Dövlətçiliyin üç sönməz işığı

 

Haqqı qoruyan Konstitusiya, azadlığı yaşadan suverenlik, şüuru oyadan media

 

Xalqın ruhu onun qanunlarında, taleyi isə dövlətinin möhkəmliyində yaşayar

 

Azərbaycan xalqı üçün Konstitusiya yalnız kağız üzərində yazılmış maddələr deyil. O, azadlıq ümidinin, milli kimliyin yüzillər boyu qorunan mübarizə ruhunun simvoludur. Suverenlik isə bu ruhun həyata keçdiyi müstəqil dövlətin sarsılmaz dayağı, ərazi bütövlüyünün xalq birliyinin qoruyucusudur. Tarixin ən çətin anlarında belə Azərbaycan xalqı dövlətçiliyini, hüquq ədalət prinsiplərini qorumağı bilmiş, gələcəyə ümidini heç vaxt itirməmişdir. Bu gün Konstitusiya suverenlik yalnız qanunlarda deyil, ictimai şüurda, medianın işığında hər bir vətəndaşın məsuliyyətində nəfəs alır, gələcəyimizi işıqlandıran yol kimi parlayır.

 

Konstitusiya suverenlik dövlətçiliyin əsas dayaqlarıdır

 

Azərbaycan Respublikasının Konstitusiyası müstəqilliyimizin hüquqi təminatı, dövlət quruculuğunun əsas hüquqi bazası, suverenliyimiz isə dövlətimizin gücünün rəmzidir. Konstitusiya suverenlik Azərbaycan dövlətçiliyinin dayaqlarıdır. Konstitusiya suverenlik anlayışları bir-birindən ayrı düşünülə bilməz. Çünki Konstitusiya hüquqi nizamın vətəndaş hüquqlarının təminatçısıdır, suverenlik isə dövlətin müstəqil qərar vermə qabiliyyətini ərazi bütövlüyünü qoruyur.Bu fundamental prinsiplərin qorunması möhkəmləndirilməsi ölkənin regional qlobal səviyyədə davamlı inkişafının, hüquqi sabitliyinin milli birliyinin əsas təminatıdır. Hər bir vətəndaşın Konstitusiyanı öyrənməsi, onun prinsiplərinə hörmət etməsi dövlət suverenliyini qorumağa çalışması bu inkişaf yolunda əsas vəzifədir.

 

Xilaskarlıq dövlətçiliyin yenidən doğuluşu

 

Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq azadlıqlarının təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədilə atılan addımlar arasında xüsusilə mühüm əhəmiyyət kəsb edən hadisə Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə ölkəmizdə 2025-ci ilinKonstitusiya Suverenlik İlielan edilməsidir. Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq imzalanan sənəddə qeyd edildiyi kimi, müstəqil suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir.

Müstəqilliyimizin bərpasının ilk illərində ölkədə hakimiyyətsizliyin mövcudluğu Azərbaycanı böyük çətinliklərlə,  təhlükələrlə üz-üzə qoydu. Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı. Ölkəmizin ən çətin günlərində  xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev xilaskarlıq missiyasını uğurla həyata keçirərək Azərbaycanı yenidən qurdu, dövlətçiliyin əsaslarını yaratdı. Hər bir ölkənin inkişafında sabitliyin əsas faktor olduğunu önə çəkən Ulu Öndər Heydər Əliyevin düşünülmüş məqsədyönlü siyasəti nəticəsində ictimai-siyasi sabitlik təmin edildi müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadı.

Azərbaycanda hüquq sistemi, insan hüquqlarının təminatı dövlət idarəetməsinin müasirləşdirilməsi sahəsində ciddi nailiyyətlər əldə edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu nailiyyətlərin davam etdirilməsi Konstitusiya prinsiplərinin dərinləşdirilməsi üçün ardıcıl islahatlar həyata keçirilib. Ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində, 2009-cu il martın 18-də isə 25 maddəyə əlavə dəyişikliklər edilib. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının gücləndirilməsi, həmçinin vətəndaşların hüquq azadlıqlarına daha etibarlı təminat verilməsindən irəli gəlir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavə dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən əlavə dəyişikliklər müxtəlif sahələri əhatə etməklə, ali dövlət, məhkəmə hakimiyyəti orqanlarının bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq azadlıqlarının daha səmərəli təmin edilməsinə yönəlib. Beləliklə, Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.

 

Tarixi Zəfərin işığında..

