Regional sabitliyin inkişafın əsas dayağı

 

Avrasiyanın inkişaf trayektoriyasında strateji mövqeyə malik olan ölkəmizin nəqliyyat-kommunikasiya imkanları formalaşdırdığı praqmatik xarici siyasət xətti onu regionda geosiyasi geoiqtisadi proseslərin əsas oyunçularından birinə çevirib. Bu nüfuz yalnız coğrafi mövqeyindən təbii resurslarından qaynaqlanmır, həm dövlətin apardığı uğurlu daxili xarici siyasətin nəticəsidir. Azərbaycanın beynəlxalq aləmdə artan rolu müxtəlif sahələrdə - enerji təhlükəsizliyində, mədəni diplomatiyada, multikulturalizm sahəsində, nəqliyyat-logistika layihələrinin icrasında beynəlxalq tədbirlərə evsahibliyi etməsində sairə özünü göstərir. Artıq 2025-ci ilə yekun vurmaqdayıq. Ötən il olduğu kimi, bu il Azərbaycan dünyanın ən sabit, ən təhlükəsiz ölkələrindən biri olduğunu təsdiqləməkdədir.

 

Enerji strategiyası regional tərəfdaşlıq

 

Azərbaycanın qlobal aktor kimi yüksəlişinin ən mühüm dayaqlarından biri onun enerji siyasətidir. Xəzər dənizində zəngin neft qaz ehtiyatlarına malik olan Azərbaycan XX əsrin sonlarından etibarən transmilli enerji layihələrinin təşəbbüskarı aparıcı iştirakçısı kimi çıxış edir. Bakı–Tiflis–Ceyhan neft kəməri Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr ölkəni Avropanın enerji təhlükəsizliyinin vacib tərəfdaşına çevirib. Xüsusən Cənub Qaz Dəhlizi Azərbaycanın dünya enerji xəritəsində strateji rolunu artırıb, ölkəmizi enerji ixracatçısından enerji siyasətini formalaşdıran aktora çevirib. TANAP TAP layihələrinin əsas investorlarından biri olan SOCAR vasitəsilə ölkəmiz layihəyə həm maliyyə, həm logistik baxımdan liderlik edir. Hazırda illik 10 milyard kubmetr qaz ixracı reallaşır. Lakin Prezident İlham Əliyev TANAP-ın ötürücülük qabiliyyətinin 16 milyarddan 32 milyard kubmetrə çatdırılmasını prioritet elan edib. Azərbaycan külək, günəş hidro enerji baxımından mühüm potensiala malikdir. Xüsusilə Xəzər dənizində külək enerjisi üzrə resurslar beynəlxalq səviyyədə diqqət çəkir. Prezident Əliyev qeyd edir ki, 2030-cu ilə qədər 5 qiqavat yaşıl enerji ixracı hədəflənib. Bu, Azərbaycanın Avropa qaz bazarındakı payını artırmaq istiqamətində irəliyə doğru ciddi addımdır. Azərbaycan “Masdar” (BƏƏ), “ACWA Power” (Səudiyyə Ərəbistanı) BP (Böyük Britaniya) kimi qlobal şirkətlərlə yaşıl enerji üzrə layihələr həyata keçirir. “Yaşıl Enerji Dəhlizilayihəsinə gəldikdə isə bu layihə Azərbaycan-Gürcüstan-Macarıstan marşrutu ilə yaşıl elektrik enerjisinin ixracını planlaşdırır. Avropa Komissiyası bu layihəni prioritet layihə elan edib. Azərbaycandan yaşıl enerjinin tədarükünə maraq artır ölkəmizin Avropa enerji bazarına yeni statusla daxil olması Avropa İttifaqı (Aİ) ilə daim inkişaf edən strateji tərəfdaşlığımızın əsasını təşkil edir. Azərbaycan alternativ mənbələr marşrutlarla Avropanın enerji təchizatını davamlı şəkildə şaxələndirən ölkədir. Bir sözlə, Azərbaycan yaşıl enerji ölkəsi kimi inkişafı ilə bağlı strateji məqsədlərini həyata keçirmək əzmindədir.

