Bəşəri cinayət
Prezident İlham Əliyev: Ermənistandakı Azərbaycan
mədəni irsinin bərpası və qorunması Azərbaycan xalqının legitim tələbi olmaqla, ümumbəşəri dəyərlərə
hörmət, düşmənçilik
səhifəsinin qapanması,
xalqlar arasında qarşılıqlı anlaşma
üçün zəruridir.
Son iki əsrdən artıq dövrdə Ermənistan ərazisinin azərbaycanlıların tarixi və əzəli sakinləri olduğunu sübut edən izləri yox etmək üçün məqsədyönlü şəkildə kütləvi vandallıq aktları törədilmişdir. 1988-ci ildən başlanan sonuncu etnik təmizləmə nəticəsində on minlərlə azərbaycanlı ailəsinin əmlakı və mədəni irs nümunələri də ermənilər tərəfindən qarət edilmiş, mənimsənilmişdir.
Bundan başqa,
Qərbi Azərbaycanın
qədim toponimləri
bütünlüklə erməni
adları ilə əvəzlənmişdir. Erməni
vandalizmi təkcə mədəniyyət abidələrini
məhv etməklə
bitmir, onun tarixini dəyişdirmək,
restavrasiya adı ilə qədimliyinə zərbə vurmaq da barbarlığın, həyasızlığın bir
nümunəsidir. Ümumiyyətlə,
indiki Ermənistan ərazisində xalqımıza
məxsus 3 min 500 tarix və mədəniyyət
abidəsi, 500 qəbiristanlıq,
391 məscid qəddarlıqla
dağıdılaraq tamamilə
yox edilmişdir.
Qərbi Azərbaycan
ərazisində mədəni
irsin yox edilməsi sistemli, davamlı və məqsədli şəkildə
həyata keçirilib.
İndiki Ermənistan
ərazisində soydaşlarımızın
yaşadığı kəndlərin
tarixi adları tamamilə dəyişdirilib,
qədim toponimlər erməni adları ilə əvəz edilib. Ermənistan hökumətinin apardığı
siyasətlə tarixi torpaqlarımız olan Qərbi Azərbaycan ərazilərində qədim
mədəni irs obyektləri - Göy Məscid, Qala Məscidi, Şah Abbas Məscidi də daxil olmaqla
300 dən çox məscid və monumental abidələr məqsədyönlü şəkildə
məhv edilib. UNESCO-nun 1954, 1970, 1972, 2003 və
2005-ci il Konvensiyaları
presedentsiz şəkildə
pozulub.
Prezident İlham
Əliyev dekabrın
5-də Bakıda keçirilən
“Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış
azərbaycanlıların mədəni
irsinin bərpası-ədalətə,
barışığa və
sülhə aparan yol kimi” mövzusunda
beynəlxalq konfrans iştirakçılarına müraciətində
bildirib ki, qədim dövlətçilik
və mədəniyyət
tarixinə malik Azərbaycan xalqı son iki əsrdə
dəfələrlə məhrumiyyətlər,
deportasiyalar və soyqırımları ilə
üz-üzə qalmış,
ermənilərin Azərbaycanın
əzəli torpaqlarına
köçürülməsindən sonra - 1905-1907, 1918-1921, 1948-1953 və
1987-1991-ci illərdə azərbaycanlılara
qarşı törədilən
qırğınlar və
qanunsuz köçürmələr
nəticəsində yüz
minlərlə soydaşımız
öz doğma yurdunu tərk edərək Azərbaycana
sığınmışdır. Ermənistan ərazisində
yaşayan azərbaycanlıların
dağlıq bölgələrdən
daha isti iqlimi olan yerlərə
zorla köçürülməsi,
onların illərlə
qurub-yaratdıqları mülkiyyətin
mənimsənilməsi, maddi-mədəniyyət
nümunələrinin ələ
keçirilərək dağıdılması
və özgəninkiləşdirilməsi
bu gün mötəbər sənədlərlə
sübuta yetirilən tarixi faktlardır: “Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların
zəngin maddi və qeyri-maddi mədəni irsini, müqəddəs inanc yerlərini, qəbiristanlıqlarını
öz ərazisindən
Azərbaycan xalqının
izlərini silmək məqsədilə zaman-zaman
məhv etmişdir. Ermənilərin azərbaycanlılara
qarşı insanlıq
əleyhinə cinayətlərinin
beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi
üçün lazımi
addımlar atılması
və beynəlxalq ictimaiyyətin bu məsələdə bizə
dəstəyi olduqca əhəmiyyətlidir”.
Dövlət başçısının müraciətində,
həmçinin qeyd olunub ki, Ermənistandakı
Azərbaycan mədəni
irsinin bərpası və qorunması Azərbaycan xalqının
legitim tələbi olmaqla, ümumbəşəri
dəyərlərə hörmət,
düşmənçilik səhifəsinin
qapanması, xalqlar arasında qarşılıqlı
anlaşma üçün
zəruridir. Bu gün Ermənistandan zorla çıxarılmış
azərbaycanlıların qayıdışının
Ümumdünya İnsan
Hüquqları Bəyannaməsində,
Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda, Qaçqınların
statusu haqqında Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıdış
hüququ çərçivəsində
təmin edilməsi, eləcə də mədəni irsin bərpası və qorunması ilə bağlı beynəlxalq ictimaiyyətin, o cümlədən
BMT-nin ixtisaslaşmış
qurumlarının iştirakı
ilə prosesin başladılması üçün
səylərin artırılması
vacibdir. Çünki
qayıdış hüququ
insan hüquqlarının
təməl prinsiplərindən
biridir. Bu hüququn təmin edilməsi təkcə doğma yurda fiziki dönüş deyil, həm də toplumun mənəvi bütövlüyünün,
mədəni irsinin və tarixi yaddaşının bərpası
deməkdir.
Müraciətdə o da vurğulanıb ki, deportasiya və qırğınlardan
birbaşa əziyyət
çəkən insanları
özündə birləşdirən
Qərbi Azərbaycan İcmasının təmkinli,
konstruktiv yanaşması,
barışıq və
dialoqa açıq olması, öz fəaliyyətini beynəlxalq
hüquqa uyğun qurması, dövlətlərin
ərazi bütövlüyünə
və suverenliyinə hörmət etməsi təqdir olunmalıdır:
“2025-ci il avqustun 8-də
Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının
vasitəçiliyi ilə
Azərbaycan və Ermənistanın bir araya gəlməsi, Birgə Bəyannamənin
imzalanması və sülh sazişi layihəsinin paraflanması
hər iki xalqın gələcək
birgəyaşayışının təmin olunması üçün ümid və inam yaradır”.
Qərbi Azərbaycana
qayıdış bizim
tarixi-mənəvi və
insani haqqımızdır.
Tarixi Zəfərimizin
yaratdığı yeni
reallıqlar Qərbi azərbaycanlı soydaşlarımızın
da hüquqlarını
bərpa edəcək,
onlar öz doğma yurdlarına dönəcəklər. Dövlətimizin
başçısının bildirdiyi kimi, çünki qayıdış
hüququ insan hüquqlarının təməl
prinsiplərindən biridir.
Bu hüququn təmin edilməsi təkcə doğma yurda fiziki dönüş
deyil, həm də toplumun mənəvi bütövlüyünün,
mədəni irsinin və tarixi yaddaşının bərpası
deməkdir.
Mədəni irsin
məhv edilməsi isə yalnız azərbaycanlılara qarşı
deyil, bütün bəşəriyyətə qarşı
törədilmiş cinayətdir.
Zahid Rza
İki sahil.- 2025.- 6 dekabr, ¹223.- S.3.