 

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadəti Prezident İlham Əliyevin qətiyyəti sayəsində qazanılan tarixi Zəfər, eləcə Azərbaycan Respublikasının Konstitusiya quruluşunu bərpa etmək məqsədilə 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən, cəmi 23 saat 43 dəqiqə davam edən uğurlu lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınan sərhədləri, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi tam bərpa edilmişdir. Prezident İlham Əliyev Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq 2024-cü il sentyabrın 19-da imzaladığıAzərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqındaSərəncamla hər il sentyabrın 20-nin Azərbaycan RespublikasındaDövlət Suverenliyi Günükimi qeyd edilməsini qərara almışdır.

Bu gün  xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün, dövlət suverenliyinin ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının qürurverici təntənəsini yaşayır. Postmüharibə dövründə Qarabağ Şərqi Zəngəzurda yenidənqurma işləri, məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması iqtisadi inteqrasiya layihələri suveren dövlət anlayışının real təcəssümü olub.

 

Medianın vətəndaş hüquq arasında maarif körpüsü

 

Dövlətimizin suverenliyinin ərazi bütövlüyünün bərpası, qanunun aliliyinin qorunması, dövlətin möhkəm idarəçiliyinin təmin olunması, müasir dövlətçilikdə xalqın hüquqlarının qorunması ictimai etimadın gücləndirilməsi, bu nailiyyətlərin ictimaiyyət tərəfindən dərk edilməsi üçün informasiya məkanı media önəmli vasitəyə çevrilir. Media həm vətəndaşla dövlət arasında körpü rolunu oynayır, həm Konstitusiya suverenliyin praktiki əhəmiyyətini cəmiyyətə çatdırır, ictimai şüuru gücləndirir.

Media qanun layihələrinin müzakirəsini işıqlandırır, seçki proseslərini izləyir, vətəndaş hüquqlarını qoruyur ictimai ehtiyacları dövlət orqanlarına çatdırmaqla demokratik idarəetmənin səmərəliliyini artırır. Eyni zamanda, media Konstitusiya suverenliyin təbliğində əvəzsiz rol oynayır, hüquqi savadı yüksəldir gələcək nəsillərin dayanıqlı hüquqi mühitdə yaşamasına zəmin yaradır.

Konstitusiya suverenlik yalnız hüquqi sənədlər deyil. Onlar dövlətin möhkəmliyini, ictimai etimadı milli maraqları qoruyan dinamik sistemdir. Media bu sistemin effektivliyini cəmiyyətə çatdırır, qanunların tətbiqi vətəndaş hüquqlarının qorunmasını işıqlandırır, ictimai hüquqi şüurun formalaşmasına xidmət edir. Eyni zamanda, sosial problemləri ictimai narazılıqları dövlət orqanlarına çatdırmaqla demokratik idarəetmənin şəffaflığını təmin edir.

İctimai şüurun inkişafında media xüsusi rol oynayır. Hüquqi savad yalnız qanunları bilmək deyil, onların mənasını əhəmiyyətini dərk etməkdir. Media cəmiyyəti hüquqi biliklərlə təmin edərək vətəndaş məsuliyyətini artırır, demokratik nəzarət mexanizmini gücləndirir dövlət qərarlarına ictimai təsiri yüksəldir. Sosial məsələlər, hüquqi yeniliklər dövlət proqramlarının işıqlandırılması ictimai maarifləndirməni təmin edir, dialoq mədəniyyətini inkişaf etdirir dövlət ilə vətəndaş arasında etimad körpüsünü möhkəmləndirir.

Suverenliyin qorunmasında media strateji rol oynayır. Dövlətin milli maraqları beynəlxalq mövqeyi ictimaiyyətə düzgün çatdırıldıqda etimad möhkəmlənir. Media ictimai təklifləri narazılıqları çatdırmaqla demokratik idarəetmənin şəffaflığını təmin edir, ictimai iştirakçılığı artırır.

Müasir dövrdə dövlətin hüquqi siyasi dayanıqlığı yalnız qanunvericilik institusional strukturlarla təmin olunmur. Media ictimai nəzarət mexanizmləri konstitusiya suverenliyin praktiki həyata keçirilməsində həlledici rol oynayır. Jurnalistika rəqəmsal platformalar vətəndaşların hüquqi savadlılığını artırır, suverenlik demokratik institutlara güvəni möhkəmləndirir. Araşdırıcı jurnalistika qanunsuzluqları ifşa edərək dövlətin şəffaf idarəçiliyinə dəstək verir.