Bu gün Azərbaycanda, o cümlədən işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən irimiqyaslı layihələr ölkənin gələcəkdə, həmçinin alternativ enerji istehsalçısı ixracatçısına çevrilməsini təmin edəcək. İşğaldan azad olunmuş torpaqlarda həyata keçirilən ən mühüm bərpaolunan enerji mənbələri layihələrindən biri Britaniyanın BP şirkəti ilə Günəş enerjisinin istehsalı üzrə birgə layihədir. Bu elektrik stansiyasının artıq iki il sonra tam fəaliyyətə başlayacağı gözlənilir. Bu miqyasda şirkətin həyata keçirdiyi layihə Azərbaycanın bərpaolunan enerji potensialının yüksək olmasından, ölkəmizin etibarlı stabil tərəfdaşa çevrilməsindən xəbər verir.

 

Avropa üçün yeni ticari arteriya...

 

Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər bölgənin geosiyasi düzənini dəyişdirərək yeni reallıqlar yaratdı. Bu reallıqlar fonunda Azərbaycan Şərqlə Qərb arasında yeni kommunikasiya xətlərinin formalaşdırılmasına, beynəlxalq daşımaların təhlükəsiz daha səmərəli şəkildə təşkilinə bütövlükdə regional təhlükəsizlik arxitekturasının qurulmasına mühüm töhfə verən əsas dövlətə çevrildi. Hazırkı beynəlxalq düzəndə nəqliyyat kommunikasiya dəhlizlərinin təhlükəsizliyi dünya gücləri üçün strateji əhəmiyyət daşıyır. Azərbaycanın təşəbbüsləri qətiyyəti ilə formalaşan yeni nəqliyyat xətləri - xüsusilə Şərq-Qərb Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən tranzit imkanları - regionun geosiyasi dəyərini daha da artırır. Bu baxımdan Zəngəzur dəhlizi (TRİPP) sıradan bir layihə deyil, bütöv Avrasiya məkanında iqtisadi inteqrasiyanı möhkəmləndirəcək, eyni zamanda, siyasi münasibətlərin tənzimlənməsinə xidmət edəcək yeni bir arteriya kimi qəbul olunur. Azərbaycanın təşəbbüsü qətiyyəti ilə gündəmə gətirilən bu dəhliz gələcəyin ən mühüm strateji layihələrindən biri kimi qəbul olunur. Bu dəhliz Avrasiyanın bütöv kommunikasiya xəritəsini dəyişdirəcək yeni bir ticari marşrut sayılır. Zəngəzur dəhlizi (TRİPP) vasitəsilə Asiyadan Avropaya daşınan yüklərin daha sürətli təhlükəsiz şəkildə mənzilbaşına çatdırılması mümkün olacaq. Bu, Avropa üçün yeni bir strateji ticarət seqmenti deməkdir.

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dekabrın 1-də Brüsseldə “EU Today” platformasına müsahibəsində məhz buna diqqət çəkərək bildirib ki, Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat mənzərəsini kökündən dəyişdirəcək. Prezidentin köməkçisi həmçinin qeyd edib ki, Azərbaycan Avropa İttifaqının, o cümlədən Aİ-nin "Qlobal qapı" təşəbbüsü çərçivəsində yeni nəqliyyat kompozisiyasının bir hissəsi olmasını istəyir. Azərbaycan regionun logistika arxitekturasını yenidən quran idarəedici mərkəz kimi çıxış edir. Son 15 ildə həyata keçirilən nəqliyyat siyasəti rəqəmlərlə təsdiqlənir. Ələt limanının illik 25 milyon ton gücə çatdırılması, Bakı–Tbilisi–Qars xəttində modernizasiya işləri, habelə, Trans-Xəzər infrastrukturunun genişləndirilməsi Orta Dəhliz üzrə yük axınının 2023–2024-cü illərdə 2,5 dəfə artması artıq ölkəni qitələrarası tranzit uzlaşmasının əsas dayağına çevirib. Zəngəzur dəhlizi isə bu mozaikanın strateji mərkəzi rolunu oynayır. Dəhliz açıldıqdan sonra Çindən Avropaya daşımalar 38 gündən 18 günə düşəcək, logistika xərcləri 35–40 faiz azalacaq Avropa İttifaqının Rusiyadan keçən marşrutlara həssaslığı ciddi şəkildə azalacaq. Məhz bu səbəbdən Hikmət Hacıyevin Brüsseldə qeyd etdiyi kimi, Bakı Avropa İttifaqını  bu yeni nəqliyyat sisteminin bir hissəsi kimi görmək istəyir. Aİ-nin enerji təhlükəsizliyində Bakı artıq strateji tərəfdaş statusundadır logistika sahəsində eyni model tətbiq olunmaq üzrədir.

