imkanlar açacaq. Belə ki, müasir kommunikativ arxitektura sayəsində biznes mühitinin yaxşılaşdırılması sayəsində bu coğrafiyadakı sahibkarların müxtəlif iqtisadi mal xidmətlər üzrə mübadiələri asanlaşacaq, ticarətin səmərəliliyi yüksələcək. Eyni zamanda, Asiyadan Avropaya yayılacaq rəqəmsal xidmətlərin məhsulların artımı sürətlənməklə bölgəyə yeni tərəfdaşların cəlb olunmasına şərait yaradacaq. Bu çoxtərəfli platforma isə Azərbaycan Qazaxıstanın inkişafında, eləcə digər region ölkələrinin dünya miqyasında mövqelərinin yüksəldilməsində mühüm rol oynayacaq.

 

Rəqəmsal İpək Yoluhəm türk

dövlətlərinin ortaq maraqlarına xidmət edəcək

 

Belə ki, 2024-cü ilin iyul ayında Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün yekununda imzalanan Qarabağ Bəyannaməsinin mühüm prioritetlərindən biri qardaş ölkələr arasında kommunikasiya əlaqələrinin yeni modellərinin müasir rəqəmsal inkişaf formatlarının yaradılmasıdır. Tərəflər 2023-cü ilin noyabr ayında Özbəkistanda keçirilmiş IX Zirvə görüşünün yekununda imzalanmış Səmərqənd BəyannaməsindəRəqəmsal İpək Yolulayihəsi çərçivəsində Trans-Xəzər fiber-optik kabel infrastrukturunun yaradılmasını özlərinin IT infrastrukturlarının bu dəhlizə inteqrasiyası üçün mövcud sistemlərin təkmilləşdirilməsi barədə razılığa gəlib. Müəyyən edilmiş strategiyaya əsasən, Xəzərin dibi ilə Trans-Xəzər fiber-optik kabel xəttinin çəkilişi 2026-cı ilə qədər tam başa çatdırılması nəzərdə tutulub. Türk dövlətlərinin hər birinin yerləşdiyi əlverişli coğrafiya onların müasir dünyada ən innovativ iqtisadi platformalardan biri olan “Digital Hubətrafında sıx birləşməsi üçün əlverişli imkanlar yaradır.

Beləliklə, Fiber-Optik Kabel Xətti müasir rəqəmsal hub olmaqla Türk dövlətləri arasında qabaqcıl kommunikasiyaların mübadiləsi, vahid rəqəmsal platformada koordinasiyanın qurulmasını da öz töfhəsini verəcək. Nəticədə bu, qardaş ölkələr arasında regional ticarət həcmlərinin artması qarşıdakı illərdə əlavə mal mübadiləsinin, ələxsus da rəqəmsal ticarətin genişlənməsini təşviq edəcək.  Türk ölkələri öz mövcud rəqəmsal infrastrukturlarını vahid məkanda birləşdirməklə yaxın illərdəRəqəmsal İpək Yolulayihəsi ilə Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin əsas mərkəzinə çevriləcək.

 

Sevinc Azadi,

 

İki sahil.- 2025.-  4 dekabr, ¹221.- S.7.