 

      Medianın hüquqi fəaliyyəti üç əsas istiqamətdə özünü göstərir:

 

      MaarifləndirməKonstitusiya qanunlar barədə vətəndaşları məlumatlandırmaq, hüquq öhdəlikləri izah etmək.

      Analitik fəaliyyətHüquq siyasət sahəsində hadisələri təhlil edib qlobal kontekstə yerləşdirmək.

      İctimai nəzarətDövlət orqanlarının fəaliyyətinə ictimai rəy formalaşdırmaq hüquqi normativlərin pozulmasını aşkar etmək.

 

Ombudsman media: Hüququn vicdan səsləri

 

Hüquqi biliklərin cəmiyyətə çatdırılmasında hüquqların qorunmasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) mühüm rol oynayır. Ombudsman yalnız hüquqi müdafiəni təmin etmir, həm media ilə əməkdaşlıq yolu ilə Konstitusiya suverenlik prinsiplərinin ictimaiyyət tərəfindən anlaşılmasını həyata keçirilməsini dəstəkləyir. Medianın geniş auditoriyaya çıxışı hüquqi pozuntuların vaxtında aşkarlanmasına, şəffaflığın hesabatlılığın güclənməsinə, vətəndaşların hüquqi biliklərinin yüksəlməsinə şərait yaradır. Ombudsman medianın əməkdaşlığı cəmiyyətdə hüquqi mədəniyyətin formalaşmasında həlledici əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq vətəndaşların hüquqlarının qorunmasını təmin edir, qanunun aliliyi barədə şüuru artırır dövlətin Konstitusiya suverenlik prinsiplərinin real həyatda effektiv tətbiqinə zəmin yaradır. Nəticə olaraq, Ombudsman media birgə fəaliyyəti sayəsində Azərbaycan cəmiyyətində hüquqi maarifləndirmə, şəffaflıq vətəndaş məsuliyyəti güclənir; bu isə dövlətçilik prinsiplərinin dayanıqlı praktik həyata keçirilməsini təmin edir.

 

Dövlətçiliyin qalxanı Konstitusiya,

gücü suverenlik, səsi media

 

Azərbaycanın müstəqillik tarixi göstərir ki, Konstitusiya suverenlik həmişə medianın diqqətində olub. Müstəqillik illərində media həm hüquqi maarifləndirmə, həm dövlət quruculuğu prosesində fəal iştirak edib. Bu gün jurnalistika yalnız xəbər yaymaqla kifayətlənmir, vətəndaş hüquqlarını müdafiə edir, suverenliyi qoruyur milli maraqların təmin olunmasına töhfə verir. Beləliklə, Konstitusiya, suverenlik media Azərbaycan dövlətçiliyinin dayanıqlığını təmin edən qarşılıqlı təsir zənciri yaradır. Media olmadan dövlət cəmiyyət arasında balans pozular, ictimai etimad zəifləyər demokratik nəzarət mexanizmi səmərəsizləşər. Media isə bu boşluğu doldurur, hüquqi savadı artırır, ictimai şüuru gücləndirir gələcək nəsillərin hüquqi baxımdan dayanıqlı mühitdə yaşamasını təmin edir. Hər bir qanun layihəsi, dövlət proqramı ictimai təşəbbüs medianın diqqətinə çıxarıldıqda dövlət cəmiyyət arasında möhkəm, etibarlı davamlı əlaqə formalaşır.

Konstitusiya suverenlik Azərbaycan dövlətçiliyinin iki sarsılmaz dayağıdır. Onlar yalnız hüquqi norma deyil, cəmiyyətin vicdanında, vətəndaş məsuliyyətində medianın işığında yaşanır. Media bu dayaqları cəmiyyətə çatdırır, hüquqi savadı yüksəldir, demokratik nəzarəti möhkəmləndirir dövlət ilə xalq arasında etimad körpüsü yaradır. Ombudsman medianın birgə fəaliyyəti cəmiyyətdə hüquqi mədəniyyətin təməlini möhkəmləndirir, vətəndaşları maarifləndirir Konstitusiya ilə suverenliyin real həyatda qorunmasını təmin edir. Beləcə, Azərbaycan yalnız hüquqi baxımdan deyil, həm ictimai şüur milli vətəndaşlıq baxımından da möhkəm, dayanıqlı ümid dolu bir dövlət kimi yüksəlir, gələcəyə inamla addım atır.

 

Yaqut Ağaşahqızı

 

Yazı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirdiyi ənənəvi jurnalist yazı müsabiqəsinə  təqdim edilir

 

İki sahil.- 2025.-  5 dekabr, ¹222.- S.3.