Qərbi Azərbaycana qayıdış:
Xalqımızın mənəvi və tarixi haqqı
Əfsuslar olsun ki, tarixin müəyyən dövrlərində erməni vəhşiliyinin qurbanına çevrilmiş soydaşlarımızın öz dədə-baba yurdlarından kütləvi şəkildə deportasiyası Azərbaycan tarixində dərin və sağalmaz yaralara səbəb olub. Soydaşlarımız öz tarixi torpaqlarından hissə-hissə və planlı şəkildə deportasiya olunub, tarixi-memarlıq incilərimiz erməni vandalizminin qurbanına çevrilib. Zaman keçdikcə bu cinayət əməlləri sistemli hal alıb.
Azərbaycanlılara qarşı törədilmiş
etnik təmizləmə
əksər hallarda dövlət orqanlarının
sistemli fəaliyyəti
ilə zorakılıq,
soyqırımı, kütləvi
qətliam və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının
kobud pozulması yolu ilə həyata
keçirilib. Bu proses bir neçə
mərhələdə həyata
keçirilib. 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə
xüsusilə şiddətli
və amansız olub.
Erməni vəhşiliyinin
nümunələri təkcə
soydaşlarımızın deportasiyasında özünü
göstərmir. Tarixə
yönəlik vəhşilik,
vandalizm təkcə mədəniyyət abidələrini
məhv etməklə
bitməmiş, onun tarixini dəyişdirmək,
restavrasiya adıyla qədimliyinə zərbə
vurmaq məqsədi daşımışdır. Ümumiyyətlə,
İndiki Ermənistan
ərazisində xalqımıza
məxsus 3 min 500 tarix və mədəniyyət
abidəsi, 500 qəbiristanlıq,
391 məscid qəddarlıqla
dağıdılmış, tamamilə yox edilmişdir. Ermənistanın
siyasi rəhbərliyinin
göstərişi ilə
Zəngəzur vilayətinin
Qafan, Mehri, Xot, Şinuayr, Əlidərə inzibati yaşayış məntəqələrində
viran qoyulmuş 900-dən
çox tarix və mədəniyyət
abidəsinin xarabalıqları
bu gün də qalmaqdadır. Bu məntəqələrin
xaraba mənzərəsini
müşahidə edəndə
adama elə gəlir ki, sanki, burada əsl
cəhənnəm yaradılmışdır.
Bu kəndlərdə
ermənilər 900-dən çox
tarix və mədəniyyət abidəsi
– yaşayış evləri,
məscidlər, alban dövrü tikililəri, bədii daş nümunələri, qəbir
daşları, at-qoç
fiqurları dağıdılaraq
yararsız hala salınmışdır. Ərazi
Azərbaycanın mədəni
irs nümunələrindən
təmizlənərək kütləvi
vandalizmə məruz qalmışdır.
İlk mənbələr,
o cümlədən arxiv
sənədləri sübut
edir ki, indiki Ermənistanda azərbaycanlılara məxsus
yaşayış məntəqələrinin
adlarının və
digər toponimlərin
dəyişdirilməsi prosesinə
ilk dəfə 1919-cu ildə Azərbaycan ərazisində erməni dövləti yaradıldıqdan
dərhal sonra Ermənistan Respublikası
hökumətinin qərarı
ilə başlanılıb.
Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1935-ci ilədək orada 190-dan artıq azərbaycanlı yaşayış
məntəqəsinin adı
dəyişdirilib.
Bu gün
Qərbi Azərbaycana
qayıdış məsələsi
dövlət siyasətində
mühüm yer tutur. Dədə-baba torpaqlarından qovulmuş
bütün azərbaycanlıların
öz yurdlarına qayıtmaq hüququnu bərpa etmək üçün qəbul edilən “Qərbi Azərbaycana Qayıdış
Konsepsiyası” böyük
əhəmiyyətə malikdir.
Qərbi Azərbaycan İcmasının təsis
etdiyi “Qayıdış
Konsepsiyası” indiki Ermənistan ərazisindən
qovulmuş azərbaycanlıların
öz yurdlarına sülh yolu ilə, təhlükəsiz
və ləyaqətli
şəkildə qayıtmasını
təmin etmək olan və bu
sahədə fəaliyyətinin
əsas istiqamətlərini
müəyyən edən
sənəddir. Bu Konsepsiya indiki Ermənistan ərazisindən
zorla çıxarılmış
azərbaycanlıların geriyə
qayıtması üçün
İcmanın həyata
keçirəcəyi fəaliyyətin
məqsədləri, prinsipləri,
hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən
edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili
hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar
olunmasına xidmət
edir.
Prezident İlham
Əliyevin bu məsələyə ayırdığı
diqqət və qayğı xüsusi qeyd olunmalıdır. Məhz ölkə başçısının 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan ziyalılarının bir qrup nümayəndəsi ilə İcmanın yeni binasında görüşü, onların
qarşısında mühüm
vəzifələri müəyyən
etməsi bu qəbildəndir. Bu görüşdə dövlət
başçımız tərəfindən
səsləndirilən fikirlər
xalqımızın tarixində
yeni bir eranın başlandığını
xəbər verdi. Dövlət başçısı
soydaşlarımızın öz doğma torpaqlarına qayıtması
ilə bağlı yeni milli strateji
hədəfləri açıqladı.
