Süni intellekt müəllimləri

tamamilə əvəz edə bilərmi?

 

Müasir dövrdə məktəbin missiyası təkcə fundamental biliklərin verilməsi ilə məhdudlaşmır. Cəmiyyətin əmək bazarının sürətlə dəyişən tələbləri fonunda şagirdlərin gələcək həyatına birbaşa təsir edəcək praktik bacarıqların formalaşdırılması xüsusi önəm kəsb edir. Bununla yanaşı, məktəbdaxili tədrisin keyfiyyəti ilə bağlı narazılıqların artması çoxsaylı şagird valideynləri repetitorlara üz tutmağa vadar edir. Məsələnin səbəbləri mümkün həlli yolları barədəİki sahil” TV- müsahibə verən təhsil eksperti aktual suallara aydınlıq gətirdi.

 

-Kamran müəllim, müasir dünyada məktəbin rolu təkcə bilik verməkdən ibarət deyil; təhsil şagirdləri real həyat bacarıqları ilə təmin etməlidir. Bu baxımdan sizcə, hazırkı məktəb proqramları uşaqları gələcəyə hazırlayırmı?

-Müasir dünyada məktəbin missiyası təkcə bilik ötürməkdən ibarət olmadığından təhsil sistemindən gözləntilər xeyli artıb. Şagirdlər yalnız nəzəri məlumatları mənimsəməli deyil, eyni zamanda, problemi həll etmə, tənqidi düşünmə, kommunikasiya, rəqəmsal savadlılıq əməkdaşlıq kimi real həyatda tələb olunan bacarıqlarla da silahlanmalıdırlar. Lakin mövcud məktəb proqramlarının strukturu bu istiqamətdə tam yetkin hesab edilmir. Bir çox fənn kurikulumları hələ faktların əzbərlənməsinə üstünlük verir, şagirdlərin yaradıcılıq potensialını, analitik düşünmə praktiki tətbiq bacarıqlarını lazımi qədər inkişaf etdirmir. Bu səbəbdən şagirdlərin böyük bir qismi məktəb təhsilini kifayət qədər effektiv görmədiyi üçün əlavə hazırlığa-repetitorluğa üz tutur. Bu tendensiya həm məktəbdə tədris keyfiyyətinin yenidən qiymətləndirilməsini, həm təhsil proqramlarının müasir tələblərə uyğunlaşdırılmasını zəruri edir. Demək olar ki, hazırkı məktəb proqramları uşaqları gələcəyin çağırışlarına qismən hazırlayır, lakin sürətlə dəyişən dünyada uğur qazanmaq üçün bu proqramların daha çevik, tətbiq yönümlü bacarıq əsaslı modelə keçirilməsi vacibdir. Şagirdlərin gələcəyə tam hazır olması üçün təhsil sistemində dərin məzmun metodoloji yeniliklərə ehtiyac duyulur.

-Şagirdlərin gələcəyə daha yaxşı hazırlanması üçün təhsil sistemində hansı məzmun metodoloji dəyişikliklər həyata keçirilməlidir?

-Təhsil sistemində həm məzmun, həm metodologiya baxımından ciddi dəyişikliklər zəruridir. İlk növbədə, fənn proqramları sadəcə nəzəri biliklərin ötürülməsinə deyil, həmin biliklərin real həyat situasiyalarında tətbiqinə yönəlməlidir. Bunun üçün dərs materialları daha praktik, problem əsaslı tənqidi düşüncəni stimullaşdıran şəkildə yenidən qurulmalıdır.  Metodoloji baxımdan ənənəvi müəllim-mərkəzli dərs modeli artıq effektiv sayılmır. Müasir təlim prosesi şagirdin fəal iştirakına, araşdırma aparmasına, öz ideyalarını ifadə etməsinə əməkdaşlıq şəraitində öyrənməsinə şərait yaratmalıdır. Rəqəmsal texnologiyaların səmərəli inteqrasiyası da mühüm rol oynayır. Çünki bugünkü uşaqlar informasiyanı sürətli, vizual interaktiv şəkildə mənimsəyirlər. Bununla yanaşı, sosial-emosional bacarıqların, kommunikasiya qabiliyyətinin yaradıcı düşüncənin inkişaf etdirilməsi təhsil sisteminin ayrılmaz hissəsinə çevrilməlidir. Əmək bazarının tələbləri dəyişdikcə tədris planları da çevik olmalı, müasir peşələrə uyğun yeni modullar əlavə edilməlidir. Qeyd edim ki, məzmun metodologiyanın yenilənməsi yalnız şagirdləri imtahanlara deyil, həyatın müxtəlif sferalarına da hazırlaşdıran daha güclü çevik təhsil modelinin qurulmasına imkan verəcək.