 

Sülh gündəliyi əməkdaşlıq təşəbbüsləri

 

Cənubi Qafqaz regionunun sülh əməkdaşlıq məkanına çevrilməsi bölgə xalqlarının maraqlarına cavab verir. Azərbaycan daim bu istiqamətdə təşəbbüslər göstərib göstərməkdədir. Dövlətimizin ərazi bütövlüyünün suverenliyinin tam bərpa olunmasından sonra regionumuzun əməkdaşlıq məkanına çevrilməsi üçün real zəmin yaranıb. Prezident İlham Əliyevin sülh gündəliyi regionda onun sərhədlərini aşan böyük bir coğrafi arealda sabitliyin bərpasına davamlı əməkdaşlığa xidmət edir. 2025-ci ilin avqustunda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Ermənistanla əldə olunan razılaşma onun sentyabrda BMT müstəvisində təqdimatı bu siyasətin real nəticəsinin qəbuludur. Prezidentin sülh əməkdaşlıq təşəbbüsləri beynəlxalq səviyyədə özünü doğrultmuş təcrübə kimi dəyərləndirilir. Sülh əməkdaşlıq gündəliyi müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində - BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq platformalarda Prezident İlham Əliyevin prinsipial dövlət xadimi kimi tanıdıb. Bu kontekstdə 13 oktyabr tarixində Yaxın Şərq Sülh Sammitində Prezident İlham Əliyevin  20-dən artıq siyasi liderlə birgə iştirakı Azərbaycanın qlobal diplomatik müstəvidə nüfuzunun göstəricisidir. Belə ki, Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Böyük Britaniya, Fransa, İspaniya, Türkiyə liderləri ilə birgə Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın Avrasiya siyasi arenasında strateji dialoq tərəfdaşı, etibarlı dost ölkə olduğunu təsdiqləyir.

Azərbaycan Prezidentinin sülh gündəliyini intensiv şəkildə irəlilətməsinə dair ən tutarlı arqumentlərdən biri, son bir neçə ay ərzində keçirilmiş yüksəksəviyyəli görüşlərin intensiv qrafikidir. Avqust ayında Vaşinqtonda sülh sammiti, bundan əvvəl isə Abu-Dabidə baş tutmuş görüş, sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində ŞƏT+ formatında, oktyabrda Kopenhagendə Avropa Siyasi Birliyinin Zirvə görüşündə, yenə oktyabrda Qəbələdə Türk Dövlətləri Təşkilatının sammitində Müstəqil Dövlətlər Birliyinin Düşənbə toplantısında iştirak bu sammitlər çərçivəsində keçirilən görüşlər aparılmış danışıqlar Azərbaycanın bu istiqamətdə ardıcıl diplomatik səylər göstərdiyini nümayiş etdirir.

Postmünaqişə dövründə aparılan sülh danışıqlarını üçüncü qüvvələrin müdaxiləsindən qorumaq vasitəçisiz uğurla başa çatdırmaq da sülh qazanmağın Azərbaycan modelinin əsas komponentlərindəndir. Regionda sülhü təhlükəsizliyi hərbi, siyasi diplomatik vasitələrlə təmin edən, "müharibəni udan sülhü qazanan" dövlətin lideri bu təcrübəni, Azərbaycan təcrübəsini bölüşməyə hazır olduğumuzu bu universial təşkilatın ali kürsüsündən bəyan edib. Prezident İlham Əliyevin "Gəlin birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı dünya quraq" çağırışı, qlobal miqyasda hüquq ədalətə əsaslanan yeni beynəlxalq münasibətlər sisteminə ehtiyac olduğunu diqqətə çatdırır. Bu, həm inkişaf etməkdə olan ölkələrin, həm münaqişə bölgələrinin ədalətli münasibətə ehtiyacı olduğuna dair mühüm mesajdır.

 

Sevinc Azadi

 

İki sahil.- 2025.-  5 dekabr, ¹222.- S.4.