Ümumiyyətlə, Ölkə
rəhbəri mütəmadi
olaraq Qərbi Azərbaycanlıların qayıdış
məsələsini gündəmə
gətirir, soydaşlarımızın
mütləq öz yurdlarına geri dönəcəklərini əminliklə
bəyan edir.
Azərbaycan xalqı tarixi ədalətin bərpasını
və Qərbi Azərbaycana dinc qayıdışı tələb
edir. Bu, təkcə ərazi məsələsi deyil, həm də mədəniyyətimizin, tariximizin
və ənənələrimizin
yenidən dirçəlişidir.
Azərbaycanlıların Qərbi
Azərbaycana qayıdışı
tamamilə beynəlxalq
hüquqa uyğun olmaqla həm də tarixi ədalətin bərpasıdır.
Zəngəzur, İrəvan,
Göyçə tarixi
Azərbaycan torpaqlarıdır.
Ermənilər isə
Qarabağa sonradan yerləşdirilib. Bu gün tam haqlı
olaraq “Qərbi Azərbaycan” mövzusu artıq beynəlxalq arenaya çıxarılıb.
Prezident İlham
Əliyev dekabrın
5-də Qərbi Azərbaycan
İcması tərəfindən
keçirilən “Mədəni
irs və qayıdış hüququ:
Ermənistandan didərgin
salınmış azərbaycanlıların
mədəni irsinin bərpası – ədalətə,
barışığa və
sülhə aparan yol kimi” mövzusunda
III beynəlxalq konfransın
iştirakçılarına ünvanladığı müraciətdə
prezident İlham Əliyev qədim dövlətçilik və
mədəniyyət tarixinə
malik Azərbaycan xalqının son iki əsrdə dəfələrlə məhrumiyyətlər,
deportasiyalar və soyqırımlarla üz-üzə
qaldığını, azərbaycanlılara
qarşı törədilən
qırğınlar və
qanunsuz köçürmələr
nəticəsində yüz
minlərlə soydaşımızın
öz doğma yurdunu tərk etdiyini bir daha
diqqətə çatdırıb.
Dövlət başçısı
bildirib ki, Ermənistan ərazisində
yaşayan azərbaycanlıların
dağlıq bölgələrdən
daha isti iqlimi olan yerlərə
zorla köçürülməsi,
onların illərlə
qurub-yaratdıqları mülkiyyətin
mənimsənilməsi, maddi-mədəniyyət
nümunələrinin ələ
keçirilərək dağıdılması
və özgəninkiləşdirilməsi
bu gün mötəbər sənədlərlə
sübuta yetirilən tarixi faktlardır.
Prezident İlham
Əliyev müraciətində
xüsusi vurğulayıb
ki, bu gün
Ermənistandan zorla çıxarılmış azərbaycanlıların
qayıdışının Ümumdünya İnsan Hüquqları Bəyannaməsində,
Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda, Qaçqınların
statusu haqqında Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıdış
hüququ çərçivəsində
təmin edilməsi, eləcə də mədəni irsin bərpası və qorunması ilə bağlı beynəlxalq ictimaiyyətin, o cümlədən
BMT-nin ixtisaslaşmış
qurumlarının iştirakı
ilə prosesin başladılması üçün
səylərin artırılması
vacibdir. Çünki
qayıdış hüququ
insan hüquqlarının
təməl prinsiplərindən
biridir. Bu hüququn təmin edilməsi təkcə doğma yurda fiziki dönüş deyil, həm də toplumun mənəvi bütövlüyünün,
mədəni irsinin və tarixi yaddaşının bərpası
deməkdir: “Ermənistandakı
Azərbaycan mədəni
irsinin bərpası və qorunması Azərbaycan xalqının
legitim tələbi olmaqla, ümumbəşəri
dəyərlərə hörmət,
düşmənçilik səhifəsinin
qapanması, xalqlar arasında qarşılıqlı
anlaşma üçün
zəruridir”.
Nəzərə alaq ki, İkinci
Qarabağ müharibəsində
Azərbaycanın öz
tarixi torpaqlarını
erməni işğalından
azad etməsi fonunda yeni reallıq
yaranıb. Bu reallıq tarixən azərbaycanlıların yaşamış
olduğu ərazilərdə
xalqımızın yenidən
yaşamaq hüququnu gündəmə gətirib.
Bu mənada, Qərbi Azərbaycan yəni, indiki Ermənistan ərazisində
mövcud olmuş tarixi Azərbaycan torpaqları, toponimləri,
milli dəyərlərinə
sahib çıxmağın,
o ərazilərə qayıdaraq
yenidən öz köklərimiz üzərində
inkişafa nail olmağın zamanı çatıb. Vaxtilə o
ərazilərdə yaşamış
və sonradan zorla deportasiya edilmiş vətəndaşlarımız
indi öz yurd-yuvalarına qayıtmaq
istəyir. Əslində
bu, onların fundamental haqqıdır.
Sevinc Azadi
İki sahil.- 2025.- 6 dekabr, ¹223.- S.6.