-Məktəb dərslikləri proqramları şagirdlərin imtahana tam hazır olmasını təmin edirmi, yoxsa əlavə resurslara ehtiyac var? Repetitorlara üz tutmaq şagirdlər üçün imtahana hazırlıqda hansı boşluqları göstərir?

-Məktəbdən kənara, repetitorlara üz tutmaq göstərir ki, məktəbdə şagirdlərin imtahana hazırlığı üçün tədris prosesi tam effektiv deyil. Əgər imtahan sualları əsasən dərsliklərdən kənar, müxtəlif əlavə kitab vəsaitlərdən götürülürsə, bu, məktəb proqramının yalnız dərsliklərlə şagirdləri tam hazırlaşdıra bilmədiyini göstərir. Repetitorlara üz tutmaq, həmçinin şagirdlərin imtahana hazırlıq baxımından məktəbdə müəyyən boşluqların olduğunu ortaya qoyur. Çox vaxt dərsliklər dərs proqramları mövzuları kifayət qədər dərindən əhatə etmir. İmtahan suallarının tez-tez dərslikdən kənar biliklərə əsaslanması isə əlavə resurslardan  kitabları, əlavə tədris materialları repetitor dəstəyindən istifadəni zəruri edir. Bu vəziyyət valideynlər üçün siqnaldır ki, uşaqların bilik səviyyəsini gücləndirmək onları imtahana tam hazırlamaq üçün əlavə dəstək təmin edilməlidir. Bu isə həm məktəbdəki tədris metodikasında boşluqların olduğunu, həm mövcud dərs vəsaitlərinin yetərsizliyini ortaya qoyur.

-Süni intellektin dərslərdə, tapşırıqlarda qiymətləndirmədə tətbiqi müəllimlərin rolunu tamamilə əvəz edə biləcəkmi, yoxsa yalnız onlara dəstək olacaq?

-Süni intellektin dərslərdə, tapşırıqlarda qiymətləndirmədə tətbiqi müəllimlərin rolunu tamamilə əvəz edə bilməz. Süni intellekt əsasən müəllimlərə dəstək funksiyası daşıyır. Dərslərin fərdiləşdirilməsi, əlavə tədris materiallarının təqdim olunması, qiymətləndirmənin sürətləndirilməsi şagirdlərin fərdi inkişafının izlənməsi kimi imkanlar yaradır. Lakin müəllimin insan bacarıqları- empatiya, motivasiya vermək, şagirdlərlə sosial ünsiyyət kritik düşüncə inkişafını yönəltmək qabiliyyəti  hələ əvəzolunmazdır. Yəni, süni intellekt təhsil prosesini zənginləşdirir, amma müəllimin yerini tam doldura bilmir.

-Uşaqlar süni intellekt vasitəsilə dərs hazırlığı tapşırıq həll etməyə öyrəşirsə, bu, onların tənqidi düşünmə yaradıcılıq bacarıqlarına necə təsir edəcək?

-Şagirdlər süni intellekt vasitəsilə dərs hazırlığı tapşırıq həll etməyə öyrəşirsə, bu, onların tənqidi düşünmə yaradıcılıq bacarıqlarına müəyyən risklər yarada bilər. Belə ki, süni intellekt tez-tez hazır cavablar təqdim etdiyindən, şagirdlər problemi özləri analiz edib həll etməyə səy göstərmirlər. Bu isə uşaqlarda yaradıcı yanaşma bacarıqlarının inkişafına mane ola bilər. Digər tərəfdən, düzgün yönləndirildikdə süni intellekt yaradıcılığı tənqidi düşüncəni gücləndirmək üçün istifadə oluna bilər. Məsələn, fərqli yanaşmalar təqdim etməsi, suallar verməklə fikir yürütməyə təşviq etməsi şagirdin öz ideyalarını formalaşdırmasına dəstək verməsi mümkündür. Yəni, burada əsas məsələ uşaqların AI-dan passiv istifadə etməməsi, onunla interaktiv analitik şəkildə işləməsidir.

-Aktual məsələlərdən biri ölkədə müəllim çatışmazlığıdır, xüsusən rayon məktəblərində. Bu problem artdıqca məktəblər arasında təhsil keyfiyyətində fərqlər getdikcə böyüyür. Belə vəziyyətdə təhsil sistemi prosesə necə müdaxilə etməli uşaqların bərabər imkanlarını hansı yolla təmin etməlidir?

-Ölkədə xüsusən rayon məktəblərində müəllim çatışmazlığı təhsil keyfiyyətində ciddi fərqlərin yaranmasına səbəb olur. Bu problemin böyüməsi məktəblər arasında imkan bərabərliyini zəiflədir. Təhsil sistemi bu vəziyyətə dərhal müdaxilə etməli, hər bir uşaq üçün bərabər imkanlar təmin etməlidir. Bunun üçün müəllimlərin rayon məktəblərində işləməsi maddi sosial təşviqlərlə stimullaşdırılmalı, gənc kadrlar üçün xüsusi güzəştlər karyera imkanları yaradılmalıdır Əlavə olaraq, kitabxana tədris materiallarına çıxış imkanları genişləndirilməli, şagirdlərin fərdi ehtiyacları nəzərə alınmalıdır. Bütün bu tədbirlər sayəsində rayon şəhər məktəbləri arasındakı fərqlər azalacaq hər uşaq bərabər təhsil imkanlarından yararlana biləcək.

-Digər aktual məsələ, yəni müasir universitetlərdə tələbələrin praktiki bacarıq gələcək bazarına hazırlığı yetərlidirmi yoxsa proqramlar hələ nəzəri biliklərə üstünlük verir?

-Müasir universitetlərdə tələbələrin praktiki bacarıqları gələcək bazarına hazırlığı hələ kifayət qədər təmin olunmayıb. Çox vaxt tədris proqramları nəzəri biliklərə üstünlük verir, tələbələr əsasən dərsliklər mühazirələr vasitəsilə məlumat alır, real mühiti praktik təcrübə ilə kifayət qədər üzləşmir. Bu isə onların əmək bazarına çıxarkən zəruri bacarıqlardan  layihələrin idarə olunması, komanda işi, problem həll etmə texnoloji alətlərdən səmərəli istifadədən geri qalmasına səbəb olur. Bu problemi aradan qaldırmaq üçün universitetlərdə təcrübə proqramları, layihə əsaslı öyrənmə, sənaye əməkdaşlığı mentor dəstəyi kimi imkanlar genişləndirilməli, nəzəri biliklərlə praktik bacarıqlar arasında balans yaradılmalıdır.

-Sosial şəbəkələr şagirdlərin təhsilinə, davranışına sosial bacarıqlarına necə təsir edir?

-Sosial şəbəkələrin şagirdlərə təsiri çoxşaxəlidir. Bunun həm müsbət, həm mənfi tərəfləri var. Müsbət tərəfi odur ki,  sosial şəbəkələr şagirdlər üçün öyrənmə imkanlarını genişləndirir. Onlar müxtəlif tədris materiallarına, onlayn dərslərə, elmi məqalələrə interaktiv resurslara çıxış əldə edə bilirlər. Eyni zamanda, sosial şəbəkələr yaradıcılığın inkişafına, fikir mübadiləsinə komanda işinə stimul verir, şagirdlərin texnoloji bacarıqlarını kommunikasiya qabiliyyətini gücləndirir. Bununla yanaşı, sosial şəbəkələrin mənfi təsirləri az deyil. Şagirdlər vaxtın çox hissəsini səmərəsiz keçirmək riski ilə üzləşir, diqqət konsentrasiyada çətinliklər yaranır. Davamlı sosial müqayisə likeyarışları onların özünəinamına mənfi təsir edə, hətta psixoloji gərginlik yarada bilər. Həmçinin şagirdlərin real ünsiyyət sosial bacarıqlarının inkişafı zədələnə bilər, onlayn aləmdə həddindən artıq vaxt keçirmə asılılıq yarada bilər. Bu səbəbdən sosial şəbəkələrdən məqsədyönlü, balanslı nəzarətli istifadə vacibdir. Məktəblər valideynlər şagirdlərin onlayn fəaliyyətini izləməli, onları informasiya mənbələrini düzgün seçməyə vaxtı səmərəli idarə etməyə yönləndirməlidir. Yalnız bu halda sosial şəbəkələr uşaqların  təhsilə fərdi inkişafına dəstək ola bilər.  Bununla da mənfi təsirlərin qarşısı alınmış olar.

 

Şəmsiyyə Əliqızı

 

İki sahil.- 2025.-  6 dekabr, ¹223.- S.7.